Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə33/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   29   30   31   32   33   34   35   36   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



66 

Bu  səbəbdən  toxucu  dəzgahında  karkas  və  doldurma  əriş  saplarının  yüklənmə  gərginliyinin  düzgün 

təyini həm parçanın quruluşuna təsir baxımından,   həm də dəzgahın iş rejiminə təsir baxımından çox vacib 

məsələdir .  

Toxucu dəzgahında müxtəlif  əriş sapları sisteminin gərginliyinin nəzəri tədqiqi aparılıb.  

Gərginliyin  dinamik  xassələrini    nəzərə  almasaq    və    parçanın  toxunmasının      aşağı  sürətlərdə 

aparılmasını qəbul etsək, böyük xəta etmədən deyə bilərik ki, karkas və doldurucu sapların gərginliyi onların 

yüklənmə gərginliyinə bərabər olur.  

 

NEFT-KONDENSAT SİSTEMLƏRİNİN REOLOJİ XASSƏLƏRİNİN TƏDQİQİ 

 

Tağıyev E.V. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti     

 

Azərbaycanda hasil olunan neftlərin bir qismi yüksəközlülü neftlərə aid olunur və son illərdə işlənməsi 

aparılan yataqlar da belə neftlərlə səciyyələnir. Həmin neftlərin çıxarılması və nəqli özlülük dərəcəsinin və 

donma  temperaturunun  yüksək  olması  və  anomal  reoloji  xassələrə  malik  olması  səbəbindən  bir  sıra 

çətinliklərlə bağlıdır.  

Müxtəlif  reoloji  xassələri  olan  neftlərin  boru  kəməri  ilə  ardıcıl  nəqli  zamanı  vəziyyət  daha  da  

çətinləşir.  Sözügedən  neftlərin  reoloji  xüsusiyyətləri,  onların  dinamik  özlülüyünün  dəyişkən  olmasında 

göstərir  ki,  bu  da  sürüşmə  gərginliyindən  və  mayenin  axın  sürətindən  asılı  olur.  Neftin  belə  axını  qeyri-

Nyuton  axınlara  aid  olunur  və  kolloid-kimyəvi  vəziyəti  (dispers  fazasının  və  dispers  mühitin  quruluşu), 

molekular  arası  qarşılıqlı  təsirlərin  xarakteri  ilə  təyin  olunur.  Ağır  yüksəközlülü  neftlər  olan  yataqlardan 

çıxarılan məhsulun donma temperaturunun aşağı salınması və reoloji xassələrinin yaxşılaşdırılması üçün bir 

sıra texnologiyalar mövcuddur. 

Yüksəközlülü  neftlərin  nəqlinin  asanlaşdırılması,  özlülüyünün  təsirinin  azalması,  boru  kəmərlərinin 

buraxılış qabiliyyətinin artırılması problemləri daima diqqət altında olan problemlərdir. Bu istiqamətdə çoxlu 

sayda  tədqiqatlar  aparılıb  və  müxtəlif  üsullar  işlənmişdir.  Bu  üsullardan  neftin  qızdırılması,  hidronəql, 

termiki  emal,  neftin  qazla  doldurulması  üsullarının,  müxtəlif  həlledicilərin,  depressor  təsirinin,  turbulent 

axında aşqarların, kimyəvi reagentlərin və müxtəlif fiziki təsirlərin tətbiqini göstərmək olar. 

Yuxarıda  göstərilən  üsullarla  yanaşı  yüksəközlülü  neftlərin  nəqlini  asanlaşdırmaq  məqsədilə  fiziki 

təsir üsulları (akustik dalğalar, maqnit sahələri, lazer şüalanması və elektrik cərəyanları) da tətbiq olunur. 

Bu fiziki təsir üsullarından ən geniş yayılmışı elektrik sahələri təsir üsuludur. Tədqiqatlar nəticəsində 

təyin  olunmuşdur  ki,  mayenin  dipol  momentinin  fırlanması  tezliyinə  uyğun  tezlikdə  yaradılmış  elektrik 

sahəsi  vasitəsilə  neftin  özlülüyünü  dəyişmək  mümkündür  və  nəticədə  parafin  çöküntülərinin  miqdarını 

azaltmaq  olar.  Neftin  özlülüyünün  dəyişilməsi  yaradılan  elektrik  sahəsinin  intensivliyi  və  istiqamətindən 

asılıdır. 

Eksperimental təcrübələrin nəticələri göstərmişdir ki, neft-kondensat qarışığının özlülüyünə təsir edən 

əsas  amillər  temperatur  və  kondensatın  həcmi  konsentrasiyasıdır.  Müəyyən  olunmuşdur  ki.  Qarışıqdakı 

kondensatın  konsentrasiyası  30%-dən  çox  artıqda  özlülüyün  aşağı  düşməsi  sürəti  yavaşıyır.  Yüksəközlülü 

neftə qatqıların əlavə olunmasından yaranan depressor effekt qarışığın temperaturu aşağı düşdükcə artır. 

Böyük  uzunluqlu  magistral  neft  kəmərləri  ilə  nəql  zamanı,  aralıq  nasos  stansiyalarının  sayının  çox 

olması şəraitində sürtünmədən yaranan istiliklə yanaşı magistral nasoslarda da neftin qızmasını nəzərə almaq 

lazım  gəlir.  Bu  amilə  son  zamanlarda  layihələndirilən  nasos  stansiyalarda  yüksək  diferensial  təzyiq 

qiymətinin (10Mpa və daha artıq) əldə olunması şəraitində daha çox fikir verilir. Eyni zamanda nəql olunan 

mayenin qızmasına təsir edən digər amillərin (diferensial basqının qiyməti, verim və adiabatik sıxılmanın) 

öyrənilməsi də maraq doğurur. 

Dinamik  özlülüyün  ölçülməsi  rotasiyon  viskozimetrlərdə  aparılmışdır.  Eksperimentlərin  nəticələrinə 

görə  qarışıqların  özlülüyünün  durulaşdırıcının  konsentrasiyası,  kondensatların  stabilləşdirmə  təzyiq  və 

temperaturundan  olan  qrafik  asılılıqlarının  approksimasiyası  aparılmışdır.  Həmin  asılılıqlar  şəkil  1  də  

verilmişdir. 

Tədqiq  olunan  yüksəközlü  neftin  durulaşdırıcısız  və  durulaşdırıcının  20%-dən  az  konsentrasiyada 

olduqda  standart  avadanlıqlar  vasitəsilə  nəqli  mümkünsüzdür,  çünki  normativ  sənədlərə  əsasən  HM  tipli 

nasoslar özlülüyü 3x10

-4

m



2

/san-dən çox olmayan mayelər üçün nəzərdə tutulmuşdur. 

Neft-kondensat  qarışıqlarının  özlülüyünün  temperatur  və  konsentrasiyadan  asılılığını  təsdiqləyən 

analitik  ifadələrin  alınması  məqsədilə  bu  istiqamətdə  aparılan  tədqiqatların  təhlili  aparılmışdır.  Müxtəlif 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



67 

tədqiqatçılar  tərəfindən  təklif  olunmuş  düsturlar  əsasında  və  aparılmış  eksperimental  tədqiqatların 

nəticələrinin  müqayisəli  təhlili  göstərmişdir  ki,  temperatur  parametri  bilavasitə  daxil  olmayan  düsturların 

mühəndis hesablamalarına kifayət edən dəqiqlik dərəcələri yoxdur. 

Yüksəközlü neftlər qaz kondensatı ilə qarışıqda nəql olunduqda, axan mayenin temperaturu qruntun 

temperaturundan  asılı  olur.  Bu  səbəbdən,  özlülük  qiymətinin  proqnozlaşdırılması  üçün  durulaşdırcının 

konsentrasiyası və temperaturundan asılı olaraq üçparametrik məsələnin həlli tələb olunur. Həmin məsələnin 

həlli  məqsədi  ilə  toplanmış  eksperimental  nəticələrinin  statistik  emalı  aparılmışdır.  Nəticədə  qarışığın 

özlülüyü üçün temperatur amilinin təsirini nəzərə alan emprik asılılıqlar alınmışdır.     

 

 



Şəkil 1. Neft və kondensat qarışığının durulaşdırıcının konsentrasiyası  

və temperaturundan asılılıq qrafiki 

 

 

YÜKSƏKÖZLÜLÜ MAYELƏRİN BORU KƏMƏRİNDƏ HƏRƏKƏT ÜSULLARI VƏ 



NƏQLOLUNMA ÜÇÜN TƏTBİQ VASİTƏLƏRİ 

 

Tağıyev E.V. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti         

  

Hal-hazırda  çıxarılan  neftin  müəyyən  hissəsi  yüksəközlü  və  yüksəkparafinli  olub,  nisbətən  yuxarı 

temperaturalarda donur. Belə neftlərin adi üsullarla boru kəməri ilə nəql edilməsi səmərəli deyildir, belə ki, 

ətraf  mühitin  temperaturunda  hidravliki  müqavimət  çox  böyük  alınır.  Boru  kəmərlərində  hidravliki 

müqavimətin  azaldılması  neftin  axıcılığını azaltmaqla  müxtəli  üsullarla  təmin  olunur.  -Yüksəközlü  neft  və 

neft məhsullarının kiçiközlü neft və yaxud neft məhsulu(durulducularla) qarışdırmaqla nəqli. 

Yüksəközlü  mürəkkəb  neftlərə  karbohidrogen  durulducularının  əlavə  edilməsi,  onun  reoloji 

xüsusiyyətlərinin nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılmasına səbəb olur. Durulducu əlavə edildikdə neftin 

tərkibindəki  parafinin  konsentrasiyası  azalır,  qarışığın  donma  temperaturu  aşağı  düşür  və  parafin 

kristallarının meydana çıxması yox olur. Durulducunun özlülüyü və sıxlığı nə qədər kiçik olarsa, onun təsiri 

bir o qədər çoxdur və qarışığın reoloji xüsusiyyətləri bir o qədər yaxşılaşır. 

-Aşqarlarla yüksəközlü neftlərin nəqli. 

Mürəkkəb  reoloji  xüsusiyyətlə  neftlərin  boru  kəmərində  mütərəqi  nəqli  üsulundan  biri  də  polimer 

depressor aşqarları əlavə etməklə neftin və yaxud neft məhsullarının fiziki xüsusiyyətlərinin xüsusi özlülüyü, 

limit sürüşmə gərginliyini və həmçinin donma temperaturunun qiymətini aşağı salmaqdan ibarətdir.       

Depressor  aşqarlar  durulducu  deyillər,  onlar  neftin  tərkibindəki  parafinin  konsentrasiyanı  azaltmır, 

onlar dispers fazanın ölçüsünü, formasını və onun quruluşunu dəyişir. Aşqarların təsirinin səmərəliliyi reoloji 

mürəkkəb  mayelərin  fiziki-kimyəvi  xüsusiyyətlərindən,  onların  təkibindəki  parafin  və  qətran,  asfaltın 

miqdarından asılıdır. 

-Mürəkkəb reoloji xüsusiyyətli neftlərin su ilə birlikdə nəqli. 

Mürəkkəb  reoloji  xüsusiyyətli  neftlərin  nəqlolunmasını  yaxşılaşdırılmasını  neft  axınına  su  əlavə 

etməklə olar. Bu zaman yaranan neft-su emulsiyası neft suda quruluşuna malik  olarsa, onda yeni sistemin 

özülülüyünəzərə  çarpacaq  dərəcədə  azalır.  Belə  emulsiyanın  hərəkəti  zamanı  borunun  daxili  səthində  su 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə