Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə16/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   12   13   14   15   16   17   18   19   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



32 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 



 

Şəkil 1. .Lazerlə markalayan maşının texnolji sxemi 

 

1-rezin trafaret, 2-lazer qidalandırıcısı, 3-dayaq, 4-tutucu, 5-boru , 6-nəqledici rolik, 7-lazer 



şüası, 8-markalayanmaşının yazan hissəsi, 9-monorels, 10-istiqamətləndirici 

 

Bu  çatışmamazlıqları  nəzərə  alsaq,  markalamanın  lazerlə  aparılması  daha  optimal  sayılır.  Lazeri 



markalamanı müxtəlif məhsullara, tətbiq etməklə yanaşı borularda tətbiq etmək mümkündur. 

Lazerlə markalayan qurğunun təklif edilən sxemi şəkil 1-də göstərilmişdir. 

Prosesi aşağıdakı kimi aparmaq təklif edilir: 

İstehsal  olunan  borunu  çeşidlədikdən  sonra  onlar  texnoloji  xətdə  olan  stula  nəql  olunur  və  bundan 

sonra  onların  QOST-u,  diametri,  qalınlığı,  uzunluğu  borunun  üzərində  göstərmək  üçün lazerlə  markalayan 

maşına    verilir.  Bu  əməliyyatda  rəqəmlərin  hündürlüyü  35-50  mm  və  borunun  uc  hissəsindən  0,4-0,6m 

məsafədən  başlayaraq  yazılmalıdır.  Bunun  üçün  rezindən  hazırlanmış  nümunə  lazerlə  markalayan  maşının 

işçi  zonasında  yerləşdirilir  ki,  lazer  şüası  borunun  səhtinin    digər  hissəsinə  düşməsin.    Bundan  sonra 

əməliyyat yerinə yetirilir.  

Stolda yığılmış boruları (5), dozator   vasitəsilə  roliklərin (6) üzərinə qoyulur. Roliklərlə nəql olunan 

borular qaldırıcı stola qədər gəlir, ondan sonra boruları yığıcı stola verilir. Yığıcı stol ondan ötrü lazımdır ki, 

əgər müəyyən səbəblərdən lazerlə markalayan maşın müvəqqəti işləməsə nəql olunan borular  həmin stola 

yığılır. Stoldan sonra borular roliklərlə nəqlolunaraq lazerlə markalayan maşının  işləyən zonasına daxil olur. 

Boru  hərəkət  edən    dayağa  (3)  toxunaraq  dayanır.  Bu  zaman  (4)  tutqacları  vastəsilə  boru  sıxılır  .  Bundan 

sonra  yazılar  yazılan  rezin  trafaret  maşının  işçi  zonasında  borunun  üzərinə  sıxılır.  Lazerlə    markalayan 

maşının yazan hissəsinin (8) yuxarı və aşağı , maşın özü monorels üzərində sağa və sola, monorelslə birlikdə 

irəli-geri hərəkət etməklə, qazıma borularının üzərinə , onların QOST-unu, diametrini, uzunluğunu, divarının 

qalnlığını,  möhkəmlik  həddini,  həcmini,  tipini,  zavodun  satış  işarəsini,  buraxdığı  ay  və  ili  yazılır.lazerlə 

markalayan maşın əməliyyatı yerinə yetirir. 

Nəticə. Beləliklə aparılmış tədqiqatlar nəticəsində aydın olmuşdur ki, lazerlə markalanma metodunun 

modifikasiya  olunmuş  borulara  tətbiqi  boruların  nömrələnməsini  yüksək  dəqiqliklə,  sürətli  və  keyfiyyətlə 

aparılmasına imkan verir. Bu üsulla markalanan borular istismar zamanı sürtünmədə yazılar pozulmur. Rezin 

trafaretin tətbiqi ilə borunun seqmenti boyu nömrələnməsinə imkan verir. 



 

 

ÇOVDAR QIZIL KARYERİ ÜÇÜN PARTLAYICI MADDƏNİN SƏMƏRƏLİ  

NÖVÜNÜN SEÇİLMƏSİ VƏ ƏSASLANDIRILMASI 

 

Hüseynova Z.Ə. 

 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Çovdar  qızıl  karyerində  qazıma-partlayış  işlərinin  səmərəliliyi  partlayıcı  maddənin  tipinin  düzgün 



seçilməsindən əhəmiyyətli dərəcədə asılıdır.  

Partlayıcı  maddənin  seçilməsi  yatağın  geoloji,  fiziki-mexaniki,  hidrogeoloji,  texniki,  iqtisadi  və 

istehsalat amilləri nəzərə alınmaqla seçilir. 

8



1










Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



33 

Çovdar qızıl karyeri üçün partlayıcı maddəni seçərkən ilk növbədə seçilmiş partlayıcı maddə qazıma-

partlayış işlərinin təhlükəsiz aparılmasını təmin etməlidir. 

Seçilmiş  partlayıcı  maddə  Çovdar  karyerində  partlayıcı  maddənin  quyuya  doldurulmasının 

mexanikləşdirilməsinə  imkan  verməlidir.  Bu  məqsədlə  tətbiq  edilən  partlayıcı  maddənin  tərkibində 

nitroefirlər, ten və heksogen olmamalıdır. 

Seçilmiş partlayıcı maddə quru və sulu quyularda tətbiq edilə bilən olmalıdır.  Çovdar qızıl karyerində 

yataq hidrogeoloji cəhətdən sulu olmadığından qazılmış partlayış quyuları quru olur.  

Partlayıcı  maddənin  tipini  seçərkən  filizin  və  süxurların  fiziki-mexaniki  xassələri  mütləq  nəzərə 

alınmalıdır.  Çovdar qızıl yatağının fiziki-mexaniki xassələrinə aiddir: filizin və süxurların sıxlığı, sıxılmaya 

qarşı göstərdikləri müqavimət nəmlik, kövrəklik, özlülük, sərtlik və s. onların bərkliyini (f-bərklik əmsalını) 

və  partlatma  qabiliyyətini  təyin  edir.  Süxurların  həcm  kütləsi,  sərtliyi,  özlülüyü  çox  olduqca  onların 

partlayışla dağıdılmasına daha çox enerji tələb olunur.  

Karyerdə  partlayış  quyularının  diametric  89-102  mm,  quyuların  dərinliyi  isə  6  m-ə  qədərdir.  Bütün 

yuxarıda göstərilən tələbləri nəzərə alaraq Çovdar qızıl karyerində partlayış işləri aparmaq üçün “İqdanit” və 

ona oxşar partlayıcı maddələri məsləhət görürəm.  

İqdanit partlayıcı maddəsinin tərkibi 96% ammonyak şorasından  və 4% dizel yanacağından ibarətdir. 

Bu  partlayıcı  maddə  ucuz,  təhlükəsiz,  istehsalı  sadə  və  doldurulmasının  mexanikləşdirilməsi  mümkündür. 

İqdanit partlayıcı maddəsinin brizantlığı 17 mm, işgörmə qabiliyyəti 320 sm

, partlayışın qazlarının həcmi 



isə  980 l/kq – dır.  

Onu qeyd etmək lazımdır ki, iqdanit zavodda hazırlanmır. Zavodda hazırlanıb karyer sahəsinə gətirilsə 

o,  tərkib  hissələrinə  ayrılar  və  partlama  qabiliyyəti  pozular.  İqdanit  karyerdə  quyulara  mexaniki 

doldurularkən qarışdırıcı qurğulardan istifadə edilir. Əl ilə doldurularkən ammonyak şorası olan kisəyə dizel 

yanacağı  doldurulub  quyuya  tökülür  və  ya  partlayış  quyularına  ammonyak  şorası  və  dizel  yanacağı  tələb 

olunan nisbətdə tökülür.  

İqdanit  partlayıcı  maddəsi orta  və  böyük  diametrli  quyulara  doldurularkən  süxurların  bərklik  əmsalı 

  olanda  məsləhətdir.  Kiçik  diametrli  quyular  və  lağımları  doldurduqda  isə  süxurların  bərklik  əmsalı 

 olanda məsləhətdir.  

Bu göstəriciləri və yuxarıda verilənləri nəzərə alaraq Gədəbəy və Çovdar karyerlərində Azərbaycanda 

geniş istehsal olunan ammonyak şorasından və dizel yanacağından ibarət olan maddələrdən istifadə olunması 

daha məqsədə uyğun olar.  

Hal-hazırda  Gədəbəy  qızıl-mis  və  Çovdar  qızıl  karyerlərində  Gürcüstan  və  Avstriyadan  gətirilən 

partlayıcı  maddədən  istifadə  olunur.  Belə  bir  partlayıcı  maddənin  respublikamızda  istehsalı  üçün  ucuz 

xammallar  mövcuddur.  Bu  partlayıcı  maddənin  Gürcüstandan  və  Avstriyadan  gətirilməsinə  ehtiyac olmaz. 

Nəticədə partlayışa sərf olunan xərclər və qızılın maya dəyəri daha ucuz başa gələr.   

    

QUYU DİBİNİN ASİMMETRİK DAĞIDIILMASI ZAMANI  

QUYU LÜLƏSİNİN  ƏYİLMƏSİNİN TƏHLİLİ 

 

Xankişiyev A.S. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Bronzov  A.S.,  Vasilyev  Y.S.,  Şetler  Q.A.    öz  işlərində  qeyd  etmişlər  ki,  qazıma  baltasına 

inhirafetdirici qüvvə təsir etmirsə və quyu divarlarının frezerlənməsi olmursa, onda quyu lüləsinin əyilməsi 

balta qırağının mailliyinin (tores) quyu oxuna nisbətindən əmələ gəlir. Müəlliflər lülənin bu cür əyilməsini 

quyudibinin asimmetrik dağıdılması hesab edirlər. 

Quluzadə  M.P.  belə  hesab  edir  ki,  inhirafetdirici  qüvvə  olmadan  inhirafetdirici lə  quyunun  əyilməsi 

yumşaq    və  uçulma  gözlənilən  süxurlarda  baş  verir.  Bu  halda  süxurların  uçulması  və  yuyulması  ilə 

quyudibinin diametri baltanın diametrindən çox fərqlənəcəkdir. 

Bronzov  A.S.,  Vasilyev  Y.S.  və  Şetlerə  Q.A  görə  quyudibinin  asimmetrik  dağıdılması  ilə  quyu 

lüləsinin  əyilməsi  balta-turbobur  sisteminin  geometrik  ölçülərindən  asılıdır  və  əyriliyin  minimal  radiusu 

aşağıldakı düsturla tapırlar:                   R=

 

Burada  D  –  baltanın  diametri,  m; 



  -  turboburun  diametri,  m;  L

T

  –  turboburun  balta  ilə  birlikdə 



uzunluğudur, m. 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə