Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə28/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   24   25   26   27   28   29   30   31   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



56 

QАZLİFT QUYULАRININ VАXTАŞIRI İSTİSMАRINDA İŞÇİ AGENTİN  

SƏRFİNİN AZALDILMASI, NEFT HASİLATININ İNTENSİVLƏŞDİRİLMƏSİ YOLLARI 

 

Məmmədli N.F. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  

 

Məlumdur ki, nеft yаtаqlаrının istismаrının müəyyən mərhələsində lаy təzyiqi аşаğı düşməyə bаşlаyır. 

Bu hal həm də yatağın kompressor (qazlift) üsulu ilə istismarı dövründə də baş verir. Bu vəziyyət yarandıqda 

quyulаrın hasilatını müəyyən səviyyədə sаxlаmаq və  qаzliftin üsulunun səmərəsini аrtırmаq üçün quyudibi 

təzyiqini  аzаltmаq  lazım  gəlir  ki,  buna  da  nаsоs-kоmпrеssоr  bоrulаrının  bаşmаğını  quyunun  dibinə  qədər 

еndirməklə  nail  olunur.  Bu  isə  öz  növbəsində  qаldırıcının  nisbi  dаlmа  dərinliyinin  аzаlmаsınа  və  qаzın 

xüsusi sərfinin xeyli аrtmаsınа səbəb оlur. Qаzın xüsusi sərfinin yüksəlməsi quyulаrın qаzlift ilə istismаrını 

iqtisаdi  cəhətdən    səmərəsiz  olmasına  səbəb  olur.  Bеlə  olduqdа  quyu  nаsоs  istismаrınа,  yаxud  vаxtаşırı 

qаzlift  istismаrına  kеçirilir.  Lakin  kiçik  dinаmik  səviyyəyə  və  böyük  lаy  qаz  аmili  və  qumu  çоx  оlаn 

quyulаrın  nаsоs  ilə  istismаrı  məqsədəuyğun  olmadığından  belə  quyulаrı  vаxtаşırı  qаzlift  üsulu  ilə  istismаr 

еtmək sərfəlidir. Ədəbiyyatdan qazlift quyularınnın vaxtaşırı istismarında işçi agentin sərfinə bir neçə amil 

təsir  edir  /2/.  Onlardan  biri  də  əvəzetmə  kameralı  vaxtaşırı  qaldırıcıdan  istifadə  etməklə  həlqəvari  fəzanın 

həcminin minimuma endirilməsi ilə nail olunur. İşçi agentin sərfinə təsir edən amilllərdən biri də qaldırılan 

neftin reoloji xassələridir ki, bu istiqamətdə kifayət qədər tədqiqat işləri aparılmamışdır. Lakin nefin reoloji 

xassələrinə təsir edəcək işlər laya təsir və quyudibi zonanın işlənməsi işlərində tədqiq edilmiş, əhəmiyyətli 

nəticələr  alınmışdır  ki,  həmin  nəticələrdən  istifadə  edərək  vaxtaşırı  qazlift  üsulu  ilə  istismar  olunan 

quyularda  sıxılmış  qaz  sərfinin  azaldılması  istiqamətində  təcrübələr  aparılmış  və  bir  sıra  müsbət  nəticələr 

alınmışdır. Bu məqsədlə tərkibində nanohissəciklər olan Azərbaycanın gilabi gillərindən istifadə edilmişdir. 

Belə  ki,  aparılmış  tədqiqatlarda  gilabi  gilləri  ilə  turşuların  görüşməsindən  kifayət  qədər  qaz  ayrılır  ki,  bu 

qazlar  neftdə  həll  olunaraq  onların  lift  boruları  boyu  qaldırılmasında  işçi  agent-sıxılmış  qazı  əvəz  edərək 

onun sərfini kifayət qədər qənaət olunmasına səbəb olur. Digər tərəfdən aparılmış laboratoriya tədqiqatları 

göstərdi ki, əmələ gələn qaz neftdə asan həll olunaraq onun reoloji xüsusiyyətlərini aşağı salmaqla onun lift 

boyu hərəkətini asanlaşdırır, onun boru səthi ilə sürtünmə qüvvələrini aşağı salır. Maraqlı nəticələrdən biri də 

odur ki, neftdə asan həll olunan bu qazların neftdən ayrılması isə təbii lay qazından fərqli olaraq daha gec, 

yəni daha aşağı təzyiqlərdə ayrılır. Bu xüsusiyyət qazlift üsulu ilə istismar vaxtı neftdə həll olunmuş qaz, lift 

boyu hərəkəti zamanı neftdən ayrılmayaraq onun yer üzərinə çıxarılaraq atqı xəttinə qədər birgə hərəkətinə 

səbəb olur. 

Tədqiqatlarda "Digah", "Masazır" və "Corat" yataqlarının gillərindən və xlorid və xrom turşularından 

istifadə  edilmişdir.  Aparılmış  laboratoriya  tədqiqatlarının  nəticələri  göstərmişdir  ki,  bu  turşularla  gillərin 

görüşündən  baş  verən  reaksiyadan  qaz  ayrılmasından  əlavə  olaraq,  həm  də  xeyli  istiliyin  ayrılması  da 

müşahidə olunmuşdur ki, bu da tərkibində ağır komponentlərin – asfalt, qatran və parafin olan neftlərin də 

qazlift üsulu ilə istismarında mürəkkəbləşmələrin qarşısının alınmasına kömək edəcəyinə zəmin yaradır.   

 

SULAŞMIŞ QАZLİFT QUYULАRININ VАXTАŞIRI İSTİSMАRA KEÇİRDİKDƏ  

İŞÇİ AGENTİN SƏRFİNƏ QƏNAƏT ETMƏKLƏ NEFT HASİLATININ ARTIRILMASI 

 

Məmmədli N.F. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  

 

Məlumdur ki, qazlift üsulu ilə işləyən quyuların hamısının vaxtaşırı istismar üsuluna keçirmək düzgün 

olmazdı. Çünki quyuların vaxtaşırı istismar üsuluna keçmənin müəyyən meyarları vardır ki, onlardan biri də 

kiçik  dinаmik  səviyyəyə  və  böyük  lаy  qаz  аmili  və  qumu  çоx  оlаn  quyulаrın  nаsоs  ilə  istismаrı 

məqsədəuyğun  olmadığından  onlаrı  vаxtаşırı  qаzlift  üsulu  ilə  istismаr  еtmənin  sərfəli  olmasıdır.  Odur  ki, 

belə quyularda mayenin müəyyən səviyyəyə çatması anını gözləyərkən sulaşmanın qarşısının alınması, neft 

hasilatınəın  yüksəldilməsi  məqsədi  ilə  müəyyən  tədbirlərin  görülməsidir.  Bu  tədbirlərdən  biri,  bəlkə  də 

birincisi həmin müddətdə su təcridi tədbirlərinin aparılmasıdır. Lakin su8 təcridinin aparılması üçün kifayət 

qədər  məlum  üsullar  və  bu  üsullarda  tətbiq  olunan  reagentlər  də  məlumdur.  Təcrübələrdən  məlumdur  ki, 

istehsalatda  tətbiq  olunan çoxsaylı  su təcridi tədbirlərindən  heç  biri  universal  deyil  və  bütün  quyularda  və 

müxtəlif şəraitlərdə universal səmərəli üsullr mövcud deyil. Nəzərə alsaq ki, məlum su təcridi tədbirlərinin 

hər  birində  istifadə  oluinan  kimyəvi  reaşentlər  ucuz  olmayıb,  çıxarılan  neftin  maya  dəyərinə  təsir  edir. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



57 

Nəzərə  alsaq  ki,  tədbirin  səmərəli  olması  üçün  tədbir  aparılan  quyunun  neft  hasilatı  yüksək  olmalıdır  ki, 

çıxarılan əlavə neftin hesabına çəkilən xərclər kompensasiya ola bilsin. Lakin o da məlumdur ki, vaxtaçırı 

istismara keçirilən quyuların hasilatı da yuksək olmur. Odur ki, belə quyularda su təcridi işləri aparıldıqda, 

bunun  üçün  istifadə  olunan  materialların  maksimum  uçuz,  lakin  keyfiyyətli  olmadsı  əsas  şərtdir. 

Apardığımız ədəbiyyat araşdırmaları göstərdi ki, bu sahədə dərinlik nasos üsulu ilə istismarda bu sahədə işlər 

aparılmış və müsbət nəticələr alınmışdır. Belə ki, /3/ işlərində praktiki olaraq dərinlik nasos üsulu ilə işləyən 

quyularda quyu məhsulunun yuksək sulaşması hallarında, quyularda hidrodinamiki təcrid üsulları apardıqdan 

sonra,  laydan  quyuya  su  axınları  məhdudlaşdırılmış,  quyuların  neftə  görə  hasilatı  yüksəlmiş  və  suya  görə 

hasilatı isə bəzi quyularda 90%-ə qədər, bəzilərində isə 30-60% azalmışdır. Təmirlərarası müddət isə bir neçə 

dəfə  artmışdır.  Həmin  quyularda  su  təcridi  işlərində  neft  tələlərində  yığılmış,  demulsasiya  üçün  yararsız, 

ekoloji cəhətdən zərərli, maya dəyəri sıfıra bərabər olan “tələ” neftlərindən istifadə edilmişdir. Bu neftlərin 

istifadəsi  çox  asan  olub,  təsiretmə  mexanizmi  də  səmərəlidir.  “Tələ”  nefti  nədir?  Hər  bir  neftqazçıxarma 

idarələrində neftin ilkin hazırlanmasında, tullanılan, tərkibində neftin ağır komponentləri və gil, kiçik ölçülü 

qumlar şəklində mexaniki qarışıqlar olan çıxar məhsuldur. Quru sahəsində yerləşən yataqlardfa isə hər bir 

quyunun  yanında  qazılmış  çalalarda  və  ya  quyu  yanında  inşa  edilmiş  tələlərdə  yığılan  belə  neftlərin 

tərkibində su olmur, əvəzində qeyd edildiyi kimi gil hissəcikləri olur ki, onlar da su ilə görüşdükdə şişə bilir. 

Odur  ki,  həmin  neftin  sulaşmış  neft  quyularına  vurulması  ilə  o,  həm  layın  quyudibi  zonasının  sulu 

hissələrinə,  həm  də  neftli  hissələrinə  daxil  olur.  Neftli  hissəyə  daxil  olan  “tələ”  neftinin  tərkibindəki  gil 

hissələri  dəyişikliyə  uğramasa  da,  su  olan  məsamələrdə  gil  şişərək  suyun  qarşısını  alır.  Neftli  hissədə  isə 

həmin “tələ” nefti laydan gələn neftlə birləşərək yer üzərinə çıxarılır.  

Vurulacaq “tələ” neftinin həcmi isə hər quyu üçün ayrıca olaraq aşağıdakı düsturla hesablanır: 

V

t.n.


=  (R

2

 –r

2

)∙h

Burada R – vurulacaq “tələ” neftinin quyu gövdəsindən laya daxil olma məsafəsi, r-quyunun radiusu, 

h-layın qalınlığı, m-süxurun məsaməliyidir. 

 

 



BORULARIN YİVLİ HİSSƏLƏRİNİ YAĞLAMAQ ÜÇÜN QURĞU 

 

Məmmədov E.O. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Boruların  yivli  hissələrinə  yağları  sürtmək  üçün  əl  əməyindən  istifadə  olunur.  Bu  da  həyat 

fəaliyyətinin  təhlükəsizliyi  cəhətdən  insan  həyatına  və  sağlamlığına  mənfi  təsir  göstərir.Boruların  yivli 

hissələrini P-2 və P-402 markalı yağlarla yağlayırlar.Bu yağları boruların yivli hissələrinə yağlanmsı zamanı 

onların miqdarına və yağlama keyfiyyətinə ciddi nəzarət etmək olmur. 

Məqalənin  məqsədi  :  Boruların  yivli  hissələrinə  yağları  dozirovka  etməklə  yağlanmasıdır.Bu 

yağlanmanı həyata keçirmək üçün yağlama qurğusu və onun pinematik sxemi verilmişdir.Qurğunun texniki 

xarakteristikası aşağıdakı kimidir: 

Silindrin diametri – 160 mm 

Ştokun diametri – 50 mm 

Porşenin gedişi – 30 mm 

Ştokun gedişi – 140 mm 

Ştokun maksimum gedişi – 170 mm 

Yağlama qurğusu aşağıdakı kimi işləyir : 

Boru  muştuk  18-ə  dayağa  verilir.Bu  zaman  pnevmo  bölüşdürücü  2-nin  birinci  kamerası  işə 

salınır.Ştokun pnevmo silindri 3 sol tərəfə yerini dəyişir.Bu zaman dozator 19 ştoku itələyir.Bundan sonra 

borunun yivli hissəsi muştuk 18-ə daxil olur və ştok 19 yağı yivin üzərinə sıxır.Sıxılmış yağ yivin üzərindən 

manjetlə  siyrilir.Nəticədə  yağlama  prosesi  başa  çatır.Şəkildə  yağlayıcı  qurğunun  kinematik  sxemi 

verilmişdir: 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə