Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə266/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   262   263   264   265   266   267   268   269   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



505 

fəlsəfi,  sosial,  siyasi  və  digər  aspektlərin  Azərbaycan  reallığında  təhlili  və  təşviqinin  əhəmiyyətini  nəzərə 

alaraq  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzi  yaradıldı.  Əlbəttə,  belə  bir  Mərkəzin  yaradılması 

multikulturalizmin  Azərbaycanda  əsrlərdən  bəri  formalaşan,  eyni  zamanda,  bədii,  psixoloji-mənəvi 

müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu göstərirdi. 

 

LİDERLİK ÜSLUBLARI 

 

Novruzov B.M. 

Sumqayıt Dövlət Universiteti 

 

Liderlik nadir idarə etmək keyfiyyətidir. M.Vudkok və D.Frantsisin fikrincə liderlik  - insan və başqa 

resurslardan  müəyyən  nəticə  əldə  etmək  üçün  istifadə  etmək  qabiliyyətidir.Liderliyə  müasir  baxışlar 

idarəetmə üslubunun tabelikdəki konkret işçiyə uyğun olaraq dəyişdirilməsindən ibarətdir. Birinci növbədə 

bu  suala  cavab  vermək  lazımdır.  Bu  şəxslə  münasibətdən  məndən  hansı  idarəetmə  üslubu  tələb  olunur? 

Müasir  menecement  nəzəriyyələrinə  görə  yaxşı  menecer  mürəkkəb  situasiyalarda  idarəetmə  tələblərinin 

qoyuluşunu  öyrənir  və  onlara  uyğun  olaraq  yüksək  səviyyədə  idarəetmə  üslubunu  həyata  keçirir.  Empirik 

idarəetmə nəzəriyyəsinə görə idarəetmə davranışının 4 üslubunu göstərmək olar: 

1.Göstəriş  vermək. Məsələlərin  həllini  rəhbər  diqqətlə  izləyir,  təlimatlar  verir  ,  baş  verən  hadisələri 

detallarına  qədər  dərindən  öyrənir.  Tələbata  cavab  verməyən  iş  tezliklə  aşkara  çıxarılır  və  məsul  şəxslərə 

göstərişlər  verilir.  Lider  öz  istədiyini  dəqiq  izah  edir  və  şəxsi  ustalığını  artırmağa  fikir  verərək  işin 

yaxşılaşdırılmasını tələb edir. Bu cür üslubu işi bilməyən və öyrənmək istəməyən şəxslərə və qruplara qarşı 

tətbiq etmək daha yaxşıdır. Yeni işçilərə yaxud « perspektivsiz » bölmələrə bu cür yanaşma özünü doğruldur. 

«Perspektivsiz»  dedikdə  müəyyən  təcrübəsi  olsa  da  köhnə  düşüncəni  dəyişdirməyə  qabil  olmayan  yaşlı 

kadrlar nəzərdə tutulur. 2.Şöhrətləndirmə. Bu üslub ondan ibarətdir ki, lider təşəbbüskar kimi çıxış edir, cari 

işlər üzrə göstəriş, təlimat verməkdə və nəzarətdə çox fəaldır. Ünsiyyət ən vacib element olduğundan lider 

adamlarla tanışlığı və əlaqələri genişləndirməyə can atır. İşçilərin bir başa iştirakı ilə nümunəvi iş formalaşır. 

Nümunəvi  işə  uyğun  konkret  işlər  müzakirə  olunur  və  bütün  təşkilat  üzrə  işlər  əlaqələndirilir. 

Bu  cür  üslubu  az-çox  işə  uyğunlaşmış,  müəyyən  vərdişləri  xəz  edən,  lakin  tam  peşəkarlığa  yiyələnmiş 

qruplara  və  şəxslərə  tətbiq  etmək  özünü  doğruldur.  Belə  qrupların  üzvləri  öyrənməyə  can  atırlar,  lakin  öz 

işlərinin üzərində daha çox çalışmalıdırlar. Bu cür yanaşma keyfiyyət və əmək məhsuldarlığı problemlərini 

həll etməyi bacarmayan qruplara münasibətdə də özünü doğruldur. Rəhbər tərəfindən nəzarətin və  

təlimatların olması işçilərin qabiliyyətini artırır. 

Yaxşı nəticə aşağıdakı hallarda əldə edilir: 

1.Siz hər kəs üçün öz vaxtınızı sərf etdikdə; 

2.Ümumi maraqları aydınlaşdırdıqda; 

3.Fərdi xarakterlərə qiymət verdikdə

4.Tabelikdəkilərlə intensiv ünsiyyətə can atdıqda; 

5.Əldə olunan yüksək nəticələrə görə qürur hissini yaydıqda 

6.Zəruriyyət yarandıqda əmrlər verdikdə; 

7.İşin müəyyən edilmiş nümunəvi işə uyğunluğunu izlədikdə

8.Nümunəvi işi saxlamaq üçün lazım gəldikdə cəza tətbiq etdikdə

9.Müsbət davranışı mükafatlandırdıqda;   

3.İdarəetmədə  iştirak  etmək. Bu  zaman  rəhbər  qrupların  mənəvi  vəziyyətinin  yaxşılaşdırılmasına 

çalışır, şəxsi münasibətlərin inkişafında fəallıq göstərir, işçilərdə əlaqəlilik hissini həvəsləndirir, adamlarda 

öz  problemlərini  özü  həll  etmək  cəhdləri  formalaşır  və  əmrlər  minimum  sayda  olur,  lakin  yeri  gəldikdə 

rəhbər lazımi əmrlər verir. Bütün vacib məsələlər işçilərə tam həcmdə izah olunur, müəssisənin işində daha 

çox payı olan işçiləri lider həvəsləndirir. Bu cür üslub baza vərdişlərindən əlavə olduqca yüksək peşəkarlığa 

malik işçilərə və qruplara yanaşmada özünü doğruldur.Belə kollektivlərin inkişafı iş prosesində məsuliyyət 

payının artırılması və kollektivdə yaxşı mənəvi iqlimin qorunması ilə bağlıdır.  

4. Səlahiyyətlərin ötürülməsi. Lider axırıncı ehtiyat kimi çıxış edir. Görülən işin əsas hissəsinə qrupun 

ayrı-ayrı üzvləri nəzarət edir. Onların səlahiyyətinə gündəlik yoxlama və nəzarət aiddir. Bu cür üslub yüksək 

səviyyədə peşəkar olan və öz güclərini yaxşı işə sərf etməyə can atan şəxslərə və qruplara yanaşmada tətbiq 

olunur.  Bu  cür  şəraitdə  idarəetmə  öz  təşkilatına  məsuliyyətlə  yanaşan  və  pozitiv  münasibətli  adamlar 

tərəfindən  həyata  keçirilir.  Bu  cür  rəhbərliyə  xas  olan  üsluba  aşağıdakılar  aiddir:  məqsədlərin 

aydınlaşdırılması  və  onlara  münasibətdə  razılıq  əldə  edilməməsi;  əgər  sizdən  xahiş  etsələr  kömək  edin; 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



506 

başqalarının işlərinə qarışmaqdan çəkinin; xahişlərə ciddi reaksiya verin. Qeyd etmək lazımdır ki, yaxşı lider 

qrupun daha yüksək səviyyəli məsuliyyət və səriştəlilik istiqamətində inkişafına kömək edir. Praktiki olaraq 

daha  yüksək  yetkinlik  səviyyəsinə  çatmaq  üçün  bütün  qruplara  kömək  etmək  və  onları  həvəsləndirmək 

mümkündür.  Nəzarət  və  təlimatları  azaltmaqla  qrup  üzvlərinin  davranışını  izləmək  lazımdır  ki,  onlar 

özlərində  məsuliyyət  hiss  etsinlər  və  öz  işlərini  yaxşı  yerinə  yetirsinlər.Liderin  qəbul  etdiyi  üslub  bir  sıra 

amillərdən asılıdır, lakin onun üçün şəxsi bütövlüyü qorumaq vacibdir və o, özünü həmişə, hamı üçün  yaxşı 

adama çevirməlidir.İşçi qrupunda liderliyin funksiyası öz fərdi üzvlərinin güclü tərəfləri haqda ümumi bilik 

əldə  etməkdir.  Buna  görə  də  yeni  vəzifə  və  tələblər  meydana  çıxdıqda  lider  dəyişə  bilər.  Dar  düşüncəli 

rəhbər  öz  rəhbərlik  və  nəzarət  imkanlarından  əl  çəkməmək  xətrinə  belə  müsbət  prosesi  ləngidə  bilər.  Ona 

görə də formal rəhbər öz hüquq və vəzifələrinin bir hissəsindən imtina etməklə işə daha çox xeyir verə bilər. 



 

GEYİMİN LAYİHƏLƏNDİRİLMƏSİNDƏ BƏDİİ SİSTEM ANLAYIŞI 

 

Nuruzadə S.C. 

Azərbaycan Dövlət İqtisad Universiteti 

 

Bədii layihələndirmə fəaliyyəti müxtəlif təyinatlı böyük geyim assortimentinin yaradılması ilə məşğul 



olur. Bu, fərdi zövqlük, dəbin istiqamətinin, sənayenin istehsal imkanlarını ödəməyin zərurətini nəzərə alan 

formaların  işlənməsinə  müxtəlif  yanaşma  tələb  edir.  Bu  sahədə  mövcud  olan  problemlərin  həlli  yalnız  o 

zaman  mümkündür  ki,  geyim  və  ona  olan  əlavələr  bir  bədii  sistem  kimi  layihələşdirilsin.  Sistem 

(hadisələrdən  ibarət  bütöv  mənasını  verən  yunan  sözüdür)  –  elementlər  tərkibini  (məsələn,  komplekti, 

ansamblı,  kolleksiyanı  təşkil  edən  əşyalar)  və  onlar  arasında  əlaqələr  xarakterini  müəyyən  edən 

nizamdır.Bədii  sistem,  sistemin  ümumi  cəhətlərindən  əlavə,  emosional  təsirə  malik  bir  prosesdir.  Bədii 

sistemin  əsas  əlaməti  yaradıcı  prosesin  –  kompozisiyanın  olmasıdır.  Bu  zaman  geyim,  ayaqqabı,  əlavə 

modelləri  əgər  bu  əlamətə malikdirlərsə,  onlar  bədii əsər  hesab  edilə  bilər.  Bu,  və  ya  digər  bədii  sistemin 

bədii  qurmada  istifadə  olunması  sənayedə,  sərgilərdə,  dəb  jurnallarında  yaradılan  layihə  və  modellərin 

həyata  keçirilməsi  xüsusiyyətləri  ilə  şərtlənir.  Bədii  sistemin  hər  növünün  xarakteristikası  layihələşmə 

prosesinin konkret olaraq qarşıya qoyduğu vəzifələr və tələblərlə, yaradıcı əməyin mürəkkəbliyi və həcmi ilə 

müəyyən  olunur.  Bədii  layihələndirmə  fəaliyyətində  bir  sıra  məmulatların  bədii  sistemdə  birləşməsinə 

formanın ümumi, oxşar əlamətlərinin əmələ gəlməsi (ümumi təyinat, materiallar, bəzək, konstruksiya və s.) 

vasitəsilə  nail olunur.  Geyim  assortimentinin  müxtəlif  formalarını  səciyyələndirən  ən  vacib əlamət  onların 

üslub həllərinin növləridir. Geyim forması onun əsas hissələrinin, detallarını, bəzəyini təşkil edən nəticənin 

tərtib  olunmasıdır.  Geyimdən  alınan  təəssürat  onun  həcm  formalarının  kompozisiya  həlli,  nəticə  etibarilə, 

onun cizgilərinin, yəni biçim  və bəzəklə yaradılan konstruktiv və dekorativ xətlərin xarakteri ilə müəyyən 

olunur. Öz üslub həllinə görə geyim formalarını üç əsas qrupa (makro – üsluba) ayırmaq olar: klassik (ciddi) 

üslublu geyim, idman üslublu geyim və “fantaziya” üslublu geyim. Klassik üslublu geyim işgüzarlıq, nəzərə 

çarpan  ciddilik  və  formaların  səliqəliliyi,  detalların  azlığı  ilə  xarakterizə  olunur.  Belə  geyimdə  dekorativ 

bəzək demək olar ki, yoxdur. Bu geyimdə hər şey səmərəli olmalı və müəyyən təyinata uyğun gəlməlidir. 

Klassik  üslublu  geyimin  nisbətləri  insanın  bədən  quruluşunun  təbii  nisbətlərinə  uyğun  olur.  Geyim 

formasının  əsas  bölgüləri  bədən  quruluşunun  təbii  bölgü  yerlərindən  keçir.  Geyimdə  bel  xətti  fiqurun  bel 

xətti ilə üst  – üstə düşür, qol xətti qola bədənin birləşdiyi yerdə, boğazlıq xətti boyunla bədənin birləşdiyi 

yerlə üst – üstə düşür. Forma xətləri bütövlükdə və detallarda sadə və yığcamdır.İdman üslublu geyim insan 

hərəkətdə olarkən onun rahatlığını təmin edən forma sərbəstliyi ilə səciyyələnir. Eyni zamanda insanın bədən 

quruluşunun səliqəliliyi, biçimliliyi, qədd  – qaməti nəzərə çarpdırılır. Qol biçimi  müxtəlifdir: onlar reqlan, 

bütöv  biçimli,  quraşdırılmış  ola  bilər.  Qadın  kostyumunda  müxtəlif  uzunluq  və  formada  şalvarlar  istifadə 

olunur.İdman  üslublu  geyim  üçün  aşağıdakı  elementlər  səciyyəvidir:  üstdən  qoyma  qapaqlar,  kəmərciklər, 

tikişlər, koketkalar, mancetlər, müxtəlif bükmələr və s. Müxtəlif yardımçı materialları da diqqət yönəldilir. 

Trikotaj,  dəri,  təbii  və  süni  xəzlə  bəzəkdən  istifadə  olunur.  Forma  bölgüləri  və  dekorativ  və  konstruktiv 

xətlərin  kompozisiya  həlli  sadə  və  aydın  olmalıdır.  “Fantazi”  üslublu  geyim  formaların  özlərinin  və 

detallarının çox çeşidliliyi, mürəkkəb biçimi, bəzəyin dəbdəbəli olması (şəbəkə, çəki işi, xəzlər) ilə fərqlənir. 

Forma  bölgüləri  qeyri–adi,  o  cümlədən  qeyri–simmetrik  ola  bilər.  Xətlərin,  detalların  kompozisiya  həlli 

dekorativ,  “canlı”  verilir,  konstruktiv  xətlər  nəzərə  çarpdırılmır.Hər  bir  “makro  üslub”  daxilində  çoxlu 

üslublar  var.  Onlarda  öz  növbəsində  «mikroüslubları»  özündə  ehtiva  edə  bilir.  Məsələn,  idman 

makroüslubuna  aid  edilə  bilən  “militari”  (hərbi)  üslubu  daxilində  “hərbi  –  dəniz”,  “təyyarəçi” 

mikroüslublarını ayırd etmək olar. Romantik üslubu “fantazi” makroüslubunun bir elementi kimi nəzərdən 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə