XƏYALIN DİGƏR ADI: MADDƏ
16
O
tağınızın pəncərəsindən çöldəki mənzərəni seyr etdikdə həyatınız
boyu aldığınız təlqinə əsasən, bu mənzərəni gözlərinizlə
gördüyünüzü zənn edirsiniz. Əslində isə həqiqət belə deyil. Çünki
siz gözlərinizlə çöldəki mənzərəni görmürsünüz. Siz beyninizin
içində əmələ gələn mənzərəyə aid görüntünü görürsünüz. Bu, hər hansı bir
təxmin
və ya fəlsəfə deyil, elmi həqiqətdir.
Görmə hadisəsinin necə baş verdiyini xatırladıqda bu mövzu daha aydın
başa düşüləcəkdir. Gözün vəzifəsi sadəcə ona gələn işığı tor qişasındakı
hüceyrələr vasitəsilə elektrik siqnalına çevirməkdir. Bu elektrik siqnalı isə
beyninizdəki görmə mərkəzinə ötürülür. Daha sonra bu elektrik siqnalları
pəncərənizdən gördüyünüz mənzərənin görüntüsünü əmələ gətirirlər. Nəticə
etibarilə, görüntünün əmələ gəldiyi yer beyninizdir və siz evinizdən çöldəki
mənzərəni deyil, beyninizin içindəki mənzərəni görürsünüz.
Yan səhifədəki rəsmdə pəncərədən baxan insanın gözünə çöldən “işıq”
düşür. Bu işıq gözdəki hüceyrələr tərəfindən elektrik siqnalına çevrilərək
bu insanın beyninin arxa tərəfində yerləşən kiçik görmə mərkəzinə gəlir və
bu elektrik siqnalları beyində mənzərə görüntüsünü əmələ gətirir. Əslində
beynimizin içi açılsa, burada mənzərəyə aid görüntü tapa bilmərik. Ancaq
beynimizin içindəki şüur beyinə gələn elektrik siqnallarını mənzərə kimi
qavrayır. Elə isə beynin içində gözü, göz hüceyrələri, tor qişası olmadan elektrik
siqnallarını qavrayan şüur nədir, kimə aiddir?
Eyni vəziyyət hal-hazırda oxuduğunuz kitaba da aiddir. Gözlərinizə gələn
işığın elektrik siqnallarına çevrilərək beyninizə çatması nəticəsində beyninizdə
bu kitabın görüntüsü əmələ gəlir.
Yəni kitab hal-hazırda sizdən xaricdə deyil, içinizdə, beyninizin arxa
tərəfindəki görmə mərkəzindədir. Bəlkə kitabın bərkliyini əlinizlə hiss etdiyiniz
üçün kitabı özünüzdən xaricdə zənn edirsiniz. Ancaq bu bərklik hissi də eynilə
GİRİŞ