Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə21/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   17   18   19   20   21   22   23   24   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



42 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2 . 



 

 

 



 Şəkil 3. 

 

 



KOMPOZİTLƏRİN QURULUŞUNUN  DAVAMLILIĞININ  

ARTIRILMASI ÜSULLARI 

 

İsgəndərova A.N. 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti 

 

Son  zamanlar  kompozit  materiallar  üçün  istifadə  olunan  texniki  parcalar  sırasında  laylı-karkaslı 



parçalar mühüm yer tutur. Laylı- karkaslı parcaların istehsalında iki və cox sistem əriş sapları və bir sistem 

arğac sapları iştirak edir. Karkas əriş sapları arğac sapları  ilə toxunaraq parçada  üfüqi  yerləşən, yəni karkas 

,  qatlarını  əmələ  gətirirlər.  Doldurucu  əriş  saplarının    argac  sapları  ilə  toxunması  parçanın  şaquli  qatlarını  

əmələ gətirirlər. Karkas qatları bir- birinə  paralel şəkildə, bərabər  və ya müxtəlif  aralıq məsafədə yerləşə 

bilərlər.  Doldurucu  qatlar  karkas  qatlarına  nəzərən  şaqulu  və  ya  müxtəlif    bucaq    altında    yerləşə  bilərlər. 

Onların  istehsalında  polimer  qatqı  və  lif  tərkibli  karkas  istifadə  olunur  .  Lif  tərkibli  karkas  qismində  lif 

yığımı, saplar, ipliklər, təkqat və çoxqat parçalar, trikotaj polotnolar və sairə istifadə olunur. Bu məqsədlə  

laylı-karkaslı toxumaların istıfadəsi bir çox xoşagəlməz halları aradan götürür.  

Laylı-karkaslı parçaların quruluşu , təkqat və çoxqat parçalardan fərqli olaraq, monolit quruluşa  malik 

olurki , bu da qatların aralanaraq dağılmasının qarşısını alır. 

Texniki  parçaların  istehsalında  əsasən  pambıq  və  kimyəvi  saplar  istifadə  edilir.  Kimyəvi    saplar 

texniki  parçaları    yüksək  möhkəmliklə  yanaşı  bir  çox  xüsusi  xassələrlə  təmin  edə  bilir.  Bu  xüsusiyyətlər  

sırasında aqresiv mühitlərə dözümlülük, liflərin suyu adsorbsiya edərək şişməsi , suyun təsiri altında əriməsi 

və s. 


Laylı-karkaslı  parçaların  struktur  quruluşlarını  tərtib  edəndə  müxtəlif  üsüllardan  istifadə  olunur. 

Parçanın struktur quruluşunun tələb olunan şəkildə  alınması və onun dəzgahdan çıxandan sonra  davamlı 

olması üçün xüsusi texnologiya tətbiq olunur. Bu texnologiyaya əsasən,  müxtəlif  profilləri (çıxıntıları) olan 

parçalar üz-üzə toxunur. Toxunan zaman üst və alt parçaların  çıxıntıları  kontur  xətləri boyu bir  -biri ilə 

xüsusi, suda əriyən , saplar ilə bərkidilir. Dəzgahdan çıxandan sonra parçalar suda emal olunaraq   aralanır və 

sərbəst şəkil alır. 

Parçaların  istehsalında  ,  həmçinin,  suda  şişən  saplardan  istifadə  edilməsi  onların  texniki  tələbləri 

ödəməsində münasib olur. Beləki, tələb olunan gəliblərə qoyaraq parçaları su ilə aktivasiya  edəndə  onlar 

şışərək qəlibin formasını alır. Bu əməliyyatdan sonra laylı-karkaslı parçanı tələb olunan qatqı ilə hopdurub  

istifadə etmək olur. 

 

 

 



 

 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



43 

BULLA-DƏNİZ QAZ KONDENSAT YATAĞINA QAZILACAQ YENİ QUYULARIN 

HASİLATLARININ FAZA ÇEVRİLMƏLƏRİ VƏ FLÜİDLƏRİN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ 

NƏZƏRƏ ALINMAQLA SEKTOR MODEL ƏSASINDA PROQNOZLAŞDIRILMASI 

 

İsmayılov B.A. 

 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Bulla-dəniz  yatağı  Bakı  arxipelağının  şimal  hissəsində,  Bakı  şəhərindən  55  km  cənubda,  Səngəçal-



Duvannı-Xərə-Zirə  adası  yatağından  10  km  cənub-şərq  istiqamətində  yerləşir.  Yatağın  yerləşdiyi  sahədə 

dənizin  dərinliyi  18-30  m-dir,  lakin  cənub-şərq  istiqamətinə  getdigcə  dərinliyin  80  m-ə  qədər  artması 

müşahidə olunur. 

Bulla-dəniz  strukturunun  1950-1957-ci  illərdə  aparılmış  seysmik  kəşfiyyat  işləri  nəticəsində  aşkar 

edilməsinə baxmayaraq, dərin axtarış-kəşfiyyat qazımasına 1965-ci ildə başlanmışdır. 

Axtarış-kəşfiyyat  quyularının  sınaq  məlumatlarına  əsasən  sənaye  əhəmiyyətli  karbohidrogen 

ehtiyatları aşkar edilmiş və 1973-cü ildə VII, 1974-cü ildə V, 1982-ci ildə isə VIII horizont işlənməyə cəlb 

olunmuşdur. 

Yatağa ümumilikdə 110-a qədər axtarış-kəşfiyyat və hasilat quyuları qazılmış, əsas neftli-qazlı hesab 

olunan V, VII, VIII horizontlar bu quyular vasitəsilə açılmış və yaxşı öyrənilmişdir. 

Bulla-dəniz  neftqazkondensat  yatağı  işlənmənin  son  mərhələsində  olmasına  baxmayaraq,  son 

zamanlar  qazılmış  90  saylı  quyu  VIII  horizontdan  güclü  qaz  fontanı  vurmuşdur.  Bununla  VIII  horizontun 

yeni qazlılıq sahəsi müəyyən edilmiş, sonra isə yeni 124 və 123 saylı quyular da VIII horizontdan istismara 

daxil olmuşdur. 

Məhz  bu  sahədə  VIII  horizontda  kifayət  qədər  ehtiyatlar  olduğundan,  daha  2  hasilat  quyusunun 

qazılması üçün imkan var. Lakin bu quyuların qazılmasından əvvəl onların hasilatlarının proqnozlaşdırılması 

vacib şərtdir. Çünki hər bir quyunun qazılması iqtisadi cəhətdən səmərəli olmalıdır. Bu məqsədlə yeni hasilat 

quyuları  planlaşdırılan  sahənin  sektor  modelindən  istifadə  edilməsi  və  bu  model  vasitəsilə  hasilatların 

proqnozlaşdırılması ən səmərəli üsul hesab olunur. Yeni quyuların qazılması, digər texniki-geololi tədbirlər 

kimi  külli  miqdarda  maliyyə  vasitələri  tələb  etdiyindən,  onların  istismar  göstəricilərinin  əvvəlcədən 

proqnozlaşdırılmasında model xüsusi əhəmiyyət kəsb edir. 

Yeni  quyuların  hasilatlarının  proqnozlaşdırılması  üçün  əvvəlcə  həmin  tektonik  blokun  geoloji    və 

hidrodinamiki  modelləri  qurulmuş,  yatağın  ilkin  vəziyyətinə  uyğun  hidrodinamiki  model  hazır  olduqdan 

sonra  işlənmə  tarixi  bərpa  olunmuş,  yəni  modelə  daxil  olan  parametrlərin  həqiqətə  uyğunlaşdırılması 

(adaptasiyası)  həyata  keçirilmişdir.  Tədqiq  olunan  blokun  hidrodinamiki  modeli  üzrə  tarixi  işəlnmə 

göstəriciləri bərpa olunduqdan sonra, iki hasilat quyusu modelə yerləşdirilmiş və “hasilata” cəlb olunmuşdur.   

Bu  tektonik  blokda  cari  lay  təzyiqinin  yüksək  olmasına  baxmayaraq,  qazılan  quyularda  quyuağzı 

təzyiqlər tez düşür və bəzi hallarda quyular vaxtından əvvəl sıradan çıxır. Buna səbəb isə layda gedən faza 

çevrilmələridir. 

Qazkondensat  yataqlarının  tükənmə  rejimində  işlənilmə  təcrübəsi  göstərir  ki,  lay  təzyiqinin 

qazkondensat sisteminin kondensasiya təzyiqindən aşağı düşməsi zamanı layda və quyudibi zonada retroqrad 

kondensatın çökməsi prosesi baş verir.  Retroqrad kondensasiya hadisəsi qazkondensat sistemini təşkil edən 

komponentlərin fiziki-kimyəvi xüsusiyyətlərindən, termobarik şəraitdən, sistemin yerləşdiyi mühitdən və s. 

kimi amillərdən asılı olan çox mürəkkəb bir termodinamiki prosesdir. Bu proses quyudibi zonada özünü daha 

çox  biruzə  verir  və  maye  kondensatın  çökməsi  qaza  görə  faza  keçiriciliyini  kəskin  azaldır.  Bu  da  öz 

növbəsində hasilatın kəskin azalmasına və bəzi hallarda isə quyunun tam sırada çıxmasına səbəb olur.  

Ona 

görə  də  yataqların  hidrodinamiki  modellərinin  qurulmasında,  yeni  quyuların 



layihələndirilməsində faza-keçid proseslərinin də riyazi modellərinin qurulmasının böyük əhəmiyyəti var. Bu 

məqsədlə,  Azərbaycanda  və  dünyanın  müxtərlif  ölkələrində  istismar  olunan  qazkondensat  yatalarının 

eksperimental  tədqiqat  nəticələrindən  istifadə  etməklə  Bulla-dəniz  yatağında  baş  verən  qaz-maye  faza 

çevrilmələrinin  qanunauyğunluğu  araşdırılmış,  bir  sıra  parametrlərin  eksperiment  nəticələrindən  alınmış 

qiymətlərindən istifadə etməklə qurulmuş hidrodinamiki modeldə faza-keçid proseslərinin modelləşdirilməsi 

təkmilləşdirilmişdir. 

Qurulmuş hidrodinamiki model vasitəsilə yeni quyuların hasilatlarının  proqnozlaşdırılması ilə yanaşı, 

quyularının  istismar  göstəricilərinə  və  işləmə  müddətinə  qaz-kondensat  sistemlərinin  fiziki-kimyəvi 

xassələrinin,  layda  baş  verən  faza  çevrilmələrinin,  retdoqrad  kondensasyia  hadisəsinin  də  təsiri 

öyrənilmişdir.  




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə