Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə20/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   16   17   18   19   20   21   22   23   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



40 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. QB üst səthin  möhkəmləndirilməsi 



1.Qazma burusu,2.qıfıl, 3.Sıxıcı,   4 .tavlanmış səht, 5. Plazma,6.rolik, 7.mono rels 

 

 

 

QİDA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ 

                                              



İmamquliyev N.S. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Yeyinti  sənayesi  dedikdə  ilk    düşünülən    amil  qida  sənayesidir.  Qida  sənayesi  inkişaf  etdikcə    daha 

çox  diqqət  tələb  edir.  İnsanların    düzgün  qidalanması,  sağlam  nəsilin    inkişafı  qida  sənayesindən  olduqca  

asılıdır.    Qida  sənayesinin  təhlükəsizliyini  bir  neçə  yolla  təmin  etmək  olar.  Bunlardan  ən  öndə  gələnləri  

gigiyenanın və  qida məhsullarının saxlanma  qabları materiallarının düzgün  seçilməsidir. Kütləvi istehsal 

müəssisələrində  müəyyən  olunmuş  gigiyena  qaydalarına    riayət  etməklə    qida  təhlükəsizliyinin  ilkin 

mərhələsini  təmin etmək mümkündür. Qida məhsullarının  gigiyenası müəssisə daxilində çalışan insanlardan 

asılıdır.    Qida  məhsulları  ilə  bir  başa  təmasda  olan  şəxslər  gigiyenaya  çox  ciddi  diqqət  yetirməlidirlər. 

Müvafiq şəxsi  gigiyena  təmin  etmək  üçün  heyətə uyğun  şəraitin  qurulması  ərzaq  təhlükəsizliyi  tələblərinə 

cavab verməyə kömək edir. 

Bakteriyalar  asanlıqla  bioloji  və  fiziki  çirklənmə  vasitəsilə  yayıla  bilər.  Bu,  ərzaqlar  vasitəsilə 

xəstəliklərin  daşınmasına  səbəb  ola  bilər.  Ərzaq  təhlükəsizliyi  müəssisələri  şəxsi  gigiyenanı  təmin  etmək 

üçün aşağıdakı faktorlara riayət  etməlidirlər.  

1.

 



Əl yuma - əlverişli əl yuma üsullarını uyğun vaxtlarda təmin etmək.  

2.

 



Ərzaq ilə əl təmasının azaldılması -  xam ərzaq ilə birbaşa əl təmasının minimuma endirilməsi. 

3.

 



Fərdi  təmizlik  -  qablar  və  əlcəklərin  birdəfəlik  istifadəsi,  öskürmək  olmaz,  kəsiklər  və  yaralar 

olduğu halda işləmək olmaz, zinət əşyaları geyinmək olmaz. 

4.

 

Qoruyucu paltar -  təmiz qoruyucu paltar geyinməli və çirklənmənin qarşısını almaq üçün müvafiq 



qaydada işləməli. 

5.

 



Xəstə  heyəti  -  heyət  xəstəlikləri  bildirməlidir;  qusma  və  ya  ishal  ilə  çalışanları  sahəyə  buraxmaq 

olmaz. 


Nəzarət  elementləri  ərzaq  təhlükəsizliyində  mühüm  rol  oynayır.  Müəssisədə    gigiyenik  təmizlik  

olmazsa, o zaman  xəstəlik yoluxdurucu həşəratlar çoxala bilər və  istehsalın istənilən mərhələsində qidaya 

həmin  həşəratlar  xəstəliklər  yaya  bilərlər.  Gəmiricilər  xəstəlikləri  yaymaqla  yanaşı    istehsalat  binalarına  , 

qurğular və maşınlara ziyan vura bilərlər .Bu kimi mənfi halların  qarşısını almaq üçün “haşiyə nəzarətinin 

monitorinqi  və  aşkarlanması”  investisiyaları  zərərvericilərin  qida  təhlükəsizliyinin  təsis  edilməsinə  yardım 

göstərə bilər.   

Doğru  gigiyena  standartlarının  təmin  edilməsi  və  yeyinti  xəstəliyinin  baş  verməsi  riskini  azaltmaq 

üçün təmizləyici və dezinfeksiya proqramlarını  müəssisə  qanunlarına daxil etmək lazımdır. Bu proqramlar  

ərzaq  zəhərlənməsinə  gətirib  çıxaran  mikroorqanizmlərin  aradan  qaldırılması  üçün  qida  hazırlama 

sahələrinin,  eləcə  də  qida  emal  dövründə  istifadə  edilən  maşın  və  qabların  düzgün  təmizlənməsi  və 

dezinfeksiya edilməsini əhatə edir.  Düzgün təmizləmə proseslərinə sadiq qalmaq  qida təhlükəsizliyini təmin 










Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



41 

edəcək  və  həşaratların  yaranması,  eyni  zamanda  zərərvericilərin  emal  sahələrinə  zərər  verməsini 

azaldacaqdır.  

Son zamanlar ölkə başçımızın verdiyi sərəncamlar və yaratdığı “Qida Sənayesi Agentliyi” nəticəsində 

yeyinti sənayesində böyük inkişaf yaranmışdır. Bu inkişaf müasir  dövrdə  bir çox qida emal sahələrində əl 

əməyindən istifadənin  azaldılması və emal sənayesində avtomatik xətlərin yaradılması qida  təhlükəsizliyini 

təmin edir. Müasir emal sahələrində qida istehsalı avtomatik qablaşdırma   avadanlıqları ilə istehsal edilir. Bu 

avadanlıqlar  əl əməyindən istifadəni azaldır və  insan gigiyenası təhlükəsini aradan qaldırır. Baxmayaraq ki, 

bu  avadanlıqlar  tam  avtomat  şəkildə  işləyir  onların  işlək  hissələrinə  mütəmadi  olaraq  nəzarət  edilməlidir. 

Qida  ilə  bir  başa  təmasda  olan  hissələr  iş  gününün  sonunda  və  ya  müəyyən  edilmiş  vaxtlarda  gigiyenik 

qaydalara əməl edərək təmizlənməsi tövsiyə edilir.  

  

QUYU MAYESİNİN ÇIXARILMASI ÜÇÜN ŞTANQLI QUYU NASOS QURĞUSUNUN  



ÇEVİRİCİ MEXANİZMİNDƏ TƏTBİQ OLUNAN QAYIŞ ÖTÜRMƏSİ 

 

İsayev F.H. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Qazılmış quyularda neft məhsulunun çıxarılmasının sonuncu üsulu ştanqlı dərinlik nasos qurğusudur. 



Bu qurğuda ştanqlara düzxətli hərəkət vermək üçün çevirici mexanizimdən isdifadə olunur (şəkil1). 

 

 



Şəkil 1. Ştanqlı dərinlik quyu nasos qurğusunun ümumi sxemi 

 

Bu qurğuda icra orqanında yaranan hər hansı nasazlıqdan bütovlükdə qurğunu qorumaq üçün pazvari 



qayış  otürməsi  tətbiq  olunmuşdur.  Quyu  daxilində  müəyyən  səbəblərdən  (məsələn  qum  tıxacı  yarandıqda 

yaxud  pərçimləmə  olduqda)  böyük  müqavimət  momenti  yaranır  ki,  bunu  dəf  etmək  üçün  elektirik 

mühərrikinin  gücü  kifayət  etmir.  Belə  olduqda  qayışlar  qasnaqlar  üzərində  boşuna  hərəkət  edir.  nəticədə 

sürtünmədən  yaranan  istiliyə  gorə  qayışın  uzun  ömürlülüyü  azalır  və  qırılır.  Beləliklədə  qurğu  mühafizə 

olunur.  

Çevirici  mexanizimlərdə  pazvari  qayışlar  tətbiq  olunur,  bu  qayışlar  müəyyən  üstünlüklərə  malik 

olsalarda, sayları birdən artıq olduqundan uzunluqlarında yaranan fərqə görə sallanmalar yaranır nəticədə iş 

zamanı ortalıqa çıxan mərkəzdənqaçma qüvvələrinin təsirindən dinamiki quvvələr törənir . Bunun sayəsində 

qayışın  uzun  ömürlülüyü  azalır.  Son  dövrlərdə  bu  çatışmazlıqı  aradan  götürmək  üçün  xarici  analoqlarda 

çoxpazlı  qayışlar  tətbiq  olunmaqa  başlamışdır.  Bu  qayışların  əsas  üstünlüyü  ondan  ibarətdir  ki,  yastı  və 

pazvari  qayışların  müsbət  cəhətlərini  özündə  birləşdirir  və  beləliklə  də  boyük  burucu  momentləri  ötürür. 

Qayışlar  sanki  bir-biri  ilə  birləşdiyindən  lazımi  tarımlıq  verilə  bilir  nəticədə  sallanmalar  olmur,  dinamiki 

qüvvələr  də  yaranmır.  Qurğu  sakit  rejimdə  işlədiyindən  qayış  ötürməsinin  uzun  ömürlülüyü  yüksək  olur. 

Mancanaq dəzgahında təşkil olunan qayış ötürməsinin bəzi nümunələri şəkil 2 və şəkil 3 də verilmişdir. 

Müəyyən  edilmişdir  ki,  çoxpazlı  qayışlar  özünü  bir  qayış  kimi  aparır  və  qayışlara  lazımi  tarımlıq 

vermək  mümkün  olur.  Beləliklə  də  normal  şəraitdə  işləyərək  qayışın  uzun  ömürlülüyü  təmin  olunur.  Bu 

səbəbdən pazvari qayış ötürməsinin əvəzinə çoxpazlı qayış ötürməsinin istifadə olunması tövsiyə edilir. 

 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə