Magistr hazirliği məRKƏZİ” Əlyazması hüququnda Hüseynov Fəhmi Şahin oğlu


Hasilat normalarının yerinə yetirilməsi üçün idarə və təşkilatlar müəyyən edilmiş həddən yüksək məbləğ ödəyirlər. Bundan başqa işçilər hər saata düşən məhsulun miqdarını artırdıqları zaman onlara əlav



Yüklə 293,32 Kb.
səhifə3/9
tarix23.09.2018
ölçüsü293,32 Kb.
#70249
1   2   3   4   5   6   7   8   9

Hasilat normalarının yerinə yetirilməsi üçün idarə və təşkilatlar müəyyən edilmiş həddən yüksək məbləğ ödəyirlər. Bundan başqa işçilər hər saata düşən məhsulun miqdarını artırdıqları zaman onlara əlavə əmək haqqı ödənilir.


Dövlətin sosial-iqtisadi siyasətinin əsasını gəlirlər və əmək haqqı siyasəti təşkil edir. Bu sahədə fəaliyyət, sərəncamda olan vəsaitlərə və zəruri hüquqi bazaya əsaslanaraq, gəlirlərin formalaşması ilə bağlı tədbirlər sistemi vasitəsilə əhalinin həyat səviyyəsini yuksəltməkdən ibarətdir.

Dövlətin gəlirlər və əmək haqqı sahəsində apardığı siyasətin əsas mədsədi əhalinin rifah halını yuksəltməkdən, sosial-iqsisadi inkişafı, eyni zamanda sosial tərəqqiyə meyllənməni stimullaşdırmaqdan ibarətdir.

İdarə və təşkialtalr əmək haqqı ilə əlaqədar siyasətin formalaşmasında rəqabətçi olmağa çalışırlar. Rəqib firmalarda eyni əmək bazarını paylaşan idarələr qanunverijiliyi uyğun olaraq əmək haqqı məbləğini təyin etməklə, paralel olaraq bəzən də yüksək məbləğdə əmək haqqı ödəməklə rəqabətdə müvəfəqiyyət qazanırlar. Siyasətin aparılmasında işin qiymətləndirilməsi zamanı əldə edilən təlumatlara əsaslanır.

Əmək haqqı miqdarının fərqləndirilməsi bacarıq, qabiliyyət, səlahiyyət və çalışma şərtləriylə bağlıdır. Eyni işə eyni əmək haqqı ödənilməsi siyasətinin təməlini təşkil edir. Əmək haqqı ilə bağlı proqramların hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Hansı işlərin hansı proqramda yer alacağı dəqiq müəyyən edilir;


  2. İş analizlərinin aparılması nəticəsində işin təsviri, iş şəraitlərinin müəyyənləşdirilməsi;

  3. Təşkilatdaxili işlərin qiymətləndirlməsi üçün mükəmməl bir qiymətləndirmə üsulu seçilir;

  4. İdarə və təşkialtın məqsədlərinə uyğun olaraq əmək haqqı sistemi seçilir;

  5. Əmək bazarındakı əmək haqqı məbləğlərini müəyyənləşdirmək üçün xüsusi üsul seçilir və tədqiqat aparılır;

  6. Əməyin ödənilməsi zamanı hər bir işin dəyəri müəyyən edilir;

  7. Ödənən əmək haqqı miqdarı ilə işçinin qabiliyyəti arasında əlaqə yaradılması üçün çox şaxəli planlar hazırlanır;

  8. Əmək haqqı miqdarının müəyyən edilməsi zamanı işçilərin tələbatlarına və əmək göstəricilərinə diqqət yetirilir.

Əmək haqqı ilə bağlı səlahiyyət daşıyan şəxslər ödənəcək miqdarın müəyyən edilməsinə aşağıdakı xüsusiyyətlərə diqqət etməlidirlər.

Bazar münasibətlərinə keçid şəraitində ölkənin sosial və iqtisadi inkişafının dəyişilməsi əməyin ödənilməsi sosial müdafiəsi sayəsindəki əsaslı surətdə dəyişilməsini tələb edir. Bununla əlaqədar olaraq dövlətin bir çox funksiyaları bilavasitə müəssisələrə verilmişdir.

Belə ki, müəssisələr əməyin ödənilməsi və onun nəticələrinin stimullaşdırılmasının forma, sistem və həcmini sərbəst surətdə müəyyənləşdirirlər.

Hazırda «əmək haqqı» anlayışı yeni keyfiyyət almış və pul və natural formada hesablanmış bütün növdən olan gəlirləri özündə əks etdirir.

Bazar münasibətlərinə keçid səhmdar və müəssisənin mülkiyyətinə əmək kollektivinin qoyuluşu üzrə hesablanmış pul gəlirlərini hesabına yeni qazanc mənbələrini də əmələ gətirmişdir. Beləliklə, müəssisələrdə hər bir işçinin əmək gəlirləri müəssisənin işinin son nəticəsindəki şəxsi töhfəsindən asılı olaraq müəyyənləşdirilir, vergilərlə tənzimlənir və maksimum həddinə heç bir məhdudiyyət qoyulmur.

Müəssisələrdə əmək münasibətlərinin tənzimlənməsinin hüquqi əsasını müəssisənin kollektiv müqaviləsi təşkil edir. Orada müəssisənin səlahiyyətinə daxil olan əməyin ödənişi üzrə bütün şərtlər öz əksini tapır. İşçilərin sosial müdafiəsi sahəsindəki ən mühüm istiqamətlərdən biri də gəlirlərin indeksləşdirilməsi və inifiliyasiya ilə əlaqədar itkilərin ödənilməsinə təminat verilməsidir. Əhalinin sosial müdafiəsinin təşkilində dövlət büdjədənkənar fondları xüsusi rola malikdir. Onların yaradılması və istifadəsi mövjud qanunvericiliklə tənzimlənir.

Bütün bunlarla yanaşı əmək münasibətlərinin dövlət tərəfinən tənzimlənməsi prinsipi də saxlanılır.

Bu eyni zamanda əməyin və onun ödənilməsinin uçotuna da aiddir hansı ki, ciddi sənədləşdirilməli, dəqiq və bir çox hallarda bütün ölkə üzrə vahid olmalıdır.

Azərbaycanda istehsalın inkişafı ilə əlaqədar olaraq fəhlə və qulluqçuların əmək haqqı artır, tarif stavkaları, vəzifə maaşları yüksəlir.

İstehsal aparatının sürətlə tənzimlənməsi istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, yeni texnika ilə təchizat sahəsində bütün iş, əmək şəraitinin sağlamlaşdırılması və əməyin məzmununun zənginləşdirməyə yönəldilməlidir. Əmək haqının artırımsaı əmək məhsuldarlığının yüksəldilməsindən möhkəm asılı olması müasir şəraitdə təsərrüfatçılığın çox mühüm tələbidir və bu tələbə sözsüz əməl edilməsinə nail olunmalıdır.

Dövlət bu barədə bir sıra qərar və qanunlar qəbul edilməsinə baxmayaraq başlıca məsuliyyət müəssisə və birliklərin öz üzərinə düşür.

Belə ki, hər bir müəssisə öz işçilərinin qayğısına qalmalı, onların heç olmazsa minimum yaşayış səviyyəsini təmin etməlidirlər. Bunun üçün müəssisədə istehsal ehtiyatlarından səmərəli istifadə edilməsi, məhsulun maya dəyərinin aşağı salınması, yüksək keyfiyyətli, tələbata uyğun məhsul istehsal edilməli, lüzumsuz xərclərin aradan qaldırılması və sair problemlər birinji növbədə həll edilməlidir. Hazırda bu sahədə müəssisələrin mühasibat uçotunun səmərəli təşkili və onun iqtisadiyyatın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Müəssisələrin işçi qüvvəsi ilə təminatı onun səmərəli fəaliyyətinin əsasını təmin edir. Bu iqtisadi, siyasi və sosial sferada baş verən mühüm dəyişikliklərlə əlaqədar olub, əmək bazarının formalaşması və istifadəsində özünü biruzə verir.

Müəssisə və təşkilatların işçi qüvvəsi ilə təmin edilməsinin düzgün həyata keçirilməsi səmərəli məşğulluğun həyata keçirilməsinə şərait yaradır. Bu isə öz növbəsində sərf edilmiş əməyin həqiqiliyi və müvafiqliyini, maddi həvəsləndirməni, tapşırııqların yerinə yetirilməsi dərəcəsini müəəyyən etməyə və onun əsasında yeni planların tərtib edilməsinə və əmək kollektivini daha gərgin planlar tərtib edilməsinə yönəldir.

İqtisadi ədəbiyyatlarda ticarət işçilərinin əməyinin məhsuldar və ya qeyri-məhsuldar olması barədə müzakirələr davam etməkdədir. Ticarət orada baş verən əməliyyatların istehsal xarakterli olmasına görə( məsələn, qablaşdırma, çüşidləmə, saxlama, daşınma və s) istehsal sahələrinə aid edilir. Eyni zamanda ticarətdə yeni dəyərin yaratmayan əməliyyatlar da baş verir ki, buna görə də həmin əməliyyatları yerinə yetirən ticarət işçilərinin əməyini məhsuldar əmək hesab etmək olmaz. Beləliklə, həmin müzakirələrin mahiyyəti ticarət işçilərinin əməyinin xarakteri və nəticəsini aydınlaşdırmağa imkan yaradır.

Ticarət işçilərinin əməyini digər sahələrin işçilərinin əməyindən fərqləndirən bir sıra xarakterik xüsusiyyətlər mövcuddur. Əmək funksiyasını icra etməklə əlaqədar ticarət işçilərinin əməyini istehsal prosesinin tədavül sferasında davam etdirlməsi ilə və bir mülkiyyət formasının digəri ilə əvəz edilməsi ilə əlaqədar olan əməyə ayırırlar.

Ticarət müəssisəsinin işçiləri tərəfindən yerinə yetirilən bütün əmək prosesi təbiətinə və məzmununa görə 2 fərqli yerə ayrılır:



  • malların dəyər formasının dəyişməsi ilə

  • istehsal prosesinin tədavül sferasında davam etdirlməsi ilə əlaqədar olan.

Birinci növ əmək dəyər formasının dəyişməsini təmin edir və özündə alqı-satqı, alıcılara xidmət, hesabatın aparılması, reklam və s. prosesi əks etdirir.

Əməyin ikinci növü isə özündə daşınma, çeşidlənmə, soptlaşdırma, yüklənmə və boşaltma, saxlanma və s. əmək proseslərini əks etdirir. Hər iki növ bir-biri ilə qarşılıqlı əlaqədardırvə ticarət-texnoloji prosesin təkilinin əsasını özündə əks etdirir.

Beləliklə, ticarət təşkilatlarında əməyin birinci xüsusiyyəti onun ikili xarakterə malik olmasıdır.

Ticarət təşkilatlarında əməyin ikinci xüsusiyyəti isə istehsal prosesinin tədavül sferasında davam etdirlməsi ilə əlaqədar olan əmək ümumi əmək prosesi həcmində daha yüksək xüsusi çəkiyə malik olmasıdır ki, bu da əsasən ticarət təşkilatlarının təminatının aşağı səviyyədə olması ilə şərtlənir. Bir qayda olaraq sənaye çüşidinin ticarət çeşidinə çevrilməsi ilə əlaqədar olan proseslərin əksəriyyəti, yəni satışdan qabaq malların emalı adətən əllə yerinə yetirilir. Burada böyük canlı əmək sərfinin mövcudluğu neqativ faktor hesab edilir

Ticarətdə əməyin üçüncü xüsusiyyəti mülkiyyət formasının dəyişməsi ilə əlaqədar olan əmək kifayət qədər eynidir və bununla yanaşı böyük əməb və fiziki gərginlik tələb edir. Bu əsasən iki şeylə, birinci növbədə, ticarət –texnoloji proseslərnin təşkilində ticarət işçilərinin təşəbbüskarlığının kəckin şəkildə məhdudlaşdırılması və nəzərdə tutulmaması, ikincisi isə, avtomatlaşdırma vasitələrinin kifayətləndirici olmaması nəticəsində analitik, uçot və statistik hesablamalar əllə həyata keçirilməsi ilə şərtlənir.

Ticarət təşkilatlarında əməyin dördüncü xüsusiyyəti ehtimal olunan amillərin əhəmiyyətli təsirinin olmasıdır. Gün ərzində, ticarət təşkilatının yerləşmə yerindən asılı olaraq alıcı axınının intensivliyi, mal qrupları üzrə tələbatın kəskin daşınması və digər bu kimi amillər işçilərin qaçılmaz boşdayanmalarına, digər günlərdə isə yüksək yüklənmə və əməyin gərginliyinin yüksəlməsinə səbəb olur.

Ticarət təşkilatlarında işçilərin əməyin beşinci xüsusiyyəti əməyin son nəticəsinin məhsul deyil, xidmət olmasıdır.

Deməli ticarətdə tətbiq edilən əmək, xalq təsərrüfatının digər sahələrində olduğu kimi ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malikdir və məhsuldardır. Məhz ona görə də onun səmərəliliyinin yeksəldilməsi üçün ticarət prosesinin təşkilinin təkmillləşdirilməsi, həmçinin iş yerlərinin təşkili və xidmətinin yaxşılaşdırılması tələb olunur.




    1. Əmək haqqının sosial-iqtisadi mahiyyəti, funksiyaları və

uçotunun təşkili prinsipləri.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əldə edilən izafi dəyərin bir hissəsini sahibkar təkrar istehsal prosesinin baş verməsi üçün zəruri olan yığıma, bir hissəsini şəxsi istehlaka, nəhayət bizi maraqlandıran sonuncu hissəsini isə işçinin əməyinin ödənilməsinə yönəldir. Məhz işçinin əməyinin ödənilməsinə yönəldilən hissə işçinin əmək ödənişini (əmək haqqını) təşkil edir.

Əmək ödənişi və əmək haqqı anlayışları bir-birinə oxşar, lakin əslində bir-birinin eyni olmayan anlayışlardır. Əmək ödənişi daha geniş anlayışdır və tarixən əmək haqqı əmək ödənişinin sələfi kimi çıxış etməklə uzun müddət əmək ödənişini bütünlükdə təşkil etmişdir.

Bazar münasibətləri inkişaf etdikcə, cəmiyyət demokratikləşməyə doğru meyl etdikcə, insanların əmək ödənişi daha da artmaqda və genişlənməkdədir. Müasir dövrdə əmək ödənişi xərcləri özündə əmək haqqına çəkilən məsrəflərlə yanaşı müxtəlif pul və qeyri-pul mukafatları, müavinətlər, təqaüdlər, pensiyalar və s. özündə birləşdirir. Əmək ödənişi xərcləri özündə istehsalın nəticələrinin həm ilkin və həm də, yenidən bölgüsünü birləşdirir. Cəmiyyət üzvlərinin istehsal prosesində sərf etdikləri əməyin kəmiyyət və keyfiyyətinə görə aldıqları haqq ilkin bölgünü, müəssisənin yaratdığı ehtiyat fondlardan əldə etdikləri haqq isə yenidən bölgü prosesini özündə əks etdirir.

Əmək ödənişi, əmək haqqı, əhalinin gəlirləri, həyat səviyyəsi dövlətin gəlirləri anlayışları bir-birilə sıxı surətdə bağlıdır. Məhz bu bağlılıq əmək ödənişinin xərclərinin sosial- iqtisadi mahiyyətini təşkil edir.

Ümumiyyətlə, müstəqim əmək ödənişi xərclərinin sosial-iqtisadi mahiyyətini biz bir neçə aspektdən nəzərdən keçirə bilərik. Hər şeydən əvvəl onun iqtisadi mahiyyətinə nəzər salaq. Bir az əvvəl qeyd elədiyimiz kimi əmək ödənişləri hər şeydən əvvəl bir xərcdir və özünü müəssisədə məhsul istehsalına, iş və xidmətlərin yerinə ytirilməsinə çəkilən məsrəflər şəklində göstərir. Mövcud bazar münasibətləri şəraitində müəssisələrində əmək ödənişi xərcləri material xərclərindən sonra ikinci yer tutmaqla məhsulun maya dəyərində əhəmiyyətli xüsusi çəkiyə malikdir.

Əməyin ödənişi xərclərinin sosial mahiyyəti özünü işçilərin, onu əldə edən cəmiyyət üzvlərinin şəxsi gəlirlərini təşkil etməklə onların həyatında oynadığı rolda göstərir. Bazar iqtisadiyyatı ölkəmizdə gəlirlərin artırılması üçün çox geniş imkanlar açmışdır. Bu bazar iqtisadiyyatına keçidlə əlaqədar yeni gəlir mənbələrinin(dividentlər və s.) yaranmasında özünü büruzə verir. Əhali gəlirlərinin formalaşmasının əvvəlki mənbələri ilə yanaşı, yeni mənbələr meydana çıxır. Buraya dövlətin ictimai istehlak fondlarından daxil olan gəlirlər, mərkəzləşdirilmiş pul fondlarından daxil olan gəlirlər və s. daxil olsa da əmək ödənişi və onun tərkibində əmək haqqı xərcləri əhali gəlirlərinin yenə də ən böyük hissəsini təşkil edir. Əmək ödənişi xərcləri əhalinin, cəmiyyət üzvlərinin əldə etdiyi ənənəvi gəlir növlərindən biridir. Təsadüfi deyildir ki, cəmiyyət üzvlərinin əldə etdiyi gəlirlərin aşağıda vərəcəyimiz təsnifatında əmək ödənişi (əmək haqqı, mükafat və s.) birinci yerdə durur:

1. Əmək sərfi müqabilində əldə edilən gəlirlər (əmək haqqı, mükafatlar və s.)

2. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər (mənfəət, icarə haqqı və s.)

3. Qeyri-əmək gəlirləri (müavinətlər, pensiyalar, sosial yardımlar)

4. Qiymətli kağızlardan və digər mənbələrdən əldə edilən gəlirlər (faizlər, dividentlər, uduşlar və s.)

Əmək ödənişləri əhalinin gəlirlərinin mühüm bir hissəsini təşkil etməklə onların həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Əmək ödənişləri nə qədər yüksək olarsa, bu bir o qədər əhalinin həyat şəraitinin yaxşılaşmasına, əhalinin nominal gəlirlərinin artmasına, əhalinin istehlak təlabatının ödənilməsinə səbəb olur. Təsadüfi deyildir ki, əhalisinin həyat səviyyəsi yüksək olan ölkələrin əksəriyyəti (demək olar ki, hamısı) əmək ödənişlərinin, əmək haqqının yüksək olduğu ölkələrdir. Bunlara biz ABŞ, Almaniya, Yaponiya, İngiltərə kimi ölkələri misal göstərə bilərik. Müasir dövrdə əhalinin ümumi gəlirlərinin təxminən 3/4 hissəsinin əməyin ödənişi fondu hesabına reallaşdığını nəzərə alsaq əmək ödənişlərinin cəmiyyət üçün nə demək olduğunu başa düşə bilərik. Əmək ödənişlərinin artmasında təkçə əmək adamlarının deyil, dövlətin də böyük marağı vardır.

Məlum olduğu kimi müasir dövrdə büdcə gəlirlərinin təxminən 90-95 %-i müxtəlif vergilər və rüsumlar hesabına yaranır. Bu vergilərin içərisində əhəmiyyətli xüsusi çəkiyə (16-20 %) malik vergilərdən biri də fiziki şəxslərdən tutulan gəlir vergisidir. "Fiziki şəxslərdən gəlir vergisi" haqqında Azərbaycan Respublikasının qanununa görə Azərbaycan Respublikasının ərazisində yaşayan və gəlir əldə edən hər bir fiziki şəxs qanunda göstərilən müddəalara uyğun olaraq əldə etdiyi gəlirdən müəyyən edilmiş dərəcələrlə dövlət büdcəsinə vergi ödəməlidir. Hal-hazırda müxtəlif mülkiyyət formalarına aid olan müəssisə və istehsal birliklərində fəaliyyət göstərən əmək adamlarının əldə etdiyi əmək haqqından qanunda nəzərdə tutulmuş hallar istina olmaqla gəlir vergisi tutulur. Toplanan vergi isə ölkənin iqtisadi güçünün artırılmasına, yenidən bölgü prosesinin baş verməsinə sərf edilir.

Digər tərəfdən əmək ödənişlərinin artırılması onlara müvafiq olaraq sosial sığortaya ayırmaların artmasına səbəb olur. Əmək ödənişlərinin artması əhalinin gəlirlərinin artmasına səbəb olmaqla yanaşı, ölkə əhalisinin daha az təminatlı hissəsini yüksək təminatlı hissəsi hesabına saxlamağa imkan verir. Belə ki, əmək ödənişləri hesabına gəlirləri artan cəmiyyət üzvlərindən dövlət daha yüksək dərəcələrlə vergi almaqla az təminatlı ailələrə daha çox sosial yardımlar, müavinətlər ayıra, pensiya və təqaüdləri artıra bilər.

Əmək ödənişlərinin artırılması bir stimullaşdırıcı təsir vasitəsi kimi də qeyd oluna bilər. Əgər işçinin sərf etdiyi əməyin kəmiyyət və keyfiyyəti düzgün nəzərə alınarsa, onun əməyinə düzgün haqq verilərsə və lazımı anlarda maddi həvəsləndirmə fondu hesabına işçiyə mükafatlar verilərsə, bu işçiyə öz işində daha məsuliyyətli olmağa, daha yüksək keyfiyyətli məhsullar istehsal etməyə təsir göstərə bilər.

Əmək ödənişlərinin artması əhali yığımlarının artmasına səbəb olur. Əhali yığımlarının artması dövlətə lazım olan anlarda (məsələn, büdcə kəsiri yarandıqda) daxili ehtiyatlar hesabına özünün maliyyə çatışmamazlığını aradan qaldırmağa imkan verir. Bu zaman dövlət özünün qısamüddətli xəzinə öhdəliklərini əhali arasında yerləşdirməklə, bu pul yığımları hesabına özünün lazımi tələbatlarının ödənilməsinə nail ola bilər. Digər tərəfdən əmək ödənişləri hesabına yaradılan bu yığımları əhali həm özünün istehlak tələbatına yönəltməklə özünün uzun illərdən bəri arzuladığı daha yüksək həyat şəraiti qurmasına (daha bahalı avtomobillər və s. almaqla) nail ola bilər, həm də həmin pul yığımlarını kommersiya banklarına əmanət kimi qoymaqla onların yenidən dövriyyəyə çıxmasına nail ola bilərlər. Bu isə banklara qoyulan həmin pul yığımlarının yenidən bölgü nəticəsində kredit şəklində maliyyə çatışmamazlığından əziyyət çəkən investorlara tərəf yönəldilməsinə, bu isə sonda işsizliyin aradan qalxmasına, istehsal prosesinin genişlənməsinə, cəmiyyət üzvlərinin yenidən gəlir əldə etməsinə səbəb ola bilər. Bütün bunlar isə sonda ölkədə makroiqtisadi tarazlığın yaranmasına ölkədə sosial, siyasi, iqtisadi vəziyyətin yüksəlməsinə səbəb olur.

Maddi və mənəvi dəyərlərin yaradılmasında zəhmətkeşlərin iştirak payı əmək haqqı formasında özünü biruzə verir ki, bu da onların şərt etdiyi əməyin kəmiyyət və keyfiyyətinə uyğun olmalıdır. Əmək haqqı, əhalinin sosial müdafiəsinə edilən ayırmalar məsrəflərin bir sıra digər elementləri ilə birlikdə özündə əlavə dəyəri əmələ gətirir ki, bu da vergiyə cəlb olunur. Ona görə də bu dəyərin düzgün hesablanması əməyin ödənilməsi üzrə məsrəflərin düzgün müəyyənləşdirilməsi ilə əlaqədardır.

Bundan başqa əmək haqqı eyni zamanda xalq istehlakı malları və xidmətlərinin qiymətlərinin qalxması ilə əlaqədar indeksasiyasının, əhalinin sosial müdafiəsinə, əhalinin məşğulluq fonduna ayırmaların, fəvqəladə vergilərin, büdjədənkənar fondlara və digər ayırmaların, gəlir vergisinin və s. həcminin müəyyən edilməsi üçün baza hesab edilir.

Əmək haqqı işçilərin əməyin nəticəsinə, əmək məhsuldarlığının yüksəldilməsinə, istehsal olunan məhsulun həcminin həmçinin onun keyfiyyəti və çeşidini artırmağa təsir göstərən əsas vəsaitlərdən biridir. Odur ki, müəssisə və təşkialtlarda əməyin ödənilməsinin düzgün və səmərəli təşkili məqsədi ilə aşağıdakı mühüm prinsiplərə əməl olunması xüsusi əhəmiyyət kəsb edir:



  1. Müəssisə və təşkilatlarda işçiyə çatası əmək haqqı məbləği işçinin maddi və mənəvi tələbatını ödəyə bilmək həcmdə olmalıdır. Əks təqdirdə işçi öz iş qüvvəsini bərpa və təkrar istehsal etmək imkanına malik ola bilməz.

  2. Əmək haqqı müəyyən edilərkən bacarıq, qabiliyyət, səlahiyyət və çalışma şərtləri ilə bağlı olmalıdır. Eyni işə eyni əmək haqqı ödənilməsi siyasəti əsas məqsəd olmalıdır.

  3. Müəssisə daxilində həm zehni əmək, həm də fizik əmək şərf edən şəxslər arasında fərq qoymadan əmək haqqı məbləğini müəyyən etmək, işə uyğun ödənilmə təmin edilməlidir.

  4. Əmək bazarında digər işlər ödənən əmək haqqı məbləğini təyin etməklə müəssisə xarici təşkialtlara nəzərən daha ədalətli əmək haqqı sisteminin qurulmasına nail olmaq;

  5. Əmək haqqının stimullaşdırıcı, həvəsləndirici funksiyasından optimal istifadə etməklə məhsuldarlığı maksimuma çatdırmaq;

  6. Əməyin ödənilməsi zamanı müəssisənın maliyyə imkanları, istehsalın həcmi,işçilərin müəssisə daxilindəki fəaliyyət səviyyəsi nəzərə almalıdır. Çünki sadalanan bu amillər təşkilatın iş prinsipindən asılı olaraq dəyişir. Bundan başqa əmək bazarlarında cari əmək haqqı məbləği dövlətin busahədə apardığı siyasət, iqtisadi göstəricilər əmək haqqının müəyyən edilməsində mühüm amillərdəndir.

Bazar iqtisadiyyatı şəraitində əmək haqqının əsas funksiyaları aşağıdakılardır:

- təkrar-istehsal funksiyası şəxsi gəlirlərin formalaşmasını, işçilərin və onların

ailələrinin tələbatlarının ödənilməsini təmin edir. Əmək haqqının səviyyəsi işçi qüvvəsinin təkrar istehsalını təmin etməlidir. İşci qüvvəsinin təkrar istehsalına çəkilən xərclər sosial-iqtisadi, təbii-iqlim, mədəni və s. digər xususiyyətlərdən asılıdır. İstehsalın inkişafi və ETT-in sürətlənməsilə əlaqadar işci qüvvəsinin təkrar istehsalına çəkilən xərclər artır;

- stimullaşdırıcı funksiya məhsulun istehsalının və onun keyfiyyətinin artırılnmasına,işçilərin ixtisalaşdırılmasına, onların bütün növ ehtiyatlardan səmərəli istifadəsinə və müəssisədə işci heyətin sabitləşdirilməsinə yönəldilir. Qeyd edilən bu funksiya məhz müəssisədə əmək haqqının müxtəlif forma və sistemlərindən səmərəli istifadə zamanı üzunu biruzə verir;

- böluşdurucu funksiya istehsal olunmuş məhsulda işcinin payının müəyyən edilməsindən ibarətdir. Başqa sozlə, hazırlanmış məhsula gorə işcinin aldığı əmək haqqının məbləqi birbaşa onun istehsal prosesində iştirakı ilə əlaqədardır və müəssisənin fəaliyyətində onun gostərdiyi səyin gostəricisi kimi cıxış edə bilər. Bu funksiya muzdlu işçilər və istehsal vasitələrin sahibləri arasında istehlak fondunun bölgusu zamanı canlı əməyin payının əks olunması üçün nəzərdə tutulur;

- ehtiyatın yerləşdirilməci funksiya ölkənin regionları və iqtisadiyyatın sahələri üzrə, eyni zamanda müəssisə səviyyəsində əmək ehtiyatlarının səmərəli yerləşdirilməsinə və istifadəsinə imkan verir. Nəzərə alsaq ki, əmək ehtiyatlarının yerləşdirilməsi üzrə dövlət tənzimlənməsi minimuma endirilir, onda əmək bazarının səmərəli fəaliyyəti hər bir muzdlu işcinin oz iş yerini sərbəst secmə imkanının olması şəraitində mümkündür.. Bu şəraitdə öz tələbatlarını maksimum dərəcədə ödəmək məqsədilə işçilərin yerdəyişməsi onların həyat səviyyəsinin yüksəldilməsində göstərdikləri səyin əsas şərtidir. Bu funksiyanın icrası işçilərin daha səmərəli sahələrdə calışmasını, müəssisələrin müvafiq kadrlara olan tələbatının ödənilməsini, işçilərin öz şəxsi arzularını nəzərə almaqla onların konkret iş yerlərinə cəlb olunmasını təmin edir və s. ;

- mövqe funksiyasına əsasən əmək haqqının səviyyəsi işcinin sosial mövqeyinin, əmək bazarında peşənin nüfuzunun və müəssisənin mövqeyinin müəyyn edilməsini nəzərdə tutur;

- odəmə qabiliyyətinin formalaşması funksiyası.

Əmək haqqı məsrəfləri məhsulun maya dəyərinə daxil edilən mühüm elementlərdən biri hesab olunur. Ona göər də müəssisədə çalışan işçilərə çatacaq əmək haqqının düzgün hesablanması və məhsulun maya dəyərinə daxil edilməsi ən mühüm vəzifəlrdən biridir. Əməyin və onun ödənişinin uçotu elə təşkil olunmalıdır ki, əmək haqqının ayrı-ayrı növləri, istehsal sahələri, əməyin ödənişini forma və sistemləri üzrə lazım olan informasiya əldə etmək mümkün olsun.

Müəssisə və təşkialtların mühasibat uçotu sistemində əmək və əmək haqqının uçotu ən mərkəzi yerlərdən birini tutur.

Mühasibatda əməyin və əmək haqqının uçotu xüsusi qrup və ya şəxs tərəfindən mövcud müvafiq ilkin sənədlərə, təliamtlara, mühasibat uçotunun qüvvədə olan hesablar planına və s. əsasən aparılır.

Müəssisələrdə bazar münasibətlərinə keçidlə əlaqədar olaraq əməyin və onun ödənilməsinin uçotu elə təşkil edilməlidir ki, aşağıda qeyd edilənlərə nəzarəti həyata keçirməyə və müvafiq hesabatların tərtibi üçün lazımi informasiyanı toplamağa şərait yaratsın.

Müasir şəraitdə əməyin və onun ödənilməsinin uçotunun qarşısında aşağıdakı bir sıra mühüm vəzifələr durur ki, bunlara aşağıdakılar aiddir:


  1. Əməyin təşkilinin sənədləşdirilməsi üzrərində nəzarət və əmək haqqı ilə bağlı əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsinin təmin etmək;

  2. İşəmüzd və vaxtamüzd fəhlələrin, habelə digər işçilərin hasilatının düzgün və vaxtnda sənədlərlə rəsmiyyətə salınması;

  3. Əmək haqqı və müavinatların vaxtında hesablamaq və müəyyən edilmiş müddətlərdə ödənilməsini həyata keçirmək;

  4. Əmək haqqının hesablanılması və ödənilməsi ilə əlaqədar olan əməliyyatların qanuniliyini izləmək;

  5. Qeyri-məhsuldar ödəmələrin, gizli və aşkar iş vaxtı itkilərini aradan qaldırmaq;

  6. Vergi və digər ödəmələr üzrə tutulmaların vaxtında həyata keçirilməsi və onların büdcəyə və təyinatı üzrə köçürülməsinə nəzarət;

  7. Hesablanmış əmək haqqının kalkulyasiya obyektləri arasında düzgün bölüşdürülməsini təmin etmək;

  8. Əmək haqqı fondundan istifadəyə nəzarət;

  9. Müəssisədə ayrı-ayrı istehsal sahələrində tətbiq edilən əməyin təşkili və stimullaşdırılması formasının səmərəliliyinin təmin edilməsi;

10.İşçilərin mükafatlandırılmasını düzgün təşkil təşkil etmək və

mükafatlandırılma sisteminin təkmilləşdirilməsı haqqında təkliflər

vermək;

11.Əmək və onn ödənişi üzrə lazımı yekun məlumatların, hesabat və



arayışların vaxtında və düzgün tərtib edərək aidiyyatı üzrə nəzərdə tutulan

orqanlara şəxslərə təqdim etmək .

Qeyd edilən bu uçot və hesabatların məlumatlara əsasən istehsalatda iş vaxtından istifadəyə nəzarət həyata keçirilir, əməyin mütərəqqi metodlarının tətbiqinə imkan, əmək məhsuldarlığının və əməyin ödənilməsi artım nisbətinin saxlanmasına və əməyin ödənilməsinə məsrəflərin səviyyəsinə nəzarətə şərait yaranır.


    1. Yüklə 293,32 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə