Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə268/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   264   265   266   267   268   269   270   271   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



508 

tanıması,  qarşılıqlı  münasibətlərinin  formalaşmasının  əsası  tolerantlıqdan  keçir.  İslam  dinində  tolerantlıq 

dinin  əsas  ünsürü  kimi  qəbul  edilir.  İslamın  birinci  əsas  mənbəyi  olan  Quranda  Uca  Allah  belə  buyurur: 

"Sizin  dininiz  sizə,  mənim  dinim  mənə  aiddir"  ("Kafirun"  surəsi,  6).  Quran  tolerant  olmaq  üçün  ədalətli 

olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152). 

Azərbaycanın  dahi  şəxsiyyətlərinin  əsərlərində  də  çoxlu  multikultral  dəyərlərə  və  tolerantlıq 

ideyalarına rast gəlməy olar.bunlara Nizami Gəncəvini,Mirzə Fətəli Axundzadəni,Nəsrəddin Tusini,Hüseyn 

Cavid və başqalarini misal göstərə bilərik.Nizami Gəncəvinin “İsgəndərnamə” əsərini bunlara misal göstərə 

bilərik. Nizami Gəncəvi insanlığa səadət və xoşbəxtlik, dinclik və əmin-amanlıq gətirən bir quruluş arzulayır 

və ideal hökmdarın belə bir quruluş yarada biləcəyini düşünürdü.Hüseyn Cavidin “Şeyx Sənan” əsərini də 

bunların sırasına aid etməy olar.Göründüyü kimi multikultralizm Azərbaycan xalqının həyat tərzidir. 

Azərbaycanda multikultralizm siyasətinin dövlət səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin 

adi  ilə  baglıdır.Qərb  dövlətləri  yaxın  zamanlarda  müxtəlif  bəhanələrlə  bu  siyasətdən  imtina  etdilər.Lakin 

Azərbaycanda bu siyasət uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində 

Azərbaycan,  tarixən,  sahib  olduğu  tolerantlıq  və  multikulturalizm  ənənələrini  hüquqi  və  siyasi  müstəvidə 

yenidən  bərpa  etdi.  Ulu  öndər  Azərbaycanın  gələcək  uğurlu  inkişafı  üçün  dəqiq  ideoloji  hədəf  seçdi  və 

müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə 

yeni mərhələyə qaldırdı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti cənab 

Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında 

duran  mühüm  amillərdən  danışarkən,  ilk  növbədə  siyasi  sabitliyi,  sosial  və  iqtisadi  inkişafı  qeyd  etmək 

vacibdir.  Ölkə  başçısı  müxtəlif  tədbirlərdə,  irimiqyaslı  beynəlxalq  toplantılarda  çıxışı  zamanı  mütləq 

multikulturalizm  məsələsinə  yer  ayırır  və  bunun  vacibliyini  vurğulayır.  Azərbaycan  Respublikasının 

Prezidenti cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı 

verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan 

bütün xalqların mehriban və dostluq şəraitində birgə yaşa-yışının, onların inkişafının, adət və ənənələrinin 

qorunmasının təminatçısıdır. 

Heydər  Əliyevin  verdiyi  tarixi  qərarlar  formalaşmış  olan  multikultral  cəmiyyəti  dahada 

möhkəmlənməsinə  şərait  yaratdi.Heydər  Əliyev  çıxışlarının  birində  qeyd  edirdi”  Azərbaycan  həm  Avropa 

Şurasının,  eyni  zamanda,  İslam  Əməkdaşlıq  Təşkilatının  üzvü  kimi  multikulturalizmi  bir  missiya  kimi  öz 

üzərinə  götürmüşdür.  Biz  hesab  edirik  ki,  multikulturalizmin  müasir  dünyada  alternativi  yoxdur. 

Multikulturalizimin  alternativi  yalnız  ayrı-seçkilik,  irqçilik,  ksenofobiya,  islamafobiya  və  antisemitizm  ola 

bilər. 


 

QAFQAZDA MULTİKULTURALİZM: AZƏRBAYCAN MODELİ 

 

Səmədova K.K. 

Sumqayıt Dövlət Universiteti 

 

XX  əsrin  sonlarında  məlum  siyasi  hadisələr  postsovet  məkanında  o  cümlədən,  Cənubi  Qafqaz 

respublikalarında  multikulturalizmin  yeni  modellərinin  formalaşmasına  gətirib  çıxardı.Lakin  bir sıra hərbi-

siyasi  və  iqtisadi  xarakterli  hadisələr  Gürcüstanda  millətlərarası  münasibətlərin  mövcud  tarazlığını 

deformasiyaya  uğratdı.Azərbaycanlıların,  etnik  azlıqların  Ermənistandan  kütləvi  deportasiyası  bu 

respublikanı  faktiki,  olaraq  monoetnik  dövlətə  çevirdi.Öz  növbəsində,  Azərbaycan  Respublikası  ölkənin 

dağılma  tendensiyasının  qarşısını  almağa,  müxtəlif  mədəniyyətləri  və  dinləribirləşdirən  dövlət  olaraq 

qalmağa nail oldu. 

Multikulturalizm  nədir?Bu  ilk  növbədə,  bir  ölkədə  mədəniyyətlərin  qarşılıqlı  təsirində  müəyyən-

keyfiyyətlə  nail  olunmasına  yönəlmiş  demokratik  dövlət  strategiyasıdır.Multikulturalizm  hamı  tərəfindən 

tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir.Azərbaycan 

üçün  fərqli  baxışlara,  adətlərə,  vərdişlərə  dözümlülük  mövqeyi  bəsləmək  əlbəttə  ki,  təbiidir.Müxtəlif 

xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır. 

Azərbaycan  Respublikası  polietnik  dövlətdir.Xalq  dövləti  təşkil  edən  etnosdan-Azərbaycan 

türklərindən və avtoxton milli azlıqlardan-udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, 

tatlardan,  talışlardan,  ləzgilərdən  və  b.  təşkil  olunmuşdur.Bu  millətlərin  tarixən  Azərbaycandan  başqa 

vətənləri olmamışdır və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan millətinin 

nümayəndələri  hesab  olunmaqda  haqlıdırlar.Onlardan  başqa  respublikada  ruslar,  ukraynalılar,  belaruslar, 

kürdlər,  yəhudilər,  yunanlar,  almanlar  və  tatarlar  yaşayırlar.Bu  milli  azlıqların  hər  birinin  muvafiq  olaraq 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



509 

tarixi  vətəni  vardır  və  Azərbaycan  ərazisində  yaşayan  alloxton  milli  azlıqlara  aid  edilirlər.Təkcə  Bakıda 

iyirmidən  yuxarı  müxtəlif  mədəni  icmalar  fəaliyyət  göstərir.  Bunların  arasında:  rusların,  ukrainlərin, 

kürdlərin,  lakların,  ləzgilərin,  slavyanların,  tatların,  tatarların,  gürcülərin,  ingilayların,  talışların,  avarların, 

axıska  türklərinin,  Avropa  və  dağ  yəhudilərinin,  gürcü  yəhudilərinin,  alman  və  yunanların  cəmiyyətləri 

vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur. 

Azərbaycan  Respublikasında  kompakt  şəkildə  müxtəlif  etnosların  nümayəndələri  yaşayır  və  onların 

hər  biri  öz  maddi  və  mənəvi  mədəniyyətini,  dilini,  tarixi  yaddaşını,  mentalitetini,  etnik  özünüdərketmə  və 

etnopsixologiyasını  qoruyub  saxlayan  unikalxüsusiyyətlərin  daşıyıcılarıdır.  Məhz  Azərbaycanda 

dağyəhudilərinin məskəni-Qırmızı Sloboda, Molokan kəndi İvanovka,udin kəndi Nic, öz dili, özünəməxsus 

adət  vəənənələri  ilə  məşhurolan  Xınalıq  kəndi  və  başqa  milli  azlıqların  yaşadığı  onlarla  beləməskənlər 

mövcuddur  vəonların  hamısı  Azərbaycanictimaiyyətinin  ayrılmaz  hissəsidir.Etnik  azlıqlara  yerli  əhali 

iləbərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadəhüququ verilmişdir. 

Etnik  azlıqların  kompakt  yaşadığı  yerlərdə  ümumtəhsilməktəblərinin  ibtidai  siniflərində  doğma  dil 

tədris  olunur:  müvafiqdillərdə  tədris  proqramları  və  dərs  vəsaitləri,  folklor  və  şeirməcmuələri,  bədii 

ədəbiyyat  nəşr  olunur;  qəzet  və  jurnallar  çıxır,dövlət  milli  teatrları  və  bədii  özfəaliyyət  kollektivləri 

fəaliyyətgöstərir. 

Ölkə  daxilində,  eləcə  də  beynəlxalq  arenada  mədəniyyətlərarasıünsiyyətin  tarazlı  şəkildə 

qurulmasında, üç dini dövrdən-zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunlarıhəkk etdirən 

Azərbaycan  xalqının  tarixi  yaddaşı  vacib  rol  oynayır.Azərbaycanda  dinlərarası  dialoq  və  tolerantlığın 

dünyanın  bir  çox  polietnik  regionları  üçün  nümunə  olan  xüsusi  modeli  qurulmuşdur.Dövlət-din 

münasibətlərinin  müasir  Azərbaycan  modeliçərçivəsində,  bütün  dinlər  qanun  qarşısında  bərabər  status 

almışlar.Ölkə  vətəndaşlarının  böyük  əksəriyyətini  təşkil  edən  müsəlmanlarınhüquqlarını  təmin  etməklə 

yanaşı,  dövlət  respublika  ərazisindəyayılan  bütün  ənənəvi  dinlərəqayğı  göstərir.Öz  tarixi  ənənələrinə 

söykənən  Azərbaycanda  vətəndaşlarınmədəni,  o  cümlədən  dini  tələbatlarının  təmin  edilməsinəaşağıdakılar 

nümunədir: sovet ateizmində boşluq dövründən sonra Bakıda-Müqəddəs qadınlar kilsəsi açıldı.  

Etnik  dinindən  və  mənsubiyyətindən  asılı  olmayaraq,  bütünvətəndaşların  bərabərliyini  təmin  edən 

milli  siyasətin  əsasmüddəaları  Azərbaycan  konstitusiyasında  göstərilmişdir.Azərbaycan  Respublikasının 

milli siyasət konsepsiyası həmçininaşağıdakı beynəlxalq sənədlərə əsaslanır: BMT-nin-İnsan haqları ümumi 

deklarasiyası,  Avropa  Şurasının-Əsas  azadlıqların  vəhüquqların  qorunmasına  dair  konvensiyası,  BMT-nin 

İqtisadi,sosial  və  mədəni  hüquqlar  haqqında  Beynəlxalq  Paktı,    Avropadatəhlükəsizlik  və  əməkdaşlıq üzrə 

İclasın  Yekun  Aktı,ATƏT-ininsan  meyarları  üzrə  Konfransının  Kopenhagen  sənədi,  AvropaŞurasınınMilli 

azlıqların  müdafiəsi  üzrə  Çərçivə  Konvensiyası,Müstəqil  Dövlətlər  Birliyinin  üzvləri  tərəfindən  qəbul 

edilmişMilli  azlıqlara  mənsub  olan  şəxslərin  hüquqlarının  təmin  edilməsiüzrə  konvensiya.  Həmçinin 

Azərbaycan  Respublikasının  millisiyasətinə  həsr  olunmuş  dövlət  sənədi-AzərbaycanRespublikasında 

yaşayan  milli  azlıqların,  azsaylı  xalqların  və  etnikqrupların  hüquq  və  azadlıqlarının  qorunması,  dilinin 

vəmədəniyyətinin inkişafına dövlət qayğısı haqqında AzərbaycanRespublikası Prezidentinin Fərmanı qəbul 

edilmişdir.Başqa  sözlə,milli  azlıqların  qorunması  Azərbaycan  rəhbərliyinin  apardığısiyasətin  əsas 

istiqamətlərindən  biridir.Belə  ki,  Prezidentaparatında  milli  siyasət  üzrə  dövlət  məsləhətçisinin  başçılıq 

etdiyixüsusi struktur yaradılmışdır.Analoji struktur Milli Məclisdə dəmövcuddur.Konstitusiya və qanunların 

verdiyi bərabər hüquqlarvə imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələricəmiyyətin ayrı-

ayrı  sahələrində  məhsuldar  işləyərək  ölkənininkişafına  layiqli  töhvələr  verirlər.Belə  ki,  milli 

azlıqlarAzərbaycan 

Respublikasının 

hökumətində 

və 


digər 

dövlətstrukturlarında 

təmsil 

olunmuşlar.Respublikanın milli parlamenti  Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları o cümlədən, rus, 



ləzgi,tat, talış və b. öz nümayəndələri ilə təmsil olunmuşdur. 2010-cu ilparlament seçkiləri zamanı ATƏT-in 

demokratik  institutlar  və  insan  haqları  üzrə  bürosu  və  müşahidə  komissiyası  göstərdi  ki,Azərbaycanda, 

dövlət ərazisində yaşayan etnik azlıqların seçkilərdəiştirakı məsələsində heç bir problem yoxdur. 

Beləliklə,  respublikada  müxtəlif  etnik  qrupların  mövcudluğu  üçün  bütün  mümkün  şərait 

yaradılmışdır.Lakin  burada,  bir  daha  qeydetmək  lazımdır  ki,  bizim  ölkəmizdə  mədəni  müxtəliflik 

etnikazıqların  sadəcə  cəmlənməsi  kimi  başa  düşülmür,  Azərbaycanümummilli  həmrəyliyin  inkişafı  üçün 

əlverişli mühitdir.Başqasözlə, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraqərazisindəməskunlaşan 

hər bir vətəndaş Azərbaycanın sərvətidir. 

 

 

 

 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə