Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə271/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   267   268   269   270   271   272   273   274   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



513 

çıxmışdır.  Ona  görə  də  sosioloqlar  düşünürlər  ki,  bu  cür  cəmiyyətin  formalaşmasında  ayrı-ayrı  fərdlərin 

müstəsna  hüquqlarını  təmin  edən  demokratik  cəmiyyətin  qurulması  vacib  məsələdir.  Lakin  liberal-

demokratiyadan  fərqli  olaraq,  multikulturalizm  fərdlərin  deyil,  müəyyən  sosial  qrupların,  birliklərin, 

ümumilikdə,  cəmiyyətin  maraqlarını  güdür. Bu  anlayışı  ortaya  çıxaranlardan  biri  olan  amerikalı  sosioloq 

H.Kallen  amerika  cəmiyyətinin  müxtəlif  mədəni  fərdlərdən  ibarət  olduğunu  nəzərə  alaraq,  “mədəni 

plüralizm”  adlı  nəzəriyyəni  işləyib  hazırlamışdır.  Onun  fikrincə,  insanları  bir-birinə  yaxınlaşdıran 

mədəniyyət deyil, sosial mənsubiyyətdir. Belə ki, H.Kallenin ardıcılları bildirirdilər ki, cəmiyyətin mövcud 

dominant  dəyərlər  paradiqmasına  adaptasiya  və  assimilyasiya  meyillərinə  baxmayaraq,  müasir  sivilizasiya 

heç də fərqli mədəniyyətləri vahid mədəni orqanizmdə həll edə bilmir: hər bir mədəniyyət sintez edilmədən 

tarixi-  mədəni  özəlliklərini  saxlamaqla  mövcudluqlarını  təmin  edə  bilir.  Etnik  və  konfessional  qrupların 

daxilindəki  ənənələr  o  qədər  möhkəmdir  ki,  onlar  çox  asanlıqla  xalqların  mədəni  irsinin  özünəməxsus 

elementlərinə  çevrilə  bilirlər.Multikulturalizm  tərəfdarları  iddia  edirlər  ki,  çoxlu  mədəniyyətin  bərabər 

şəkildə  inkişafı  dövlətin  sabit  inkişafını  təmin  edə  bilər.  Bu  gün  mutikulturalizm  dini,  irqi,  etnik 

xüsusiyyətləri  müdafiə  edən  bir  hərəkatdır.  Multikulturalizm,  bir  tərəfdən,  cəmiyyətdə  milli,  mədəni  və 

konfessional  müxtəlifliyin  bənzərsiz  ifadəsi,  digər  bir  tərəfdən  isə  dövlətin  bu  rəngarəngliyi  qoruyub 

saxlamaq,  onun  hüquqi  bazasını  təmin  etmək  siyasəti,  onun  fəlsəfi  və  nəzəri  əsaslanmasıdır. 

Multikulturalizm hər bir ölkənin, xalqın, mədəni birliyin təcrübəsini nəzərə alır, müxtəlif yanaşmalar təklif 

edir, sosial-iqtisadi inkişafı isə hər bir cəmiyyətin öz xüsusiyyətləri üzərində formalaşdırmağa cəhdlər edir. 

Bu  siyasət  imkanlar  çoxluğu  prinsipinə  əsaslanır  və  heç  bir  xalqdan  kimlik  dəyişikliyi  tələb  etmir.  Bu 

mənada,  multikulturalizm  təkcə  qloballaşmanın  tələbi  deyil,  həm  də  postmüasir  inkişafın  aparıcı 

meyillərindən biridir. 

Bu gün əksər ölkələr üçün müxtəliflik həyatın bir normasına çevrilmişdir. Bu turizmin, ticarətin, elm 

və mədəniyyətin dialoqu, mütəxəssislərin mobilliyi və miqrasiyanın intensivləşməsi ilə əlaqədardır. Demək 

olar ki, bütün ölkələrdə mədəni və dini “azlıq” kimi  ifadə etdilən qruplar mövcuddur. Bir çox ölkələr ona 

görə  multikultural  adlanır  ki,  hər  bir  kəs  üçün  buraya  gəlmək,  işləməsi,  yaşaması  üçün  gərəkli  mühit  olan 

açıq cəmiyyətlər mövcuddur. Qeyd etmək lazımdır ki, uzun illər dünya cəmiyyəti Qərb inkişaf nümunəsini 

təkcə  mükəmməlliyin  deyil,  həm  də  gələcəyin  yeganə  inkişaf  modeli  olaraq  qəbul  edirdi.  Digər 

mədəniyyətlərlə  münasibətlərini  konkret  modelləşmə  üzrə  əsaslandıran  Qərbin  iqtisadi  uğuru  mədəni 

inkişafın  əsas  elementi,  onu  müdafiə  edən  təfəkkür  isə  dəyişikliklərin  hərəkətverici  qüvvəsi  sayılırdı. 

Tanınmış alman tətqiqatçısı U.Bek qeyd edir ki, inkişafın universal modeli hesab edilən Qərb modeli bütün 

ölkələri  özünə  doğru  istiqamətləndirdi.  Lakin  son  onilliklərdə  dünyanın  yeni  inkişaf  meyilləri,  insan 

fəaliyyətinin çoxşaxəliliyi və dinamikliyi onu əhatə edən sosial-mədəni atmosferi köklü şəkildə dəyişdirdi. 

Qərbin  homogenliyi,  mədəni  müxtəlifliyin  heterogen  tendensiyalarının  təsiri  altında  yeni  institutlaşma, 

çoxukladlı  demokratiya,  yeni  iqtisadi  və  siyasi  təşkilatlanma  (çoxlu  mərkəz)  formalaşdırmışdır.  Ənənə  ilə 

mübarizə, sekulyar siyasət, fərdiyyəçiliyin ali prinsiplərə aid edilməsi insanlarda kimlik məsələlərini yenidən 

önə  çıxarmış,  sosial  miqrasiya  isə  bu  problemi  mədəni  münaqişənin  obyektinə  çevirmişdir.  Bu  mənada, 

dünyanın yeni nizamını formalaşdıran qloballaşma Qərbin müstəsnalıq iddialarının yeni reallıqlarla bir araya 

gəlmədiyini  göstərdi.  İnformasiyanın  yaratdığı  yeni  mədəni  meyillər  isə  inkişafın  alternativlərini  ortaya 

qoydu,eyni zamanda ənənə ilə müasirliyin birgə mövcudluğunu da göstərdi. Bu gün qloballaşma bəşəriyyətin 

inkişafı  üçün  yeni  imkanlar  yaradır.  İnteqrasiya  və  informasiya  kommunikasiya  texnologiyaları  insanlar 

arasında  münasibətlərin  ənənəvi  səddlərini  aradan  götürür,  elm  və  biliyin,  texnologiyaların  sərbəst 

mübadiləsinə,  şəxsiyyətin  özünütərbiyəsinə  daha  asan  imkanlar  yaradır,  müxtəlif  mədəniyyətlər  arasında 

dialoqu  genişləndirir.  Miqrasiyanın  genişlənməsi  isə  mədəniyyətlərarası  təması  daha  da  yaxınlaşdırır. 

Dünyanın mədəni mənzərəsi daha rəngarəng görünür. 

 

 



MULTİKULTRALİZİM AZƏRBAYCANDA HƏYAT TƏRZİ VƏ DÖVLƏT SİYASƏTİDİR 

 

Yaqubzadə Z.İ. 

Sumqayıt  Dövlət Universiteti 

 

İlk  dəfə  Multikulturalizm  1960-cı  illərin  sonunda  Kanadada  meydana  gəlmişdir.  Multikulturalizm 

tərcümədə  çoxmədəniyyətlilik  deməkdir.  Çoxmədəniyyətlilik  dedikdə  isə  ilk  növbədə  etnik,  irqi,  dini  və 

mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Müasir dövrdə dünya 

ölkələrinin  əksəriyyətində  etnik,  irqi,  dini  və  mədəni  müxtəlifliklər  mövcuddur.  Bu  müxtəlifliklər  tarixi 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



514 

prosesin  inkişafının  nəticəsi  kimi  obyektiv  xarakter  daşıyır.  Onlar  xalqların  etnik-mədəni  dəyərlərini, 

mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında 

müsbət rol oynayır. 

Müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında duran ən başlıca vəzifələrdən 

biri  insanlar  arasında  dini  dözümlülüyün  gücləndirilməsinin,  müxtəlif  din  və  mədəniyyətlərə  mənsub 

insanlarm sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidır. 

Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibət ilə seçilmişdir. Digər din 

və  mədəniyyətlərə  dözümlü  münasibət,  onlarla  sülh  və  qarşılıqlı  anlaşma  şəraitində  yaşamaq  Azərbaycan 

xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramlılığından irəli gəlir. Azərbaycan qədim zamanlardan 

müxtəlif  dinlərin,  dini  cərəyanların  yayıldığı,  qovuşduğu,  qarşılıqlı  anlaşma  şəraitində  yaşadığı  və 

əməkdaşlıq etdiyi bir məkan olmuşdur. Zərdüştilikdən başlayaraq sonuncu böyük din islamadək bütün dinlər 

Azərbaycanda  yayılmışdır.  Azərbaycan  əhalisinin  böyük  əksəriyyətini  müsəlmanlar  təşkil  etməsinə 

baxmayaraq  ölkə  Konstitusiyasında  bütün  dini  etiqad  və  təlimlərin  qanun  qarşısında  bərabər  olduğu  təsbit 

olunmuşdur.  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  ölkədəki  etnik-mədəni  müxtəlifliklərin 

tənzimlənməsində  multikulturalizm  siyasətinə  yüksək  önəm  vermişdir  Azərbaycan  Respublikasının 

beynəlxalq  münasibətlər  sahəsindəki  fəaliyyəti,  onun  xarici  siyasəti  sübut  edir.  Belə  ki,  ölkəmizin  xarici 

siyasətinin  əsas  istiqamətlərindən  biri  bütün  dünyada  mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoqun 

təşviq olunmasıdır. Qeyd edək ki, bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atmışdır. Belə uğurlardan biri 

kimi  “Bakı prosesi”ni qeyd etmək olar. “Bakı prosesi” mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini 

nəzərdə  tutan  bir  təşəbbüsdür.  Prezidentimizin  11  yanvar  2016-cı  il  tarixli  Sərəncamı  ilə  2016-cı  il 

“Multikulturalizm ili” elan edilmişdir. 

Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu 

mərhələdə  vətəndaş  cəmiyyəti  multikulturalizmin  cəmiyyətdə  yayılmasında  olduqca  fəal  rol  oynayır. 

Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və 

həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir. 

Azərbaycanın  multikulturalizm  sahəsində  böyük  nailiyyətlər  qazandığını  ölkəmizə  səfər  edən 

əcnəbilər  xüsusi  qeyd  edirlər.  Ölkəmizdə  multikulturalizm  artıq  alternativi  olmayan  həyat  tərzinə 

çevrilmişdir.  Müasir  dövrdə  Azərbaycanda  həyata  keçirilən  multikulturalizm  siyasəti  dövlətin  tolerantlıq 

prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir

.

 



 

 

 

 

 

 

 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə