XƏYALIN DİGƏR ADI: MADDƏ
26
varlıqları ilə təmasda olduğunu düşünür. Lakin bunların hamısının sadəcə
onun kəllə sümüyünün içində, beyninin arxa tərəfindəki kiçik bölgədə əmələ
gələn görüntüləri ilə təmasdadır. Xarici aləmdəki əsillərinin necə olduğunu isə
heç vaxt bilə bilməz. Sözügedən şəxs bu həqiqəti bilmir, bilsə də, düşünmək
istəməz. Ancaq son model avtomobili ilə gəldiyi şirkətinin qarşısında qürurla
dayanarkən əsən mehlə gözünə toz düşsə, bu həqiqəti o dəqiqə anlayar. Toz
düşdüyü üçün qaşınan sağ gözünü gözü açıq ikən yüngülcə qaşıdıqda şirkət
binasının yuxarı-aşağı və ya sağa-sola doğru gedib-gəldiyini görəcəkdir. Elə
bu zaman düşünən insan gördüyü görüntünün xarici aləmdəki sabit varlıq
olmadığını anlayar. Çünki gözünü qaşıması ilə görüntü gedib-gəlir.
Beləliklə, bu bir həqiqətdir ki, hər insan həyatı boyu gördüyü hər şeyi
beynində görür və heç bir zaman gördüklərinin əsilləri ilə təmasda ola
bilməz. Gördükləri xarici aləmdə mövcud olan görüntülərin beynində əmələ
gələn surətidir. Bu surətin əslinin necə olduğu isə bizə məlum deyil.
Materialist olmasına baxmayaraq, alman psixiatr və nevrologiya professoru
Hoymar von Ditfurt bu elmi həqiqət haqqında bunları söyləyir:
Topla oynayan uşağı seyr edən insan bu uşağı əslində gözləri ilə görmür. Gözlərin
funksiyası sadəcə işığı gözün arxa tərəfinə ötürməkdir. İşıq tor qişaya çatdıqda tor
qişada uşağın tərsinə və iki ölçülü görüntüsü əmələ gəlir. Daha sonra bu görüntü
elektrik siqnalına çevrilərək beynin arxasındakı görmə mərkəzinə çatır və uşağın
düz, üç ölçülü və qüsursuz görüntüsü burada görülür. Bəs beynin arxasında uşağın
üç ölçülü, qüsursuz dərəcədə aydın görüntüsünü görən kimdir? Elə burda qarşımıza
beynin fövqündə olan varlıq – RUH çıxır.
Dünya Həyatının Beynimizdəki Əksi
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
27
GÖRDÜYÜMÜZ VƏ MALİK OLDUĞUMUZ HƏR ŞEY
BEYNİMİZDƏ ƏMƏLƏ GƏLƏN GÖRÜNTÜDÜR
Gözünü qaşıyan insan avtomobilinin aşağı-yuxarı sürüşdüyünü görəcək. Bu da
gördüyü bu avtomobilin xarici aləmdəki sabit əsli ilə deyil, beynində əmələ gələn
görüntüsü ilə təmasda olduğunun dəlilidir.
XƏYALIN DİGƏR ADI: MADDƏ
28
Arqumentlərimizin hərəkətverici qolunu hara yerləşdirsək də, nəticə dəyişmir: əti-
sümüyü ilə qarşımızda duran, gözümüzün gördüyü şey “dünya” deyil, sadəcə
onun xəyalıdır, bir bənzəridir, orijinalı ilə nə qədər üst-üstə düşdüyü
mübahisəlidir.
3
Məsələn, hal-hazırda başınızı qaldırıb içində olduğunuz otağa baxdıqda
gördüyünüz sizin xaricinizdəki otaq deyil. Siz otağın beyninizin içində əmələ
gələn xəyali görüntüsünü görürsünüz və heç bir zaman bu otağın əslini duyğu
orqanlarınız vasitəsilə görməyiniz mümkün deyil.
Qapqaranlıq beyninizin içində aydın və rəngarəng görüntü
necə meydana gəlir?
Nəzərdən qaçırılmamalı vacib cəhət də var: beynin içində işıq yoxdur. Yəni
beynin yerləşdiyi yer qapqaranlıqdır, ona görə də beynin işığın özü ilə təmasda
olması əsla mümkün deyil. Ancaq siz möcüzəvi şəkildə bu zülmət qaranlıqda
işıqlı, parlaq dünyanı seyr edirsiniz. Rəngarəng təbiət, parlaq mənzərə, yaşılın
hər çaları, meyvələrin rəngləri, çiçəklərin naxışları, günəşin parıltısı, küçədəki
bütün insanlar, yolda sürətlə şütüyən maşınlar, ticarət mərkəzindəki yüzlərlə
növ geyim də daxil olmaqla, hər şey bu zülmət qaranlıq yerdə əmələ gəlir.
Buradakı maraqlı vəziyyəti bir nümunə ilə açıqlayaq. Qarşımızda yanan
manqal alovunu düşünək. Bu manqalın qarşısına keçib onu uzun müddət izləyə
bilərsiniz. Amma bu müddət boyu beynimizə manqaldan gələn işığın, parıltının
və istiliyin əsli ilə heç vaxt təmasda ola bilmərik. Manqaldakı alovun işığını
və istiliyini hiss etdiyimiz anda belə kəllə sümüyümüzün və beynimizin içi
qapqaranlıqdır və temperaturu heç dəyişmir. Qapqaranlıq beynin içində elektrik
siqnallarının rəngarəng, parıltılı, aydın görüntüyə çevrilməsi bir möcüzədir.
Bu hadisə üzərində düşünən insan qarşılaşdığı əsrarəngizlik qarşısında böyük
heyranlıq hissi keçirəcəkdir.
İşıq da beynimizdə əmələ gəlir.
Görmə hadisəsinin necə baş verdiyini izah edərkən daima xaricdən gələn
işığın gözümüzdəki hüceyrələri hərəkətə gətirdiyini və bu hərəkətlənmənin
görüntünün əmələ gəlməsinə səbəb olduğunu bildirdik. Ancaq burada
vurğulanmalı çox vacib bir cəhət də var. Əslində beynimizin xaricində bizə
məlum olan işıq yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq yenə bizim
beynimizdə əmələ gəlir. Xarici dünyada, yəni beynimizin xaricində işıq kimi
bildiyimiz şey elektromaqnit dalğalar və fotonlardır (fotonlar zərrəcik halında
olan enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar tor qişanı oyandırdıqda
bizə məlum olan “işıq” əmələ gəlir. Fizika kitablarında işığın bu xüsusiyyəti
belə ifadə edilir:
Dünya Həyatının Beynimizdəki Əksi
ilə Təmasda Olduğumuz Texniki Həqiqətdir
29
İşıq sözü fiziki və ya obyektiv mənada elektromaqnit dalğalarla və ya fotonlarla bağlı
istifadə edilmişdir. Eyni söz psixoloji mənada elektromaqnit dalğalar və fotonlar
gözün tor qişasına təsir etdikdə insanda əmələ gələn hiss ilə bağlı olaraq da istifadə
edilir. İşıq sözünün həm obyektiv, həm də subyektiv anlayışlarını birlikdə ifadə
edək: işıq bir insan gözünə tor qişasının oyandırılması nəticəsində əmələ gələn
görmə təsiri ilə varlığını göstərən enerji formasıdır.
4
Beləliklə, işıq gözümüzə gələn bəzi elektromaqnit dalğaların və ya
hissəciklərin bizdə əmələ gətirdiyi təsir ilə meydana gəlir. Yəni xaricdə
beynimizdəki görüntünü əmələ gətirəcək işıq da yoxdur. Sadəcə enerji var və
bu enerji gözümüzə çatdıqda biz rəngarəng, parlaq, aydın dünya görürük.
QAPQARANLIQ BEYNİMİZDƏ AYDIN DÜNYA
GÖRÜRÜK
Dostları ilə paylaş: |