Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
497
Tarixi sənədlərə görə bu inkişaf orta əsrlərdə yüksək zirvəyə çatmışdır. “Azərbaycan parçalarının qızıl
dövrü” adlanan bu dövrdə toxunmuş “Şeyx Səfi”, “Ovçuluq”, “Alman” və s. kimi dünya əhəmiyyətli
parçaları indi də Azərbaycan parça şöhrətini yaşatmaqdadır. Tarixin sinəsini yara-yara zəmanəmizə qədər
gəlib çatan bu sənət nümunələri dünya parça mədəniyyətinin ulduzları kimi “Viktoriya və Albert” (London),
“Pold-pet zoli” (Milan), “Metropoliten” (Başinqton), “Topqapı” (İstanbul) və s. kimi dünyanın bir çox
muzeylərinin ekspozisiyalarını bəzəməkdədir.
Azərbaycan parçaları çox əsrli inkişaf yolunu keçərkən bir sıra parça və xalqların bədii sənətlərinə
təsir göstərmiş və onların elmi, bədii nailiyyətlərinin, Şərqdə birinci olaraq Azərbaycan parça muzeylərinin
açılması belə mühüm addımlardandır.
Azərbaycan xalçalarının toxunması üçün lazım olan müxtəlif növlü, yun, ipək, pambıq və digər
materiallar respublikanın özündə hazırlanır. Bunların boyanması üçün sintetik boyaqlarla yanaşı ənənəvi
nəbati boyalardan, meyvə qabığı və köklərdən də istifadə olunur. Avtomatik avadanlığa malik boyaqçılıq
kombinatı Azərbaycan parçalarının gözəlliyini və ipək görkəmli olmasını təmin edir.
Müasir Azərbaycan mədəniyyətini və memarlığının interyer tələbatına uyğun Azərbaycan xovlu
xalçaları 30x30 sm-dən 400x600 sm-ə qədər müxtəlif ölçülərdə və dəst xalı-gəbə şəklində toxunur.
Bunların ilmə sıxlığı və məmulatın ipindən asılı olaraq hər kvadrat metrdə 160.000 ilmədən 640.000 ilməyə
qədər olur. Azərbaycan parça və xalçaları özünəməxsus texnoloji xüsusiyyətlərə malikdir ki, bunlar onun
bədii tərtibat aydınlığı, möhkəmlik və əsrlər boyunca yaşamasını təmin edir.
Azərbaycan parçalarının bədii tərtibatı, iqtisadi və texniki xüsusiyyətlərinə görə bir neçə qrupa
bölünür. Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ qruplarını əhatə etdiyi xalçaların bədii tərtibatında həndəsi
və nəbati ornamentlərdən, insan və heyvan mənşəli naxışlardan təsərrüfat alətləri və ev şeylərinin stilizə
olunması ilə əldə edilmiş dekor vasitələrdən istifadə olunur. Əsrlər boyunca xalq ustaları tərəfindən
yaranması bu dekorativlər zənginləşmişdir. Bir sıra Avropa rəssamları hələ dirçəliş dövründə Azərbaycan
parçalarının nümunələri ilə tanış olmuş və öz əsərlərində dekorativ vasitə kimi ondan istifadə etmişlər. XIX
əsrdə Azərbaycan parçalarının dünya ticarət bazarlarını zinətləndirmiş, XX əsrin I rübündən sonra məsuldar
qüvvələrin inkişafı ilə əlaqədar hər cəhətdən yüksək zirvəyə qalxmışdır. Belə ki, hazırda əldə toxunan
Azərbaycan xalçaları elm və texnikanın son nailiyyətlərinə əsasən tikilmiş böyük fabriklərə, müasir texniki
avadanlıq və mütərəqqi texnologiyaya malikdir.
Azərbaycan dekorativ tətbiqi sənətinin zəngin örnəklərindən biri parça və tikmə sənətidir.
Azərbaycan ərazisində müxtəlif dövrlərdə aparılmış arxeoloji qazıntılar göstərir ki, əcdadlarımız hələ
tunc dövründə əyirmə, hörmə və arxalıq şəkildə olsa da, tikmə işləri ilə məşğul olmuş, öz həyat və məişəti
üçün əməli əhəmiyyətə malik bir şox sənət nümunəsi yaratmışlar.
Dövrümüzə qədər gəlib çatmış ən qədim parça nümunələri təxminən eramızdan əvvəl II minilliyin
sonu və I minilliyin əvvəllərinə aiddir.
Mingəçevirdən, Ağstafanın Qıraq Kəsəmən kəndindən və s. yerlərdən tapılmış parça tikələri, nisbətən
sadə üsulda icra olunmasına baxmayaraq, xalq toxuculuq sənətinin ən qədim nümunəsi kimi çox qiymətlidir.
Əldə edilmiş məlumat göstərir ki, əvvəllər toxuma işi üçün xammal qoyun yunu və kətan olmuşdur.
Başqa qədim Şərq ölkələrində olduğu kimi Azərbaycanda da xammal sap halına düşməzdən əvvəl bir neçə
texniki əməliyyatdan keçirdi. Xammal yaxşıca təmizlənir, yuyulur, gün altında qurudulur, sonra isə iy, cəhrə
və s. dəzgahlarda əyrilərək sap halına salınırdı.
Arxeoloji qazıntılar zamanı tapılmış parça tikələrinin kimyəvi müayinələri göstərmişdir ki, uzaq
keçmişlərdə toxunmasına baxmayaraq, bu parçalar çox əlvan rəngli boyalarıa boyanmışdır.
Rənglər əsas etibarı ilə bitkilərdən və bəzi böcəklərdən düzəldiyi üçün çox təbii və davamlı olmuşdur.
Boya istehsalı üçün ən çox alma, nar, qoz, soğan qabığı, tut, ərik ağacının kökü və s. istifadə
edilmişdir. Böcəklərdən isə qırmızı rəng verən koşenil qurdundan boya hazırlanmışdır.
Azərbaycan parçalarının rəngarəngliyi, uzun müddət öz bədii keyfiyyətini itirməməsi və davamlılığı
barədə hələ eramızdan əvvəl V əsrdə Yunan alimi Herodot (484-525) belə məlumat vermişdir: “Bu yerlərin
meşələrində elə ağaclar bitir ki, yerli əhali onların yarpaqlarını əzib su ilə qarışdırır, alınmış məhlul ilə
paltarlarına naxışlar vururlar bu naxışlar silinməyib, parça köhnələnə qədər qalır”.
Qədim Azərbaycan parçaları, xüsusən onların rəngi və naxışları barədə əlimizdə lazımi qədər faktik
materialın olmamasına baxmayaraq, bu sənət haqqında daş, saxsı, metal məmulatları üzərində həkk olunmuş
geyim rəsmləri əsasında az da olsa maraqlı məlumat əldə edə bilərik. Cənubi Azərbaycanın Urmiya gölü
əsasında “Həsənli təpəsi”ndən tapılan e.ə. VIII-IX əsrlərə aid bədii qızıl kasa, Mingəçevirdə arxeoloji
qazıntılar zamanı aşkara çıxarılmış təsvirli möhür üzüklər və s. sənət nümunələri bu cəhətdən xüsusilə
maraqlıdır.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
498
Bu əşyaların üzərində təsvir olunmuş geyimlərin bəzəklərindən aydın olur ki, hələ o dövrdə parçalar
həndəsi, nəbatat, ornament və quş, heyvan rəsmləri ilə bəzədilirmiş.
Şəhərlərdə toxunan parçaların keyfiyyəti XVI-XVII əsrlərdəkinə nisbətən xeyli aşağı səviyyədə idi.
XVIII-XIX əsrlərdə toxunan müxtəlif parça növlərinin bəzək ünsürləri öz incəlik və şairanəliyini itirmişdi.
XVIII əsrdən başlayaraq, Azərbaycanda toxunan parçalarda Qərbi Avropa naxışları ünsürlərinə də rast
gəlinir. Bu dövrlərdə müxtəlif məzmuna malik süjetli parça naxışları bütünlüklə sıradan çıxır, nəbati və
həndəsi formalı naxışlarla əvəz olunurdu.
Respublikamızın muzeylərində XVIII-XIX əsrlərin yadigarı olan bir sıra basma naxışlı parçalar
saxlanılır. Bu parçalar az da olsa, o dövrün toxuculuq sənəti haqqında ümumi təsəvvür yaradır. Hələ XVIII
əsrdə Azərbaycanın bir çox şəhərində olmuş məşhur türk səyyahı və diplomatı Övliya Çələbi bu yerlərdə
(xüsusən Naxçıvanda) yüksək keyfiyyətli basma parçaların istehsal olunduğunu və satılmaq üçün bir çox
xarici ölkələrə göndərildiyi haqqında qeyd edilirdi.
MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ
Qarayeva M.A.
Sumqayıt Dövlət Universiteti
Multikultutalizm anlayışı Azərbaycanda əsrlər boyu mövcud olmuşdur . Azərbaycan xalqının zəngin
multikultural keçmişi təkcə xalqımızın bugünkü yaşam tərzi ilə deyil , həm də yaratmış olduğu ədəbi -bədii,
elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda , sənədlərdə yas
̧ ayır . Ədəbiyyatımızda “Kitabi-Dədə Qorqud”
dastanından bu günə qədər çoxmədəniyyətliliyə
, orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin
əsərlərində ümumbəşəri dəyərlərin təbliğinə rast gəlinir .Multikulturalizm ingilis dilindən tərcümədə “çox
mədəniyyətlilik” deməkdir.
Özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm
prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir
ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin
yaşam tərzi olub. Bu gün isə artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək
kimi ölkəmizdəki çoxsaylı qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin
yaradır.
Prezident İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan
edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin
qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət
mərkəzindədir.
Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc
yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini , həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq
hüququna malik olması nəzərdə tutulur . Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun
zəruri alətidir.
Azərbaycanda multikulturalizmin,tolerantlığın və dini dözümlülüyün inkişaf etdrilməainin əsasını
qədim dövlətçilik tarixi və ənənələri təşkil edir .Ümummilli liderimiz Heydər Əliyevin siyasəti nəticəsində
ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdi
Azərbaycan Respublikası polietnik dövlətdir . Xalq, dövləti təşkil edən etno sdan – azərbaycanlılardan
və bir sıra milli azlıqlardan : udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və
digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə
də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi
vətənləri olan ruslar , ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar .
Təkcə Bakıda rusların, ukraynalıların, kürdlərin,ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin,
ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman
və yunanların iyirmidən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların
kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.
Azərbaycan Respublikasının yeritdiyi siyasətin əsas istiqamətlərindəm biri milli azlıqların hüquq və
azadlıqlarının qorunmasıdır . İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və
mənsubiyyətindən asılı olmayaraq , bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən
milli siyasətin əsas müddəaları Azərbaycan konstitusiyasında göstərilmişdir.