Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə259/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   255   256   257   258   259   260   261   262   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



492 

mustəqillik  qazandıqdan  sonra  geyim  sahəsində  yaranan  dəyişikliklər  dünya  modasının  bir  başa  təsiri 

nəticəsində baş verir. 

 

 



TƏDQİQATIN APARILMASI MƏRHƏLƏSİNDƏ MULTİKULTURAL  

DƏYƏRLƏRƏ ƏSASLANMAQ 

 

Əliyev E.T. 

Sumqayıt Dövlət Universiteti 

 

Respublikamızın  ictimai  həyatında  olduğu  kimi  fəal  təlim  metodu  ilə  keçirilən  dərslərdə  də  təhsilin 

demokratik, tolerant, multikultural əsaslar üzərində qurulması bu günün əsas məqsədlərinə çevrilmişdir. Bir 

dərs  müddətində  davamlı  olaraq  müəllim  həm  şagirdlər  arası  münasibətlərin  tənzimlənməsində,  həm  də 

şagird müəllim dialoqunda qarşılıqlı hörmət, bir-birini dinləmə mədəniyyəti, müzakirə aparma mədəniyyətini 

və s. xüsusiyyətləri şagirdlərdə davamlı olaraq inkişaf etdirilməlidir. Fəal/interaktiv təlimlə keçirilən dərsin 

ikinci mərhələsi olan tədqiqat mərhələsində də bu məsələyə xüsusi diqqət yetirilməlidir. 

Tədqiqatın  aparılması  mərhələsindəki  üsullar  seçilərkən  müəllim  onu  dərsin  məqsədinə  uyğun 

seçməlidir. Tədqiqat zamanı müəllim: 

1.Mövzusuna  və  məqsədinə  uyğun  forma  və  üsul  seçməlidir.  Qrup  işi  zamanı  bir  çox  müəllimlər 

şagirdlərin formal fəallığını  əsas götürürlər. Bizim fikrimizcə, burada şagirdlərin fəaliyyət göstərmək üçün 

fəallığı, cavab vermək üçün fəallığı əsas məsələlərdən olmalıdır.  

2.Şagirdlərin  axırda  nəyə  görə  qiymətləndiriləcəklərini,  hansı  meyarların  əsas  götürüləcəyini 

qabaqcadan  şagirdlərə  elan  etməli  və  şagirdlərin  rahat  görəcəkləri  bir  yerdən  qiymətləndirmə  meyarlarını 

asmalıdır. 

3.Şagirdlərə tədqiqat aparmağa ayırdığı vaxtı qabaqcadan elan etməli və vaxtın bitməsinə   2-3 dəqiqə 

qalmış  xəbərdarlıq  etməlidir.  Tədqiqatın  sonuna  az  qalmış  “Tez  olun.”  “Cəld  olun.”  “Tələsin”  kimi 

ifadələrdən  istifadə  etməsi  doğru  deyil.  Çünki  şagirdləri  tələsdirməklə  müəllim  yalnız  orfoqrafiyası  və 

səliqəliliyi pozulmuş tədqiqat işi ilə qarşılaşar. 

1.Bir qrup tədqiqat işini bitirməmiş digər qrup işinin təqdimatını keçirə bilməz. Çünki tədqiqat işinin 

yeniliklərini bütün qrup görmədilərsə, anlamadılarsa, deməli, dərs uğurlu keçməyib. Eyni zamanda onlarda 

psixomotor fəallıq təmin olunmaz. 

2.Şagirdlərin yaş və anlaq səviyyəsinə uyğun çalışmalar verilməlidir. Bu o demək deyil ki, çox sadə 

tipli  tapşırıqlar  verilsin.  Tapşırıqların  mürəkkəbliyi  elə  olmalıdır  ki,  həm  sinfin  səviyyəsi,  həm  də  ayrı-

ayrılıqda  hər  bir  şagird  onu  həll  etmək  gücündə  olsun.  Məsələn:  Bir  məktəbdə    5-ci  siniflərin  sayı  üçdür. 

Müəllim hər sinfin bilik və bacarıq səviyyəsinə uyğun çalışmaları tətbiq etməsi daha yaxşı nəticə verər. Əks 

halda siniflərdə idrakı fəallığı təmin edə bilməyəcək və dərsin təlim məqsədlərinə nail olmayacaqdır. 

1.Bir sinifdə hər qrup üçün eyni dərəcəli tapşırıqlar verməlidir. Əks halda şagirdlərdən müəllimə əks 

reaksiya veriləcək ki, “digər qrupa asan, bizə isə çətin tapşırıq verilib”. Buna görə də müəllim özünün ədalət 

tərəzisinə inamı azaltmamalıdır, çünki bu məsələ şagirdin təlim keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq 

əsas amillərdən biridir. 

2.Hazırladığı tapşırıqda şagirdin nə edəcəyi və hansı mənbədən istifadə  edəcəyini açıq bildirməlidir. 

Əks halda tədqiqatın ortasında şagird bildirəcək ki, “Müəllim, biz burda nə etməliyik ki?”, “Müəllim  mən 

başa düşmürəm eee..” 

3.Qrup  işini  şagirdlər  yerinə  yetirərkən  müəllim  qruplar  arasında  gəzərək  fasilitasiya  rolunu  yerinə 

yetirməlidir.  Şagirdləri  düzgün  mayaka  doğru  istiqamətləndirməlidir.  Ancaq  bir  qrupa  istiqamət  veribsə, 

hökmən digər qruplara da istiqamət verməlidir. 

4.Eyni  zamanda  qrup  işi  zamanı  formativ  qiymətləndirmə  üçün  özünün  formativ  qiymətləndirmə 

jurnalına qeydlər edə bilər. Şagirdlərin fərdi xüsusiyyətləri haqqında öz qeydlərini dərinləşdirmişdir. 

         

 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



493 

QOTİKA ÜSLUBUNUN TARİXİ VƏ AZƏRBAYCAN 

MULTİKULTURALİZMİNDƏKİ YERİ 

 

Əsgərli E.Ş.

 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

„‟Gothic‟‟ sözünün kökü Cənubi İskandinaviyanın Qotland bölgəsində yaşayan bir german tayfasından 



gəlir.  Qotika  dövrü  Orta  əsrləri  bitirib,  İntibah  dövrünü    başladan  dövrdür.  Qotika,  bütün  incəsənət 

növlərində  görünsə də, bir  memarlıq üslubudur. XII  əsrin ikinci  yarısında  Roma  memarlığına  bağlı  olaraq 

Avropada  ortaya  çıxan  Qotika  üslubu,  XVI  əsrin  ortalarında  klassik  memarlıq yaranana  qədər  davam  etti. 

Qotika  rəsmləri,  heykəltəraşlıq  və  Qotika  memarlığı  Avropaya  hakim  olmuş  və  Renesans  dövrünə  qədər 

məşhurluğunu  qorumuşdur.  Moda  və  arxitektura  iki fərqli  dizayn  sahəsi olmasına  baxmayaraq,  keçmişdən 

günümüzə  qədər  müşahidə  olunan  bir  çox  ortaq  nöqtəyə  sahib  olduqları  görünür.  Qotika  dövründə  moda 

dizaynında memarlarlıqdan ilham alınması bu sahələrin bir-birinə necə təsir göstərdiyini göstərir. Buna görə 

də,  həm  sahələrdə  ümumi  estetik  meyarlar,  həm  də  eyni  nəzəri  və  ideoloji  infrastrukturun  paylaşılması 

formal  və  struktur  oxşarlıqlarını  ortaya  çıxardı.  Dövrün  sosioloji  və  mədəni  faktorları  həm  moda 

dizaynerlərinə,  həm  də  memarlara  təsir  göstərmişdir.  Bu  əsərlərə  tarixi  prosesin  bir  hissəsi  kimi  baxsaq, 

dövrünün qiymətsiz antropoloji quruluşlardır. 

Orta əsrlər dövrünü əhatə edən Qotika dövrü papalıq və səltənət arasındakı bir güc nümayişi olaraq 

ortaya çıxmışdır. Bir incəsənət anlayışı, üslubu veya stili kimi tanınan Qotikaortaya çıxdıqdan sonra digər 

incəsənət  üslublarına  və  cərəyanlarına  təsir  etmişdir.  Bugünə  qədər  Avropada  incəsənətin  inkişafının  sırf 

Renesans  dövrü  ilə  əlaqələndirilməsi  Qotika  incəsənətinin  uğurlarına  kölgə  salmışdır.  Qotika  Fransada 

ortaya çıxmış və digər Avropa ölkələrinə yayılmışdır. Bu üslubda üfüqi xətlər yerinə şaquli xətlərə üstünlük 

verilmişdir.  Avropada  bir  çox  mühim  Qotik  binalar  var  və  stil  xüsusiyyətlərinin  ən  klassik  nümunələri 

Fransada yerləşir. 

Qotika dövrünün klassik kilsələri Avropa arxitekturasının maraqlı hissəsidir. Çünki Qotika, Yunan və 

Roma  memarlığından  çox  az  təsirlənmişdi.  Bu  memarlıq  özü  yeni  bir  mühitdə  yaranıb  inkişaf  etmişdir. 

Qotika  kilsələrində  yüksək  pəncərələrin  olması  həll  olunması  vacib  olan  işıqlandırma  probleminə  gətirib 

çıxardı və bu pəncərələrdən az işıq gəlməsini təmin etmək üçün vitraj yarandı. Beləliklə, dini atmosferlərə 

uyğun bir rəng kolorintində işıqlandırma yarandı. Dövrün ən səciyyəvi yeniliyi, İncildən hekayələrin təsvir 

olunduğu nəhəng vitrajların ortaya çıxmasıdır. Beləliklə, daşları və rəngli şüşələri ilə bütün struktur oxuma-

yazma bilməyənlər üçün İncil funksiyasını daşımışdır.  

Qotika üslubunun təsiri Azərbaycan memarlığından da yan keçməmişdir və həmin binalar Azərbaycan 

multikulturalizminin  ən  gözəl  numunələrindəndir.  Bu  gün  elm  ocağına  çevrilən  heyretamiz 

“İsmailiyyə”abidəsi  zaman-zaman  tariximizdə  baş  verən  faciələri  də  özündə  yaşadıb.  Azərbaycanın 

müstəqillik ideyaları da ilk dəfə məhz bu binada səslənib.Həmçinin 1895-1897-ci illərdə Tiqran Məlkovun 

sifarişi əsasında tikilmiş ev vəTağıyevin qızlar məktəbi binasının layihəsi 1892-1904-cu illərdə Bakının baş 

memarı  olmuş  İ.V.Qoslavskının  əməyinin  məhsuludur.  Bu  binalar  da  Qotika  üslubunda  inşa  edilmişdir. 

Nəticədə, Qotika stili: sütunlu taxtlar, heykəllər, dini motivlər, hamını heyran edən zərif forma və xətlər kimi 

səciyyəvi  xüsusiyyətləri  ilə  incənət  tarixində  dərin  iz  qoymuşdur.  Bundan  əlavə,  bu  sənət  əsərləri  böyük 

tarixi dəyərdir və bu tarixi dövrü təhlil etmək üçün böyük əhəmiyyət kəsb edir. 



 

MÜASİR DƏBİN FORMALAŞMASINDA AVANQARD ÜSLUBUNUN ROLU 

 

Hacıbalazadə X.R. 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

Müasir  geyimin  inkişafı  və  bu  inkişafıyla  əlaqəli  olan  dəb  keçmiş,  indiki,  gələcək  dövrlər  arasında 



əlaqələndirici bənd olmaqla, insanın cəmiyyətdə maddi və mənəvi həyatının vacib hissəsini təşkil edir.Hələ 

geyim  tam  formalaşmağa  başlamadığı  dövürlərdə  bu  proses  insanlar  tərəfindən  kor  təbii  şəkildə  yerinə 

yetirilirdi. Yəni bu zaman insanı düşündürən örtünmək və qorunmaq idi.  

Zaman keçdikcə isə geyim insanın nəinki qorunması, örtünməsi üçün və həmçinin estetik baxımdan 

göz oxşayan olmasıda əsas götürüldü. Geyim insanın daxili aləmiylə uzlaşdığı zaman, insan özünü rahat hiss 

edir və olduğu kimi görünür.Geyim bir sənət nümunəsidir. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə