Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə264/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   260   261   262   263   264   265   266   267   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



501 

XIV - XV əsrlərdə Azərbaycanda türk - islam mədəniyyəti öz inkişafının ən yüksək səviyyəsinə qalxır 

-  sənətdə  mücərrədlik,  həndəsi  omamentlərin  mürəkkəb  sistemi  formalaşır.  Bütün  bunlar  özünü  geyim 

mədəniyyətində də hiss etdirir. Orta əsrlərdə Azərbaycanda olmuş Klavixo, A. Kontarini, A. Cenkinson və s. 

səyyah,  tacir  və  səfirlik  nümayəndələri  geyimlərdə  rəng  harmoniyasını,  biçim  gözəlliyini,  simmetriyasını, 

insanların  zövqünü  və  s.  yüksək  qiymətləndirmişlər.  Bu  göstərilən  cəhətlər  XIV  -  XV  əsrlər  Azərbaycan 

geyim mədəniyyətinin zənginliyini bir daha vurğulayır. 

Beləliklə, orta əsrlərdə Azərbaycan xalq sənətkarlığı öz inkişafının yüksək mərhələsinə qədəm qoyur, 

toxuculuq, zərgərlik, parça və hazır geyim istehsalı inkişaf edir. Başqa ölkələrlə olan geniş ticarət əlaqələri 

sayəsində xalq sənətkarlarına istehsal etdikləri məhsullar böyük şöhrət qazandırır. 

Baxılan  dövrlərdə,  orta  əsr  geyimlərinin  yüksək  bədii  ifadə  vasitələrindın  biri  də  tikmə  sənəti  idi. 

Geyim və digər dekorativ tətbiqi sənət nümunələri üzərində qızlı, gümüşü saplar, muncuq və s.lər vasitəsilə 

yerinə yetirilən tikmələr müxtəlif texnikalarla həyata keçirilirdi.  

 

QƏDİM UDİ XALQI MÜASİR DÖVRÜMÜZDƏ 



 

Quliyeva Ş.R. 

Bakı Slavyan Universiteti 

 

Azərbaycan  ərazisində  hələ  eramızdan  əvvəl  yaşayan  və  bugünə  qədər  öz  milli  mədəni 

xüsusiyyətlərini qoruyub saxlayayan avtoxton xalqlardan biri də udilərdir. Udilər haqqında tarixi məlumatlar 

2500 illik dövrü əhatə edir. E.ə. V əsrdə yaşayan Heradotun “Tarix”, eləcə də e.ə. I əsrdə yaşayan Strabonun 

“Coğrafiya”  əsərlərində  udilər  haqqında  məlumatlar  əks  olunub.  Moisey  Kalankaytuklu  “Alban  tarixi” 

əsərində Qafqaz Albaniyasınınəsasını qoyan 26 xalqdan birinin məhz udilər olduğunu qeyd etdirmişdir.  

Hal-hazırda  bütün  dünyada  on  minə  yaxın  udi  yaşayır,  onların  böyük  bir  qismi  isə  Azərbaycan 

ərazisində  yaşayırlar.  27  yanvar-3  fevral  1999–cu  ildə  aparılmış  siyahıyaalmaya  əsasən Azərbaycan 

Respublikasında  4.152  nəfər(  Qəbələ  rayonunda  3962  nəfər  və Oğuz  rayonunda  104  nəfər olmaqla)  udi 

qeydə alınmışdır. 

Qafqaz  dillərinin  Nax-Dağıstan  dil  qrupuna  aid  olan  udilər  müasir  dövrdə  Rusiyada,  Gürcüstanda, 

Qazaxıstanda  yaşasalar  da,  bu  dövlətlərin  heç  birində  öz  milli  xüsusiyyətlərini Azərbaycanda  olduğu  kimi 

qoruya  bilməmişlər,  yerli  xalqlara  qarışıb  assimilliyasiyaya  uğramışlar.  Multikulturalizmi  dövlət  siyasəti 

kimi  qəbul  edən  dövlətimizdə  isə  hələ  1854-cü  ildə  Nic  kəndində  ilk  udi  məktəbi  açılıb.  İbtidai  sinif 

şagirdləri üçün həftədə iki dəfə udi dili tədris olunur. Təkcə Nic kəndində üç kilsə fəaliyyət göstərir. Qafqaz 

Albaniyasında  xristianlığı  ilk  təbliğ  edən  kilsələrdən  biri  olan  Cotari  alban  kilsəsəi  2002-ci  ildə  yenidən 

bərpa olunub. Nic kəndinin mərkəzində “Orayin” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. 2003-cü il 10 

apreldə Alban-Udi xristian icması qeydiyyatdan keçmişdir. Alban-Udi xristian icmasının sədri Robert Mobili 

dəfələrlə  öz  çıxışlarında  Azərbaycanın  milli  azlıqlara  olan    tolerant  siyasəti  yüksək  qiymətləndirdiyini 

vurğulamışdır. 

 

DƏYİŞƏN CƏMİYYƏTDƏ MODANIN NƏZƏRİ VƏ METODİK ƏSASLARININ TƏDQİQİ 

 

Məmmədova S.E. 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

Modainsan, cəmiyyət və sosial faktorların reallığı çərçivəsinə sığmayaraq, ayrı ayrı bölmələrlə kəsişir. 

Modanın  bu  kimi  xüsusiyyəti  insanın  həyat  fəaliyyətinin  müxtəlif  sahələrinə  məsələn  :  iqtisadi,  estetik  və 

başqa sahələrinədə təzahür edir. Bu səbəbdən modanın tədqiq edilməsi mədəni, estetik, psixoloji, sosioloji, 

elmlərin  imkanlarıyla  zənginləşir  və  genişlənir.  Dəyişən  cəmiyyətimizdə  moda  innovasiyalarının  elmi 

yöndən tədqiq edilməsi məsələsi aktuallığı ilə öz əksini tapmışdır. 

Modanın  özünəməxsus  təzahürü  onun  davamçılarına  bir  çox  dəyərlərə  nail  olmağa  imkan  verir. 

Modanın  həlledici  dəyərlərinə  daxildir  :  müasirlik,  universallıq,  əyanilik.  Moda  köhnənin  yeni  kimi 

ixtirasını, yeniliklərin ortaya çıxmasını, yeni standartların tətbiqini stimullaşdırır. 

Modanın yaranması və onun sosial təsdiqi uzunmüddətli bir prosesdir. Bu proses tədricən inkişaf edir 

və keçmiş dəyərləri ümumi olaraq özündə formalaşdırır. Sosial formaların əsasında moda yarana da bilər və 

yaxud əksinə. Moda özünü ilk illərdə Avropa modasında təsdiqləmişdir. Sonralar XVII əsrdə moda milli və 

mədəni dəyərlərin hüdudlarından çıxaraq tanınmış insanların davranışlarına təsir göstərmişdir.Bizim dövrdə 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



502 

isə  moda  sənaye  yönümlü  inkişaf  etməklə  bərabər  və    müəyyən  dərəcədəirəlliləyən    genişinsankütləsinin  

davranışnın sosial nizamlayıcı faktoru kimi çıxıs edir.  

Moda  ictimai  müstəvidə  bütün  insanlar  üçün  açıq  bir  ümman  kimidir  və  insanlar  bu  yolla  həm 

şəxsiyyətləri  ilə  oxşarlıq  təşkil  edən  üslubları  kəşf  edə  bilər,  həm  də  geyim  sənayesindəki  istehsalçıların 

ortaya  çıxardığı  yeni  üslubları  mənimsəyə  və  əldə  edə  bilərlər.  Fərdlər  hər  zaman  ictimaiyyətdə  nümayiş 

edilən  mədəni  dəyərlərin  mövcud  təbəqə  ilə  eyniliyini  yoxlayır,  ictimai  fərqlilik  və  milli  mədəni  dəyərlər 

üçün mübarizə aparırlar. İnsan bu dəyərlərə uşaqlıq dövründə, təhsil müddətində və ailə daxilində bir sözlə 

həyatının  müxtəlif  dövrlərində  sahib  olur.  Deməli  gündən  günə  güclənən  moda  kütləyə  bu  yolla  təsir 

göstərir, elə onun ən geniş yayılmış istinad nöqtəsi də kütlə sayılır. 

Moda  müntəzəm  olaraq  yeninin  təkrarlanması  deməkdir.  Günümüzdə  moda  anlayışı  geniş  bir 

mövhumda  çıxış  edir.  Xüsusilə,  vurğulamaq  lazımdır  ki,  moda  ilk  olaraq  əşya  dünyasına  deyil,  insan 

dünyasına  təsir  göstərir.  Modanın  tədqiqi  prosesində  insanın  sosial  həyatının  müxtəlif  yönlərinə  xas  olan 

təfəkkürünə, davranış qaydalarına, sosial qruplarına, sosial psixologiya elmərinə əsas üstünlük verilir. 

Ümumiyyətlə,  geyim  insanın  daxili  dünyasını  onun  zənginliyini  göstərən  bir  obyektdir.  Mühitin 

geyimində  milli  mədəni  priotetlərin  izlənilməsi,  insanların  tarixlərinə,  adət  ənənələrinə  o  cümlədən 

keçmişlərinə  bağlılığını  əks  etdirir.  Elə  bu  baxımdan  da  yerli,  həmçinin  dünya  dizaynerlərinin  Şərq 

ölkələrinin  ,  eləcə  də  Azərbaycan  geyimlərinə  məxsus  olan  dizayn  elementlərinə  -  müraciəti  Avropa 

geyimlərinə  də  milliliyimizi  siraət  etdirmişdir.  2014-cü  ilin  mayın  30-da    Heydər  Əliyev  mərkəzində  baş 

tutan  “  Müasir  dəbdə  Azərbaycan  cazibəsi  ”  adlı  layihədə  məşhur  italyan  dizayneriRenato  Balestronun 

hazırladığı  kolleksiyada  milli  motivlərimizə  geniş  yer  ayrılmışdır.  Şərq  koloriti  ilə  Avropanın  dəb 

müasirliyinin vəhdətini birləşdirən geyimlərdə bolluq və bərəkət rəmzi sayılan “Nar”motivindəndə istifadə 

olunmuşdur. 

 

GEYİMİN FORMASININ PARÇANIN XÜSUSİYYƏTİNDƏN ASILILIĞI 

 

Musayev E.Z. 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

 

Materialın geyim detallarının fəza formasını yaratmaq və məmulatın geyilmə şəraitində onu davamlı 

olaraq  qoruyub  saxlamaq  qabiliyyəti  onun  mexaniki  xüsusiyyətləri,  müxtəlif  deformasiya  növlərinə: 

nazikləşdirmə, bükülmə, dartılma və sıxılma qabiliyyəti ilə müəyyən olunur. 

Materialın qalınlığı geyimin istiliyi izolə etmə xüsusiyyətlərinə, bərkliyinə, büzülməsinə mühüm təsir 

edir.Hər  bir  materialın  öz  xüsusiyyətləri  var:  lifli  tərkibi,  qalınlığı,  sıxlığı,  əzilməsi,  əyində  oturması  və  s. 

Forma  ifadəliliyinə  yalnız  parçanın,  trikotajın,  dərinin  təbiətinə  sadiq  qalaraq  nail  olmaq  mümkündür. 

Rəssam  formanı  layihələşdirməkdən  əvvəl  materialın  xüsusiyyətlərini  qiymətləndirməli  və  onlardan 

hansının:  parıltı,  şəffaflıq,  bərklik,  yaxud  qəşəng  büzülmək  qabiliyyətinin  əsas  olduğunu  qərara  almalıdır. 

Materialın  təbiətinə uyğun  gələn bəzək,  biçim  onun başqalarına  bənzəməyən  «xarakterini»  açmağa  kömək 

edir. 

Kətan möhkəm, bərk parçadır. Ondan tikilən məmulatların ən məntiqi silueti düz formadır. Formanın 



sadəliyi bəzək tələb edir, ancaq çəki işi onsuz da sıx toxunmuş parçanı bir qədər də ağırlaşdırır. Onu başqa 

bir parlaq,  yaxud  naxışlı  parça  ilə  uyğunlaşdırmaq  yaxşı  olar.  Ancaq  geyimi  yalnız  bəzəmək  yox,  həm  də 

«yüngülləşdirmək»  olar. Merejka, şəbəkəli çəki,  krujevalı  həmişə  məmulatın düzbucaqlı parçasının  şəklini 

dəyişər, geyim yüngül və zərif olar. 

Çit  parça  üçün  zamanın  sınağından  çıxmış  həll  mövcuddur:  aşağıya  doğru  genişlənən,  çoxyaruslu 

cərgəli büzməli yubkalar; ikiqat yubkalar – hamar və güllü; bəzək kantları və köbələr, «dişcikli» şərid, ucuz 

maşın  krujevası,  sadə  quramalar,  büzmələr.  Bütün  bunlar  parçanın  qısaömürlülüyünə  uyğundur  və  çit 

paltarın xüsusi obrazını yaradır. 

Cins  parçada  əsas  onun  möhkəmliyidir  və  model  bu  ideyaya  xidmət  edir:  pərçilər,  ikiqat  və  üçqat 

bəzəkli çox vaxt təzadlı tikişlər. Bütün vasitələr parçanın bu xüsusiyyətinə diqqəti etməyə yönəlmişdir. 

Denim  plastik  deyil,  ancaq  yaxşı  gigiyenik  göstəricilərə  malikdir,  bədənə  toxunarkən  xoş  təəssürat 

oyadır. Şalvarın dəqiq biçimi, bədənə kip yapışmanı təmin edən çoxlu bölgülər bundan irəli gəlir. 

Təbii  ipəklər  nazik,  elastik,  yaxşı  büzülən  parçalardır,  ancaq  işlənmədə  və  istismarda  mürəkkəbdir. 

Belə  məmulata  müvafiq  qulluq  lazımdır.  Onlardan  gündəlik  geyimdə  istifadə  etmək  məqsədəuyğun  deyil, 

ancaq  təntənəli  hallarda  ipəklər  bayramsayağı  görünür.  Krepdeşinin  elastik,  axıcı  qırçınlarla  sallanması, 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə