Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə26/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   22   23   24   25   26   27   28   29   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



52 

 

Tənliyin sağ və sol tərəfini S=2πrh vursaq, alarıq 



 

Sol tərəfdəki ifadə vurulan suyun hasilatını və ya debitini təşkil edir. 

 

Tənliyi aşağıdakı şərtlər daxilində həll edək: 



  ;    

 

  ;    



 

Onda, 


 

İnteqral sərhəd şərtləri daxilində  

 

İnteqral qarşısında işarəni dəyişmək üçün sərhəd şərtlərini dəyişək 



 

Onda vurulacaq suyun sərfi belə təyin olunur: 

 

Bildiyimiz kimi injeksiya quyusunun məhsuldarlıq əmsalı belə təyin olunur. 



 

Alınmış qiymətlərə əsasən injeksiya quyusunun hidrokeçiriciliyi belə təyin olunur. 

 

Əgər hidrokeçiricilik müəyyən olunarsa, onda: 



 

  

       BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ 



 

Məmmədbəyov Z.Ə. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Qazma  üsulu  ilə    əldə  edilən  bərpa  olunmayan  enerji  mənbələrindən  –  neft,  qaz,  kömürdən  və 

müəyyən  dərəcədə  radioaktiv    yanacaqdan  asan  əldə  edilən  və  daha  müəyyən  yüksək  ekoloji  keyfiyyətli 

mənbələrə keçid labüddür. Belələri, bərpa olunan erji mənbələridir və buraya çayların geniş istifadə olunan 

hidravlik  enerjisindən  dolayı  gün  şüaları  enerjisi,  külək  enerjisi,  okean  sularının  hərarət  qradienti,  dəniz 

dalğaları, axınlar, biokütlələr və sairə aiddir. Berpa olunan mənbələrin mühüm xüsusiyyəti ondan ibarətdir 

ki, onlar öz təbii halında planetimizin enerji (istilik) balansında (tarazlıgında) iştirak  edirlər və ona görə də 

insanın onlardan istifadəsi (uyğun ekoloji saf texnologiya yaratmaq şerti ilə) bu balansı pozmayacaqdır. Bu 

da,  öz  növbəsində,  enerji  istehlakı  səviyyəsini  istənilən  qədər,  sənayələşdirilmiş  cəmiyyətin  inkşaf 

mərhələsinin tələbinə muvafiq dərəcədə yüksəldilməsinə imkan verəcəkdir. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



53 

Berpa olunan enerji mənbələrinin  illik potensial imkanları (şərti yanacaq, tonla) belədir. 



 

Güneş enerjisi - 2300 milyard t.ş.y. 



 



Külək enerjisi -  26,7 milyard t.ş.y. 



 



Biokütlə enerjisi – 10,0 milyard t.ş.y.  



 



Yerin istiliyi – 40 000 milyard t.ş.y.  



 



Kiçik çayların enerjisi – 360 milyard t.ş.y. 



 



Dəniz və okeanların enerjisi – 30 milyard t.ş.y. 



 



Kiçik potensiallı tekrar emal istilik mənbələri – 530 milyard t.ş.y.  

Berpa  olunan  enerji  mənbələri  bəşəriyyətin  qarşısında  qoyulan  üç  qlobal  problemin  həllində 

əhəmiyyətli rol oynayır – energetika, ekologiya, qida maddələri. 

Baxmayaraq  ki,  Qərb  energetikləri  bu  gün  müxtəlif  yerli  enerji  mənbələrinin  tətbiqini  geniş  təbliğ  

edirlər. Azərbaycan üçün alternativ energetika olaraq yalnız nəhəng ölçülü külək elektrik stansiyaları (KES) 

seçilmişdir.  KES-lər,  Qərbdə  80-cı  illərin  soununda meydana  gəlmişdir.  Qərbdə  bunların  sayının,  2010-cu 

ildə indi fealiyyətdə olan enerji sistemlərinin ümumi  qurulmuş gücünün 10%-nə çatdırılacağı planlaşdırılır. 

Bu məqəsdlə indi Qerbdə propeller növlü KES-larının geniş miqyasda sənayə istehsalına başlanmışdır.   

Praktiki olaraq Qərbə, xüsusi ilə də Qərbi Avropaya sıx iqtisadi ərazi baxımından və qlobal yanaşma 

nöqtəyi  nəzərindən  alternativ  energetika  heç  lazımda  deyildir.  Belə  ki,  elektrik  enerjisi  isteənilən  nöqtədə 

vardır. Qərb energetiklərinin indiki zamanda həll etməkdə olduğu məsələ yalnız elektrik enerjisi hasilatı üçün 

mərkəzi enerji sistemlərində berpa olunmayan enerji mənbələrinin yandırılmasını azaltmaqdan ibarətdir. Bu, 

həm alternativ ehtiyatın tətbiq zoasında, həm də bütövlükdə ekoloji təhlükəni avtomotik olaraq azladır.  

Azərbaycanda  praktik  olaraq  mərkəzləşdirilmiş  enerjisisteminin  nisbətən  ucuz  elektrik  enerjisi 

alternativi    bu  gün,  təkcə  enerji  çeviricisi  kimi  işlənən  dizel  elektrik  stansiyalı    (DES)  lokal  energetik  

sistemləri ola bilər. 

Elektrik enerjisi hasilatında “alternative energetika” sahəsində DES-dən başqa yaxşı bir qurğu hələ ki 

yoxdur.  Lakin  bu  üsulu  “alternative  energetika”  adlandırmaq  olmaz,  belə  ki,  bu  halda  enerji  ehtiyyatı  bir 

qayda  olaraq,  yerli  deyil,  getirilmədir.  Azərbaycanın  rayonlarında  mərkəzləşdirilmiş  sistemdən  elektirik 

təchizatı  olmadığından  və  ya  etibarsız  olduğundan,  eləcə  də  DES  üçün  “solyarkanın”  idaxlına  vacibliyinə 

görə  lokal  elektrik  təchizatını  təmin  edən  elektrik  enerji  hasilatı  üçün  berpa  olunan  enerji  mənbəlirindən 

(külək, gün, biokütlə və s.) istifadə aktuallaşır. 

Bu gün dünyada  qeyri ənənəvi berpa olunan enerji mənbələrindən (QBEM) istifadə sənayə səviyəsinə 

çatmışdır və bir sıra ölkələrin enerji balansında onlar hiss olunacaq dərəcədədir. QBEM-nin tətbiq miqyası 

arasıkəsilmədən  və  intensiv  surətdə  genişlənir.  Bu  istiqamət,  energetikadakı  başqa  istiqamətlərdən  daha 

dinamaki inkşaf edrnlərdən biridir.  

Qerb ölkələrinin bir çoxunda QBEM-in inkşafına 1973-cü ildəki neft böhranı güclü tekan verdi.  Bu 

böhran,  əslində  həmin  istiqaməti  pərakəndə  elmi  tədqiqat  işləri  (ETİ)  mərhələsindən  məqsədyönlü  dövlət  

programı  ETTKİ  (Elmi-  Tedqiqat    Təcrübi  Konstruktor  işləri)  mərhələsinə  çatdırdı,  onun  həyata 

keçirilməsini, avadanlığın təcrübi və baş nümunələrinin hazırlanmasını, QBEM-in istifadəsi üzrə obteklərin 

nümayiş etdirilməsinə təmin etdi. Bu işlər neft məhsullarının idxalından aslılığın azalmasına yönəlmiş, enerji 

itkisinin qarşısının almaq məqsədilə görüləsi tədbirlərin tərkibi hissəsi idi. 

Neft bazarı sabitləşdikcə və 80-cı illərində neftin qiyməti dünya bazarında aşağı düşdükcə QBEM-in 

başlıca  inkişaf  stimulunu    ekoloji  mülahizələr  təşkil  etdi.  Belə  ki,  həmin  vaxtlar  inkişaf  etmiş  ölkələrin 

ictimai  düşüncələrində  təbiəti  mühafizə  idealogiyası  möhkəm  kök  salmışdır.  Bütövlükdə  isə  QBEM 

energetika  sahəsində  alternativ  alternativ  ehtiyat  texnologiyası  kimi  baxılır,  onun  inkişafı  labüdd  sayılır. 

Lakin,  ətraf  mühitə  təsir  edən  ənənəvi  istilik  və  nüvə  energetikasına  nə  qədər  vaxt  veriləcəyi  və  hansı 

miqyasda  məhdudiyyət  qoyulacağı  məlum  deyildir.  Ona  görə  hələlik  də  bu  istiqamət,  bir  çox  ölkələrdə 

energetikada üstünlük verilən istiqmətlərdən biri kimi qəbul edilmişdir.  

Bərpa olunan enerji mənbələri sırasında günəş radiasiyası  öz ehtiyat miqyasına, ekoloji təmizliyinə və 

günəş yayılmasına görə ən prespektivlisidir. 

Günəş  şualarından  ekoloji  təmiz,  hərtərəfli  əlverişli,  berpa  olunan  enerji  kimi  istifadə  edilmə 

imkanlarına getdikcə özünə daha çox diqqət cəlb edir.  

Ərazinin iqlimi şəraiti və coğrafi enindən sılı olaraq gün şüalarının yer səthinə verdiyi orta illik güc 

100-dən 250 Vt/m  - ə  qədərdir. Günorta çağı, aydın səmada bu göstərici praktiki olaraq her yerdə (cografi 

endən asılı olmaraq) öz pik qiymətlərini alır – 1000 vt/ 

 çatır. Azərbaycanda günəş şuaları yer səthinə ildə 

təxmini    130-180  kQ  ş.y/

  -ə  ekvivalent  enerjisi  getiri.  Əslində  müxtəlif  növ  günəş  qurğuları  yaradan 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə