Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə262/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   258   259   260   261   262   263   264   265   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



497 

Tarixi  sənədlərə  görə  bu  inkişaf  orta  əsrlərdə  yüksək  zirvəyə  çatmışdır.  “Azərbaycan  parçalarının  qızıl 

dövrü”  adlanan  bu  dövrdə  toxunmuş  “Şeyx  Səfi”,  “Ovçuluq”,  “Alman”  və  s.  kimi  dünya  əhəmiyyətli 

parçaları  indi  də  Azərbaycan  parça  şöhrətini  yaşatmaqdadır.  Tarixin  sinəsini  yara-yara  zəmanəmizə  qədər 

gəlib çatan bu sənət nümunələri dünya parça mədəniyyətinin ulduzları kimi “Viktoriya və Albert” (London), 

“Pold-pet  zoli”  (Milan),  “Metropoliten”  (Başinqton),  “Topqapı”  (İstanbul)  və  s.  kimi  dünyanın  bir  çox 

muzeylərinin ekspozisiyalarını bəzəməkdədir.  

Azərbaycan  parçaları   çox  əsrli  inkişaf  yolunu  keçərkən  bir sıra parça  və  xalqların  bədii  sənətlərinə 

təsir göstərmiş və onların elmi, bədii nailiyyətlərinin, Şərqdə birinci olaraq Azərbaycan parça muzeylərinin 

açılması belə mühüm addımlardandır. 

Azərbaycan  xalçalarının  toxunması  üçün  lazım  olan  müxtəlif  növlü,  yun,  ipək,  pambıq  və  digər 

materiallar  respublikanın  özündə hazırlanır.  Bunların boyanması üçün sintetik boyaqlarla yanaşı ənənəvi 

nəbati  boyalardan,  meyvə  qabığı  və  köklərdən  də  istifadə  olunur.  Avtomatik  avadanlığa  malik  boyaqçılıq 

kombinatı Azərbaycan parçalarının gözəlliyini və ipək görkəmli olmasını təmin edir. 

Müasir  Azərbaycan  mədəniyyətini  və  memarlığının    interyer  tələbatına  uyğun  Azərbaycan  xovlu 

xalçaları  30x30  sm-dən  400x600  sm-ə  qədər  müxtəlif  ölçülərdə  və  dəst    xalı-gəbə    şəklində  toxunur. 

Bunların ilmə sıxlığı və məmulatın  ipindən asılı olaraq hər kvadrat metrdə 160.000 ilmədən 640.000 ilməyə 

qədər olur. Azərbaycan  parça və xalçaları özünəməxsus texnoloji xüsusiyyətlərə malikdir ki, bunlar onun 

bədii tərtibat aydınlığı, möhkəmlik və əsrlər boyunca yaşamasını təmin edir. 

Azərbaycan  parçalarının  bədii  tərtibatı,  iqtisadi  və  texniki  xüsusiyyətlərinə  görə  bir  neçə  qrupa 

bölünür. Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ qruplarını əhatə etdiyi xalçaların bədii tərtibatında həndəsi 

və nəbati ornamentlərdən, insan və heyvan  mənşəli naxışlardan təsərrüfat   alətləri və ev şeylərinin stilizə 

olunması  ilə  əldə  edilmiş  dekor  vasitələrdən  istifadə  olunur.  Əsrlər  boyunca  xalq  ustaları  tərəfindən 

yaranması  bu  dekorativlər  zənginləşmişdir.  Bir  sıra  Avropa  rəssamları  hələ  dirçəliş  dövründə  Azərbaycan 

parçalarının nümunələri ilə tanış olmuş və öz əsərlərində dekorativ vasitə kimi ondan istifadə etmişlər. XIX 

əsrdə Azərbaycan parçalarının dünya ticarət bazarlarını zinətləndirmiş, XX əsrin I rübündən sonra məsuldar 

qüvvələrin  inkişafı  ilə  əlaqədar  hər  cəhətdən  yüksək  zirvəyə  qalxmışdır.  Belə  ki,  hazırda  əldə  toxunan 

Azərbaycan xalçaları elm və texnikanın son nailiyyətlərinə əsasən  tikilmiş böyük fabriklərə, müasir texniki 

avadanlıq və mütərəqqi texnologiyaya malikdir.  

Azərbaycan dekorativ tətbiqi sənətinin zəngin örnəklərindən biri parça və tikmə sənətidir.  

Azərbaycan ərazisində müxtəlif dövrlərdə aparılmış arxeoloji qazıntılar göstərir ki, əcdadlarımız hələ 

tunc dövründə əyirmə, hörmə və arxalıq şəkildə olsa da, tikmə işləri ilə məşğul olmuş, öz həyat və məişəti 

üçün əməli əhəmiyyətə malik bir şox sənət nümunəsi yaratmışlar.  

Dövrümüzə  qədər  gəlib  çatmış  ən  qədim  parça  nümunələri  təxminən  eramızdan  əvvəl  II  minilliyin 

sonu və I minilliyin əvvəllərinə aiddir.  

Mingəçevirdən, Ağstafanın Qıraq Kəsəmən kəndindən və s. yerlərdən tapılmış parça tikələri, nisbətən 

sadə üsulda icra olunmasına baxmayaraq, xalq toxuculuq sənətinin ən qədim nümunəsi kimi çox qiymətlidir.  

Əldə edilmiş məlumat göstərir ki, əvvəllər toxuma işi üçün xammal qoyun yunu  və kətan olmuşdur. 

Başqa qədim Şərq ölkələrində olduğu kimi Azərbaycanda da xammal sap halına düşməzdən əvvəl bir neçə 

texniki əməliyyatdan keçirdi. Xammal yaxşıca təmizlənir, yuyulur, gün altında qurudulur, sonra isə iy, cəhrə 

və s. dəzgahlarda əyrilərək sap halına salınırdı.  

Arxeoloji  qazıntılar  zamanı  tapılmış  parça  tikələrinin  kimyəvi  müayinələri  göstərmişdir  ki,  uzaq 

keçmişlərdə toxunmasına baxmayaraq, bu parçalar çox əlvan rəngli boyalarıa boyanmışdır. 

Rənglər əsas etibarı ilə  bitkilərdən və bəzi böcəklərdən düzəldiyi üçün çox təbii və davamlı olmuşdur.  

Boya  istehsalı  üçün  ən  çox  alma,  nar,  qoz,  soğan  qabığı,  tut,  ərik  ağacının  kökü  və  s.  istifadə 

edilmişdir.  Böcəklərdən isə  qırmızı rəng verən koşenil qurdundan  boya hazırlanmışdır.  

Azərbaycan parçalarının  rəngarəngliyi, uzun müddət öz bədii keyfiyyətini itirməməsi və davamlılığı 

barədə hələ eramızdan əvvəl V əsrdə Yunan alimi Herodot (484-525) belə məlumat vermişdir: “Bu yerlərin 

meşələrində  elə  ağaclar  bitir  ki,  yerli  əhali  onların  yarpaqlarını  əzib  su  ilə  qarışdırır,  alınmış  məhlul  ilə 

paltarlarına naxışlar vururlar  bu naxışlar silinməyib, parça köhnələnə qədər qalır”. 

Qədim Azərbaycan parçaları, xüsusən onların rəngi və naxışları barədə əlimizdə lazımi qədər  faktik 

materialın olmamasına baxmayaraq, bu sənət haqqında daş, saxsı, metal məmulatları üzərində həkk olunmuş 

geyim  rəsmləri  əsasında  az  da  olsa  maraqlı  məlumat  əldə  edə  bilərik.    Cənubi  Azərbaycanın  Urmiya  gölü 

əsasında  “Həsənli  təpəsi”ndən  tapılan  e.ə.  VIII-IX  əsrlərə  aid  bədii  qızıl  kasa,  Mingəçevirdə  arxeoloji 

qazıntılar  zamanı  aşkara  çıxarılmış  təsvirli  möhür  üzüklər  və  s.  sənət  nümunələri  bu  cəhətdən  xüsusilə 

maraqlıdır.  




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



498 

Bu əşyaların üzərində təsvir olunmuş geyimlərin bəzəklərindən aydın olur ki, hələ o dövrdə parçalar 

həndəsi, nəbatat, ornament və quş, heyvan rəsmləri ilə bəzədilirmiş. 

Şəhərlərdə  toxunan  parçaların  keyfiyyəti  XVI-XVII  əsrlərdəkinə  nisbətən  xeyli  aşağı  səviyyədə  idi. 

XVIII-XIX əsrlərdə toxunan müxtəlif parça növlərinin bəzək ünsürləri öz incəlik və şairanəliyini itirmişdi.  

XVIII əsrdən başlayaraq, Azərbaycanda toxunan parçalarda Qərbi Avropa naxışları ünsürlərinə də rast 

gəlinir.  Bu  dövrlərdə  müxtəlif  məzmuna  malik  süjetli  parça  naxışları  bütünlüklə  sıradan  çıxır,  nəbati  və 

həndəsi formalı naxışlarla əvəz olunurdu. 

Respublikamızın  muzeylərində  XVIII-XIX  əsrlərin  yadigarı  olan  bir  sıra  basma  naxışlı  parçalar 

saxlanılır. Bu parçalar  az da olsa, o dövrün toxuculuq sənəti haqqında ümumi təsəvvür yaradır. Hələ XVIII 

əsrdə  Azərbaycanın  bir  çox  şəhərində  olmuş  məşhur  türk  səyyahı  və  diplomatı  Övliya  Çələbi  bu  yerlərdə 

(xüsusən  Naxçıvanda)  yüksək  keyfiyyətli  basma  parçaların   istehsal  olunduğunu  və  satılmaq  üçün  bir  çox 

xarici ölkələrə göndərildiyi haqqında qeyd edilirdi. 

 

MULTİKULTURALİZMİN AZƏRBAYCAN  MODELİ 

 

Qarayeva M.A. 

Sumqayıt Dövlət Universiteti 

 

Multikultutalizm  anlayışı  Azərbaycanda  əsrlər  boyu mövcud olmuşdur .  Azərbaycan xalqının zəngin 

multikultural keçmişi təkcə xalqımızın bugünkü  yaşam tərzi ilə deyil , həm də yaratmış olduğu ədəbi -bədii, 

elmi-fəlsəfi,  siyasi-hüquqi qaynaqlarda ,  sənədlərdə yas

̧ ayır .  Ədəbiyyatımızda  “Kitabi-Dədə  Qorqud” 

dastanından bu günə qədər çoxmədəniyyətliliyə

,  orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin 

əsərlərində ümumbəşəri dəyərlərin təbliğinə rast gəlinir .Multikulturalizm  ingilis  dilindən  tərcümədə  “çox 

mədəniyyətlilik” deməkdir. 

Özünəməxsus  milli  və  yüksək  humanist  ənənələrə  malik  olan  Azərbaycan  həm  də  multikulturalizm 

prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir 

ki,  multikulturalizm  xalqımızın  tarix  boyu  formalaşan  milli  keyfiyyətidir  və  bütün  dövrlərdə  cəmiyyətin 

yaşam tərzi olub. Bu gün isə artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək 

kimi  ölkəmizdəki  çoxsaylı  qrupların  sülh  şəraitində  yaşamasına,  bərabərhüquqlu  fəaliyyətinə  tam  zəmin 

yaradır.  

Prezident  İlham  Əliyevin  “2016-cı  ilin  Azərbaycan  Respublikasında  “Multikulturalizm  ili”  elan 

edilməsi  haqqında”  11  yanvar  2016-cı  il  tarixli  sərəncamı  da  göstərir  ki,  multikulturalizm  ənənələrinin 

qorunub  saxlanması,  daha  da  inkişaf  etdirilməsi  və  geniş  təbliğ  olunması  daim  ölkə  rəhbərliyinin  diqqət 

mərkəzindədir. 

Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc 

yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini ,  həyat  tərzini  rəsmən  ifadə  etmək  və  qoruyub  saxlamaq 

hüququna malik olması nəzərdə tutulur .  Multikulturalizm  mədəniyyətlərin  və  sivilizasiyaların  dialoqunun 

zəruri alətidir. 

Azərbaycanda  multikulturalizmin,tolerantlığın  və  dini  dözümlülüyün  inkişaf  etdrilməainin  əsasını 

qədim  dövlətçilik  tarixi  və  ənənələri təşkil edir .Ümummilli liderimiz Heydər Əliyevin siyasəti nəticəsində 

ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdi 

Azərbaycan Respublikası polietnik dövlətdir . Xalq, dövləti təşkil edən etno sdan – azərbaycanlılardan 

və bir sıra milli azlıqlardan :  udinlər,  ingiloylar,  qrızlar,  xınalıqlar,  buduqlar,  tatlar,  talışlar,  ləzgilər və 

digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə 

də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi 

vətənləri olan ruslar ,  ukraynalılar,  belaruslar,  kürdlər,  yəhudilər,  yunanlar,  almanlar və tatarlar yaşayırlar . 

Təkcə  Bakıda  rusların,  ukraynalıların,  kürdlərin,ləzgilərin,  slavyanların,  tatların,  tatarların,  gürcülərin, 

ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman 

və yunanların iyirmidən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların 

kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur. 

Azərbaycan Respublikasının yeritdiyi siyasətin əsas istiqamətlərindəm biri milli azlıqların hüquq və 

azadlıqlarının qorunmasıdır .  İrqindən,  milliyyətindən,  dinindən,  dilindən,  cinsindən,  mənşəyindən və 

mənsubiyyətindən asılı olmayaraq ,  bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən 

milli siyasətin əsas müddəaları Azərbaycan konstitusiyasında  göstərilmişdir. 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə