Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə269/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   265   266   267   268   269   270   271   272   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



510 

DİZAYN FƏALİYYƏTİNİN SPESİFİKASI 

 

Şahverdiyeva Z.N.

 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

İngilis  və  Fransızcadakı  "desing"  sözü  qarşılığı  olaraq  istifadə  edilən  dizayn  sözü,  əslən  latın 

mənşəlidir  vəfərqli  formalara  malikdir.  Məsələn:    Qavrayış  ilə  anlayış  arasında  bir  bağlama  vasitəçidir. 

Mühüm xüsusiyyətlərə diqqət çəkən dizaynın obyektiv gerçəklik ilə birbaşa əlaqəsi yoxdur. Dizayn məlumat 

alma  elementidir.  Çünki  duyumsal  dizayn  ilə  zehni  dizayn  daim  bir-birinə  təsir  göstərir.  Bu  səbəblə 

duyumsal məlumat ilə əqli bilik hər zaman içimizdədir.Dizayn, hər-hansı bir şeyin zehində layihələşdirmə, 

quraşdırma,  təsəvvür  edilməsidirdir.Ümumiyyətlə,  bütün  sənətlərin  əsasında  dizayn  faktı  yatır.Dolayısıyla 

bir  planlaşdırmaya  malik  olur.Dizayn  gözlə  görünən  hər  hansı  bir  əşyanın  planlaşdıraraq  edilən  rəsmə 

deyilir. Hər şey edilə bilər- evlər, mebel, kompüter, stəkan, su şüşəsi, kola şüşəsi və.s. Məşhur reklam agenti 

Ivan Chermayeff-ə görə dizayn zəka və incəsənətin ümumi bir məhsuludur. Yəni yaradıcılıq və fikir gücünün 

bir arada istifadə edilməsi deməkdir. Dizayn budaqlarını üç fərqli kateqoriyada araşdırmaq mümkündür: 

 



Sənaye dizaynı 

 



Mühit dizaynı 

 



Qrafik dizaynı 

Sənaye  dizaynı-  maşınlar,  texnoloji  məhsullar,  mətbəx  ləvazimatları,  ağ  əşyalar  və  digər  oxşar 

məhsulların üç ölçülü olaraq qurulması və inkişaf etdirilməsidir. 

Mühit dizaynı-bina, landşaft və iç məkan dizaynını əhatə edən olduqca geniş bir fəaliyyət sahəsidir. 

 Qrafik dizayn isə buklet, plakat, kitab, jurnal və s. oxunan və izlənən görüntülərin dizaynını etməkdir. 

Qrafik layihənin məqsədi də istər informasiya, istərsə də estetik keyfiyyəti ən üst səviyyəyə çıxarmaqdır. 

Dizayn,  bir  problemin  həlli  üçün  inkişaf  etdirilmiş  plan  və  ya  fikirdir.  Dizayn,  əvvəlcə  zehində  var 

olan  bir  fikirdir.  Dizayn  anlayışı  hər  növ  əşyanın  və  düşüncənin  insan  tərəfindən  yaradılması  mənasında 

istifadə edilir.İstənilən, arzu edilən bir hədəfə qarşı planlaşdırma və layihələşdirmə aktlarının hamısı dizayn 

prosesini yaradır.Dizaynın əsasında yaradıcılıq durur. Yaradıcılıq bir məsələyə müxtəlif və fərqli tərzlərdən 

yanaşaraq, yeni təkliflər verməkdir. Hər layihə bir zehni uyğunlaşmadır. Layihənin kommersiya və ya bədii 

məqsədlə  yaradılıb  yaradılmadığı,  hansı  kütləyə  təqdim  olunacağı,  nəyi  hədəf  seçdiyi  əhəmiyyətlidir.Bir 

dizaynın bütövlük, tarazlıq, vurğu, yaxınlıq və sıralama kimi 5 əsas prinsipi var. 

Bütövlük: Bir əyani meydana gətirən elementlərin bir bütöv olaraq görünməsini təmin edir. 

Tarazlıq: Üfüqi və şaquli oxda obyektlərin bərabər olaraq dağıdılması ilə formalaşdırılır. Tarazlıq öz 

içində formal və informal olaraq ikiyə ayrılır. 

Vurğu: Vurğunun dizayna dominant olması lazımdır. Tədris materialının can alıcı nöqtəsidir. 

Yaxınlıq: İşdə istifadə edilən mətnlər, şəkillər və digər obyektlər bir-biri ilə uyğun bir şəkildə yaxınlıq 

prinsipi nəzərə alınaraq yerləşdirilməlidir. 

Sıralama:  Nizamlı  bir  şəkildə  yerləşdirilmiş  elementlər,  vizual  materialların  daha  asan  başa 

düşülməsini təmin edir. 

 

DƏB VƏ ÜSLUB:  UMUMİ VƏ FƏRQLİ XUSUSİYYƏTLƏRİ 

 

Tağıyeva G.T. 

Azərbaycan Dövlət İqtisad Universiteti    

 

''Moda''  sözu  latınca''  modus''  sözündən  əmələ  gəlmişdir  ki,  bu  da  üsul,  dəb,  tərz,  manera  mənasını 



ifadə  edir.Məsələn  həyat  tərzi,  geyim  tərzi,  davranış  üsulu,    yeriş  manerası  və  s.    bu    ifadə  ilə  sıx 

əlaqədardır.Moda sözü Azərbaycan dilində ''dəb'' mənasını verir.Dəb -  həyatın yaxud mədəniyyətin bu və ya 

digər  sferasında  müəyyən    üslubun  müvəqqəti  hökmranlığıdır.Geyimlərin  davranışın,  ideyaların,  etiketin, 

həyat  tərzinin,  mədəniyyətin  ,ədəbiyyatın,  memarlığın,    mətbəxin,  əyləncənin  və  s.  üslubunu  və  tipini 

müəyyən edir. Gözəllik və zövq anlayIşlar ilə sıx  əlaqədar olan dəb  ictimai-iqtisadi şəraitin təsiri altında 

dəyişir, inkişaf edir.Dəb bu ya digər  zövqü ifadə edir. 

Dəbin əsas və başlıca elementi insan təbiətinin ikitərəfliliyindən ibarətdir, insanların geyim əşyalarına 

olan münasibətində əsrdən əsrə iki tendensiya arasında zidiyyətlərin dəyişməz iştirakı müşahidə olunur: bir 

tərəfdən insanlar özlərini bəzəyərək gözəl görünməyə çalışırlar, digər tərəfdən isə, onlar təvazökar qalmağı 

və zahiri ədəb qaydalarını gözləməyi də son dərəcə vacib bilirlər. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



511 

Dəb haqqında danışarkən, üslub kimi bir hadisəni diqqətdən kənarda qoymaq mümkünsüzdür.Dəb və 

üslub bir-birinə aiddir.Dəbin üslubu mövzusuna toxunarkən ilk növbədə hər zaman müəyyən bir konseptual 

matrisa nəzərdə tutulur ki, onun vasitəsilə əsas  və başlıca oriyentirlər verilir.İstənilən hər hansı bir əşyanı 

götürdükdə  görəcəyik  ki,  o  mütləq  bir  şəkildə  bu  və  ya  digər  üsluba  uyğunlaşdırılıb.Əgər  biz  üslubu  

müəyyən  dar  kateqoriya  kimi  ifadə etməyə  çalışsaq  göstərməliyik  ki,  geyimdə  üslub  geyim  əşyalarının  və 

aksesuarların xarakterik əlamətlərinin predmentlərinin  uyğunluğu və birləşdirilməsindən  ibarətdir.Məsələn 

hamı  anlayır  ki,  krossovkalar  və  qısaqol  köynəklə  enli  çiyinbağlı  idman  şalvarı  iş  deyil,  idman  üslubuna 

aiddir.Üslubun bir az  daha mürəkkəb olduğu sirr deyil.Üslub şüurlu bir seçimdir.Üslub  - cox sayda fürsət 

arasında bir seçim etmək, ümumiyyətlə, kütləvi  bir modaya əsasən çox çətindir. Üslub  - çox sayda fürsət 

arasında seçim üsulu tam olaraq  daxili dövlət və münasibət ilə ziddiyyət təşkil edir. 

Bir  çox  hallarda  biz  dəb  sözünü  riayət  edilməli  olan  yaxud  əksinə,  kor-koranə  təqlid  edilməli  və 

şüursuz  şəkildə  yamsılanmamalı  olmayan  bir  məfhum  mənasında  işlədirik.Dəb-  bəşər  tarixinin    müəyyən 

zaman kəsiyində  aktual olan müəyyən geyim əşyalarının seçim nümunələrinin,variantların bir məcmusudur. 

Müəyyən  bir  üsluba  sahib  olmaq  dəbli  olmaqdan  qat-qat  əhəmiyyətlidir.Üslub  duyğusu  geyim  və 

aksesuarların çeşidi ilə formalaşmış obraza balans və harmoniya verən bir anlayışdır.Müəyyən üsluba malik 

obraza  sahib  olmaq  yaxud    sadəcə    gözəl  görünmək  dəbi  özünə  məxsus  fərdi  parametrlərlə  ağıllı  və 

düşünülmüş bir şəkildə uyğunlaşdırmaq və birləşdirmək deməkdir. 

Müasir dəbin müsbət tərəfi onun diktat və sərt,  prinsipal əmrnamələr məkanının artıq olmadığından 

ibarətdir.Hazırda  biz  moda  yaradıcılarının  kimlərin  olduğu    haqqında    mülahizələri  birmənalı  şəkildə 

irəlinsürə bilmərik: bunun mənbəyi özlərinin yaradıcılıq fantaziyasının parlaq nuümunələrindən həvəslənən 

dizaynerlər, yaxud modanın  ''kollektiv şüuru'' yaşadığı küçə də ola bilər. 

Üslub dəblə ayaqlaşmaq demək deyil.Çünki, yalnız dəblə ayaqlaşaraq geyim seçmək, dəbdə olanları 

alıb  geyinmək  qadınları  zövqsüz  bir    vəziyyətə  sala  bilər.Hər  zaman  qüsursuz  və  gözəl  görünmək 

istətirsinizsə doğru tərzinizi seçin.Davamlı olaraq dəyişən dəb dünyasını izləmək təbii ki, çox  çətindir.Ona 

görə ki, dəbdədir deyə əldə edib  geyinəcəyimiz  hər hansı  bir paltar bizi pis görkəmə sala bilər.Üslub sahibi 

olmaq  bunun yalnız   bizim özümüzə məxsus olması deməkdir. Daha  dəqiq desək, dəbi hər kəs izləyir və 

hər  kəs də dəblə ayaqlaşmağa çalışır.Amma üslub sahibi olmaq öz tərzini yaratmaq  və tək olmaqdır.Üslub 

özümüzü  necə  gördüyümüzü  əks  etdirir.Üslub  özünü  yalnız  paltarla  deyil,  davranımızı,  reaksiyalarımızı, 

bütövlükdə  həyatımızı  da  əhatə  edir.Üslub  çox  faktorlardan    ibarətdir,  buna  görədə  şəxsiyyətinizin 

xüsusiyyətlərini  üslubun  əsasi  kimi  qəbul  etmək  vacibdir,  belə  ki,  bu  ahəngdar  görünür.Unutmayaq  ki,  

üslubumuzu  moda elementlərindən məhrum etməməliyik.Üslub  bizə bir tərəfdən müəyyən dəb seçimi, bizə 

həyatda durmaq  imkanı verir ki, digər tərəfdən bizi hər hansı bir qrupa aid etmək üçün kömək edir ki, körpü 

kimi xidmət üçün nəzərdə tutulmuşdur ki, müvafiq olmaq, lakin hər kəs kimi deyil. 

Coco  Şanel    demişdir:  Moda  keçir,  amma  üslub    qalır.Üslub  yalniz  geyim  deyil,  bir  insanın  həyat 

tərzidir, onun dünya görüşü, cəmiyyətdə yerini tutmasıdır.Paltar  seçərkən,  üslubun  müəyyən davranış tələb 

etdiyini də  unutmamalıyıq. 

 

MÜASİR AZƏRBAYCANDA MULTİKULTURALİZM 



 

Talıblı A.T. 

Sumqayıt Dövlət Universiteti 

 

Artıq  müstəqilliyimizin  bərpa  edilməsinin  25-ci  ildönümünü  qeyd  edirik.  25  il  dövlətçilik  tarixi 

baxımından qısa bir dövr olsada, qazandığı tarixi nailiyyətlərin miqyasına, uğurların sayına görə çox böyük 

əhəmiyyət  kəsb  edən  müddətdir.  Bir  çox  Avropa  ekspertləri  etiraf  edirlərki,  onların  dövlətləri  50-60  ildə 

keçdiyi  inkişaf  yolunu  gənc  müstəqil  Azərbaycan  dövləti  cəmi  25  ilə  qət  edib.Avropalılar  nəyi  nəzərdə 

tuturlar?Əlbəttə, öncə vətəndaş cəmiyyətinin formalaşmasını, cəmiyyətin dahada demokratikləşməsini, əsas 

insan  hüquq  və  azadlıqlarının  yüksək  səviyyədə  qorunmasını,  multikulturalizm  və  tolerantlıq  şəraitində 

yaşayan  xalqlara  verilən  önəmin  miqyasını  və  s.  Xüsusilə  sonda  qeyd  etdiyimiz  nailiyyətləri  daha  yüksək 

qiymətləndirirlər.Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra milli mədəniyyətimizin inkişafında da yeni 

dövr başlandı.Müstəqillik illərində Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yoluna qədəm basdı.Sovet 

dövrünün  mədəniyyəti  yeni  məzmun  kəsb  etməyə  başladı.Azərbaycan  Respublikasının  yeni  mədəniyyət 

siyasətinin  düzgün  və  daha  effektiv,  milli  maraqlarımıza  uyğun  təşkili  əsas  istiqamətə  çevrildi.Xalqın 

tərəqqisində  tarixi-milli-mədəni  köklərə  bağlılıq,  qarşılıqlı  anlaşma,  milli  birlik,  yaradıcı  münasibət, 

müasirlik  və  s.  yaradıldı.Heydər  Əliyev  mədəniyyəti  xalqın  böyük  sərvəti  hesab  edirdi.Məhz  onun 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə