Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
507
keçirmək olar. XX əsrin 90–cı illərinin sonunun pomantikası bir çox etnik və retro üslubları ekliktikanı
özüncə ehtiva edir. Etnik üslublar: asiya, afrika, hindu; retro üslubu (Jozefina Bonapart ruhunda ampir
paltarları), keçmiş yüzilliyin 20–ci, 30–u, 50–ci illərinin üslubları. Eyni üslubu bir neçə makroüsluba aid
etmək olar. Yeni material və texnologiyaların dəbə düşməsi ilə əlaqədar olan və kosmik və kompüter
üslublarını özündə birləşdirən “Hi – Tech” üslubunu idman – fantazi kimi təsnif etmək olar.
AZƏRBAYCANDA MULTİKULTRALİZM SİYASƏTİNİN TARİXİ
Seyidov R.F.
Sumqayıt Dövlət Universiteti
Azərbaycan tarixən insanların ilk məskunlaşdığı məkanlardan biri olmuşdu. Tarixi İpək yolunun
üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni
rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-
amanlıq, qarşııqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq
alternativi olmayan həyat tərzinə çevrilib. Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış
Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm
sürməsi tarixi nailiyyətimizdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini
etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin
təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Qürurverici haldır ki, bir sıra
dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar.
Dünyanın bir sıra ölkələrində tarixən multikultral dəyərlər müxtəlif dərəcədə pozulmşdu.Bunun
nəticəsi olaraq milli-etnik zəmində çoxlu qarşıdurmalar yaşanmışdır.Azərbaycanda isə tarixən müxtəlif
xalqların nümayəndələri mehribancasına həyat tərzi sürmüşlər və tarixə diqqət yetisək Azərbaycanda milli-
etnik zəmində çox nadir hallarda qarşıdurmalar görə bilərik.Çünki müxtəlif xalqların nümayəndələri bu
məkanda həmiçə dogma münasibət görmüşlər.Onlar sərbəst şəkildə öz dini ayinlərini icra etmiş,ibadət
evləri-kilsələr,sinoqoqlar tikə bilmiş və mədəniyyətlərini yaşada bilmişlər.Halbuki,dünyanın bir sıra
ölkələrində bu indinin özündədə mümkün deyil.Bəs multikultralizm nədir? Multikulturalizmin əsasını
tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata
görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Multikulturalizm 1960-cı illərin sonunda
Kanadada meydana gəlib. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunub. Multikulturalizm- eyni bir
ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü
və ona uyğun olan siyasətdir.Azərbaycan torpağında multikultralizmin tarixi çox qədimə gedir.Bunun ilk
öncə insanların dini inanclarında şahidi oluruq.Azərbaycan ərazisində yayılmış ən qədim din olan
atəşpərəstlik dini və onun dini kitabı olan “Avesta”da çoxlu multikultral dəyərlərin şahidi oluruq.
«Avesta»da ictimai quruluşun və hüquqi institutların tam mənzərəsi canlandırılmış, ideal cəmiyyət - sülh,
səadət cəmiyyəti, düşmənçilik və zorakılığın olmadığı, əmək adamları cəmiyyəti təsvir
olunmuşdur.«Avesta»da göstərilir ki, «Mən (Zərdüşt – Ə.Ə.) müharibələri rədd edib, silahı bir yana
tullamağı istəyən Məzda dininə inanıram… kəndlərin dağılması, mal-qaranını talanı və
oğurluğunəleyhinəyəm… get-gəl azadlığı, mənzil, mülk toxunulmazlığı tərəfdarıyam».
Qədimdən Azərbaycanda yayılmış olan dini-etnik təlimlərdə də biz bir sıra multikultral dəyərlərin
şahidi oluruq.Bu dini-etnik təlimlərdən biri də banisi Mani olan Manilik təlimidir. Mani dünyaya şərin tam
təcəssümü kimi baxırdı. O elə hesab edirdi ki, daha yaxşı olar ki, insan dünya işlərindən imtina etsin, öz
həyatını tərkidünyalıqla və ismətlə keçirtsin. Belə olsa, insanın ruhu səmalara ucala bilər.Digər bir milli-
etnik təlim isə banisi Məzdək olan Məzdəkilər hərəkatıdır. Məzdəkin fikrincə, insan özünə oxşayanı (insanı)
öldürməməli, ət yeməməlidir, ancaq o İşığın Qaranlıq üzərində qələbəsinə, cəmiyyətin bütün üzvləri arasında
dözümlülüyün (indi dəbdə olan terminlə desək, «tolerantlığ»ın) və qardaşcasına məhəbbətin artmasına
kömək etməlidir. Məzdək deyirdi: «Allah öz nemətlərini yaratmışdır ki, insanlar onları öz aralarında tən
bölsünlər. Ancaq insanlar bir-birinə qarşı ədalətsizlik edirlər. Ona görə də əmlak varlılardan alınıb yoxsullar
arasında bölünməlidir».Ərəblərin gəlişi ilə Azərbaycanda yeni din İslam dini yayılmağa başlayır. «Bütün
insanlar qardaşdırlar; bütün insanlar Allah qarşısında bərabərdirlər» kimi müddəaları Şərqdə çox yayılmış
pul-əmtəə münasibətlərini inkişaf etdirib, onları dini cəhətdən izah edərək əsaslandırması, ayin (sitayiş
forması) məsələsində sadəliyi, təbii ki, insanları cəlb edirdi. İslama görə tolerantlıq müxtəlif inanclı insanlar
arasında bir körpüdür. Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra
birbirinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-birini