Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə270/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   266   267   268   269   270   271   272   273   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



512 

hakimiyyəti  illərində  mədəniyyətə,  milli-mənəvi  dəyərlərə  münasibət  köklü  şəkildə  dəyişdi  və  ölkəmizdə 

mədəniyyətin  inkişafında  yeni  dövrün  başlanğıcı  oldu.Müstəqillik  illərində  mədəniyyət  siyasətinin  həyata 

keçirilməsi daha çevik xarakter aldı.Azərbaycan mədəniyyəti dünyada daha geniş şəkildə tanınmağa başladı, 

mədəniyyətin  inkişafına  həsr  olunmuş  yüzlərlə  sərəncam  və  dövlət  proqramları  qəbul  olundu.  Möhtərəm 

prezident  İlham  Əliyevin  qeyd  etdiyi  kimi:  “Müstəqillik  illərində  Azərbaycan  xalqının  mənəvi  potensialı 

daha da zənginləşmiş, milli mədəniyyət və incəsənət, azərbaycançılıq məfkurəsi əsasında inkişaf etmişdir”. 

Dövlətimizin apardığı uğurlu mədəniyyət siyasəti nəticəsində İçərişəhər, Şirvanşahlar Saray Kompleksi ilə 

birgə, Qobustan, muğam və aşıq sənətimiz YUNESKO-nun maddi və qeyri-maddi mədəni irs siyahısında öz 

yerlərini  tutmuşlar.  Azərbaycan  mədəniyyətinin  bu  maddi  və  mənəvi  abidələri  bəşəriyyətin  yaratdığı  çox 

dəyərli  əsərlər  siyahısına  salınmaqla  ölkəmizin  qədim  mədəniyyət  diyarı  olduğu  bir  daha 

təsdiqlənmişdir.Müasir dövrdə dünya dövlətlərinin qarşısında duran ən başlıca vəzifələrdən biri müxtəlif din 

və mədəniyyətlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidir.Müasir 

dövrdə  dünyanın  müxtəlif  bölgələrində  baş  verən  hadisələr  mədəniyyətlərin  müxtəlifliyini  qəbul  etməyən, 

digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə 

yanaşılmayan  cəmiyyətlərdə  davamlı  sabitliyə  və  inkişafa  nail  olmağın  qeyri-mümkün  olduğu  aşkar 

görünür.Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər mədəniyyətlərə qarşı 

dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir.Danılmaz faktdır ki, Azərbaycan xalqının tarix boyu 

digər mədəniyyətlərə dözümlü münasibəti onun təbiətindən, insanpərvərliyindən və xoş məramlığından irəli 

gəlir.Azərbaycan  qədim  zamanlardan  müxtəlif  dinlərin,  dini  cərəyanların  yayıldığı,  qovuşduğu,  qarşılıqlı 

anlaşma  şəraitində  yaşadığı  və  əməkdaşlıq  etdiyi  bir  məkandır.  Mədəni,  etnik,  dini  və  s.  müxtəlifliklər 

düzgün  tənzimlənmədikdən  cəmiyyətin  inkişafında  natarazlıq  baş  verir.  Bu  müxtəlifliklərin 

tənzimlənməsinin düzgün modellərindən biri multikulturalizmdir [3].Multikulturalizm fərqli mədəniyyətlərin 

yanaşı  və  ya  birgə  yaşayış  tərzidir  və  azsaylı  xalqların  öz  etnik-mədəni  dəyərlərini  qorumaq  üçün  azadlıq 

verməklə yanaşı onların yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin 

yaradılmasıdır.Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir.Çoxmədəniyyətlilik dedikdə isə ilk 

növbədə  etnik,  irqi,  dini  və  mədəni  müxtəlifliklər,  bu  müxtəlifliklərin  əsasını  təşkil  edən  dəyərlər  nəzərdə 

tutulur.Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlsədə, termin kimi1970-ci illərdə əks 

olunur.  The  Harper  Colins  sosiologiya  lüğətində  (1991)  Multikulturalizmin  belə  bir  tərifi  verilir: 

“Multikulturalizm – bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və 

inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, azlıqların mədəniyyətinin müdafiəsi məsələsini öz 

qarşısına qoyur.Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri- bərabər münasibətlərini 

nəzərdə  saxlayır”  .Yeni  düşüncə  tərzinin  formalaşması,  düşüncə  böhranının  aradan  qaldırılmasının  uğuru 

yalnız yüksək mədəniyyət, multikulturalizmdir. N. Tusi “Əxlaqi-Nasiri” əsərində elmlə əməlin əlaqəsindən 

yazaraq  qeyd  edir  ki,  “bunların  vəhdəti  olmadan  inkişaf  və  kamillik  qeyri-mümkündür”  .Mədəniyyətlərin 

dialoqonu  qurmaq  üçün  başqa  mədəniyyətlərin  mahiyyətini,  xüsusiyyətlərini,  tarixini  və  nailiyyətlərini 

öyrənmək  mütləqdir.  Samuil  Hantunqton  “Sivilizasiyaların  toqquşması  və  dünya  düzəminin  yenidən 

qurulması”  adlı  kitabında  qeyd  edir:  “Yeni  dünyada  xalqlar  arasında  əsas  fərqlər  ideoloji,  siyasi,  iqtisadi 

deyil,  mədəni  fərqlər  və  müxtəlifliklərdi.  Öz  tarixinə,  dininə,  dilinə,  mənəvi  dəyərlərinə  müraciət  edən 

xalqlar, öz kimliklərini müəyyən edirlər”.



 

 

MULTİKULTURALİZMDƏ DÜNYA TƏCRÜBƏSİ 

 

Umudlu Z.M. 

Sumqayıt Dövlət Universiteti 

 

Milli  və  etnik  münaqişələrin  tarixi  qədimdir.  Millətlər  və  dinlər  arası  ayrıseçkilik  bir  çox  ölkələrdə 

əsrlər  boyu  mövcud  olmuş  və  milyonlarla  insanın  faciəsinə  səbəb  olmuşdur.  Tarixə  müharibələr  əsri  kimi 

daxil olmuş XX əsrdə baş verən hadisələri yada salmaq kifayət edər. XXI əsrdə isə bəzi qüvvələr tərəfindən 

məqsədyönlü  şəkildə  yaradılan  Şərqdən  Qərbə  köç  axını  dünya  nizamı  üçün  böyük  təhlükə  mənbəyinə 

çevrilmişdir.  Bütün  bunlar  multikulturalizm  ideyalarını  bütün  dünyada  olduqca  aktuallaşdırmışdır. 

Multikulturalizm  hər  hansı  bir  mədəni  mühitdə  etnik  və  mədəni  fərqliliyin  qəbul  edilməsi,bu  fərqliliyin 

toxunulmazlığı, mədəni ünsürlərin özünəməxsusluq hüququnun varlığı, azad şəkildə təbliğ olunması, hər bir 

fərdin və ya qrupun mədəni inkişafının qanunla müdafiə olunması, bir sözlə, mədəni müxtəlifliyin qorunub 

saxlanılması  deməkdir.  Multikulturalizm  anlayışı  son  zamanların  termini  kimi  qloballaşma  proseslərinin 

intensivləşməsi və “azadlıq”, “demokratiya”, “bərabərlik” kimi liberal dəyərlərin möhkəmlənməsi ilə ortaya 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə