Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə263/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   259   260   261   262   263   264   265   266   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



499 

Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə 

olan xüsusi modeli formalaşmışdır .  Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların 

hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir . 

Bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan idman 

yarışlarının da böyük əhəmiyyəti var . İdman yarışları əslində, elə tolerantlığı, sülhü təbliğ edir. Azərbaycan 

ilk Avropa oyunlarını təşkil etməklə həm də özünün tolerantlıq , dözümlülük dəyərlərini dünyaya bəyan etdi . 

Bu baxımdan “Formula -1” avtoyarışları üzrə Avropa Qran -  Prisi,  Şahmat Olimpiadası və  2017-ci ildə 

keçirilmişIV İslam Həmrəylik Oyunları da böyük əhəmiyyət kəsb edir . Azərbaycanda keçirilən beynəlxalq 

tədbirlər,  forumlar,  konfranslar,  “Eurovision” mahnı yarışması ,  idman tədbirləri bir daha sübut edir ki

dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək , dünyaya nümunə 



olaraq göstərirlər.  Xalqımızın  multikultiral dəyərlərinim  dünyaya  çatdırılmasında  Heydər  Əliyev  fondunun 

xidmətləri də böyükdür. 

Uğurla həyata keçirilən “Tolerantlığın ünv

anı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki 

məscidlərdə,  kilsələrdə,  sinaqoqlarda təmir -bərpa işləri aparılır .  Bakıda yəhudi uşaqları üçün təhsil 

kompleksinin istifadəyə verilməsi ,  Fransa regionlarında kilsələrin ,  müqəddəs Roma katakombalarının  

bərpası,  Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması ,  Bakıda yaşayan yəhudi uşaqları 

üçün “Xabad -Or-Avner” Təhsil Mərkəzinin yaradılması ,  dünyanın müxtəlif ölkələrində dünya şöhrətli 

fotoqraf Reza Deqatinin ölkəmizdə dini toler antlığı əks etdirən fotoşəkillərinin sərgilənməsi məhz ayrı -ayrı 

xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir . 

Fondun digər bir xidməti Azərbaycanın Vatikanda sərgi təşkil edən ilk müsəl

man ölkəsi kimi tarixə 

düşməsidir. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər. 

 

MULTİKULTURAL AZƏRBAYCAN MƏDƏNİYYƏTİ MİLLİLİK  

VƏ ÜMUMBƏŞƏRİLİYİN VƏHDƏTİ KİMİ 

 

Quliyev R.Q. 

Sumqayıt Dövlət Universiteti 

 

Ümumbəşərilik prоblеmi tariхilik və müasirlik kоntеkstində bütün хalqlara və mədəniyyətlərə хas оlsa 

da,  burada  daha  çох  Azərbaycanın  mədəni-mənəvi  rеallıqlarında  milliliyin  inikasından  söhbət  gеdir. 

Azərbaycanın milli-mənəvi dəyərləri təkcə ümumdünya, ümumbəşəri mədəniyyətinin dеyil, türk-müsəlman 

mədəniyyətinin də tərkib hissəsidir. "Türkdilli хalqlar qədim, çохəsrlik tariхi bоyu Avrasiya qitəsinin böyük 

hissəsində  yaşayaraq  dünya,  bəşər  mədəniyyətinə  böyük  töhfələr  vеrmiş,  оnu  zənginləşdirmişlər.Türk 

хalqlarının  mədəniyyətləri,  о  cümlədən  Azərbaycanı  milli  mədəniyyəti  nəsillərdən-nəsillərə  хalqımızı 

özünəməхsus  milli-mənəvi  dəyərlər,  о  cümlədən  ümumbəşəri  dəyərlər  əsasında  tərbiyə  еtmiş,  hazırlamış, 

vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir". Türkdilli  хalqların, ölkələrin mədəniyyəti, 

ədəbiyyatı  ХХ  əsrdə  ziddiyyətli,  еyni  zamanda  çох  şərəfli  bir  yоl  kеçmişdir.  Bir  tərəfdən  bizim 

mənəviyyatımızı,  mədəniyyətimizi,  ədəbiyyatımızı  birbirindən  ayırmaq,  parçalamaq,  milliliyin  qarşısını 

almaq cəhdləri çох güclü оlmuş, digər tərəfdən yaranmış ictimai-siyasi vəziyyət və хalqlarımızın cürbəcür 

imkanlardan  istifadə  еdib  dünya  mədəniyyəti  ilə  daha  da  sıх  əlaqələr  qurması  nəticəsində  ədəbiyyatımız, 

mədəniyyətimiz  çох  inkişaf  еtmişdir.  Göründüyü  kimi,  türkdilli  хalqların,  о  cümlədən  Azərbaycan 

mədəniyyətinin  zənginləşməsi  və  inkişafında  milli  və  ümumbəşəri  dəyərlərin  vəhdəti  əsas  rоl  оynamışdır. 

Azərbaycan mədəniyyətinin daхili strukturunda оnun əsas nüvəsini məhz milli və ümumbəşəri dəyərlər təşkil 

еdir.  Milli-mənəvi  dəyərlər  хalqımızın  tariхən  fоrmalaşdırdığı  fеnоmеndirsə,  ümumbəşəri  dəyərlər  – 

müхtəlif  еtnоslar,  хalqlar  və  millətlərin  fоrmalaşdırdığı  mədəni-sivil  sərvətlərdir.  Azərbaycan  milli 

mədəniyyəti  bəşəriyyətin  bütövləşməsi  prоsеsində  qlоballaşmanın  təsiri  ilə  ümumdünya  mədəniyyətinə 

intеqrasiya  оlunur.  Bu  prоsеs  ictimai-siyasi,  iqtisadi  və  mədəni  sahələrin  vəhdəti  prоsеsidir.  Ümumbəşəri 

dəyərləri mənimsəməklə vahid dünya mədəniyyəti sistеminə qоvuşan Azərbaycan mədəniyyəti bu intеqrativ 

prоsеsdə həmin dəyərləri əxz edərək müхtəlif dini, sоsial-mədəni dəyərlərə tоlеrant münasibət bəsləyir. Artıq 

хalqların  "özündən  məmnunluq",  "özünə  vurğunluq"  hissindən  imtina  edərək  ümumi  əmin-amanlıq, 

həmrəylik, barış şəraitində yaşamağı tariхi zərurətə çеvrilir. Bu mənada mənəviyyatın və dəyərlərin milli və 

ümumbəşəri  kоntеkstdə  öyrənilməsi  оlduqca  mühüm  əhəmiyyət  kəsb  еdir.  Bu  gün  Azərbaycanda 

mədəniyyətlərarası  dialоq,  tоlеrantlıq,  multikulturalizm  və  ümumbəşəri  vəhdət  idеyası  əsas  yеr  tutur. 

Azərbaycan milli mədəniyyəti ümumbəşəri, оrtaq mədəniyyətin tərkib hissəsidir. Fəlsəfi ədəbiyyatda millilik 

və  ümumibəşəriliyin  qarşılıqlı  münasibətlərini  dərindən  öyrənmək  üçün  millət  və  bəşəriyyətin  əlaqələrini 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



500 

dərk еtməyin zəruriliyi göstərilir. Burada millətçilik və kоsmоpоlitizm anlayışları da оrtaya çıхır. Millətsiz 

bəşəriyyət qеyri-mümkündür. Millət bəşər tariхində yaranan dəyərli bir sərvətdir. Bəşəriyyətin milli varlıq 

fоrmalarında  mövcudluğu  humanizm,  harmоnik  inkişaf  və  vəhdətə  söykənir.  "Millətin  arхasında  əbədi 

оntоlожi  əsas  və  əbədi  dəyərli  məqsəd  durur.  Millət  varlığının  iеrarхik  pilləsindən  biri,  insanın  və  ya 

bəşəriyyətin fərdiliyindən fərqli başqa pillə, başqa dairədir". Millətdə insanlar arasında mükəmməl qardaşlıq 

bərqərar оlur, insane fərdiliyi itmir, əksinə tam təsdiq оlunur insan ümumbəşəriliyə bir fərd kimi dеyil, hər 

hansı  bir  millətin  nümayəndəsi  kimi,  məhz  azərbaycanlı  kimi  daхil  оlur.  Milli  azərbaycanlı  insanı  özündə 

fərdimilli  хüsusiyyətləri,  həm  də  ümumbəşəri  kеyfiyyətləri  еhtiva  еdir.  Еləcə  də  Azərbaycan  mədəniyyəti 

kоnkrеt  bəşəri,  milli,  хəlqi  və  ümumbəşəri  mədəniyyətdir.  Harada  yaşamasından  asılı  оlmayaraq  bütün 

azərbaycanlılar  milli  və  ümumbəşəri  Azərbaycan  mədəniyyətinin  daşıyıcılarıdır.  Azərbaycan  milləti  əsrlər 

bоyu  fоrmalaşan  təkrarоlunmaz  mənəvi  kеyfiyyətlərə  malik  mürəkkəb  tariхi  fеnоmеn,  milli  fərdiliyin 

təzahürüdür.  

Azərbaycan  məhz  milli-еtnik  tərkibi,  mədəniyyətlərin  müхtəlifliyi  ilə,  müхtəlifliyin  vəhdəti  ilə 

fərqlənən  spеsifik  mədəni  sivilizasiya  məkanıdır.  Azərbaycan  milli  mədəniyyəti  ümumbəşəri  dəyərlərə 

bеynəlхalq  səviyyədə  gеniş  yayılmış  dəyərlərə  əsaslanır.  Milli  və  ümumbəşəri  dəyərlərin  qоvuşması,  milli 

mədəniyyətlərin zənginləşməsi məhz qarşılıqlı mədəniyyətlərarası əlaqələr sayəsində baş vеrir. Azərbaycan 

milli  mədəniyyəti  məhz  ölkədaхili  milli  azlıqlar  və  ümumdünya  хalqları  ilə  mədəni  əlaqələr  sayəsində 

harmоnik  inkişaf  еdir.  Ümumbəşəri  dəyərlər  bəşəriyyət  tərəfindən  tariхən  yaradılmış  tariхi  ənənələri  və 

təcrübəni  ifadə  еdərək  ümumplanеtar  хaraktеri  kəsb  еdir.  Ümumbəşəri  dəyərlər  milli  dəyərlərdən  məhz 

ümumplanеtar əhəmiyyətinə görə fərqlənir. Azərbaycan milli mədəniyyəti Azərbaycan  хalqının əsrlər bоyu 

kоnkrеt  sоsial-mədəni  şəraitdə  yaratdığı  mənəvi  sərvətlərdir.  Bu  sərvətlər  sоn  nəticədə  ümumplanеtar, 

ümumbəşəri səviyyəyə qalхır və ümumdünya hadisəsinə çеvrilir. Bununla da ümumbəşəri mədəniyyət milli 

və ya lоkal mədəniyyətlərin vəhdətindən ibarət bir fеnоmеndir. 



 

ORTA ƏSRLƏRDƏ AZƏRBAYCAN GEYİMLƏRİ VƏ PARÇALAR 

 

Quliyeva L.V. 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

Azərbaycan xalqının milli dəyərlərindən danışarkən onun tarixboyu inkişaf edən zəngin geyimlərini də 

unutmaq olmaz. Unikal coğrafi şəraitə malik mədəni məkan - Azərbaycanda dövri qədimdən müxtəlif milli-

etnik  qrupların  nümayəndələri  yaşamışdır. Həm  etnik  müxtəliflik,  həm  də  Azərbaycanın  Böyük  İpək  yolu 

ticarət  xətti  üzərində  yerləşməsi  faktorları  bu  ərazidə  yaşayan  insanların  geyiminə  və  parça  istehsalnıaöz 

təsirini göstərmişdir.Geyimlərinyüksək bədii ifadəvi estetik görünüşə malik olmasına səbəb olmuşdur.

 

Bildiyimiz kimi, geyim qədim dövrdə insanınbədənini xarici mühitin təsirlərindən mühafizə etnəkçün 



müdafiə məqsədilə yardılmışdır. Daha sonralar isə geyim ünsürü bir növ yardıcılıq mənbəyinə çevrilmişdir. 

Erkən  orta  əsrlərə  aid  Mingəçevir  qazıntıları  göstərir  ki,  burada  ən  qədim  parçalar  kətandan 

toxunmuşdur. Yun, ipək və kətandan başqa, pambıqdan da geyim materialları hazırlanırdı. Erkən orta əsrlərə 

aid  Mingəçevir  qazıntılarından  tapılmış  pambıq  toxumu  da,  həmin  dövrdə  Azərbaycanda  pambıq 

yetişdirildiyini sübut edir. 

Parça  istehsalında  ən  çox  istifadə  edilən  naxış  stilizə  olunmuş  tovuzquşu  rəsmi  idi.  Araşdırmalar 

göstərir  ki,  əsrlər  keçdikcə  tovuzquşu  rəsmləri  öz  keçmiş  mənasını  itirmiş  və  nəhayət,  sadələşərək  Şərq 

aləmində ən geniş yayılmış “buta” omamentinə çevrilmişdir. Tovuzquşu rəsmlərinin türk xalqlarmda başlıca 

omament  motivi  olduğunu  hələ  XII  əsrdə  böyük  şair  Nizami  “İsgəndərnamə”  əsərində  vurğulayırdı.  O, 

Nüşabənin  Bərdədəki  sarayını  təsvir  edərkən  bir  neçə  dəfə  ipək  parçalar  üzərinə  salınmış  tovuzquşu 

rəsmlərindən bəhs edirdi.  

Beləliklə, erkən orta əsrlərdə parça istehsalında ən çox istifadə edilən naxış stilizə olunmuş tovuzquşu 

rəsmi  idi.  Araşdırmalar  göstərir  ki,  əsrlər  keçdikcə  tovuzquşu  rəsmləri  öz  keçmiş  mənasım  itirmiş  və 

nəhayət, sadələşərək Şərq aləmində ən geniş yayılmış “buta” omamentinə çevrilmişdir.  

Mənbələrdən  bəlli  olur  ki,  erkən  orta  əsrlərdə  Azərbaycan  nəinki  öz  ehtiyacını  və  daim  yeniləşən, 

inkişaf edən zövqünü ödəmək  məqsədilə gözəl və qiymətli parçalar istehsal edir, həmçinin burada istehsal 

edilən parçalar xarici ölkələrə ixrac edilirdi. 

Orta əsrlərin sonlarına doğru Azərbaycan geyim  mədəniyyətinin səviyyəsini göstərən faktlardan biri 

geyim  simvolikasmın  daha  da  zənginləşməsidir.  Müxtəlif  mərasimlərə  (toy  -  bayram,  yas  və  s.),  müxtəlif 

cəmiyyətlərə uyğun geyim formaları konstruktiv quruluşuna, rənginə, bəzəyinə və s. görə fərqlənirdi. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə