Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə23/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   19   20   21   22   23   24   25   26   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



46 

ilk  növbədə  tamponaj  materialı  kimi  həmin  maddələrin  müəyyən  möhkəmliyə  qadir  olması  vacibdir.  Əks 

halda həmin maddələrin süxura yapışma xassəsi zəif olar və lay-quyu arasındakı təzyiqlər fərqi səbəbindən 

layın istismarı vaxtı onların laydan quyuya sıxışdırılıb çıxarılması baş verə bilər ki, bu da aparılmış təcrid 

işlərinin səmərəsiz olmasına gətirib çıxarar. 

Təcrid  işlərinin  daha  səmərəli  olması  üçün  layın  quyudibi  zonasında  yalnız  suyun  hərəkət  etdiyi 

kanalların  təcrid  olunması  mühümdür.  Bunun  üçün,  həmin  kanallarda  lay  suları  ilə  görüşərək  çöküntü 

yaradaraq hel əmələ gətirən və sonra müəyyən  maddələrlə təmas səbəbindən bərkiyərək bərk  kütlə yarada 

bilən yüksək özülülüklü məhlullar vurmaqla, məqsədə nail olunur. Belə olduqda quyunun məhsulunda suyun 

həcmi azalar (hətta dayanar), neftin həcmi isə arta (ən pis halda sabit qala) bilər. 

Lay  sularının  təcridi  üçün  hel  əmələ  gətirən  maddələrdən  istifadə  etməklə  yeni  tərkib  və 

texnologiyanın  işlənməsinə  cəhd  göstərilmişdir.  Bu  məqsədlə  məlum  texnologiyalarda  olan 

çatışmamazlıqları  aradan  qaldırmaq  üçün  çoxsaylı  təcrübələr  aparılmışdır.  Laboratoriya  şəraitində  bu  gün 

neft  sənayesində  müxtəlif  məqsədlərlə  istifadə  olunan  maye  şüşə  (natrium  silikat)  və  limon  turşusundan 

ibarət  təkmilləşdirilmiş  tərkiblə  lay  modelində  təcrübələrlə  tərkiblər  öyrənilmiş  və  onların  yeni  səmərəli 

tətbiq texnologiyaları işlənilmişdir.  

Aparılmış  laboratoriya  təcrübələri  göstərmişdir  ki,  maye  şüşənin  müəyyən  qatılığında  lay  suları  ilə 

görüşməsindən  yüksək  özülülüyə  malik  olan  hel  şəklində  maddə  alınır  və  alınmış  helin  limon  turşusu  ilə 

təmasından isə, o suda həll olunmayan bərk maddəyə çevrilir. Maye şüşə quyudibi zonada neftin yerləşdiyi 

kanallara  özülülüyünün  böyük  olması  səbəbindən  daxil  ola  bilmir,  hətta  həmin  kanallara  daxil  olsa  belə 

orada lay suları olmadığından həmin kanallarda çöküntü və ya hel əmələ gəlmədiyindən bu kanalların təcrid 

olunması  baş  vermir.  Bunu  lay  modelində  aparılmış  çoxsaylı  tədqiqat  işləri  də  sübut  etmişdir. 

Komponentlərin  bu  xassəsi  bizə  imkan  verir  ki,  onların  xüsusiyyətindən  maksimum  faydalana  bilək. 

Aparılmış  təcrübələr  göstərdi  ki,  komponenetlərin  hər  birinin  10%-lik  baryeri  qarşıda  qoyulan  məqsədə 

çatmaq üçün əlverişlidir. 

 

DAŞ SALAHLI BENTONİT GİLİ YATAĞININ İŞLƏNMƏSİNİN MÜASİR 

VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ 

 

Qasımov L.Ş. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Daşsalahlı  bentonit  gili  yatağı  Azərbaycan  Respublikası  Qazax  Rayonunun  Daşsalahlı  kəndinin 



yaxınlığında yerləşir.Bu yataq yüksək keyfiyyətli, təbii - natriumlu yataqlardandır.. Burada bentonit gili bir 

laydan ibarətdir və layın daxilində boş süxur  qarışığı aşkar edilmir. 

Yataq  kontinental  göllər  şəraitidə  yaranmış  çökmə  tipli  yataqlara  aiddir.Bentonit  yatağı  əsasən 

montmorillonitdən və hidro slyudalı - montmorillonitdən ibarət olub, qalınlığı 15 - 150 m arasında dəyişir.  

Layın ümumi sahəsi 3 km

2

 -dir. 



Keçən  əsrin  60-cı  illərində  Daşsalahlı  yatağında  aparılan  axtarış-kəşfiyyat  və  dəqiq  kəşffiyat  işləri 

nəticəsində  bu  yatağın  ehtiyatının  180  mln.ton  olduğu  müəyyən  edilmişdir.  1971-ci  ildən  isə  bu  yatağın 

istismarına  başlanılmışdır.  Keçmiş  SSRİ-də  ümumi  bentonit  gillərinin  ehtiyatının  37-40%-i  bu  yatağın 

payına düşür. 

2006-cı  ildə  unikal  Daşsalahlı  yatağından  bentonit  gilinin  çıxarılması  və  onun  emal  edilməsi  üçün 

Azərbaycan-Rusiya  birgə  müəssisəsi  olan  "AzRosPromİnvest"  təsis  edilmişdir.  Bu  gün  AzRosPromİnvest 

MMC Azərbaycanda yeganə müəssisədir ki, yüksək keyfiyyətli bentonit gili hasilatı və emalı ilə məşğuldur 

vəonun əsasında müxtəlif məhsullar istehsal olunur. 

Daşsalahlı  bentonit  gili  yatağında  istehsal  edilən  məhsulların  yüksək  keyfiyyətə  malik  olduğunu 

nəzərə alaraq Rusiya Federasiyasının və Belarusiya Respublikasının aşağıdakı müəssisələri ilə uzunmüddətli 

müqavilələr bağlanmışdır və onların tələbatını ödəyən məhsullar vaxtı-vaxtında yola salınır.  

Bu  müəssisələrdən  aşağıdakıdakıları  göstərmək  olar:  "Mixaylov  Dağ  -  Zənginləşdirmə  Kombinatı" 

ASC,  "Lebedinsk  Dağ-Zənginləşdirmə  Kombinatı  "  ASC,  "Qomel  metal  -  tökmə  zavodu  ",  "Sentrolit" 

Respublika Unitar Müəssisəsi, "Metal - tökmə zavodu" ASC, "Minsk avtomobil zavodu" ASC, "Minsk İstilik 

avadanlıqları  zavodu"  ASC,  "Altayvaqon"  ASC,  "Qomselmaş"  Respublika  Unitar  Müsəssisəsi,  "Bobruysk 

maşınqayırma zavodu" ASC, "Qlenoqorsk mexaniki zavodu" ASC, "Ural vaqon zavodu" ASC, "Tekstilmaş" 

ASC, "Mogilyovliftmaş" ASC və digər başqa müəssisələr. 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



47 

Qeyd etmək lazımdır ki, "AzRosPromİnvest" MMC MDB ölkələrinin bentonit bazarında aparıcı yer 

tutur  və  bununla  yanaşı  bir  sıra  Avropa  Birliyi  ölkələrinə  də  (Polşa,  Macarıstan,  Slovakia,  Litva,  Latvia, 

Estonia, Rumunya, Bolqarıstan) məhsul ixracatını həyata keçirir. 

Burada  analizlərin  aparılması  üçün  dünya  standartlarına  uyğun  olan   müasir  avadanlıqlarla  təchiz 

edilmiş və akkreditə olunmuş laboratoriya fəaliyyət göstərir. 

Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  Sərəncamı  ilə  Respublikamızda  Polad  istehsalı 

sənayesi müəssisəsi yaradılmaqdadır. Bütün metallurgiya müəssisələrində olduğu kimi, Respublikamızda işə 

düşəcək poladəritmə zavodunda da bentonit gillərindən istifadə ediləcəkdir. 

Hazırda, yatağın ehtiyatı 90 mln.tona yaxındır. Yuxarıda qeyd edilənləri də nəzərə alaraq deyə bilərik 

ki,  bu  yatağın  böyük  perspektivləri  mövcuddur.  Yatağın  uzun  illər  fəaliyyət  göstərməsi  və  məhsul  ixrac 

etməsi Respublikamızın iqtisadiyyatına valyuta axınını sürətləndirəcək, həmçinin Respublikamızda fəaliyyət 

gösrərən yerli müəssisələrin və sənaye sahələrin inkişafına təkan verəcəkdir. 

 

YÜKSƏK MÖHKƏMLİKLİ ÇUQUN DETALLAR ÜZƏRİNƏ NANO ÖLÇÜLÜ MİS 



OVUNTUSUNU ÇÖKDÜRMƏ XÜSUSİYYƏTLƏRİ TƏDQİQİ 

 

Qasımov V.Q. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Qoruyucu  elektrolitik  mis  örtüyünün çəkilməsi titrəyən  sistemdə  titrəyişlərin  əlavə  olaraq  sönməsinə  

və onunla öyrənilən  səs enerjisinin azalmasına gətirib çıxarır. Belə örtük  vibrasiya və səs uducu materiallar 

və  konstruksiyaların  hazırlanması  zamanı  tətbiq  edilə  bilər.  Maye  fazada  nanohissəcikləri  alarkən  aşağıda 

üsullardan istifadə olunur: məhlullarda və ərintilərdə çökdürmə; olduqca kritik şəraitdərdə çökdürmə; zol-gel 

üsulu;  elektrokimyəvi  üsul.  Maye  mühitlərdə  nanohissəciklərin  əmələ  gəlməsinin  ümumi  qanuna 

uyğunluqları bir çox faktorlardan asılıdır:İlkin maddələrinin (məhlulun, ərintinin ) tərkibi və xassələrindən; 

baxılan  sistemin  fazalarının  tarazlıq  diaqramının  xarekterindən;  məhlulu  və  ya  ərintini  ifrat  doymamışını 

yaratma üsulu; istifadə olunan avadanlıq  və onun iş rejimləri.  

Bərk  fazanın  çökdürülməsi  müxtəlif  üsullarla  aparıla  bilər:  məhlulları  və  ərintiləri  soyutmaqla; 

məhluldan həlledicinin bir qismini kənarlaşdırmaqla, məsələn, turşu qarşığını su ilə durulaşdırmaqla; sistemə 

hər hansı  maddəni (çökdürücünü) əlavə etməklə  (məhsulun həlledici həll olmasını azaldan maddə); məhsula 

münasibətdə    ilkin  məhlul  doymuş  hala  gəlməsinə  səbəb  olan  kimyəvi  reaksiya  nəticəsində.Əksər 

nanohissəciklərin istehsalında sonuncu iki üsul daha geniş istifadə olunur. Nanotozların sulu və su olmayan 

məhlullarda çökdürmə ilə alınması texnologiyasının əsas fazaları aşağıdakılardır: məhlulların alınması; ifrat 

doymuş məhlullarda çökdürmə; maye fazanın çöküntüdən ayrılması; tozun qurudulması; aqreqatsızlaşdırma 

(üyüdülmə).  Lazımı  fazaları  sintez  etdikdə  tozu  qurutdukdan  sonra  onun  termiki  işlənməsi  aparılır  və  ya 

fazalar birləşdirilir.  

İlkin maddələr və həlledici elə seçilir ki, əlavə məhsullar əsas məhsuldan tam ayrıla bilsin (yuma və 

sonrakı  termiki  işləmə  ilə)  və  ətraf  mühit  çirlənməsin.  Reagentləri səmərəli  qarışdırmaq  üçün  müxtəlif  tip 

qarışdırıcıya  (propellerli,  sterjinli,  turbin  )  malik  qarışdırıcı  qurğular,  nasosların  köməyi  ilə  dövretdirici 

qarışdırma,dispersləşdiriciqurğular      (forsunkalar,sopla,injektor,fırlanan  disk,  akustik  səpələyicilər  və  s.) 

istifadə  olunur.  Reaktorun  məhsuldarlığını  artırmaq  üçün  ilkin  maddələrin  həll  olması  yüksək  olmalıdır. 

Amma,  nanohissəcikləri  alarkən  bu,onların  suspenziyada  kütlə  miqdarının  artmasına  səbəb  olacaq  və 

aqreqatlar  əmələ  gəlmə  ehtimalı  artacaq.  Digər  tərəfdən,  bərk  fazanın  əmələ  gəlməsinin  başlanma 

mərhələsinin, yüksək dərəcədə qeyri-tarazlığını təmin etmək üçün ilkin  materialların doymuş məhlullarını 

istifadə  etmək  lazımdır.  Bu  halda  suspenziyada  nanohissəciklərin  miqdarının  az  olmasını  təmin  etmək 

məqsədi  ilə  az  həll  olan  ilkin  maddələrin  istifadəsi  məqsəduyğundur.  Belə  olan  halda  reaktorun 

məhsuldarlığı aşağı düşəcəkdir. Digər imkan odur ki, az miqdarda çökdürülən maddə və çox izafı miqdarda 

çökdürücü  götürülür.  Su  məhlularında  çökdürmə  zamanı  çökdürücü  kimi  çox  vaxt  ammoniak,ammonium 

karbonat,  oksalat  turşusu  və  ya  ammonium  oksalat  məhlulları  istifadə  olunur.  Adi  tozların  çökdürülməsi 

zamanı ilkin maddə kimi nitrat, xlorid və sirkə turşuların yaxşı həll olan duzları götürülür.  

Proses  aşağıdakı  reaksiya  üzrə  gedir:  M

  A-anionlar  (N

,  

C

  n  və  m-əmsallardır.  Məhlulun  pH-nı  və  temperaturu 



tənzimləyərkən yüksək dispersli hidroksidlərin alınması  üçün şəraitin yaranması mümkündür. Sonra məhsul 

közərdilir və lazım gəldikdə reduksiya olunur. Alınan metal tozlarının hissəcikləri 10-150 nm ölçülərə, sferik 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə