Maddenin sirri indd


Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə23/63
tarix25.11.2017
ölçüsü5,07 Kb.
#12383
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

Maddənin Həqiqəti Niyə Əhəmiyyətli  Bir Mövzudur?
93
İnsanların  lovğalıq  və  əzəmətlə  hər  cür  insanlıq  və  əxlaqdan  kənar 
davranışa meyl etdiyi bu əsrdə insanları özlərinin və gözlərində böyütdükləri 
insanların kölgə varlıq olduqlarını anladıqda təkəbbür və əzəmətlərinin yerini 
təvazökarlıq və mülayimlik alar.
Bütün bunlar isə rahatlıq və təhlükəsizliyin olduğu, xəsislik və xudbinliyin, 
rəhmsiz  rəqabətin  aradan  qalxdığı  cəmiyyətlərin  meydana  gəlməsinə  səbəb 
olacaq.
Maddənin əsli ilə təmasda olmadığımızın qəbul edilməsi nəticəsində əldə 
ediləcək ən mühüm irəliləyişlərdən biri, şübhəsiz, materialist fəlsəfənin çökməsi 
olacaqdır.
İndi  isə  maddənin  mütləq  olmaması  həqiqətinin  nə  üçün  ən  vacib 
mövzulardan biri olduğunun detalları ilə yaxından tanış olaq.
Maddənin həqiqəti tək mütləq varlığın Allah olduğunu 
göstərir
Bu elmin göstərdiyi ən vacib məsələlərdən biri tək mütləq varlığın Allah 
olduğu həqiqətidir. Materialist fəlsəfələrin təsirinə düşərək maddənin mütləq 
varlıq zənn edən bəzi insanlar Allahın varlığını və harada olduğunu izah edərkən 
son dərəcə səhv və cahil üslubdan istifadə edirlər. Məsələn: “Allah haradadır?” 
-sualına:  “Mənə  ağlını  göstər,  göstərə  bilməzsən.  Elə  Allah  da  ağıl  kimi  bir 
həqiqətdir, ancaq görünmür”, -deyərək cahil cavab verirlər. Bəziləri isə (Allahı 
tənzih  edirik)  öz  ağıllarına  görə, Allahı  xəyal  kimi  göstərir, Allahın  varlığını 
radio  dalğalarına  bənzədirlər  (Allahı  tənzih  edirik).  Onların  batil  fikirlərinə 
əsasən, özləri və sahib olduqları hər şey mütləq varlıqlardır və Allahın varlığı isə 
bu maddi varlıqları radio dalğaları kimi əhatə edir. Əslində isə xəyal olan özləri 
və sahib olduqlarıdır. Tək mütləq varlıq isə Allahdır. Allahın varlığı hər şeyi 
əhatə etmişdir. İnsan isə heç cür mütləq varlıq olmayacağı üçün görüntüdür. 
Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:
Allah... başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, 
nə  də  yuxu  bilər.  Göylərdə  və  yerdə  nə  varsa  Onundur.  Allahın  izni 
olmadan Onun Qatında kim şəfaət edə bilər? O, bütün yaranmışların 
keçmişini və gələcəyini  bilir. Onlar Allahın elmindən Onun Özünün 
istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri 
və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin 
deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
Bu  həqiqətin  başa  düşülməsi  ilə  şirk  qoşmadan,  tək Allaha  iman  əmələ 
gəlir. Çünki Allahdan başqa bütün varlıqların kölgə varlıqlar olduqlarını bilən 


XƏYALIN DİGƏR ADI: MADDƏ
94
insan qəti imanla (haqqəl-yakin dərəcəsində) “yalnız Allah var, Ondan başqa 
ilah yoxdur” deyir. 
Allahı  gözləri  ilə  görmədiyi  üçün  Allahın  varlığına  inanmayanların 
materialist  iddiaları  da  maddənin  həqiqəti  mahiyyəti  öyrənildikdə  tamamilə 
məhv olur. Çünki bu həqiqəti öyrənən şəxs öz varlığının xəyal şəklində olduğunu 
anlayar.  Xəyal  olan  varlığın  isə  mütləq  olan  varlığı  görə  bilməyəcəyini  dərk 
edər. Belə ki, Quranda insanların Onu görə bilmədiyi, amma Özünün onları 
gördüyünü Rəbbimiz belə açıqlayır:
Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. (Ənam surəsi, 103)
Əlbəttə, biz insanlar Allahın varlığını gözlərimizlə görə bilmərik. Amma bilirik 
ki, Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə 
etmişdir. Buna görə, Allah Quranda Özünün “qulaqlara və gözlərə sahib olan” (Yunus 
surəsi, 31) olduğunu bildirir. Allahın bilmədiyi bir söz belə deyə bilmərik, hətta nəfəs 
belə ala bilmərik. Allah bizim etdiyimiz hər şeyi bilir, bu Quranda da belə bildirilmişdir:
Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz. (Ali-İmran surəsi, 5)
Allahın  hər  an  bizi  seyr  etdiyi,  gördüyü,  eşitdiyi  çox  mühüm  həqiqətdir.  Bu 
həqiqəti anlayan insan Allahı gözləri ilə görməsə də, Onun hər an ondan xəbərdar 
olduğunu  bilir.  Buna  görə,  nə  iş  görürsə  görsün,  Allahın  şahid  olduğunu  bilərək 
Allahın  razı  qalmayacağı  davranışdan,  danışıqdan,  baxışdan  və  ya  düşüncədən 
çəkinir. Allah hər işimizdə bizə yaxın olduğunu, bizi seyr etdiyini və heç bir şeyin 
Ondan uzaq olmadığını bildirir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman 
Biz  sizə  şahid  olarıq.  Yerdə  və  göydə  zərrə  qədər  bir  şey  sənin  Rəbbindən  gizli 
qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda 
olmasın! (Yunus surəsi, 61)
Tək mütləq varlıq olan Allah, əlbəttə, bir xəyal kimi yaratdığı insanı hər cəhətdən 
tanıyır. Bu, Allah üçün çox asandır. Ancaq bəzi insanlar cahil olduqları üçün bunu 
başa  düşməkdə  çətinlik  çəkirlər.  Əslində  isə  “xarici  aləm”  hesab  etdiyimiz  hissləri 
seyr edərkən, yəni həyatımıza davam edərkən bizə ən yaxın olan varlığın hər hansı 
hiss deyil, Allahın Özü olduğu açıq-aşkar həqiqətdir. Quranda yer alan “And olsun 
ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona 
şah damarından da yaxınıq!” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətin içində 
gizlənir. Amma insan öz bədəninin “mütləq varlıq olan maddə”dən ibarət olduğunu 
zənn etdikdə bu mühüm həqiqəti qavraya bilməz. Çünki özünə ən yaxın olanın yenə 
öz bədəni olduğunu zənn edir. Məsələn, bu insan varlığını “beyni” kimi dərk edirsə, 
ona şah damarından daha yaxın  varlıq olacağını düşünməz. Əslində isə maddənin 
mütləq olmadığını, hər şeyin zehnində yaşadığı xəyallar olduğunu dərk etdikdə artıq 
çöl, içəri, uzaq, yaxın kimi anlayışların mənası qalmır. Şah damarı da, beyni, əli, ayağı, 
özündən kənarda zənn etdiyi evi, avtomobili və hətta çox uzaqda hesab etdiyi Günəş, 
Ay, ulduzlar da tək bir səth üzərindədir. Allah onu hər tərəfdən əhatə etmişdir və ona 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə