Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə19/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   15   16   17   18   19   20   21   22   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



38 

LOKAL HESABLAMA ŞƏBƏKƏLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ (ŞƏBƏKƏLƏR) 

 

İbrahimli Ə.R. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Komputer şəbəkəsi — rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və 

periferiya  avadanlıqları  sistemindən  ibarətdir.  İnformasiyanın  əldə  olunması,  ötürülməsi  və  istifadəçilərin 

mövcud  informasiyadan  birgə  istifadəsini  təmin  etmək  üçün  kompüter  şəbəkələrinin  olması  vacib  şərtdir. 

Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və 

optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi 

internetdir

 

Kompüter şəbəkəsinin təsnifatı

 

Kompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnif edilə bilər: 



1. Qlobal şəbəkələr (ing. Wide Area Network, WAN

2. Lokal şəbəkələr (ing. Local Area Network, LAN

Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardır. 

Qlobal  kompüter  şəbəkələri  —  bir-birlərindən  çoğrafi  uzaq  (Yer  kürəsinin  istənilən  hissəsindəki) 

kompüterləri, 

printerl


əri  və  digər  qurğuları  birləşdirən  kommunikasiya  şəbəkəsidir.  Rabitə  vasitəsi  olaraq 

əsasən yüksək sürətli 

telefon

 və 


peyk

 rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-



server texnologiyası  əsasında  fəaliyyət  göstərir.  Şəbəkənin 

proqram  təminatı

 əsasən  iki  hissədən  ibarət 

olur: 


Klient

 və 


Server

Qlobal şəbəkədə 



informasiyan

ın saxlanılmasından asılı olaraq 

informasiyan

ın işlənməsi mərkəzləşmiş 

və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet şəbəkəsində 

informasiya

 ehtiyatı Rusiyanın mərkəzi 

rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi 

paylanmış şəkildə həyata keçirilir. 

Ən  böyük  qlobal  kompüter  şəbəkəsi 

internet

 kompüter-informasiya  şəbəkəsidir. 

İnternet

 özündə 


milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur. 

Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, 

informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt 

şəkildə  yerləşdirilir.  Lokal  şəbəkədə  əlaqə  əsasən  kabel  və  qismən  lazer,  infraqırmızı  və  radio  şüalanma 

vasitəsilə  həyata  keçirilir  və  informasiya  mübadiləsinin  sürəti  istifadə  olunan  rabitə  vasitələrinin  texniki 

göstəricilərilə müəyyən olunur. 



Korporativ şəbəkə 

Korporativ şəbəkə lokal şəbəkəyə aid olub, hər-hansı təşkilat daxilindəki kompüterləri, printerləri və 

digər  qurğuları  birləşdirən 

kommunikasiya

 şəbəkəsidir.  Nəzərə  almaq  lazımdır  ki,  təşkilata  aid  binalar 

müxtəlif şəhərlərdə yerləşə bilərlər. 

Protokollar 

Protokol  —  kompüter  şəbəkəsində  informasiya  mübadiləsinin  aparılma  qaydalarını  müəyyənləşdirir. 

Bu  qaydalar  alqoritmləşdirilir,  proqramlaşdırılır  və  şəbəkə  qurularkən  kompüterlərə  instalyasiya  edilir. 

Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır: 

 

İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi. 



 

İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi. 



 

Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü. 



 

Müxtəlif  proqram  təminatı  altında  işləyən  müxtəlif  firmaların  istehsalı  olan  kompüterlər  arasında 



informasiya mübadiləsinin mümkünlüyü və s. 

 

TƏKMİNLƏŞDİRİLMİŞ SİYİRTMƏ 



 

İbrahimova F.İ. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Neftin,  qazın  çıxarılmasında  və  nəqlində  istifadə  olunan  avadanlıqlardan  biri  də  siyirtmələrdir. 

Siyirtmələr yüksək təziq  və aqressiv mühüt şəraitində işləyirlər. Siyirtmələrin ən geniş yayılmış növlərindən 

biri də qlobusvari siyirtmələrdir. Bu siyirtmələr bir çox tanınmış yerli və xarici firmalar tərəfindən istehsal 

olunur.  Məsələn  İtaliyanın  Ziggiotto  firması  tərəfindən  istehsal  olunan  siyirtmələr  uzunömürlüyünə  görə 

yerli siyirtmələrdən fərqlənir (şəkil 1).  




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



39 

 

 



Şəkil 1. Rezinlənmiş paz ilə siyirtmə RF01-A 

 

Bu siyirtmələrin özünə məxsus müsbət cəhətləri mövcuddur. Bu cəhətlərdən ən üstünü axan mayenin 



axımının  qarşısını  ani  olaraq  kəsməsidir.  Bununla  yanaşı  bu  konstruksiyanın  müəyyən  mənfi  cəhətləridə 

mövcuddur. Bu cəhətlərin ən başlıcası maye daxilində olan bərk hissəciklərin siyirtmənin açıq halında onun 

disk  düyününün  yeməsidir,  hansı  ki  mayenin  daxilində  olan  bərk  hissəciklər  siyirtməyə  daxil  olduqda, 

siyirtmənin  disklə  yəhərin  arasından  sürətlə  keçərək,  onların  səthini  cızmış  olur.  Və  nəticədə  səthlərdə 

yaranan yeyilmə hesabına siyirtmənin bağlı halında hermetikliyinin etibarlığı aşağı düşmüş olur. Bu nöqteyi 

nəzərdən tətqiqat işində qoyulmuş məsələ siyirtmələrin təkminləşdirilməsidir. 

Tədqiqat  obyekti  olaraq  RF01-A  siyirtməsi  seçilmişdir.  Bu  siyitmə  əsasında  yeni  siyirtmə 

konstruksiyası  təklif  edilmişdir.  Onun  yəhərinə  xüsusi  formalı  üzük  əlavə  edilmişdir.  Üzüyün  iqtisadi 

cəhətdən ucuz başa gəlməsi onun sıradan çıxması zamanı dəyişdirilməsinə imkan yaratmış olur. 

Nəticədə cari təmir əsasında üzüyün dəyişdirilməsi ilə siyirtmənin uzunömürlüyü artırılmış olur. 



                             

QAZMA BORULARININ QIFILLARI ÜÇÜN ÜST SƏTİNİN YEYİLMƏYƏ 

 QARŞI MÖHKƏMLƏNDİRİLMƏSİNİN TƏDQİQİ 

 

İbrahimzadə M.D. 

Sumqayıt Dövlət Universiteti 

 

Qazma  quyularında  gioloji-kəşfiyyat  kalonları  qazma  boruları  üçün  qıfılların  hissələri, 

konstruksiyaları ГОСТ-7918-74-ə  görə hazırlanır. Geniş miqyasda kəşfiyyatların aparılmasını nəzərə alsaq 

külli  miqdarda  maşınqayırma  hissələrindən  istifadə  edilir.Onun  illik  proqramı  270  min  komplekdən(bu 

komplektdə 2 hissə daxil olub: mufta və nippel). Bu hissələr özündə xarici və daxilinə konik yivlər kəsilmiş, 

oymağı təsvir edir. Bunların ölçülərinin meyillənməsi: xarici diametr üzrə D=57÷87mm, daxili diametri üzrə 

isə  d=22÷40mm,  uzunluğu  üzrə  l=170÷315mm  olur.  Bunlar  ГОСТ-4543-71-ə  görə  40XH  markalı 

poladlardan hazırlanır [1-2]. 

Hal-hazırda  bu  hissələr  dairəvi  yaymalardan  hazırlanır  və  aşağıdakı  əməliyyatlar  tətbiq  edilir:  iki 

tərəfli açıq buğu ilə daxildən deşilir, xarici səthi emal edilir, daxilinə konik yiv açılır, xarici yiv üçün konik 

səth  yonulur  və  yiv  açılır.  Bu  səbəbdən  daxili  kiçik  diametrli  deşikdə  və  pəstahın  uzunluğun  nisbi 

götürdükdə  böyük  olur.  Pəstahlarda  deşik  iki  qarşı-qarşıya  gələn  burğularla  deşilir  və  bu  səbəbdən 

mərkəzlərdə  meyilləmələr  meydana  gəlir.  Bu  da  daxili  və  xarici  səthlər  üzrə  mərkəzlərin  qeyri  tuşluğu 

sonrakı  əməliyyatların  aparılmasını  çətinləşdirir,  dəqiqliyin  alınması  üçün  konik  səth  üzrə  daxili  və  xarici 

yivlərin açılması xarici səth üzrə bazalaşdırılır. 

İşin  məqsədi  çətin  mexaniki  emalın  azaldılması  çoxlu  miqdarda  yovqara  gedən  metal  itkisinin 

ixtisarıdır. Ona görədə belə ölçülü pəstahların çatışmamazlığı mexaniki emal üçün müsaidələrin qiymətləri 

çox olur. Yarım pəstahlara keçməsi metalların istifadə əmsalının qiymətlərini çoxaldır və mexaniki emalın 

əmək tutumunu kəskin azaldır. Metalların təziqlə emalmetoduilə l/d=6÷11 nisbi uzunluq d=22÷40 mm daxili 

diametr üzrə alınan dolu pəstahlar kiçik diametrli uzununa deşilmiş uzun pəstahlar böyük müxtəlif divarlılıq 

yaradır  vədeşici  alətlərin  davamlılğını  azaldır.  Təklif  etdiyimiz  texnologiyada  qıfıllar  üçün  pəstahlar  2 

əməliyyatdan-  deşmə  və  ardıcıllıqla  reduksiya  edilir.  Bu  texnologiyanın  tətbiqi  əhəmiyyətli  dərəcədə 

fəaliyyətdə olan texniki- iqtisadi göstəricilərlə müqaisədə nəzərə alınan dərəcədə illik səmərə verir. QB üst 

səthin  möhkəmləndirilməsi sxemi  şəkil 1-də verilmişdir. 

 

 



 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə