Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə265/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   261   262   263   264   265   266   267   268   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



503 

hərəkətdə  plastikliyi,  büküklərdə  xüsusi  sədəf  çaları  həcmi  lifli,  klyoş  yubkalı,  enli  qolları  olan  paltar 

modellərində  öz  təzahürünü  tapır.  Krep–şifon  krepdeşindən  daha  yüngül  parçadır.  Şəffaflıq  onu  başqa 

parçalar  arasında  fərqləndirən  keyfiyyətdir.  Paltarın  obrazı  parçanın  obrazına  yaraşmalıdır:  zərif,  yüngül 

olmalıdır. Şəffaf parçalar qeyri–iradi çalarlar və yumşaq işıq–kölgə ilə zəngindir. Belə parçadan modelləri 

yumşaq  formalı  etmək,  daraltmamaq  məsləhətdir.  Rəqsdə  ipək  paltar  bədənin  hərəkətini  bəzəməyə,  onu 

cazibəli etməyə qadirdir. Gündəlik, daha praktik və statik paltarı, yaxud koftanı süni ipəkdən də tikmək olar. 

Yun  parçanın  ən  qiymətli  xüsusiyyəti  istiliyi  qorumasıdır.  Ancaq  bu  zaman  lifin  özü  yox,  liflərin 

arasını dolduran hava insanı qızdırır. Ona görə də yun parçanın qiyməti onun qalınlığı ilə deyil, yüngüllüyü 

ilə, az çəki müqabilində daha çox hava saxlamaq qabiliyyəti ilə ölçülür. Model parçanın bu əsas məziyyətini 

nəzərə  çarpdırmalıdır.  Kaşemir,  yüngül  krep  demək  olar  ki,  ipək  parçalar  kimi  istifadə  olunur  –  eyni 

sərbəstlik və dinamiklik. Drap paltarlarda ağır, preslənmiş formalardan istifadə etmək olmaz. Bəzək tikişini 

parçanın  kənarından  uzaqda  qoymaq  lazımdır  ki,  həcmlilik  təəssüratı  qorunub  saxlansın.  Palto  formaları 

sərbəst,  detallar  çox  vaxt  dəyərli,  konturludur.  Məmulatı  kompozisiya  cəhətdən  ağırlaşdıran  konstruktiv 

xətlərdən,  bölgülərdən  bacardıqca  az  istifadə  olunmalıdır.  Bundan  əlavə,  keyfiyyətli,  bahalı,  uzunömürlü 

parçanı qorumaq lazımdır – o, hələ sizə lazım ola bilər. Müxtəlif model mürəkkəbliyi – ikili tikişlər, kəsilən 

detallardan mahuddan olan məmulatlarda istifadə etmək olar. 

Lavsanlı  yun  meydana  çıxanda,  ondan  geyimi  yumşaq,  təbii  materialdan  layihələşdirirlər.  Ancaq 

«quru», bərk parça bədənə yapışan paltar və jaketlərin tikişlərində qabarır. Lövsanlı parçalar üçün az tikişli 

düz  formalar  uyğun  gəlir.  Belə  formayadavamlı,  əzilməyən  parça  kəmərli  məmulatlar  –  yubka,  şalvar, 

xüsusilə  bükməli  və  qofre  yubkalar  üçün  əvəzolunmazdır.Əzilməyən  sintetik  parçalar  modeldə  müxtəlif 

formalı  büzmələrin  istifadəsi  üçün  məqsədəuyğundur.  Onlar istismar prosesində,  o  cümlədən  yuyulduqdan 

sonra  yaxşı  qalırlar.  «Plaşevka»  tipli  parçaların  zəif  cəhəti  olan  qeyri  –  plastiklik  çəpinə  biçimlə 

kompensasiya edilir. 

Məxmər,  hətta  rulonda  da  başqa  parçalardan  effektli  görünür.  Ancaq  onu  məmulatda  büzərkən 

təkrarolunmaz  işıq  –  kölgə  oyunu  başlayır.  Ona  görə  də  büzmələr  daima  məxməri  müşaiyət  edir.  Bunu 

nəzərə almamaq həm paltarı, həm də parçanı məzmunsuzlaşdırmaq deməkdir. Dərin, dolğun tonlu parçalar 

yumşaq  formalı  büzülən  paltarlarda  üstünlük  təşkil  edir.Geyim  üçün  toxuculuq  materiallarının  hərtərəfli 

nəzərdən  keçirilməsi  «Tikiş  istehsalının  materialşünaslığı  kursunun  mövzusudur.  Kursun  bu  bölməsində 

material səthinin optik xüsusiyyətlərinin və dekorativ tərtibatının formanın həllinə təsiri nəzərdən keçirilir. 

Kostyum  yaradarkən  formanın  xüsusiyyətlərindən  heç  birini  digərlərindən  ayrı  nəzərdən  keçirmək 

olmaz. Belə ki, rəng və naxış çox vaxt kostyumun formasını təlqin edir, forma geyim üçün materiallara öz 

tələblərini irəli sürür və s. Bir həllin seçimi digərlərinin seçim şərtlərini məhdudlaşdıran bütöv kompleksin 

nəzərə alınmasını zəruri edir. 

 

MƏDƏNİYYƏT TARİXİNDƏ KOSTYUMUN İŞARƏ-SİMVOLİK  

FUNKSİYALARININ ANALİZİ 

 

Namazova N.T. 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

Mədəniyyət tarixində kostyumun işarə-simvolik funksiyaları dedikdə çox böyük bir bilik külliyyatının 

araşdırılması  nəzərdə  tutulur.  Kostyum  tarixində  işarə  simvol  anlayışının  yaranması  çox  qədim  dövrlərə 

söykənir  və  müxtəlif  mədəniyyətli  xalqların  dəyərlərində  öz  əksini  tapır.  Bu  mövzu  həm  texnoloji, 

baxımdan, həm də kompozisiya, rəng və eləcə də elmi baxımdan bütün dövrlərdə tədqiqat mənbəyi olaraq 

tədqiqatçıların  maraq  dairəsini  əhatə  etmişdir.  Azərbaycanda  simvolların  və  ornamentlərin  kostyumların 

üzərinə  həkk  olunması,  onların  hər  birinin  ayrı-ayrılıqda    bir  məna  kəsb  etməsi,    hələ  qədim  zamanlardan 

aktual olmuş və bu günümüzə qədər gəlib çatmışdır. Fərqli-fərqli formalarda olan, ornamentlər, simvol və 

işarələr  müasir  dövrümüzdə  kostyumun  və  hətta  digər  məişət  əşyalarının  üzərində  bəzək  və  naxış  kimi 

təqdim olunmaqdadır. 

Azərbaycanda incəsənətin bütün sahələrdə rəmzi mahiyyətli simvol və işarələrin, kostyum tarixində də 

bəzək  elementi  kimi  çox  yayılması,  sübut  edir  ki,  işarə  və  simvollar  ölkəmizdə  naxış  yaradıcılığının 

yaranmasının  ilk  dövrlərindən  etibarən  başlamışdır.  Bir  qrup  simvollar  müxtəlif  formalardan  ibarət 

yazılardan  quraşdırılmış,  eyni  zamanda  məzmun  baxımdan  müəyyən  bir  məna  daşıyan  stilizə  edilmiş 

hərflərdən ibarət olur. Kostyumun kompozisiyasında bəzəklərarası məna daşıyan simvollar həm də  müstəqil 

olaraq  ayrı-ayrı  kompozisiyalarda  da  inkişaf  edərək  təkmilləşmişdir.  Daha  sonralar  naxış  sənəti  inkişaf 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



504 

etdikcə  geniş  şəkildə  ərsəyə  gəlmişdir.  Demək  olar  ki,  dekorativ  sənətin  bütün  sahələrində  geniş  şəkildə 

istifadə olunan belə təsvir və simvollar kostyumun yaranma və inkişaf tarixində də özünəməxsus yer tutur. 

Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  kostyum  üzərində  bir  çox  kompozisiyalar,  naxış,  ornament  və 

simvolların sintezi ilə kostyumun bədii xüsusiyyət daşımasına böyük təsir göstərmişdir. 

Bütün  bunlarla  yanaşı  olaraq  daha  çox  şərq  mədəniyyətinə  xas  olan  nəbati  naxışlardan  da  istifadə 

olunurdu  ki,  onların  da  hər  biri  özlüyündə  müyyən  bir  məna  kəsb  edirdi.  Elastik  xətlərlə  stilizə  olunmuş  

bulud,  od  şöləsi,  su,  ağac,  budaq,  çiçəklər  və  s.  kimi  elementlər  bəzək  olmaları  ilə  yanaşı  həm  də  rəmzi 

mənalar daşıyırlar.  

Bir qrup təsvirlər də süjetli, ədəbi ünsürlərin stilizə edilmiş təqlidi və dünyanın modelləşdirilməsinə 

xas olan işarə, simvol və naxışlardır. Bu növdə olan təsvirlər çox qədim dövrlərə gedib çıxsa da bu gün də 

müasir Azərbaycan kostyumlarının bədii tərtibatında geniş şəkildə istifadə olunmaqdadır. Bu növ simvol və 

ornamentlər  əsasən  naxış  yaradıcılığının ibtidai  dövründən  başlayaraq  yaranıb,  inkişaf  etməklə  kostyumun 

bədii tərtibatında böyük əhəmiyyət kəsb etmişdir. Bir çox geyimlərin bədii tərtibatında eyni zamanda həndəsi 

formalar  və  naxışlar  mövcuddur.  Bu  naxış  və  simvollar  bu  gün  də  sənətkar  və  tədqiqatçılar  tərəfindən 

öyrənilib, araşdırılmaqdadır. 

Həndəsi  formada  olan  simvollar  da  vardır  ki,  onlar  quruluşuna  görə  konkret  ölçüyə  malik  olmaqla 

yanaşı mütənasib olaraq həndəsi xüsusiyyətlərə sahibdir. Burada  düz, qırıq, xətlər, bir neçə guşəli ulduzlar, 

dairələr və eləcə də riyazi simvollar  aktuallıq daşıyır. Eyni zamanda demək olar ki, bu işarə və simvollar 

kodlaşmaya məruz qala bilən təsvirlərdir.  

Müasir dövrümüzdə itmiş bəzi elementləri nəzərə almasaq görərik ki, kompozisiyaların qurulmasında 

bədii,  eləcə  də  mücərrəd  formalı  motivlər  olduqca  zəngindir.  Eyni  zamanda  bu  elementlərə  nəyinki 

kostyumlarda, hətta digər sənət nümunələrində də rast gəlirik. 

Hər  bir  simvol  və  ornamentlərin  özünəməxsus  cəhətləri  incəsənətin  bütün  dövrləri  ərzində  zaman-

zaman dəyişmiş və inkişaf etmişdir.  

 

AZƏRBAYCAN XALQININ HƏYAT TƏRZİNDƏ MULTİKULTURALİZM 



 

Nizami Kamran Xaqan oğlu 

Sumqayıt Dövlət Universiteti 

 

Coxəsrlik  multikulturalizm  və  tolerantlıq  ənənələrinə malik  Azərbaycan  xalqı  bu  fenomeni  öz  həyat 

tərzinə çevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən 

biri kimi çoxdan öz təsdiqini tapıb. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə 

yaşayan  xalqlar,  toplumlar  özlərini  azad,  firavan  hiss  ediblər.  Çünki,  onlar  özlərinə  həmişə  tolerant 

münasibət  görüb,  sıxılmadan  yaşayıb,  yaşayır  və  mədəniyyətlərini  yaşadırlar.  Bu  gün  ölkəmizdə  başqa 

xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey 

münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Müxtəlif dövrlərdə ölkəmizdə qeyri-islam 

dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və hazırda da onlar öz 

fəaliyyətlərini  davam  etdirirlər.  Heç  kimə  sirr  deyil  ki,  Azərbaycanda  dini  konfessiyalar  arasındakı 

münasibətlərin  kökündə  bir-birinin  dini  inancı  və  mənəvi  dəyərlərinə  dərin  hörmət  dayanır.  Bu  da  onu 

deməyə  əsas  verir  ki,  Azərbaycan  multikulturalizmin  əsas  məkanlarından  biridir.  Məzmunca 

multikulturalizm  ənənələri  Azərbaycanda  əsrlər  boyu  həmişə  mövcud  olub.  Multikulturalizmin  əsasını 

tolerantlıq,  qanunlara,  bir-birinin  azadlığına  hörmət  hissi  təşkil  edir.  Elmi  ədəbiyyatda  verilən  məlumata 

görə,  multikulturalizm  anlayışı  çox  da  qədim  tarixə  malik  deyil.  Multikulturalizm  1960-cı  illərin  sonunda 

Kanadada meydana gəlib. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunub. Beləliklə, multikulturalizm 

bu gün Azərbaycanda gedən demokratik proseslərin və dövlət siyasətinin ayrılmaz tərkib hissəsi, Azərbaycan 

xalqının  isə  həyat  tərzidir.  Bu  çərçivədə  keçirilən  tədbirlər  və  görülən  işlər  isə  ölkəmizdə  multikultural 

təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir.Mövcud milli-mədəni müxtəliflik 

və  etnik-dini  dözümlülük  mühiti  Azərbaycanı  çoxmillətli,  çoxkonfessiyalı  diyar  kimi  dünya  miqyasında 

mədəniyyətlərarası  dialoqun  bənzərsiz  məkanı  etmişdir.  Bu  gün  həmin  mədəni,  linqvistik,  etnik 

rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində 

əsrlərdən  bəri  toplanmış  böyük  tarixi  təcrübənin  xüsusi  qayğı  ilə  əhatə  olunmasını,  zənginləşdirilməsini, 

cəmiyyətdə  bu istiqamətdə  qazanılmış  unikal  nailiyyətlərin  beynəlxalq  aləmdə  təbliğinin  gücləndirilməsini 

zəruri  edir.  Multikulturalizmin  həyat  tərzinə  çevrildiyi  Azərbaycanın  dünyaya  tolerantlıq  nümunəsi  olaraq 

daha  geniş  tanıdılmasının  vacibliyini,  eləcə  də  ayrı-ayrı  ölkələrdəki  müxtəlif  multikultural  modellərə  xas 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə