Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə25/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   21   22   23   24   25   26   27   28   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



50 

yönəldib,  həmin  istiqaməti  rotor  üzərinə  qeyd  etdikdən  sonra  qazıma  şamlarının  qalan  hissəsi  quyuya 

buraxılaraq onun əsas lüləyə düşdüyü dəqiqləşdirilir. 

Quyu  lüləsində  yuma  apardıqdan  sonra  qazıma  kəmərinin  aşağı  ucu  lülələrin  kəsişmə  dərinliyinə 

qaldırılaraq  “nişanlanmış  xəttin”  istiqamətini  rotor  üzərində  qeyd  olunmuş  xətt  istiqamətinə  dəyişdirilərək 

qazma kəməri ikinci lüləyə endirilir. İkinci lüləni sementləmək üçün lazım olan sement məhlulunun həcmini 

elə seçmək lazımdır ki, sement məhlulu lülələrin kəsişmə dərinliyindən 20-30 m yuxarı qalxsın. Hazırlanmış 

sement  məhlulunu  quyuya  vurduqdan  sonra  qazıma  kəmərinin  aşağı  ucu  lülələrin  kəsişmə  dərinliyinə 

qaldırılır  və  qazma  borusu  üzərində  olan  “nişanlanma  xətti”  əvvəlcədən  rotorda  qeyd  olunmuş  xətt 

istiqamətinə  yönəldilərək  qazıma  kəməri  kəməri  əsas  lüləyə  buraxılır.  Əsas  lülədə  sement  məhlulunun 

tutuşmaması  üçün  quyuda  qazıma  məhlulunun  maksimal  məhsuldarlığı  ilə  yuma  aparılır  və  kəsişmə 

xəttindən yuxarıda qalmış artıq sement məhlulu qaldırılaraq kənara atılır. Quyu lüləsində artıq qalmış sement 

məhlulunun lülə ilə hərəkəti zamanı bərkiyərək qazıma kəmərinin tutulmaması üçün quyuda aparılan yuma 

vaxtı qazıma aləti 15-16 m uzunluğunda fasiləsiz olaraq aşağı-yuxarı hərəkət etdirilməlidir. 

Maili quyu lüləsində ikinci lülə əmələ gəldikdə aşağıdakı tədbirlər yerinə yetirilməlidir: 

- Maili istiqamətlənmiş quyuda mürəkkəbləşmə baş verdikdə təkrar işləmə aparılan intervalda əyrilik 

parametrlərinin dəyişmə intensivliyi nəzərə alınaraq QKAH quruluşu seçilməlidir. 

-  Maili  istiqamətlənmiş  quyu  lülələrində  ikinci  lülə  əmələ  gəldikdə  lülələrin  mərkəzlərinin  fəza 

trayektoriyalarını qurmaq lazımdır. 

- Maili istiqamətlənmiş quyu lüləsində yaranmış ikinci lüləni təcrid etmək üçün lülədə sementləmə işi 

aparmaq lazımdır. 

 

ŞLAMA BETONUN ALINMASI 



 

Qurbanlı G.E. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Tikinti  materiallarının  sənayesi  hal-hazırda  ölkənin  tikinti  kompleksinin  ən  əsas  hissələrindən 



biridir.Tikinti sənayesinin dinamik  inkişafı tikinti materiallarına yüksək keyfiyyət və gücləndirilmiş nəzarət 

tələb edir.Tikinti  sənayesinin  əsasını  beton  və  beton  məmulatları  təşkil  edir.Betonun  struktur  analizi  

göstərir  ki , onun  mexaniki xassələri  bir  başa  onun  quruluşunda yaranan deffektlərdən  asılıdır. Mexaniki  

təsirlərə  məruz  qalmış  betonlarda  müxtəlif  ölçülü  deffektlər  müşahidə  oluna  bilər. Betonda  müşahidə  

olunan    ən    xırda    deffektlər    mikroməsaməlilik  adlanır.Mikroməsaməlilik    kapliyar    adlanan  

məsamələrdir.Əvvəlcədən    məhlulda    olan    dənəvərlərin    arasında    mövcud    olan    boşluqlar    məsamələr  

yaradır. Onların  ölçüləri  50 nm-dən bir neçə  mkm-ə  qədər  olur. 

Daha  böyük  defektlər  mikroçatlar  adlanır. Mikroçatların  ölçüləri  1  mkm –dən  bir  neçə  yüz mkm 

diapazonunda  olur. Bu  çatlar  birləşmir , yəni  betonun  strukturunda  qırılmayan  xətlər  əmələ gəlmir . 

Onlar  adətən  beton  eyni  cinsli  olmadıqda  əmələ  gəlir  çünki,  əlaqələndirici  (sement)   və  doldurucu  

hissəciklərin  mexaniki  və  fiziki  xassələri  bir-birindən  fərqlənir. Mikroçatlar  çox  vaxt  mexaniki  təsirin  

altında  əmələ  gəlir. Bu  tip  deffekt  təzyiq  altında  olan  betonun mexaniki  xassələrinin  pisləşməsinə  və  

kövrəkliyinə səbəb  olur.  

Ən  böyük  müşahidə  olunan deffektlər  makroçatlardır. Bu  çatların  ölçüləri  bir neçə  mkm-dən  bir 

neçə  mm  diapazonunda  olur. Bu çatlar  birləşir.Bunlardan  başqa ölçüləri  bir neçə  mm  olan  deffektlər    

də  müşahidə  oluna  bilər . Onların  əmələ  gəlmə  səbəbi  betonun  pis  hazırlanmasıdır (havanın  ora  daxil  

olması , doldurulma  səhvi ) .  

Müxtəlif  deffektlərin  azalması  üçün  və ya  onların betonun  mexaniki  xassələrinə  təsirini  azaltmaq 

üçün    müxtəlif    təkliflər    verilmişdir.  Betonun    mexaniki    xassələrini    yaxşılaşdırmaq    üçün    onun  

tərkibindəki    komponentlər    başqa    maddələrlə    əvəz    olunmalıdır.  Lakin    bu    betonun    maya      dəyərini  

artırır. Buna  görə  də  təklif  olunur  ki,  betonun  tərkibindəki  sement  məhlulu  qarşığındakı  qumu  yüksək  

möhkəmlikli   doldurucu  ilə  əvəz  olunsun.  Doldurucu  seçən  zaman  onun  maya  dəyəri  aşağı  olmalı  və  

betonun  keyfiyyətini  aşağı salmamalıdır.  

Nəzərə    alsaq    ki,    respubilkamızda    külli    miqdarda    qırmızı    şlam    mövcuddur.  Bu    istehsalat  

tullantısı   ötən   əsrin   ortalarından   fəaliyyətdə   olan    “Gəncə-gil  torpaq    zavodu”nda    gil-torpaq    istehsal  

edilən    zaman  əmələ    gəlir    və    bu    tullantı    il  ərzində    2    milyon    tona    çatır.  Buna    görədə    alüminium  

sənayesinin  vacib  texnoloji  problərindən  biri  də , gil-torpaq  istehsalı  zamanı  əmələ  gələn  tullantıları  



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



51 

yenidən  emal etməklə   metallurugiya  və  kimyəvi  xammal  kimi  istifadə  edilməsidir. Bu  səbəbdəndə  

qırmızı  şlamdan  dolurucu  kimi  istifadə  etmək   həm  ekoloji,  həm  də  iqtisadi  cəhətdən  əlverişlidir. 

Qırmızı  şlamdan  betonda  geniş  miqdarda  istifadə  etmək  üçün  əlaqələndirici  kimi  maye  şüşə də  

bura  daxil  edilir  və bir  sıra  təcrübələrə  əsasən  betonun  tərkibində  olan  komponentlərin  nisbəti  təyin  

edilmişdir. Alınan  şlamabeton  nümunələrinin   analizi  standartlara  əsasən  aparılır . 

Belə  nəticəyə  gəlmək  olar  ki  betonun  tərkibindəki  qumu  qırmızı  şlamla   əvəz  etməklə  və 

maye  şüşə  əlavə  etməklə  yüksək  xassələrə  malik  beton   əldə etmək  olar . Əgər ümumi  kütlədə 2%  

maye  şüşə  olarsa  betonun  tutma  vaxdı  1  saatdan  sonra  başlayır. Bu  onun  tutma  sürətinə  də 

 təsir  edir. 

Yuxarıda    qeyd    etiyimiz  kimi      beton    xırda    məsamələrlə    xarakterizə    olunur,    bu  da    onun  

dağılmağına səbəb  olur. Betonun  tərkibinə  maye  şüşə  əlavə  etmək  alınan  betonun  suya  davamlılığını 

artırır  və  bu  da betonun  dağılmaması  ilə  yanaşı  göbələyin  əmələ  gəlməsinin qarşısını  alır. Əgər  adi  

beton  200º C-yə  davamlıdırsa,  onun  tərkibində  maye  şüşə  və  qırmızı  şlam  olduqda  onun  temperatura   

davamlılığı  5-6 dəfə  artır.Alınan  şlamabeton  sənaye  sobalarının  qurulmasında  istifadə  oluna bilər.     

 

İKİ FAZLI SİSTEMLƏRİN HİDRODİNAMİKASI 



 

Qurbanov T.R. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Aparılan elmi-texniki analizlər göstərir ki, sənayenin elə bir sahəsi yoxdur ki, orada iki fazlı sistemlərə 



rast gəlinməsin. Bu həm, energetika, həm kimya, həm də atom enerjisi sahəsində özünü göstərir. Ən çox bu 

sistemlərə neft sənayesində rast gəlmək olur.  

Bildiyimiz  kimi  neft  layda  sıxılmış  vəziyyətdə,  böyük  təzyiq  altında  saxlanılır.  Təzyiqin  və 

temperaturun  yüksək  olması  lay  şəraitində  təbii  qazın  neftdə  həll  olmasına  səbəb  olur.  Bunun  nəticəsində 

layda  qazla  doymuş  neft  olur.  Lay  açıldıqda,  yatağa  quyu  qazıldıqda  və  istismar  başladıqda  quyu  boyu 

neftdən qazın ayrılması baş verir və bunun nəticəsində qaldırıcıda müəyyən məsafədə birfazlı və ya ikifazlı 

sistem hərəkət edir. Bu məsafələrin sərhəddi doyma təzyiqindən asılıdır.  

Keçən  əsrdə  başlanmış  iki  fazlı  sistemlərin  hidrodinamikası  indiki  dövrdə  də  öz  aktuallığını 

itirməmişdir və müxtəlif ölkələrdə elmi məqalə və kitablarda dərc olunmuşdur. Aparılan analiz göstərir ki, 

qaz-maye  sistemlərinin  öyrənilməsi  iki  istiqamətdə  aparılır.  Bunlardan  biri  struktur,  digəri  isə  rejim 

analizidir.  Əsas  mədən  şəraitində  beş  struktur  analizindən  istifadə  olunur.  Bunlar  əsasən  qabarcıqlı, 

mərmivari,  emulsion,  həlqəvari  və  duman  tiplidir.  Hər  bir  struktur  üçün  hesabat  tənlikləri  verilir  və  buna 

əsasən hesabat metodikası seçilir.  

Biz  əsasən  rejim  anlayışı  əsasında  verilmiş  hidrodinamiki  modelə  baxırıq.  Əsas  verilmiş  işdə  dörd 

rejim  anlayışından  istifadə  olunur.  Bunlar  fazalardan  asılı  olaraq  laminar-laminar,  laminar-turbulent, 

turbulent-laminar  və  turbulent-turbulent  rejimlərdir.  Əsasən  qaz  fazası  üçün  termodinamiki  qanunlara 

əsaslanaraq,  hal  tənliyini  əlavə  etməklə  ayrı-ayrılıqda  hər  faza  üçün  hərəkət  tənlikləri  yaradılmış  və  bu 

tənliklərə  əsasən  hərəkəti  xarakterizə  edən  parametrlər  seçilmişdir.  Bunlar  əsasən  quyu  qaldırıcısı  boyu 

təzyiqin paylanması, qaldırıcının diametri, quyu ağzı və ya quyu dibi təzyiq, qaldırıcının uzunluğu, qaz və 

maye hasilatının miqdarı göstərilir. 

Tədqiqatlar  göstərir  ki,  qaldırıcıda  qaz-maye  qarışığının  hidrodinamikasının  əsas  parametrlərinin 

təyini  mədən  şəraitində  fontan  qaldırıcısının  işlək  dövrünün  artırılmasına,  qazlift  quyusunun  optimal  iş 

rejimində  işləməsinə,  dərinlik  nasos  quyularında  hasilatın  artmasına,  fontan  vurma  dövrünün  artırılması 

nəticəsində neftvurma əmsalının yüksəlməsinə səbəb olur. 

                                                                                                               

VURUCU  QUYULARIN TƏDQİQATI 

 

Qurbanov T.R. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Lay şəraitində vurucu injeksiya quyuları vasitəsi ilə laya su və ya qaz vurulur. Məqsəd lay təzyiqini 



sabit  saxlamaqdır.  Bunun  üçün  qərarlaşmış  rejimdə  quyuları  tədqiq  edib,  injeksiya  quyusunun  quyudibi 

zonasının  parametrlərini  təyin  etmək  olar.  Əsasən  Darsi  düturundan  istifadə  edərək  lay  parametrləri  təyin 

olunur: 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə