Dünya Həyatının Beynimizdəki Əksi
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
79
bütün gerçəkliyi ilə yaşamasına
baxmayaraq, ortada nə bəhs edildiyi kimi bir
məkan,
nə insanlar, nə də hadisələr var.
Digər təcrübədə isə normal otaqda olan şəxsə hamamda olduğu və
hamamın çox isti olduğu təlqin edilmiş, bundan sonra həmin şəxs həddindən
artıq tərləməyə başlamışdır.
18
Burada çox vacib cəhət də diqqəti cəlb edir. İnsan
bədənində tərləmə baş verməsi üçün bəzi təsirlərin meydana gəlməsi şərtdir.
Bu hipnoz hadisəsində qarşılaşdığımız həqiqət isə budur: hipnoz edilən şəxs
xarici aləmdə tərləməyə səbəb olan heç bir amil olmadığı halda tərləmişdir. Bu
nümunə açıq şəkildə göstərir ki, bir məkanda olmaq və ya bir mühiti hiss etmək
üçün o mühitin və ya məkanın əsli ilə təmasda olmaq şərt deyil. Süni siqnallar
və ya təlqin yolu ilə bənzər təsirlərin əmələ gətirilməsi mümkündür.
Milli Hipnoterapiya Dərnəyi, Milli Psixoterapiya Dərnəyi, Peşəkar
Hipnoterapistlər Mərkəzi, Hipnoterapiya Araşdırma Dərnəyi kimi bir çox qurumun
üzvü olan ingilis hipnoterapiya mütəxəssisi Terrence Watts da bir məqaləsində
hipnoz vaxtı keçmişdəki hadisəni xatırlayaraq danışan insanlarda danışdıqları
hadisə ilə əlaqədar olaraq bəzi fiziki dəyişikliklər müşahidə edildiyini bildirir.
Məsələn, insanın danışdığı hadisədə nəfəs alma çətinliyi kimi vəziyyət baş
vermişsə, hadisəni hipnoz altında danışdığı vaxtda yenə nəfəsi daralır, hətta bir
Bu şəxs hipnoz zamanı
təlqinin təsirilə olduqca
sürətlə 10 mərtəbəni çıxmağa
başladığnı hesab edir. Bu
zaman tövşümüş, bərk
yorulduğu üçün təngnəfəs
olmuşdur. Hipnoz edilən
şəxs ona təlqin edilən məkanı
və mühiti bütün gerçəkliyi
ilə yaşamasına baxmayaraq,
ortada nə haqqında bəhs
edilən məkan, nə insanlar, nə
də hadisələr vardır.
XƏYALIN DİGƏR ADI: MADDƏ
80
müddət tamamilə dayanır. Watts hipnoz zamanı kiçik yaşlarında döyüldüyü
anı danışan insanın üzündə şillə izlərinin meydana gəldiyini də bildirir. Bundan
əlavə, Watts bunun bir sirr olmadığını, bədənin ağrıya cavab verdiyini bildirir.
19
Hipnoz hadisələrində görülən ən təəccüblü nümunələrdən biri də hipnoz
edilən şəxsin dərisində təlqin nəticəsində yaraların belə əmələ gəlməsidir.
Məsələn, Paul Thorsen adlı tədqiqatçı hipnoz altındakı şəxsin qoluna sadəcə
qələmin ucunu toxundurmuş və bunun qızğın şiş olduğunu təlqin etmişdir.
Qısa müddətdən sonra qələmin ucunun dəydiyi yerdə yanıq qabarcığı üzə
çıxmışdır. Eyni tədqiqatçı Anne O. adlı şəxsə hipnoz vaxtı qolunun A hərfi
şəklində sıyrıldığını təlqin etmişdir. Başqa heç bir şey edilmədiyi halda o yerdə
A hərfi şəklində qızartı əmələ gəlmişdir.
20
Bourru və Burot adlı tədqiqatçılar
isə hipnoz altındakı şəxsə qolunun kəsildiyini təlqin edərək yumşaq qələmlə
yüngül bir xətt cızdıqdan sonra qolunda qan sızdığını görmüşlər.
21
J.A.Hadfield isə hipnoz etdiyi dənizçiyə qoluna qızğın dəmir basdığını
və o yerin yanacağını söyləmişdir. Halbuki sadəcə barmağının ucunu oraya
toxundurmuşdur. Sonra da o yeri sarımışdır.
6 saat sonra sarğı açıldıqda orada həqiqətən
yüngül qızartı və qabarma görünmüşdür.
Hadfield: “Ertəsi gün qabarıq xeyli
böyümüşdü və eynilə yanıq yeri kimi su
yığılmışdı”, -demişdir.
22
Hipnoz vaxtı insan bədənində
meydana gələn bu dəyişikliklər görmə,
eşitmə, toxunma, hiss etmə, ağrı bilmə kimi
hislərimizin əmələ gəlməsi üçün xarici
aləmə ehtiyacımızın olmadığını göstərir.
Məsələn, xarici aləmdə qızğın dəmir
olmamasına baxmayaraq, bu təlqini alan
şəxsin qolunda yanıq izi əmələ gələ bilir.
Bütün bu nümunələrdən də məlum olduğu
kimi, həm görüntünün necə əmələ gəldiyini
tədqiq etdikdə, həm texnoloji nailiyyətlərə
baxdıqda, həm də hipnoz kimi təlqin
üsullarını bu məlumatlara əlavə etdikdə
ortaya qəti həqiqət çıxır: insan ömrü boyu
bədəninin xaricindəki dünyada yaşadığını
zənn edir. Halbuki dünya dediyimiz hər şey
qavrama mərkəzlərimizə çatan siqnalların
beynimiz tərəfindən şərhidir. Yəni biz
Hipnozla dəri xəstəliklərinin sağaldığı
hər kəsə məlum olan həqiqətdir.
Yuxarıdakı şəkildə hipnozla müalicə
edilməzdən əvvəlki yaralar görünür.
Aşağıda isə hipnozla müalicədən sonra
yaraların sağaldığı müşahidə edilir.
(D.Waxman, Hypnosis, səh. 113)