Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə30/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   26   27   28   29   30   31   32   33   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



60 

təsiri öyrənilmişdir. Eyni zamanda qurğunun iş tərzinə təsir edən amillərini dəyişən qiymətlərində təmizləmə 

effekti də hesablanmışdır.Təcrübənin nəticələri cədvəl şəklində verilmişdir. 

                                                                                                                  Cədvəl 1. 

  

                             Göstəricilər  



               Ara məsafəsi (мм) 

12 


15 

20 


Təmizlənmiş xam pambıqda çiyidin zədələnməsi,% 

0,91 


0,70 

0,49 


Sərbəst liflərin miqdarı, % 

2,1 


1,72 

1,43 


Qurğunun təmizləmə effekti, % 

75,9 


74,3 

69,2 


 

Alınan  reqresiya  polinomunun  təhlili  və  cədvəldən  göründüyü  kimi  ən  optimal  variant  mişarlı 

barabanla kolosniklər arası məsafə 15mm olduqda məqsəd funksiyası maksimum qiymətinə catır. 

Beləliklə təmizləmə prosesində mişarlı barabanla kolosniklər arası məsafənin çiyidin zədələnməsi və 

sərbəst  liflərin  əmələ  gəlməsinə  təsirini  tədqiq  edtikdə  belə  nəticəyə  gəlirik  ki,təmizləyicinin  təmizləmə 

effektini  də  nəzərə  aldıqda  ən  optimal  nəticə  mişarlı  barabanla  kolosniklər  arası  məsafə  təmizləyicilərdə 

15mm olduqda alınır.   

 

GÖZ OPTİK SİSTEM KİMİ 

 

Musayeva T.M. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Gözün  baş  optik  oxu  OO  buynuz  təbəqəsinin,  bəbəyin  və  büllurun  həndəsi  mərkəzindən  keçir 

(şəkil1.).  Bundan  başqa,  OO  oxu  ilə  5°  -lik  bucaq  əmələ  gətirən  O'O'  oxu  (görmə  oxu)  da  var.  O'O'.oxu 

büllur qişanın və sarı ləkənin mərkəzindən keçir, işığa həssaslığı ən böyük olan istiqaməti göstərir.  

 

 

Şəkil 1. Gözün baş optik oxu 

 

Gözün  arxasında  yerləşən  damarlı  qişada  tor  təbəqəsi  gözün  işığı  qəbul  edən  hissəsidir.  Cisimlərin 



xəyallannın  gözün  tor  təbəqəsində  almması  üçiin  «gətirilmiş»  göz  modelindən  istifadə  edilir.  Bu  model 

bircins sferik linzaya bənzəyir. Belə gözlərdən biri Verbitskinin verdiyi modellə hazırlanır (şəkil 1.1).  

 

 

 



 

 

 

 

 

 

 

Şəkil 1.1. Verbitskinin modeli 


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



61 

Belə  linzanm  optik  qüvvəsi  63  dptr-dir.  Gözdə  xəyal  alındıqda,  cisim  ikiqat  fokusun  arxasında 

yerləşir,  xəyal  isə,  gətirilmiş  göziin  arxa  divarında  (səthində)  alınır.  Xəyal  həqiqi,  əksinə  çevrilmiş  v» 

kiçildilmiş olur (şəkil 1.2). Xəyalın aydın alınması üçün cismin linzadan olan rnəsafəsi “a” dəyişəndə xəyalın 

linzadan olan məsafəsi “b” də dəyişməlidir  

 

                                                                       (1.1) 



 

Şəkil 1.2. Gözdə xəyalın alınması 

 

Lakin,  gözdə  xəyalla  linza  arasındakı  məsafə  dəyişməz  olaraq  qalır,  yəni  tor  təbəqəsini  qabağa  və 



arxaya çəkmək olmaz. Belə halda xəyalın normal alınması üçün gözün optik qüvvəsi D = 1/F dəyişməlidir, 

yəni gözün akkomodasiyası baş verməlidir.  

Gözün optik qüvvəsinin dəyişməsi nəticəsində ondan müxtəlif məsafələrdə yerləşən cisimlərin aydın 

xəyalının  alınmasına  ğözün  akkomodasiyası  deyilir.  Akkomodasiya  büllurun  sındırıcı  səthlərinin  əyrilik 

radiuslarının  dəyişməsi  nəticəsində  həyata  keçirilir.  Gözün  akkomodasiyası,  mərkəzi  sinir  sisteminin 

təsirindən  baş  verir.  Sakit  halda  gözün  akkomodasiyası  kifayət  qədər  uzaqda  yerləşən  cisimlərin  aydın 

xəyalını yaradır. Əgər göz çox yaxın məsafədə yerləşən cismə yönəlibsə, tor qişasında alınan xəyal kəskin 

olmur. Onda kirpikli əzələ ona daxil olan sinir impulsunun təsirilə qısalır və ğöz elə akkomodasiya edir ki, 

tor qişasında cismin kəskin xəyalı alınır. Maksimum akkomodasiya olanda gözün optik qüvvəsi  70-74 dptr 

olur. Bu büllurunun ön əyrilik radiusu 10 mm-dən 5,5 mm-ə, arxa səthinin əyrilik radiusu isə 6mm-dən 5,5 

mm-ə qədər azalar. Normal halda cisimlə göz arasındakı məsafə ən yaxşı görmə məsafəsinə (25 sm) bərabər 

olıır.  


 

METAL HİSSƏLƏRDƏ ƏMƏLƏ GƏLƏN DEFEKTLƏRİN  

MÜƏYYƏN EDİLMƏSİ METODLARI 

 

Nuriyev E.E. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Defekt  -    normativ  sənədləşdirmə  tərəfindən  təyin  olunmuş  istehsal  tələblərinə  uyğun  olmayan  hər 

hansı  bir  uyğunsuzluq  deməkdir.  Defektlər  sıralarına  metal  səthindəki  və  ya  daxilində  olan  nöqsanlar,və 

yaxud detal quruluşunun səhv olması da  aid ola bilər.  

Məhsulun  nəzarəti  zamanı  aşkar  olunan  defektlər  aydın  görünən,  gizli  olan,  aradan  qaldırılan  və 

aradan  qaldıra  bilinməyən    olurlar.  Texniki  və  iqtisadi  cəhətdən  bərpa  olunması  mümkün  sayılan  defekt 

aradan qaldırıla bilinən defekt adlanır. Bərpa olunması mühüm maddi tələblərə və ya vəziyyətə istinad edən 

defektlərə  isə    aradan  qaldıra  bilinməyən      defektlər  deyilir.  Defektin  aradan  qaldırma  və  ya  qaldıra 

bilinməmə vəziyyəti texniki amilləri nəzərə alaraq, təmir və istehsal  şəraitindən asılıdır. 

Aradan  qaldırıla  bilən  defektlər:    qoruyucu  örtüyün  zədələnməsi,  lokal  lehimləmə  olmayan  zonalar, 

texniki tələblər tərəfindən nəzərdə tutulmuş dərəcədən az olan səthin əyri (kələ-kötür) olması 

Aradan  qaldırıla  bilinməyən  defektlər:  metalın  kimyavi  tərkibindəki  nöqsanlar  (  əvvəlcədən  təyin 

olunmuş metalda əmələ gələn uyğunsuzluq), soyuq və qaynar çatlar, laylanma. 

Metal  hissələrinin    deffektlərinin  aşkarlanmasında  tətbiq  oluna  biləcək  metodlar  əsasən    iki  qrupa 

bölmək olar:Dağılan, Dağılmayan  nəzarət.  

Dağılan  nəzarət – Məmulatın müxtəlif növ şablonların  kəsilməsini və ya seçilməsini tələb edən və 

eyni  zamanda  məmulat  nüsxələri    bərpa  olunmayana    qədər  iş  üçün  yararsız  vəziyyətə  salan  nəzarət 

metodudur.  Dağılmayan  nəzarət  –  bilavasitə  materialın  üstündə  aparılan  və  eyni  zamanda  materialın  işə 

yayarlı olma qabiliyyətini qoruyub saxlayan, həmçinin üstündə bərpa olunmayan izləri qoymayan metoddur.  




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə