XƏYALIN DİGƏR ADI: MADDƏ
38
yerinə görə uzaqdan, çox yaxından və ya arxanızdan gəldiyini zənn edirsiniz.
Əslində isə dostunuzun səsi nə arxanızda, nə də uzağınızdadır. Dostunuzun
səsi
sizin içinizdə, beyninizdədir.
Eşitdiyiniz səsin əsli barədə möcüzələr bununla bitmir. Beyin necə işığı
keçirmirsə, səsi də keçirmir. Yəni beyinə heç bir zaman səs girə bilməz. Ona görə,
eşitdiyiniz səslər nə qədər gurultulu olsa da, beyninizin içi tamamilə səssizdir.
Lakin bu gurultunu, ən aydın səsləri beyninizdə dinləyirsiniz. O qədər aydındır
ki, sağlam insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir.
Səs keçirməyən, dərin səssizliyin hökm sürdüyü beyninizdə orkestrin
simfoniyalarını dinləyirsiniz, şəhərin səs-küyünü eşidirsiniz, yarpağın
xışıltısından reaktiv təyyarələrin gurultusuna qədər böyük tezlik və desibel
aralığındakı bütün səsləri qavraya bilirsiniz. Sevdiyiniz müğənninin konsertinə
getdikdə bütün salonda əks olunan o güclü səs də əslində beyninizdəki
səssizliyin içində əmələ gəlir. Öz-özününzə yüksək səslə mahnı oxuduğunuzda
da bunu yenə beyninizdə dinləyirsiniz. Əslində isə o anda həssas cihazla
beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada tamamilə səssizliyin hakim
olduğu məlum olar. Bu, çox fövqəltəbii vəziyyətdir. Beyninizə gələn elektrik
siqnalları səs kimi, məsələn, hər hansı bir stadiondakı
insanların müşayiət etdiyi
qrupun konserti şəklində beyninizdə dinlənilir.
Beyin işığı keçirmədiyi
üçün səsi də keçirmir.
Ona görə, biz nə qədər
yüksək gurultulu səs
eşitsək də, beynimizin
içi səssizdir. Ancaq bu
səssizlikdə elektrik
siqnallarını sevdiyi
musiqi parçası,
dostunun səsi və ya
telefonun zəngi kimi
şərh edən şüur var.
Dünya Həyatının Beynimizdəki Əksi
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
39
Bütün qoxular beynin içində
meydana gəlir
Bir insandan qoxuları necə hiss etdiyi soruşulsa, çox güman
ki, “burnumla” deyəcək. Əslində isə bəzi insanların qəti həqiqət kimi
gördükləri bu cavab doğru deyil. Yale Universitetindən nevrologiya
professoru olan Gordon Shepherd
“Burnumuzla qoxuladığımızı
düşünürük, ancaq bu sanki “qulaq mərcəyi ilə eşidirik” demək kimi bir şeydir”
sözləri ilə bunun doğru olmadığını açıqlayır.
9
Qoxu hissimizin funksiyası digər duyğu orqanlarımızın
funksiyasına bənzəyir. Əslində burnumuzun xaricdən görünən
hissəsinin vəzifəsi sadəcə kanal kimi havadakı qoxu molekullarını
içəri qəbul etməkdir. Vanil və ya gül qoxusu kim uçucu
molekullar burnun epitel adlanan hissəsindəki titrək
tüklərdəki reseptorlara çatır və burada qarşılıqlı əlaqəyə
keçir. Qoxu molekullarının epitel bölgəsindəki əlaqəsi
beynimizə elektrik siqnalı kimi çatır. Bu elektrik siqnalları
isə beynimizdə qoxu kimi şərh edilir.
Beləliklə, bizim xoş və ya pis adlandırdığımız qoxuların
hamısı uçucu molekulların qarşılıqlı təsir nəticəsində
elektrik siqnalına çevrildikdən sonra beyindəki şərh formasından başqa bir şey deyil.
Bir ətir, çiçəyi, xoşladığınız yeməyin və ya dənizin qoxusunu, xoşunuza gələn və ya
gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz.
Ancaq əslində qoxu molekulları
beyinə heç vaxt çatmır. Səs və görüntüdə olduğu kimi, qoxu hissində də beyninizə
çatan yalnız elektrik siqnallarıdır.
Bu halda qoxunun istiqaməti də olmaz, çünki bütün qoxular beyninizdəki
qoxu alma mərkəzində qavranılır. Məsələn, piroqun qoxusu sobadan, yeməyin
qoxusu mətbəxdən, doqquzdon bitkisinin qoxusu bağdan, dənizin qoxusu metrlərlə
uzaqlıqdakı dənizdən gəlməz. Hamısı tək nöqtədə, beyninizdəki lazımi yerdə
qavranılır. Bu duyğu mərkəzindən kənarda sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur.
Bunların hər biri ilk baxışda müxtəlif təsirlərlə və müxtəlif tərəflərdən gələn kimi
görünsə də, əslində hamısı beyində əmələ gəlir. Qoxu alma mərkəzinizdə əmələ
gələn təsirləri xarici aləmdəki maddələrin qoxusu hesab edirsiniz. Əslində isə gülün
görüntüsü necə görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu
alma mərkəzinizin içindədir. Xarici aləmdə həqiqi qoxu varsa da, sizin bunun əsli ilə
təmasda olmağınız əsla mümkün deyil.
Bağında gülün ətrini alan insan əslində heç vaxt güllərin əslini
qoxulamır. Aldığı qoxu elektrik siqnallarının beyni tərəfindən
şərhidir. Ancaq bu qoxu o qədər həqiqidir ki, insan heç vaxt
gülün əslini qoxulamadığını anlamır. Hətta bu həqiqiliyə görə,
dünyadakı insanların bəziləri həqiqi gülü qoxuladıqlarını zənn
edir. Bu, Allahın yaratdığı çox böyük möcüzədir.
Dünya Həyatının Beynimizdəki Əksi
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
41
George Berkeley bu vacib həqiqəti anlayan mütəfəkkir kimi:
“Əvvəl
rənglərin, qoxuların və s. həqiqətdə mövcud olduğu hesab edildi; ancaq daha sonra bu
cür baxışlar rədd edildi və aydın oldu ki, bunlar ancaq duyğularımız sayəsində var”, -
deyir.
Qoxunun hiss olduğunu anlamaq üçün yuxuları düşünmək də faydalı
ola bilər. İnsanlar yuxularında necə bütün görüntüləri çox həqiqi şəkildə
görə bilirlərsə, eyni şəkildə yuxularında bütün qoxuları da həqiqətdə olduğu
kimi duyurlar. Məsələn, yuxuda restorana gedən hər hansı bir şəxs yeməyini
menyuda olan yeməklərin qoxuları arasında yeyir, dəniz kənarına gəzintiyə
çıxan biri dənizin özünəməxsus qoxusunu duyur, çobanyastığı bağçasına girən
biri o mükəmməl qoxulardan həzz alır və yaxud başqa biri ətriyyat mağazasına
girərək özünə ətir seçir və hətta bu ətirlərin qoxusunu tək-tək ayırd edə bilir.
Burnun vəzifəsi sadəcə qoxuya aid oyanmaları beyinə ötürməkdir. Şorbanın və
ya gülün qoxusu beyində hiss edilir. Belə ki, insan ortada bir gül və ya bir boşqab
şorba olmasa da, yuxuda hər ikisinin qoxusunu ala bilir. Allah beynin içində dadı,
qoxusu, görüntüsü ilə toxunma hissi və səsi ilə o qədər inandırıcı hisslər cəmi
meydana gətirir ki, insanlara bu hisslərin beyində əmələ gəldiyini, gördükləri
şeylərin heç birinin əsli ilə təmasda olmadıqlarını izah etmək üçün xeyli açıqlama
vermək lazımdır. Elə bu, Allahın möhtəşəm elmidir.