Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə257/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   253   254   255   256   257   258   259   260   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



489 

QLOBALLAŞMA VƏ MULTİKULTURALİZM 

 

Cəbiyeva G.Ə. 

Sumqayıt Dövlət Universiteti 

 

 “Multikulturalizm” anlayışının işlədilməsinə nisbətən yaxın vaxtlarda başlanmışdır. Multikulturalizm 



mövcud mühitin demokratikləşdirilməsi, sərbəst qarşılıqlı təsirin və mədəni plüralizmin inkişafı tendensiyası 

ilə səciyyələnə bilər. 

Qloballaşan  dünyada  multikulturalizm  mədəni  müxtəlifliyin  qorunması,  mədəniyyətlərarası  dialoqun 

inkişafı, demokratik dövlət konsepsiyası, tolerantlıq istiqaməti, müxtəlif mədəniyyətlərin vahid cəmiyyətdə 

və dövlətdə dinc yanaşı mövcudluğu və qarşılıqlı təsiri siyasətidir. Multikulturalizmin xarakterik xüsusiyyəti 

tolerantlıqdır (dözmlülükdür). 

Hər  bir  cəmiyyətin,  xalqın  idealları,  prinsipləri,  dəyərləri  müasir  sivilizasiyanın  naliyyətləri  ilə 

vəhdətdə  öyrənilərsə,  onun  yeniləşməsi  işi  humanist  və  demokratik  görkəm  alması  prosesi  bir  o  qədər 

səmərəli  və  intensiv  gedər,  qlobal  problemlərin  həlli  yolları  xeyli  sadələşərdi.  Bu  cəhətə  xüsusi  önəm 

verilməlidir  ki,  bu  anlayışın  tətbiqi  bir tərəfdən  bəşəriyyətin  tarixi, inkişaf  səviyyəsi  haqqında  təsəvvürləri 

xeyli dərəcədə zənginləşdirmək imkanı qazandırır, ictimai tərəqqinin mexanizmini daha mükəmməl və ətraflı 

surətdə dərk etməyə şərait yaradır, digər tərəfdən, bəşər cəmiyyətinin inkişafının keyfiyyət tərəflərini, onun 

təkmilləşməsi ilə əlaqədar səciyyəvi əlamətləri daha aydın təsəvvür etməyə imkan verir.  

 Ölkəmizdə multikulturalizmin əsasını çoxetnoslu tərkibi olan Azərbaycan xalqı təşkil edir və xalqımız 

müxtəlif etnosların birliyini təmsil edir. Məlum olduğu kimi, azərbaycançılıq ideolojiyası ulu öndər Heydər 

Əliyev  tərəfindən  yaradılmışdır.  Ümummilli  lider  Heydər  Əliyev  1993-cü  ildə  hakimiyyətə  qayıtdıqdan 

sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və idtisadi əsaslarını yaratmaqla yanaşı, 

Azərbaycan  cəmiyyətinin  inkişafının  ideya  təməli  olan  azərbaycanşılıq  konsepsiyası  irəli  sürülmüşdür. 

Akademik  Ramiz  Mehdiyev  azərbaycançılığı  milli  ideolojiyanın  kamil  nümunəsi  hesab  edərək  yazır  ki, 

azərbaycançılığın  məzmunca  mahiyyətini  müxtəlif  xalqların,  mədəniyyətlərin,  ənənələrin,  konfessiyaların 

üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, mədəni kodlarını və 

rəmzlərini  mənimsəyərək  onlardan  yeni  ideyaları  əsaslandırmaq  və  milli  dövlətin  inkişafının  yeni 

istiqamətini müəyyənləşdirmək üçün istifadə edilir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir. 

Azərbaycançılığın gücü həm də bundadır ki, o fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə 

və xalqın milli-mədəni eyniliyini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın 

özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissini 

gücləndirir,  tənhalıq  və  qəriblik  hissini  aradan  qaldırmağa  kömək  göstərir.  Bu  ideologiya  Azərbaycanda 

vahid cəmiyyət, vahid xalq formalaşdırır. 

Azərbaycanda təşəkkül tapmış davamlı tolerantlıq mühiti, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası 

dialoq  praktikası  bir  model  olaraq  dünyanın  diqqətini  çəkir,  Azərbaycan  cəmiyyətində  bərqərar  olmuş 

möhkəm  milli-mənəvi  həmrəylik  və  ictimai-siyasi  sabitliklə  birləşərək  ictimai-siyasi  və  iqtisadi  tərəqqinin 

mühüm  elementinə  çevrilir.  Dinindən,  irqindən,  milli  mənsubiyyətindən  asılı  olmayaraq  bütün 

vətəndaşlarımız  heç  bir  ayrıseçkiliyə  məruz  qalmadan  konstitusiyamızın  onlara  verdiyi  bütün  hüquqlardan 

lazımı  səviyyədə  yararlana  bilirlər.  Elə  bunun  nəticəsidir  ki,  əsası  Ümummilli  Liderimiz  Heydər  Əliyev 

tərəfindən müəyyən edilən, indi isə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən 

milli, etnik, dini siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.  

Azərbaycanda  multikulturalizmə  böyük  önəm  verilir.  15  may  2014  cü  il  tarixdə  Prezident  İlham 

Əliyev  tərəfindən  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  yaradılması  haqqında  sərəncam 

imzalanmışdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında məqsəd tolerantlığın bir həyat 

tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik, mədəni, dini 

müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması  yollarını müəyyənləşdirmək, 

təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü biruzə verən çatışmazlıqların sistemli şəkildə aradan 

qaldırılması istiqamətində layihələr həyata keçirməkdir.  

Qloballaşan  sivilizasiyanın  Azərbaycanda  təzahürünün  səciyyəvi  cəhəti  odur  ki,  əslində  xalq  ictimai 

tərəqqinin  bir  çox  səhifələrini  yenidən  çevirmək,  buraxılmış,  istifadə  edilməmiş  imkanları  yenidən  işə 

salmaq,  yüksək  inkişaf  etmiş  dövlət  yaratmaq  vəzifəsini  inamla  yerinə  yetirməkdədir.  Burada  neftdən 

asılılığın  azaldılması,  qeyri-neft  sektorunun  daha  da  inkişaf  etdirilməsi  qarşıda  duran  əsas  vəzifələrdəndir. 

Bu məqsədlə ciddi dəyişikliklər və yeniləşmə dövrünə qədəm qoyma bəzi çətinliklər və maneələrlə müşayiət 

olunsa da, Azərbaycan sivilizasiyalararası dialoqda, dünya sivilizasiyasının nəaliyyətlərindən bəhrələnməkdə 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



490 

özünəməxsus  rol  oynayır.  Xalqımız  XXI  əsrin  ilk  on  illiyində  ictimai  və  iqtisadi  inkişafda  baş  vermiş  bu 

keyfiyyət  dəyişikliklərini  bütün  cəhətləri  ilə  dərk  edə  bilmiş,  baş  verən  dəyişikliklərə  uyğunlaşmaq, 

qloballaşma  əsri adlandırılan  XXI  əsri  bütünlüklə sivilizasiyalı  münasibətlər  əsrinə  çevirib  başqa  xalqlarla 

bir cərgədə addımlamaq üçün öz yaradıcı imkanlarını genişləndirmək  yoluna qədəm qoymuşdur. Bir fakta 

şübhə  etməmək  olar  ki,  ötən  illər  Azərbaycan  tarixinə  həm  milli  təfəkkürdə  suverenliyə  və  müstəqilliyə 

doğru  cəsarətlə  dönüş,  həm  də  milli  intibahın,  sivilizasiyalı  və  multikultural  inkişafın  yeni  mərhələsi  kimi 

daxil ola bilmişdir. 

Tarixən  multikulturalizm  Azərbaycanda  olmuş  və  yaşam  tərzinə  çevrilmişdir.  Ölkə  vətəndaşları 

Azərbaycanda  yaşayan  bütün  azsaylı  millət  və  xalqların  milli-mənəvi  dəyərlərinə,  mədəni  irsinə  hörmətlə 

yanaşırlar.  Respublikamızda  ayrı-ayrı  konfessiyaların  təmsilçiləri  də  millətimiz  tərəfindən  yalnız  tolerant 

münasibətlə  rastlaşırlar.  Bütün  bunlar  dövlət  səviyyəsində  aparılan  uğurlu  siyasətin  nəticəsidir,  ölkə 

rəhbərliyinin  sözdə  deyil,  əməldə  insanlarımızın  hüquq  və  mənafelərini  pirioritet  hesab  etdiyinin  əyani 

sübutudur. Biz gerçəkdən də qurur duyuruq ki, multikultural dəyərlərin yüksək səviyyədə təşəkkül tapdığı və 

inkişaf etdiyi bir ölkədə-Azərbaycanda yaşayırıq.    

  

MÜASİR AZƏRBAYCANDA MƏDƏNİ MÜXTƏLİFLİK 



 

Cəfərli G.E. 

Sumqayıt Dövlət Universiteti 

 

Əsrlər boyu Azərbaycanda 80-dən çox etnosun nümayəndəsi yerli etnos olan azəri türkləri ilə yanaşı 

yaşayır.  Bu  tarixi  təcrübə  azsaylı  etnosların  və  etnik  qrupların  yoxa  çıxması  təhlükəsinin  aradan 

qaldırılmasına  səbəb  olmuşdur.  Azərbaycanda  bir  dəfə  də  olsun  dini  və  etnik  ədavət,  sayından  asılı 

olmayaraq,  etnik  azlıqlarla  münasibətdə  ayrı-seçkilik  faktları  qeydə  alınmayıb,  çünki  Azərbaycan  dövləti 

onların hər birinə eyni dərəcədə qayğı göstərir. Azərbaycanda yaşayan xalqların və etnik qrupların maddi və 

bədii  mədəniyyət  nümunələri,  milli  məişəti  dünya  ictimaiyyətinə  çatdırır.  Etnik  azlıq  və  qrupların  mədəni 

irsinin  qorunub  saxlanılması  və  inkişaf  etdirilməsi  məqsədilə  iki  ildən  bir  azsaylı  xalqların  incəsənəti 

festivalı  keçirilir.  Azsaylı  xalqların  adət-  ənənəsini,  mətbəxini,  folklorunu  əhatə  edən  filmlər  və  verilişlər 

ingilis  dilinə  tərcümə  olunaraq  Avropa  tamaşaçılarına  təqdim  edilir.  Milli  azlıqlar  öz  milli  mərkəzlərini, 

assosiasiyalarını  və  digər  qurumlarını  yaratmaq  hüquqlarından  tam  istifadə  edirlər.  Hazırda  Azərbaycanda 

onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında “Birlik” cəmiyyəti, rus icması, slavyan 

mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, “Ronai” kürd mədəni mərkəzi, “Samur” 

ləzgi  milli  mərkəzi,  Azərbaycan-slavyan  mədəniyyət  mərkəzi,  tat  mədəniyyət  mərkəzi,  Azərbaycan-tatar 

cəmiyyəti,  “Turqan-tel”  tatar  mədəniyyət  cəmiyyəti,  “Yaşlıq”  tatar  mədəniyyət  mərkəzi,  “Krım”  Krım 

tatarları  cəmiyyəti,  gürcü  cəmiyyəti,  Azərbaycan  gürcülərinin  humanitar  cəmiyyəti,  ingiloy  icması,  çeçen 

mədəniyyət mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, Ahıska türk qadınlarının “Sona” cəmiyyəti, talış 

mədəniyyət mərkəzi, avar cəmiyyəti, dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, gürcü-

yəhudi icması, yəhudilərin qadın humanitar assosiasiyası, “Kapelhaus” alman mədəniyyət icması, “Polonia” 

polyak mədəniyyət mərkəzi, “Mada” Beynəlxalq talış assosiasiyası, “Avesta” talış assosiasiyası, “Orain” udi 

mədəniyyət mərkəzi, “Buduq” mədəniyyət mərkəzi, saxur mədəniyyət mərkəzi də vardır. Milli azlıqların sıx 

yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları 

fəaliyyət  göstərir.  Məsələn,  Qusar  rayonunda  ləzgi,  Qax  rayonunda  isə  Gürcü  Dövlət  teatrları,  Astara  və 

Lənkəran rayonlarında talış folklor qrupları fəaliyyət göstərir. Dövlət Radio stansiyası tərəfindən mütəmadi 

olaraq,  kürd,  ləzgi,  talış,  gürcü  və  rus  dillərində  verilişlər  hazırlanır.  Balakən  rayonunda  avar  dilində, 

Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində 

verilişlər  yayımlanır.  Bakıda  rus,  kürd,  ləzgi  və  talış  dillərində  qəzetlər  nəşr  olunur.  Azərbaycan  türkləri 

mehriban,  qonaqpərvər  və  humanist  olduğu  üçün respublikamızda  yaşayan  digər  xalqlar  özlərini  hərtərəfli 

ifadə edə bilirlər.Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini 

yaşatmaq üçün şərait yaradılıb. 1999-cu ildə keçirilmiş müstəqil Azərbaycan Respublikası əhalisinin ilk milli 

siyahıyaalınması  məlumatlarına  əsasən  Azərbaycan  əhalisinin  milli  tərkibi  azərbaycanlılarla  yanaşı  onlarla 

digər millət və xalqlardan ibarət olmuşdur.2009-cu ilin siyahıya alınmasına görə ölkə əhalisinin 8,4 faizini 

milli  azlıqlar,  azsaylı  xalqlar  və  etnik  qrupların  nümayəndələri  təşkil  etmişdir.  Dövlətimiz  milli  azlıqların 

müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur, milli azlıqların məsələləri ilə məşğul 

olan 50-yədək  qeyri-hökumət  təşkilatı,  mədəniyyət mərkəzləri,  xeyriyyə  cəmiyyətləri  və  s.  ictimai  birliklər 

fəaliyyət göstərir. Azərbaycanda yaşayan etnik qrupların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə