Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə267/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   263   264   265   266   267   268   269   270   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



507 

keçirmək  olar.  XX  əsrin  90–cı  illərinin  sonunun  pomantikası  bir  çox  etnik  və  retro  üslubları  ekliktikanı 

özüncə  ehtiva  edir.  Etnik  üslublar:  asiya,  afrika,  hindu;  retro  üslubu  (Jozefina  Bonapart  ruhunda  ampir 

paltarları),  keçmiş  yüzilliyin  20–ci,  30–u,  50–ci  illərinin  üslubları.  Eyni  üslubu  bir  neçə  makroüsluba  aid 

etmək  olar.  Yeni  material  və  texnologiyaların  dəbə  düşməsi  ilə  əlaqədar  olan  və  kosmik  və  kompüter 

üslublarını özündə birləşdirən “Hi – Tech” üslubunu idman – fantazi kimi təsnif etmək olar. 

 

AZƏRBAYCANDA MULTİKULTRALİZM SİYASƏTİNİN TARİXİ 

 

Seyidov R.F. 

Sumqayıt Dövlət Universiteti 

 

Azərbaycan  tarixən  insanların  ilk  məskunlaşdığı  məkanlardan  biri  olmuşdu.  Tarixi  İpək  yolunun 

üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni 

rəngarənglik  mühitinin  formalaşdığı,  ayrı-ayrı  millətlərin  və  konfessiyaların  nümayəndələrinin  sülh,  əmin-

amanlıq, qarşııqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq 

alternativi  olmayan  həyat  tərzinə  çevrilib.  Bu  gün  dünyada  çoxmədəniyyətli  ölkə  imici  qazanmış 

Azərbaycanda  müxtəlif  xalqlar  arasında  ənənəvi  dostluq  və  qardaşlıq  münasibətlərinin,  tolerantlığın  hökm 

sürməsi  tarixi  nailiyyətimizdir.  Ölkəmizdə  yaşayan  müxtəlif  xalqlara  öz  milli-mənəvi  dəyərlərini,  dini 

etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin 

təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Qürurverici haldır ki, bir sıra 

dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. 

Dünyanın  bir  sıra  ölkələrində  tarixən  multikultral  dəyərlər  müxtəlif  dərəcədə  pozulmşdu.Bunun 

nəticəsi  olaraq  milli-etnik  zəmində  çoxlu  qarşıdurmalar  yaşanmışdır.Azərbaycanda  isə  tarixən  müxtəlif 

xalqların nümayəndələri mehribancasına həyat tərzi sürmüşlər və tarixə diqqət yetisək Azərbaycanda milli-

etnik  zəmində  çox  nadir  hallarda  qarşıdurmalar  görə  bilərik.Çünki  müxtəlif  xalqların  nümayəndələri  bu 

məkanda  həmiçə  dogma  münasibət  görmüşlər.Onlar  sərbəst  şəkildə  öz  dini  ayinlərini  icra  etmiş,ibadət 

evləri-kilsələr,sinoqoqlar  tikə  bilmiş  və  mədəniyyətlərini  yaşada  bilmişlər.Halbuki,dünyanın  bir  sıra 

ölkələrində  bu  indinin  özündədə  mümkün  deyil.Bəs  multikultralizm  nədir?  Multikulturalizmin  əsasını 

tolerantlıq,  qanunlara,  bir-birinin  azadlığına  hörmət  hissi  təşkil  edir.  Elmi  ədəbiyyatda  verilən  məlumata 

görə,  multikulturalizm  anlayışı  çox  da  qədim  tarixə  malik  deyil.  Multikulturalizm  1960-cı  illərin  sonunda 

Kanadada meydana gəlib. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunub. Multikulturalizm- eyni bir 

ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü 

və  ona  uyğun  olan  siyasətdir.Azərbaycan  torpağında  multikultralizmin  tarixi  çox  qədimə  gedir.Bunun  ilk 

öncə  insanların  dini  inanclarında  şahidi  oluruq.Azərbaycan  ərazisində  yayılmış  ən  qədim  din  olan 

atəşpərəstlik  dini  və  onun  dini  kitabı  olan  “Avesta”da  çoxlu  multikultral  dəyərlərin  şahidi  oluruq. 

«Avesta»da  ictimai  quruluşun  və  hüquqi  institutların  tam  mənzərəsi  canlandırılmış,  ideal  cəmiyyət  -  sülh, 

səadət  cəmiyyəti,  düşmənçilik  və  zorakılığın  olmadığı,  əmək  adamları  cəmiyyəti  təsvir 

olunmuşdur.«Avesta»da  göstərilir  ki,  «Mən  (Zərdüşt  –  Ə.Ə.)  müharibələri  rədd  edib,  silahı  bir  yana 

tullamağı  istəyən  Məzda  dininə  inanıram…  kəndlərin  dağılması,  mal-qaranını  talanı  və 

oğurluğunəleyhinəyəm… get-gəl azadlığı, mənzil, mülk toxunulmazlığı tərəfdarıyam». 

Qədimdən  Azərbaycanda  yayılmış  olan  dini-etnik  təlimlərdə  də  biz  bir  sıra  multikultral  dəyərlərin 

şahidi oluruq.Bu dini-etnik təlimlərdən biri də banisi Mani olan Manilik təlimidir. Mani dünyaya şərin tam 

təcəssümü  kimi  baxırdı.  O  elə  hesab  edirdi  ki,  daha  yaxşı  olar  ki,  insan  dünya  işlərindən  imtina  etsin,  öz 

həyatını  tərkidünyalıqla  və  ismətlə  keçirtsin.  Belə  olsa,  insanın  ruhu  səmalara  ucala  bilər.Digər  bir  milli-

etnik təlim isə banisi Məzdək olan Məzdəkilər hərəkatıdır. Məzdəkin fikrincə, insan özünə oxşayanı (insanı) 

öldürməməli, ət yeməməlidir, ancaq o İşığın Qaranlıq üzərində qələbəsinə, cəmiyyətin bütün üzvləri arasında 

dözümlülüyün  (indi  dəbdə  olan  terminlə  desək,  «tolerantlığ»ın)  və  qardaşcasına  məhəbbətin  artmasına 

kömək  etməlidir.  Məzdək  deyirdi:  «Allah  öz  nemətlərini  yaratmışdır  ki,  insanlar  onları  öz  aralarında  tən 

bölsünlər. Ancaq insanlar bir-birinə qarşı ədalətsizlik edirlər. Ona görə də əmlak varlılardan alınıb yoxsullar 

arasında  bölünməlidir».Ərəblərin  gəlişi  ilə  Azərbaycanda  yeni  din  İslam  dini  yayılmağa  başlayır.  «Bütün 

insanlar  qardaşdırlar;  bütün  insanlar  Allah  qarşısında  bərabərdirlər»  kimi  müddəaları  Şərqdə  çox  yayılmış 

pul-əmtəə  münasibətlərini  inkişaf  etdirib,  onları  dini  cəhətdən  izah  edərək  əsaslandırması,  ayin  (sitayiş 

forması) məsələsində sadəliyi, təbii ki, insanları cəlb edirdi. İslama görə tolerantlıq müxtəlif inanclı insanlar 

arasında  bir  körpüdür.  Allah  belə  buyurur:  "Ey  insanlar!  Biz  sizi  bir  kişi  və  bir  qadından  yaratdıq.  Sonra 

birbirinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-birini 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə