Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə35/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   31   32   33   34   35   36   37   38   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



70 

Spontan  və  ya  müxtəlif  stimullaşdırıcı  faktorlarla  çağırılan  əzələ  aktivliyinin  elektrik  paramtrlərinin 

anlizi  dayaq  -  əzələ  sisteminin  funksional  vəziyyətinin  sinir  qabığından  başlamış  müxtəlif  əzələ  liflərinin  

aktivliyinədək  məqsədyönlümüşahidə aparılmasına imkan verir. 

Əzələlər  normal  şəraitdə  qanuna  uyğun  funksiyalarla  yüksək  ixtisaslaşmış  və  mürəkkəb  orqan  olub, 

mərkəzi və pereferik sinir sistemlə sıx struktur – funksional əlaqədədir. Bu bahımdan əzələlərin denervasiya 

dəyişilikləri və bərpaetmə funksiyası mexanizminin öyrənilməsi vacib sahələrdəndir. 

Skelet əzələləri hər biri eninə kəsiyində 20, 60 əzələ lifi saxlayan ilkin dəstələrdən ibarətdir. Hər bir 

dəstə  birləşdirici  toxuma  qlafı  ilə  -  perimiziula,  hər  bir  lif  isə  endomiziumla  ayrılmışdır.  Ayrı  –  ayrı  liflər 

toxuma qlafı (təbəqəsi) sarkalemlə əhatə olunub. Elə onun altında uzununa hər 5 mkm-dən bir nüvə yerləşib. 

Liflər xarakterik eninə xəttiliyə malikdirlər ki, bu optik olaraq az və ya çox sıxlığlı sahələrin növbələşməsi 

kimi görünür. 

Elektron  mikroskopla  təyin  olunmuşdur  ki,  hər  bir  miofibril  müxtəlif  qalınlığlı  və  kimyəvi  tərkibə 

malik  paralel  yerləşən xətlərdən  və  ya  protofibrildən (filamentlərdən)  ibarətdir. Tək  miofibrildə  2000-2500 

protofibril ola bilər. Nazik protofibril 5-8 pm və 1-1,2 mkm uzunluğa, qalınlar isə uyğun olaraq 10- 15pm 1,5 

mkm-ə bərabər olurlar. 

Hər  bir  əzələnin  onda  olan  liflərin  istiqamətindən  asılı  olaraq  müxtəlif  yerləşən  innervasiya  zonası 

vardır. Bu zonanın eni 1-2 mm-ə bərabərdir. Eksperimental verilənlərə görə insanda 250 milliona yaxın əzələ 

lifi (ƏL) və onurğa beynində 420 minə yaxın əzələ sinirləri var. Aydındır ki bir əzələ siniri çoxlu sayda əzələ 

lifini innervasiya edir. Bir HV-dəki ƏL-nin sayı HV- nin çox vacib miqdarı xarakteristikidir. Bir HV-ə düşən 

ƏL-nin  sayı  ekstraokulyar  əzələlərdəki  kimi  bir  neçə  lifdən  tutmuş,  yüzlərlə  (ətrafların  tonik  əzələləri)  və 

hətta minə gədər (baldır əzələlərdə) dəyişir. Adətən kiçik, dəqiq hərəkətləri idarə edən HV-i az sayda ƏL-ə 

malik olur ki, bu da əzələ funksiyasının səlis idarə olunmasına şərait yaradır. 

 

TİBBİ TƏYİNATLI AUDİOMETRİK SİSTEM 



 

Yunusov  N.Ş. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Hazırda  təbabətdə  müalicə-profilaktika  məqsədilə  sabit  (qalvanik)  cərəyandan,  onun  növlərindən, 



müxtəlif tezlikli  dəyişən  cərəyanlardan,  statik  elektrik  cərəyanından  və  elektrik  sahələrindən  geniş istifadə 

edilir. 


Kalibləşdirici  blokda  (şəkil  3.1.)  olan  transformatorun  köməyilə  dəyişən  cərəyanın  gərginliyi  220 

voltdan  (V)  30-60V-a  endirilir,  xüsusi  düzləndirici  vasitəsilə  sinusoidal  cərəyan  düzləndirilir  və  filtrlə 

cərəyanın  pulsasiyası  hamarlanır.  Beləliklə  Audiometrik  qurğularda  düzləndirilmiş,  gərginliyi  azaldılmış, 

pulsasiyası  endirilib  hamarlanmış  cərəyan  (qalvanizator  cərəyanı)  patensiometrə  tənzimlənir  və  aparatın 

klemmalarına verilir. 

Izolə edilmiş keçiricilərlə aparatın dəstəklərinə verilən qalvanik cərəyanın intensivliyi, qalvanizasiya 

aparatına bərkidilmiş, 10-100mA yaxud, 5-50 mA həcmli milliampermetrlə ölçülüb nəzarət edilir. 

Audiometrik qurğu aparatı ilə aparılan müalicə-qalvanizasiya, yaxud sabit cərəyanla müalicə adlanır. 

Audiometrik qurğularin-aparatın klemmalarından yaxşı izolə edilmiş keçiricilər çıxır. Bu keçiriciləri 

elektrodlarla birləşdirmək  üçün onların qurtaracağında xüsusi sıxıcılar vardır. Həmin sıxıcılara bərkidilmiş 

elektrodlar  vasitəsilə  orqanizmə  sabit  cərəyan  verilir.  Bu  cərəyanın  miqdarı  yuxarıda  göstərdiyimiz 

milliampermetrlə ölçülür. 

 

 

Şəkil 3.1. Resound Alera və Resound Unite Audiometrik cihazı kalibrləşdirici blokla birlikdə 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



71 

Elktrodlar 0.3-1mm qalınlıqda qurğuşun lövhədən və 10mm-dən çox qalınlığı olan 12-16 qatlı hidrofil 

pambıq parçadan düzəldilmiş altlıqdan ibarətdir. Müalicə olunan üzvə yaxud nahiyəyə əvvəlcə parça altlıq 

qoyulur. Parça altlıq qurğuşun lövhədən bir qədər böyük və keçiriciliyi artırmaq üçün isti-nəm olmalıdır. Yaş 

əski  parçası  qurğuşun  lövhədən  hər  tərəfdə  15-20mm  kənara  çıxmalıdır  ki,  bu  lövhə  bilavasitə  dəriyə 

toxunub, elektroliz-kimyəvi yanıq törətməsin. 

Sabit cərəyanla müalicə apararkən (xəstənin cərəyana həssaslığını nəzərə alaraq) adətən 1sm

2

 sahəyə 



0.01-0.1mA sıxlıqlı cərəyan təyin edilir. Uşaqlar üçün bu rəqəm 0.01-0.05mA/sm

2

-dir. 



Orqanizmin  maye  mühitləri-qan,  limfa,  parenximatoz  üzvlər  və  əzələlər  yaxşı  elektrik  keçiriciliyinə 

malikdirlər. Sərt toxumalar, sinirlər və piy toxumaları isə elektrik cərəyanını pis keçirirlər. Dərinin buynuz 

qatı,  tüklər,  dırnaqlar  demək  olar  ki,  elektrik  cərəyanını  keçirmirlər.  Daxili  üzvlər  elektrik  cərəyanını 

nisbətən  daha  yaxşı  keçirdiyi  halda,  içərisində  hava  (qazlar)  olan  üzvlər  (ağ  ciyərlər,  mədə-bağırsaqlar) 

elektrik cərəyanını pis keçirir. Dəridə elektrik cərəyanı əsasən tər və piy vəzilərinin axarı üzrə nəql olunur. 

                                                                                                 



NEFT-QAZ HASİLATININ DÜŞMƏ ƏYRİLƏRİNİN İSTİFADƏSİ 

 

Yusifli N.B. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Qeyd  etmək  lazımdır  ki,  bütün  quyuların  tükənmə  dövründə  eksponensial  düşmə  sərgilədiklərini 



demək olmaz. Bir çox hallarda, sürət zaman göstəricilərinin hesablanmış analitik (eksponensial) həlldən daha 

yaxşı  olduğu  yerlərdə  daha  tədrici  hiperbolik  düşüşlər  müşahidə  edilir.  Bu  hiperbolik  düşmə  təbii  və  süni 

hərəkətverici  enerjilərin  nəticəsidir  hansı  ki,  sırf  yüngül  sıxışdırıla  bilən  qaz  və  sıxışdırıla  bilən  neftin 

genişləməsinin  səbəb  olduğu  tükətmə,  azltmayla  müqayisədə  təzyiq  tükənməsini  aşağı  salır  .Hiperbolik 

düşməyə  layın  enerji  mənbələrinin  həll  olmuş  qaz,  genişləyən  qaz  papağı,  subasqı  rejimlərinin  olduğu 

hallarda rast gəlinir. Bununla yanaşı gaz və suyun vurulması ilə təbii rejimlərin yaradılması zamanı da buna 

rast gəlinir. 

İstənilən halda , bu rejim enerjilərinin varlığı hasilatın bərpasının (injeksiyayla və s)  saf şəkildə özü 

genişlənən rejimlərlə (qazın  genişlənməsi)  müqayisədə  təzyiqi  dəstəkləmək  olduğundan  daha  yaxşı  inkişaf 

etdirilə bilməsi mənasına gəlir. 

A.C.Todd müxtəlif düşmə növlərinin istifadə ediləbilməsi haqqında izahları bu formada etmişdir : 

Eksponensial düşmə 

Bu sabit quyu dibi təzyiqdə genişləyən qaz və ya neftlə istismar olunan quyularda tətbiq olunur. Buna 

həll  olmuş  qaz  rejimində  və  doyma  təzyinidən  yüksək  təzyiqli  layları  misal  çəkə  bilərik. 

İstisnai hal kimi demək olar ki, hətta doyma təzyiqindən aşağı təzyiqli laylar da vardır ki, həmin laylarda həll 

olmuş qaz rejimi üstünlük təşkil edir və düşməyə eksponensial düşmə kimi baxmaq olar..Hər nə qədər adətən 

hiperbolik düşməyə rast gəlinsə də. Qeyd  edək ki, düşmə sürəti təzyiqin doyma təzyiqindən yuxarı olduğu 

perioddakından aşağı olacaq. Qaz quyularının lay təzyiqinin istismar zamanı olan quyu dibi təzyiqinə yaxın 

olduğu mərhələ, yəni özlərinin ən son inkişaf mərhələləridə eksponensial düşməyə daha uyğun olurlar. 



Hiperbolik düşmə  

Qravitasiya  rejiminin    üstünlük  təşkil  etdiyi  neft  quyuları  üçün  əmsalın  0.5  qiymətində  hiperbolik 

düşmə ən doğru yanaşmadır.  

For  gas  wells  which  areproduced  at  limited  constant  rates  there  comes  a  point  when  a  minimum 

pressure for pipelines or compressors is reached.  

Bu nöqtədən sonar quyu azalan sürətlə hasilat verəcək. Əgər quyu dibi təzyiqin kvadratı hələ də orta 

lay təzyiqindən olduqca azdırsa, b=0.5 qiymətində də düşmə hiperbolik düşmə ilə təxmin edilə bilər. 

Harmonik düşmə 

Bu  düşmə  tipi  üçün  nümunə  yüksək  özlülüyə  sahib  və  su  basqı  rejimindəki  neftlərdir.  Belə  yüksək 

özlülüklər  əlverişsiz  axıcılıq  yaradır  və  bud  a  öz  növbəsində  ərkən  sulaşmaya  səbəb  olur.  Neft  hasilatı 

yüksək su neft nisbətlərində əldə edilir. Əgər ümumi flüd həcmi sabit saxlanılarsa onda neft hasilatı düşür və 

düşmə əsasən harmonic olur. 

Özlülüklərin  harmonic  əyrilərdən  kənaraçımalara  təsiri  olacaq.  Az  özlülüklü  neftlər  üçün  harmonic 

düşmədən qopma, uzaqlaşma iqtisadi sulaşma limitindən əvvəl başlayır. Halbu ki, yüksək özlülüklü neftlərdə 

harmonic düşmədən qopma daha çox iqtisadı sulaşmadan sonar gəlir. 

 

 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə