Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
492
mustəqillik qazandıqdan sonra geyim sahəsində yaranan dəyişikliklər dünya modasının bir başa təsiri
nəticəsində baş verir.
TƏDQİQATIN APARILMASI MƏRHƏLƏSİNDƏ MULTİKULTURAL
DƏYƏRLƏRƏ ƏSASLANMAQ
Əliyev E.T.
Sumqayıt Dövlət Universiteti
Respublikamızın ictimai həyatında olduğu kimi fəal təlim metodu ilə keçirilən dərslərdə də təhsilin
demokratik, tolerant, multikultural əsaslar üzərində qurulması bu günün əsas məqsədlərinə çevrilmişdir. Bir
dərs müddətində davamlı olaraq müəllim həm şagirdlər arası münasibətlərin tənzimlənməsində, həm də
şagird müəllim dialoqunda qarşılıqlı hörmət, bir-birini dinləmə mədəniyyəti, müzakirə aparma mədəniyyətini
və s. xüsusiyyətləri şagirdlərdə davamlı olaraq inkişaf etdirilməlidir. Fəal/interaktiv təlimlə keçirilən dərsin
ikinci mərhələsi olan tədqiqat mərhələsində də bu məsələyə xüsusi diqqət yetirilməlidir.
Tədqiqatın aparılması mərhələsindəki üsullar seçilərkən müəllim onu dərsin məqsədinə uyğun
seçməlidir. Tədqiqat zamanı müəllim:
1.Mövzusuna və məqsədinə uyğun forma və üsul seçməlidir. Qrup işi zamanı bir çox müəllimlər
şagirdlərin formal fəallığını əsas götürürlər. Bizim fikrimizcə, burada şagirdlərin fəaliyyət göstərmək üçün
fəallığı, cavab vermək üçün fəallığı əsas məsələlərdən olmalıdır.
2.Şagirdlərin axırda nəyə görə qiymətləndiriləcəklərini, hansı meyarların əsas götürüləcəyini
qabaqcadan şagirdlərə elan etməli və şagirdlərin rahat görəcəkləri bir yerdən qiymətləndirmə meyarlarını
asmalıdır.
3.Şagirdlərə tədqiqat aparmağa ayırdığı vaxtı qabaqcadan elan etməli və vaxtın bitməsinə 2-3 dəqiqə
qalmış xəbərdarlıq etməlidir. Tədqiqatın sonuna az qalmış “Tez olun.” “Cəld olun.” “Tələsin” kimi
ifadələrdən istifadə etməsi doğru deyil. Çünki şagirdləri tələsdirməklə müəllim yalnız orfoqrafiyası və
səliqəliliyi pozulmuş tədqiqat işi ilə qarşılaşar.
1.Bir qrup tədqiqat işini bitirməmiş digər qrup işinin təqdimatını keçirə bilməz. Çünki tədqiqat işinin
yeniliklərini bütün qrup görmədilərsə, anlamadılarsa, deməli, dərs uğurlu keçməyib. Eyni zamanda onlarda
psixomotor fəallıq təmin olunmaz.
2.Şagirdlərin yaş və anlaq səviyyəsinə uyğun çalışmalar verilməlidir. Bu o demək deyil ki, çox sadə
tipli tapşırıqlar verilsin. Tapşırıqların mürəkkəbliyi elə olmalıdır ki, həm sinfin səviyyəsi, həm də ayrı-
ayrılıqda hər bir şagird onu həll etmək gücündə olsun. Məsələn: Bir məktəbdə 5-ci siniflərin sayı üçdür.
Müəllim hər sinfin bilik və bacarıq səviyyəsinə uyğun çalışmaları tətbiq etməsi daha yaxşı nəticə verər. Əks
halda siniflərdə idrakı fəallığı təmin edə bilməyəcək və dərsin təlim məqsədlərinə nail olmayacaqdır.
1.Bir sinifdə hər qrup üçün eyni dərəcəli tapşırıqlar verməlidir. Əks halda şagirdlərdən müəllimə əks
reaksiya veriləcək ki, “digər qrupa asan, bizə isə çətin tapşırıq verilib”. Buna görə də müəllim özünün ədalət
tərəzisinə inamı azaltmamalıdır, çünki bu məsələ şagirdin təlim keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq
əsas amillərdən biridir.
2.Hazırladığı tapşırıqda şagirdin nə edəcəyi və hansı mənbədən istifadə edəcəyini açıq bildirməlidir.
Əks halda tədqiqatın ortasında şagird bildirəcək ki, “Müəllim, biz burda nə etməliyik ki?”, “Müəllim mən
başa düşmürəm eee..”
3.Qrup işini şagirdlər yerinə yetirərkən müəllim qruplar arasında gəzərək fasilitasiya rolunu yerinə
yetirməlidir. Şagirdləri düzgün mayaka doğru istiqamətləndirməlidir. Ancaq bir qrupa istiqamət veribsə,
hökmən digər qruplara da istiqamət verməlidir.
4.Eyni zamanda qrup işi zamanı formativ qiymətləndirmə üçün özünün formativ qiymətləndirmə
jurnalına qeydlər edə bilər. Şagirdlərin fərdi xüsusiyyətləri haqqında öz qeydlərini dərinləşdirmişdir.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
493
QOTİKA ÜSLUBUNUN TARİXİ VƏ AZƏRBAYCAN
MULTİKULTURALİZMİNDƏKİ YERİ
Əsgərli E.Ş.
Azərbaycan Dövlət İqtisad Universiteti
„‟Gothic‟‟ sözünün kökü Cənubi İskandinaviyanın Qotland bölgəsində yaşayan bir german tayfasından
gəlir. Qotika dövrü Orta əsrləri bitirib, İntibah dövrünü başladan dövrdür. Qotika, bütün incəsənət
növlərində görünsə də, bir memarlıq üslubudur. XII əsrin ikinci yarısında Roma memarlığına bağlı olaraq
Avropada ortaya çıxan Qotika üslubu, XVI əsrin ortalarında klassik memarlıq yaranana qədər davam etti.
Qotika rəsmləri, heykəltəraşlıq və Qotika memarlığı Avropaya hakim olmuş və Renesans dövrünə qədər
məşhurluğunu qorumuşdur. Moda və arxitektura iki fərqli dizayn sahəsi olmasına baxmayaraq, keçmişdən
günümüzə qədər müşahidə olunan bir çox ortaq nöqtəyə sahib olduqları görünür. Qotika dövründə moda
dizaynında memarlarlıqdan ilham alınması bu sahələrin bir-birinə necə təsir göstərdiyini göstərir. Buna görə
də, həm sahələrdə ümumi estetik meyarlar, həm də eyni nəzəri və ideoloji infrastrukturun paylaşılması
formal və struktur oxşarlıqlarını ortaya çıxardı. Dövrün sosioloji və mədəni faktorları həm moda
dizaynerlərinə, həm də memarlara təsir göstərmişdir. Bu əsərlərə tarixi prosesin bir hissəsi kimi baxsaq,
dövrünün qiymətsiz antropoloji quruluşlardır.
Orta əsrlər dövrünü əhatə edən Qotika dövrü papalıq və səltənət arasındakı bir güc nümayişi olaraq
ortaya çıxmışdır. Bir incəsənət anlayışı, üslubu veya stili kimi tanınan Qotikaortaya çıxdıqdan sonra digər
incəsənət üslublarına və cərəyanlarına təsir etmişdir. Bugünə qədər Avropada incəsənətin inkişafının sırf
Renesans dövrü ilə əlaqələndirilməsi Qotika incəsənətinin uğurlarına kölgə salmışdır. Qotika Fransada
ortaya çıxmış və digər Avropa ölkələrinə yayılmışdır. Bu üslubda üfüqi xətlər yerinə şaquli xətlərə üstünlük
verilmişdir. Avropada bir çox mühim Qotik binalar var və stil xüsusiyyətlərinin ən klassik nümunələri
Fransada yerləşir.
Qotika dövrünün klassik kilsələri Avropa arxitekturasının maraqlı hissəsidir. Çünki Qotika, Yunan və
Roma memarlığından çox az təsirlənmişdi. Bu memarlıq özü yeni bir mühitdə yaranıb inkişaf etmişdir.
Qotika kilsələrində yüksək pəncərələrin olması həll olunması vacib olan işıqlandırma probleminə gətirib
çıxardı və bu pəncərələrdən az işıq gəlməsini təmin etmək üçün vitraj yarandı. Beləliklə, dini atmosferlərə
uyğun bir rəng kolorintində işıqlandırma yarandı. Dövrün ən səciyyəvi yeniliyi, İncildən hekayələrin təsvir
olunduğu nəhəng vitrajların ortaya çıxmasıdır. Beləliklə, daşları və rəngli şüşələri ilə bütün struktur oxuma-
yazma bilməyənlər üçün İncil funksiyasını daşımışdır.
Qotika üslubunun təsiri Azərbaycan memarlığından da yan keçməmişdir və həmin binalar Azərbaycan
multikulturalizminin ən gözəl numunələrindəndir. Bu gün elm ocağına çevrilən heyretamiz
“İsmailiyyə”abidəsi zaman-zaman tariximizdə baş verən faciələri də özündə yaşadıb. Azərbaycanın
müstəqillik ideyaları da ilk dəfə məhz bu binada səslənib.Həmçinin 1895-1897-ci illərdə Tiqran Məlkovun
sifarişi əsasında tikilmiş ev vəTağıyevin qızlar məktəbi binasının layihəsi 1892-1904-cu illərdə Bakının baş
memarı olmuş İ.V.Qoslavskının əməyinin məhsuludur. Bu binalar da Qotika üslubunda inşa edilmişdir.
Nəticədə, Qotika stili: sütunlu taxtlar, heykəllər, dini motivlər, hamını heyran edən zərif forma və xətlər kimi
səciyyəvi xüsusiyyətləri ilə incənət tarixində dərin iz qoymuşdur. Bundan əlavə, bu sənət əsərləri böyük
tarixi dəyərdir və bu tarixi dövrü təhlil etmək üçün böyük əhəmiyyət kəsb edir.
MÜASİR DƏBİN FORMALAŞMASINDA AVANQARD ÜSLUBUNUN ROLU
Hacıbalazadə X.R.
Azərbaycan Dövlət İqtisad Universiteti
Müasir geyimin inkişafı və bu inkişafıyla əlaqəli olan dəb keçmiş, indiki, gələcək dövrlər arasında
əlaqələndirici bənd olmaqla, insanın cəmiyyətdə maddi və mənəvi həyatının vacib hissəsini təşkil edir.Hələ
geyim tam formalaşmağa başlamadığı dövürlərdə bu proses insanlar tərəfindən kor təbii şəkildə yerinə
yetirilirdi. Yəni bu zaman insanı düşündürən örtünmək və qorunmaq idi.
Zaman keçdikcə isə geyim insanın nəinki qorunması, örtünməsi üçün və həmçinin estetik baxımdan
göz oxşayan olmasıda əsas götürüldü. Geyim insanın daxili aləmiylə uzlaşdığı zaman, insan özünü rahat hiss
edir və olduğu kimi görünür.Geyim bir sənət nümunəsidir.