Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə261/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   257   258   259   260   261   262   263   264   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



496 

fəaliyyətinin nəzarətə götürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1995-ci ildə qəbul edilən 

Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini 

tənzimləyən  müddəalar  daxil  edildi.  Eyni  zamanda  hər  kəsə  fikir  və  söz  azadlığı  verildiyi,  ölkə 

vətəndaşlarının dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə 

birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və 

yaymaq  hüququ  olduğu  bəyan  edildi. 1992-ci  ildə qəbul  olunan,  sonrakı illərdə  bir  sıra  ciddi dəyişikliklər 

edilən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, 

qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. Dini qurumalrın dövlət qeydiyyatına alınması və 

fəaliyyətinə  xitam  verilməsi  qaydaları  müəyyənləşdirdi,  onların  mülkiyyət  hüququ,  istehsal  və  təsərrüfat 

fəaliyyəti,  beynəlxalq  əlaqələri,  dinin  məktəblə  münasibəti,  dini  icmaların  xeyriyyə  və  mədəni-maarif 

fəaliyyəti  ilə  bağlı  məsələlərə  aydınlıq  gətirdi.  Həmin  dövrdə  Missioner  təşkilatlarının  Azərbaycanda 

fəaliyyətlərini  və  təsir  dairələrini  genişləndirməsində  insanların  sosial-iqtisadi  durumunun  ağır  olması, 

Azərbaycan  torpaqlarının  erməni  təcavüzünə  məruz  qalması,  ərazisinin  20%-nin  işğal  olunması  və  dini 

maarifləndirmənin zəif aparılması böyük rol oynadı. Bu təşkilatların bir qismi gənclər arasında dini təbliğatı 

gücləndirmək məqsədilə xarici dil kursları təşkil edərək çoxlu sayda - əsasən rus dilində təhsil almış gəncləri 

bu  kurslara  cəlb  etməyə  nail  olmuşdular.  Onlar  əsasən  yetim,  kimsəsiz  və  əlil  insanların  məskunlaşdığı 

yerlərdə geniş təbliğat aparmağa üstünlük verirdilər. Həmin təşkilatlara kimsəsiz və əlil insanların yeməyə 

olan  ehtiyaclarının  ödənilməsi  müqabilində  dini  təbliğat  aparmaq  üçün  imkan  və  şərait  yaradılmışdı.  Bu 

imkandan  istifadə  edən  bir  neçə  humanitar  təşkilat  dini  təbliğat  aparmaq  məqsədilə  xeyli  sayda  uşaq  və 

kimsəsizlər  evini  himayəyə  götürmüşdü.  Bakıda  əsas  mərkəzlərini  yaradan,  missioner  təşkilatlar 

Azərbaycanın böyük şəhərlərindən başlayaraq regionlarda da dini təbliğat aparmağı və təlimlərini yaymağı 

qarşılarına məqsəd qoymuşdular. Həmin dövrdə əhatə dairələrini genişləndirmək məqsədilə həmin qurumlar 

böyük  şəhərlərdən  Gəncə  və  Sumqayıtda,  respublikanın  şimal  rayonlarından  İsmayıllı,  Zaqatala,  Qax, 

Balakən,  Quba,  Qusar  və  Xaçmazda  geniş  dini  təbliğat  aparırdılar.  Cənub  rayonlarında  əhalinin 

əksəriyyətinin  islama  meyilli  olmasını  nəzərə  alan  humanitar  təşkilatlar  bu  bölgədə  fəal  dini  təbliğat 

aparmaqdan və təlimlərini yaymaqdan çəkinsələr də, yerli dayaqlar yaratmaq məqsədilə müəyyən tədbirlər 

həyata keçirir və bəzi cənub rayonlarında xristian təmayüllü dini icmalar yaradırdılar. Sözügedən missioner 

təşkilatlar  müəyyən  vaxtdan  sonra  qanunsuz  fəaliyyətlərinin  qarşısının  alınacağını  öncədən  düşünərək 

onlardan  sonra  ölkədə  dini  təbliğat  apara  biləcək  davamçılar  yetişdirirdilər.  1997-ci  ildə  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslərin ölkədə dini təbliğat aparmalarına qanunla qadağa qoyulduqdan sonra onların 

uzun müddət hazırladıqları insanlar təbliğat aparmaq missiyasını öz üzərlərinə götürdülər. Bununla da həmin 

təşkilatlar yerli əhalinin köməkliyi ilə yenidən dini təbliğat aparmaq imkanı əldə etdilər. “Dini etiqad azadlığı 

haqqında"  Azərbaycan  Respublikasının  Qanununa  edilən  dəyişikliklərdən  sonra  müvafiq  dövlət  qurumları 

dini  təbliğat  aparan  və  missionerlik  fəaliyyəti  göstərən  humanitar  təşkilatların  qanuna  zidd  əməllərinin 

qarşısını  qismən  aldı.  Humanitar  təşkilatların  fəaliyyəti  xeyriyəciliklə  məhdudlaşdırıldı,  qanunu  pozan  bir 

neçə humanitar təşkilatın fəaliyyətinə xitam verildi. Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin 

olunmasına, icmaların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə 

və  tolerantlıq  ənənələrinin  gücləndirilməsinə  diqqət  daha  da  artırıldı.  Azərbaycan  hökuməti  bütün  dinlərin 

nümayəndələrinə  dini  ayin  və  mərasimləri  sərbəst  yerinə  yetirmək  üçün  bərabər  imkanlar  yaratdı,  onların 

fəaliyyətinə  əsassız  müdaxilələrin  qarşısını  aldı.  Eyni  zamanda  missioner  təşkilatların  və  radikal 

qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi. 



 

AZƏRBAYCAN DEKORATİV TƏTBİQİ SƏNƏTİNİN ZƏNGİN  

ÖRNƏKLƏRİNDƏN OLAN PARÇA VƏ TİKMƏ SƏNƏTİNİN İNKİŞAF YOLLARI 

 

Həsənov Ş.R. 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

Azərbaycan  dünya  parça  sənətinin  ən  qədim  vətənlərindən  biridir.  Azərbaycan  özünün  sulu  çayları, 

zəngin  yeraltı  sərvətləri,  dəniz  və  dağları  ilə,  yamyaşıl  meşləri,  dağ  ətəkləri  öz  düzənlikləri  ilə  lap  qədim 

zamanlardan insan məskəninə çevrilmiş, əlverişli iqlim və coğrafi vəziyyətilə mədəni inkişaf üçün hərtərəfli 

şəraitə  malik  olmuşdur.  Hələ  eramızdan  əvvəl  təxminən  500  yüz  əvvəl  yunan  tarixçiləri  bir  sıra  bədii 

sənətlərin, o cümlədən  boyaqçılıq və toxuculuğun bu yerlərdə inkişaf etdiyini göstərmişlər. 

Azərbaycan  Mingəçevir  rayonunda  aparılan  qazıntılar  zamanı  əldə  edilən  parçaların  və  xalçaçılıq 

məmulatlarının qalıqları bu sənətin VII-VIII əsrlərdə  də müəyyən inkişaf səviyyəsində olduğunu sübut edir. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə