XƏYALIN DİGƏR ADI: MADDƏ
24
məmulatdan bir-birindən çox fərqlənən duyğular və hisslər meydana gətirməsi
isə böyük möcüzədir.
İndi bu böyük möcüzənin necə baş verdiyini, yəni “dünyanı necə
qavrayırıq?” sualının cavabını bütün hisslərimiz üçün bir-bir nəzərdən keçirək.
Görən gözlərimiz deyil,
görüntü beynimizdə əmələ gəlir
Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə
gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə
bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki
biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla
sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj
yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini
orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik.
Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu
qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər
və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına
çevirirlər. Bu elektrik axınları göz sinirləri vasitəsilə beynin arxa tərəfindəki
görmə mərkəzinə ötürülür. Beyin isə gələn bu siqnalı aydın və üç ölçülü
görüntülərə çevirir. Məsələn, biz parkda oynayan uşaqları seyr etdikdə bu
uşaqları və parkı gözlərimizlə görmürük, çünki bu mənzərəyə aid görüntü
gözümüzün önündə deyil, beynimizin arxa tərəfində əmələ gəlir. Burada çox
səthi şəkildə izah etdiyimiz görmə prosesi əslində çox mürəkkəbdir. İşıq şuaları
bir anda və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik
siqnalları üç ölçülü, rəngarəng, parlaq dünya şəklində bizə görünür.
“Göz və
beyin” kitabının müəllifi R.L.Qreqori bunun fərqinə varmış şəxslərdən biri kimi
görmə sistemindəki möhtəşəm quruluşu belə ifadə edir:
Gözlərimizə kiçik, başı aşağı görüntülər verilir və biz ətrafımızda bunları sağlam
cisimlər kimi görürük. Tor qişanın üzərindəki siqnallar nəticəsində cisimlər
dünyasını qavrayırıq və əslində bunun bir möcüzədən fərqi yoxdur.
2
Bütün bunlar bizi daima eyni həqiqətə aparır: biz həyatımız boyu dünyanı
bizim xaricimizdə zənn edirik. Əslində isə
dünya hər şeyi ilə birlikdə bizim
içimizdədir. Biz xaricimizdə hesab etdiyimiz dünyanı əslində içimizdə,
beynimizdəki kiçik nöqtədə görürük. Məsələn, bir şirkət rəhbəri şirkətin
binasının, şəhərin kənarındakı fabrikinin, avtoparkdakı avtomobilinin,
dəniz sahilindəki evinin, limandakı yaxtasının, tabeçiliyində işləyən yüzlərlə
insanın, vəkillərinin, ailəsinin, dostlarının daima öz bədənindən xaricdə olan