Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə18/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   14   15   16   17   18   19   20   21   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



36 

Aşağıdakı nəticəni alırıq: 

1.Mail quyuları yanavericisiz qazıdıqda lülələr çevrə qövsq boyunca müstəsna halda əyilə bilər. 

2.Nəzəri və eksperiment tədqiqatların nəticəsində çıxarılan düsturlar quyuları yanavericisiz qazıdıqda 

alətin  aşağı  hissəsinin  istənilə  quruluşu  üçün  əyrilik  bucağı  və  azimutun  vahid  uzunluqda  dəyişməsini 

tapmağa imkan verir. 

   

 

DƏNİZ QAZ-KONDENSAT YATAQLARININ İŞLƏNMƏSİNİN SƏMƏRƏLİYİNİ  



ARTIRMAQ ÜÇÜN YENİ TEXNOLOGİYANIN TƏTBİQİ 

 

İbrahimov R.R. 

Azərbaycan Dövlət Neft və Sənaye Universteti 

 

Yer  səthinin  2/3-dən  çoxu  su  ilə  örtülü  olduqundan,  neft  və  qaz  yataqları  ancaq  yer  səthinin  quru 

sahəsində deil, həmdə dəniz və okeanlarda istismar olunur. Beləliklə dəniz şəraitində işlənən yataqlar quruda 

işlənmə  ilə  müqayisədə  daha  mürəkkəb  qurluşa  malik  olur  və  suyun  dərinliyindən  asılı  olaraq  müxtəlif 

istismar  metodları  tətbiq  olunur.  Neftə  və  qaza  olan  təlabatın  günü-gündən  artması,  daha  dərin  laylarda 

istismar tələb edir, hans ki yeni texnologiyanın inkişafına tələbat yaradır. 

Dəniz  qaz-kondensat  yataqlarının  işlənmə  və  istismar  xüsusiyyətləri  ilə  adi  qaz  yataqlarından  təkcə 

dənizdə olması ilə fərqlənmir: 

 

Bu yataqlar nisbətən daha dərin qatlarda yerləşir – 1500m-dən çox; 



 

Bele yataqlar yuksək təzyiq və temperatura malik olur



 

Yataqda qaz-kondensat birfazalı (qaz) və ikifazalı (maye və qaz) hallarda ola bilər



 

Qazın  tərkibinin  əsasən  metandan  təşkil  olmasına  baxmayara  (85—94%),  onun  tərkibində  əlavə 



olaraq heksandan başlamış kerosinin tərkibinə daxil olan daha yuksək karbohidrogenlər də vardır. 

Yer kürəsində olan daha dərin sularda, və uzaq ərazilərdə yataqların işlənməsi, bütün istismar, işlənmə 

avadanlıqların  suyun  dibində  yerləşdirilməsinin  və  quraşdırılmasının  daha  ucuz  və  praktiki  olmasını  sübut 

edir.  Baxmayaraq  ki,  platforma  üsuli  ilə  istismardan  ucuz  və  effektli  ola  bilər,  dərin  sularda  olması  və 

sahildən çox uzaq olması, layihələri həyata keçirmək üçün böyük investisiya tələb edir. 

Sistemin  optimallaşdırılması  yönümündə  aparılan  mühüm  addımlardan  biri  də,  yeni  qazılan  quyuların  “tie 

back”  üsuli  ilə  əvvəcədən  mövcud  olan  sualtı  sistemlərə  qoşulması  və  həmin  avadanlıqla  birgə  istismar 

olunmasıdır.  Həmin  sistemlər  qaz-kondensatın  daşınmasında,  separasiyasında  lazım  olan  əlavə  avadanlıq 

istifadəsini  azaldır,  bu  isə  öz  növbəsində  böyük  məbləğdə  olan  xərclərin  minimuma  endirilməsi  deməkdir. 

Qaz-kondensatın  bu  üsulla  daşınması  və  separasiya  olunması  o  vaxtı  mümkün  olur  ki,  yataqın  ilkin 

mərhələsində, sualtı sistemlərin quraşdırılmasında bütün sonrakı inkişaf mərhələləri nəzərə alınsın və həmin 

həcimi daşımaq üçün dizayn olunsun. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Hal hazırda Şah Dəniz yataqının ikinci işlənmə mərhələsi ən müasir sualtı sistemlərinin quraşdırılması 

ilə həyata keçirilir. Fontan armaturları suyun dibinde quyu ağzına birləşdirlir. Quyu ağızları bir-birinə kifayət 

qədər yaxın yerləşdirilib ki, hər üç quyudan alınan qaz-kondensat ancaq bir manifolda ötürülə bilsin. Fontan 

armaturu istismar  manifolduna    “Well Jumper”  adlanan  əyilə  bilən borularla  birləşdirilir,  və  manifold özü 

platformadan  istismar  idarə  kabelləri  vasitəsi  ilə  hidravliki  idarə  olunur.  Şah  Dəniz  2  yataqının  inkişafı 

aşağıdakı sxem üzrə həyata keçirilir: 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



37 

Manifoldlar bir biri ilə yüksək təzyiqli borular vasitəsi ilə birləşdirilir və hər manifolddan axın bir boru 

axın xəttinə birləşdirilir. Axın xətti isə qaldırıcılar vasitəsi ilə platformaya birləşir və beləliklə lay məhsulları 

ilkin emal üçün platformada yerləşən separasiya sistemine buraxılır. 



 

XƏZƏR DƏNİZİNDƏ OLAN QAZ KONDENSAT YATAQLARININ TƏHLİLİ 

 

İbrahimov R.R. 

Azərbaycan Dövlət Neft və Sənaye Universteti 

 

Azərbaycanda  bu  günə  kimi  445,2  mlrd.  kubmetr  qaz  hasil  edilmişdir  ki,  onun  da  320,1  mlrd. 

kubmetri  dənizdə  hasil  olunmuşdur.  İndi  artıq  dənizdə  «Əsrin  müqaviləsi»  çərçivəsində  qaz  hasil 

edilməkdədir. Məlumatlara görə təkcə 1998-ci ildə Çıraq platformasından 200 milyon kubmetrdən çox qaz 

hasil  edilmişdir.  Axtarışlar  nəticəsində  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  “Əşrəfi”,  “Qarabağ”, 

“Şahdəniz”, “Ümüd” və “Absheron” yataqlarında neft və qaz kondensat yataqları aşkar edilmişdir. Şahdəniz 

(ŞD) yatağı 1999-cu ildə kəşf edilmişdir. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. 

O,  Bakıdan  70  kilometr  cənub-şərqdə,  suyun  dərinliyinin  50-500  m  arasında  dəyişdiyi  Xəzər  dənizinin 

şelfində yerləşir. Şahdəniz yatağını özünün Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tərəfdaşları 

adından BP şirkəti işlədir. Layihə ikimərhələdən ibraətdir: 

Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Mərhələ 1 üzrə maksimum hasilat ildə 

təxminən  10  milyard  kub  metr  qaz  (mlrd.km/il)  və  gündə  50000  barel  kondensat  təşkil  edir.  2014-cü  ildə 

mövcud  Şahdəniz  qurğularının  texniki  olaraq  daha  da  optimallaşdırılması  hasilat  sisteminin  gündəlik 

maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırıldı. İl 

ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat 

hasil  edilmişdir.  Mövcud  Şahdəniz  qurğularının  hasilat  gücü  hazırda  gündə  30  milyon  (ildə  təqribən  10,9 

milyard) standart kubmetrdir. 

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi ŞD Mərhələ 1 layihəsindən 

hasil  olunan  illik  10  milyard  kub  metr  qazdan  əlavə  16  milyard  kub  metr  qaz  hasil  edəcək  nəhəng  bir 

layıhədir. Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard 

ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac vardır.  Bundan sonra əlavə kəmər sistemləri Cənub Qaz  

dəhlizi  marşrutu üzrə 6 milyard kub metr qazı  Türkiyəyə,  əlavə 10 milyard kub  metr qazı  isə Avropadakı  

bazarlara  çatdıracaq.    Şah  Dəniz  qazı  2500  metr    hündürlüyə  qalxaraq    və  dəniz    dibində    800metr  

dərinliyinə  enərək 3500 kilometr  məsafə boyunca nəql ediləcək. 

Şahdəniz Mərhələ 2 üzrə cari konsepsiyaya aşağıdakılar daxildir: 

 



Körpü  ilə  birləşdirilən  iki  dəniz  platformasının  tikilməsiç  hansiki  bu  ötən  ilin  Sentyabr  ayında 

tamamlandı 

 

2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması. 



 

Quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin inşası. 



 

Dənizdə  tikinti  aparan  gəmilərin  modernləşdirilməsi  –  “Xankəndi”  gəmisi  hal  hazırda  sualtı 



quraşdırma işləri aparır 

 



Yeni  qaz  emalı  və  kompressiyası  qurğularının  yerləşdirilməsi  üçün  Səngəçal  Terminalının 

genişləndirilməsi. 

Şahdəniz  2  layihəsi  üzrə  ilk  qazın  əldə  olunması  üçün  lazım  olan  iş  həcmi  mühəndis-layihə  işləri, 

təchizat,  tikinti  və  istismar  sınaqları  da  daxil  olmaqla,  artıq  99%  tamamlanıb.Sentyabr  ayının  6-da  Xəzər 

dənizinin  yeni  flaqman  gəmisi  olan  Xankəndi    istismara  verildi.  Ən  son  texniki  nailiyyətləri  özündə 

birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq Şahdəniz 2 layihəsi çərçivəsində Xəzər dənizində ən böyük 

sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir. Xankəndi gəmisi artıq dənizdə 

Şahdəniz yatağı ərazisindədir və orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirir. 

2017-ci  ildə  Şahdəniz  2  platformalarının  hər  ikisinin  üst  modullarının  tikintisi  başa  çatdırıldı.  Bu 

qurğular  təhlükəsiz  şəkildə  yola  salındı  və  dənizdə  quraşdırıldı,  hazırda  istismar  sınaqları  davam  edir. 

Səngəçal  terminalında  Şahdəniz  2  üçün  genişləndirmə  işləri  də  başa  çatıb.  Hazırda  yeni  Şahdəniz  2 

qurğularının  istismar  sınaqları  davam  edir  və  bu  il  istismara  verilmə  planına  uyğun  irəliləyir  ki,  bu  il 

başlanacaq Şahdəniz 2 hasilatından olan əlavə qaz həcmlərini qəbul edib emal etməyə hazır olsun. 

Şimal  cinahında  Xankəndi  hasilatı  dəstəkləyən  sualtı  texnoloji  təchizat  kabellərinin  quraşdırılmasını 

artıq bitirib. Səngəçal terminalına aparan sualtı xəttlər, quyular, sualtı infrastruktur, Şahdəniz 2 platforması 

və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə