Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə260/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   256   257   258   259   260   261   262   263   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



494 

Keçmişdən birdəfəlik qopmaq, onu unutmaq mümkün deyil. Bu, dəb dünyasında da belədir. Məsələn, 

hər bir dizayner öz kolleksiyasında keçmişin dəb tendensiyalarına aid nəyisə yada salır. Ümumiyyətlə, moda 

dəyişkən olsa da, bir müddət sonra yenidən qayıdır. 

Hər  bir  sosial  norma  kimi  dəb  də,  müəyyən  sanksiyalara  istinad  edir.  Lakin  bu  sanksiyalar  yumşaq 

xarakterə  malikdir.Məsələn,  dəbilə  ayaqlaşmaq  yaxşıdır,  lakin  bu,  fərdin  milli  qəhrəmana  çevrilməsi  üçün 

çox azdır.Dəbə riayət etməmək, ona qarşı etinasız olmaq arzu edilməzdir.Lakin bu halda da, heç bir sosial 

təcriddən və cəza tədbirlərinin tətbiqindən söhbət gedə bilməz. Sadəcə olaraq, elə yüksək dairələr mövcuddur 

ki,  məsələn  nüfuzlu  diplomatiya  strukturları,  elitar  klublar,  “ulduz”ların  toplandığı  “bomond”  adlandırılan 

yığıncaqlarda  dəbi  vacib  şəkildə  aktuallaşır  və  nisbətən  kəskin  xarakter  daşıyır.  Dəbə  uyğun  geyinməmək 

belə cəmiyyətlərdə, kifayət qədər pis qarşılanır və şəxsin nüfuzuna böyük xələl gətirir. 

Yalnız  XX  əsrdən  başlayaraq,  dəb  ictimai  həyatın  tənzimləyicisi  kimi  özünü  göstərməyə  başlayır. 

Məhz bu dövrdən etibarən, dəb haqqında, ölkənin bir təbəqəsinin norması kimi deyil, məhdud zaman ərzində 

universal norma kimi nəzərdən keçirilir. O bu zaman özünün sosial məziyyətini qismən itirmiş olur. Dəbin 

başlıca dəyəri onun müasirliyindədir. O öz müasirliyini, hətta çox qədim elementə yenidən qayıtdıqda belə 

saxlayır. Dəb müasir olmaya bilməz, bu onun mahiyyətinin kökündədir.Müasirlik və keçərilik – dəbin əsas 

mahiyyətini təşkil edir.Köhnə dəb isə, artıq antidəbdir.Dəb nə qədər təzədirsə, onun keyfıyyəti və dəyəri də 

yüksək olur. 

XX  əsr  mədəniyyət  sahəsində  baş  verən  dəyişikliklər,  dəb  sənayesi  və  dəb  üslublarında  öz  əksini 

tapmışdır.  

Ümumiyyətlə,  üslubinsanda  müəyyən  imic  yaradır.  Imic  o  zaman  savadlı  və  inandırıcı  olur  ki, 

sahibinin  daxili  kеfiyyətlərinə,  xaricinə  və  tеmpеramеntinə,  yaşam  tərzinə  uyğun  gəlir.  Xarici  görkəm 

insanın daxili vəziyyətini əks еtdirir. Əgər orta əsrlərdə, müəyyən dövrdə mövcud olan üsluba xas cizgiləri 

olan gеyimdən istifadə еtmək mütləq idisə, müasir dövrdə insan özünə, xaraktеrinə uyğun gеym üslubundan 

sərbəst istifadə еdə bilir. Insan öz xasiyyətini dəyişmək üçün ilk növbədə qardеrobunu dəyişir.  

Əminliklə qeyd edə bilərik ki, müasir dəbin yaranmasında avanqard üslubunun əvəzsiz rolu var. 

Avanqard  qeyri-adi  yenilikləri  olan  stildir.  Moda  ilə  inkişaf  edən  tendensiyaları  bildirir.  Moda 

tərəfdaşları asanlıqla qəbul edilir, çünki mövsümi moda yeniliklərini ifadə edir. Rənglər və kəsiklər sıradan 

çıxır. 

Fransız  hərbi  sözündən  "lider"  gəlir.  Gərək  Fransızcada  ehtiyac  digər  dillərdə  mədəniyyət,  sənət  və 



siyasət ilə əlaqəli olaraq, "yenilikçi" və ya "təcrübi" işlər və ya kəslər mənasını verər. 

Avanqard sənəti; mədəniyyət, qəbul edilən normaları reallıq tərifləri içində sarsıtmaq və sərhədlərini 

dəyişdirmək  məqsədi  daşıyır.  Bu  normalar  ictimai  islahatlardan  estetik  təcrübə  mübadiləsinə  qədər  dəyişə 

bilər. 


Avangard sənət, mədəniyyət və siyasətdə ənənəvi sərhədləri məcbur edən, təcrübi, yaradıcı adam və 

əsərlər üçün istifadə edilər.Avangard radikal dəyişikliklərin bayrağıdır. 

Erkən  dövr  Avanqard  hərəkətlərin  təbiəti,  məzmun  yerinə  formaya,  mövzudan  çox  estetik  təsirə 

əhəmiyyət verən qaydalara meydan oxumaqdır 

Əsasən fərqliliyi sevənlərin üstünlük verdiyi bu dəb günümüzdə aktiv sitilər siyahısına daxıldır. 

Müasir Azərbaycan  dizaynerləri çoxcəhətli yaradıcılığı, ölkəmizin müstəqillik qazandığı dövrdə, XX 

əsr Azərbaycan incəsənətində ən parlaq səhifədir və müxtəlif nəsillərin ayrı-ayrı zaman kəsiyində avanqard 

üslubunun müxtəlif istiqamətlərində yaratdığı yanaşma tərzi ilə seçilir. 

 

MULTİKULTURALİZMDƏ DÜNYA TƏCRÜBƏSİ 

 

Heydərova G.B. 

Sumqayıt Dövlət Universiteti 

 

VII  əsrin  I  yarsın  da  Ərəbistan  yarımadasında  meydan  gələn  İslam  dini  və  onun  əsasında  yaranan 

güclü Ərəb xilafəti öz nüfuzunu qıraq ərazilərə yaymaq üçün irimiqyaslı savaşlara başladı. Tarixdən İslamın 

və  bir  dövlət  olmaq  etibariylə  Xilafətin  (peyğəmbərin  xəlifələri  tərəfindən  idarə  olunduğu  üçün  belə 

adlanırdı)  “yer  üzünə  yayılma  çağı”  adlanan  dövrü  başlandı.  Azərbaycan  ərazisinə  ərəblərin  ilk  hücumları 

639-cu  ilə  təsadüf  edir.  “643-644-cü  illərdə,  xəlifə  Ömərin  dövründə,  ərəblər  tarixi  Azərbaycan  ərazisinin 

yalnız  cənub  və  Dərbəndədək  Xəzər  sahili  torpaqlarını  tuta  bildilər.  705-ci  ildə  isə  Xəlifə  I  Validin 

zamanında  ərəb  qoşunları  Mehranilər  sülaləsini  hakimiyyətdən  uzaqlaşdıraraq  Aqvan  knyazlığına  son 

qoydular. Bu dövrdən etibarən Şimali Azərbaycan torpaqları da Ərəb xilafətinin tərkibinə qatılmış oldu. Ölkə 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



495 

xilafət qanunları və canişinləri tərəfindən idarə olunmağa başladı. Azərbaycan Ermənistan və digər əyalətləri 

də içərisinə alan əl-Cəzirə adlanan dördüncü əmrliyin tərkibinə daxil idi. Bu əmirliyin paytaxtı əvvəlcə Dvin 

şəhəri Abbasilər taxta çıxdıqdan sonra Bərdə şəhəri oldu. «Bütün insanlar qardaşdırlar; bütün insanlar Allah 

qarşısında  bərabərdirlər»  kimi  müddəaları  Şərqdə  çox  yayılmış  pul-əmtəə  münasibətlərini  inkişaf  etdirib, 

onları dini cəhətdən izah edərək əsaslandırması, ayin (sitayiş forması) məsələsində sadəliyi, təbii ki, insanları 

cəlb edirdi. Buna qədim Şərqin dinlərinə məxsus ayinçiliyin, xüsusən zərdüştilik üçün səciyyəvi olan ibadət 

zamanı möminin pak olması tələbinin qalması da təsir göstərirdi. İslam dini təkcə üç qitənin  – Avropanın, 

Asiyanın və Afrikanın qovuşduğu yerdə (coğrafi ərazidə), meydana gəlməmişdi, demək olar ki, o, həm də 

dağılmaqda  olan  quldarlıq  quruluşunun  Ərəbistanda  qalmaqda  davam  edən  qəbilə-  tayfa  münasibətləri  ilə 

erkən  orta  əsrlər  feodalizminin  bir-birindən  ayrıldıqları  yolayrıcında  meydana  gəlmişdir.  İslamın 

ehkamlarından  həm  onun  yayılma  sərhədlərinin  sürətlə  genişləndirilməsinə  siyasi  cəhətdən  bəraət 

qazandırmaq üçün, həm də yeni sosial prinsiplərin möhkəmləndirilməsi üçün istifadə olunur. İslam məzlum 

aşağı  təbəqələrin  ideologiyasına  çevrilməyə  (ilkin  xristianlıqda  olduğu  kimi)  macal  tapmadı,  o  özünün 

yaranmasının elə başlanğıcından dövlət dini rolunda çıxış etməyə başladı. Buna görə də artıq Məhəmmədin 

Məkkədən Mədinəyə köçdüyü (hicrət etdiyi) zamandan İslamda mənəvi-əxlaqi və fəlsəfi məsələlərdən daha 

çox  müsəlman  cəmiyyətinin  ictimai-siyasi  quruluşunun,  onun  həyat  və  fəaliyyətinin  hüquqi  cəhətlərinin 

prinsiplərinə diqqət verilirdi. Məhəmməd öz fəaliyyətinin ilk mərhələsində öz missiyasını (ilahi tapşırığını) 

yerinə yetirmək üçün təbliğat, dilətutma, qorxutma yollarından istifadə edir, yəni insanların şüuruna təbliğat 

fəaliyyəti ilə təsir göstərirdi. Bu haqda V.Bartold yazırdı: «Məkkədə Məhəmməd heç kəsin hökmdarı deyildi, 

o insanları tövbəyə, imana və fəal məhəbbətə dəvət edərkən yalnız onların könüllü iradəsinə müraciət edə 

bilərdi; təbii ki, Məkkə surələrində insanın vəzifələri və məsuliyyəti haqqında təlim Allahın hər şeyə qadir 

olması  haqqında  təlimdən  daha  çox  yer  alır.  Müsəlman  icmasının  yarandığı  (formalaşdığı),  Məhəmmədin 

yeni  din  təbliğatından  öz  hərbi  gücü  ilə  dinsizləri  (kafirləri)  və  başqa  dinlərdən  onları  dəhşətə  gətirən  bir 

teokratik  (dini)  dövlətin  başçısına  çevrildiyi  Mədinə  dövründə  isə  bütünlüklə  başqa  bir  mənzərənin  şahidi 

oluruq. İndi İslam süst bir dindən döyüşkən bir dinə çevrilir. Məhəmmədin Mədinəyə gəlişindən (622-ci il) 

onun ölümünədək (632-ci il) keçən on il [bu] dinc din və sosial həyat islahatçısının təlimini bütün dünyaya 

müharibə  elan  etmiş  bir  dinə  çevrilmək  üçün  yetərli  oldu».  İslamın  hakim  mövqe  tutduğu  bu  dövrlərdə 

Azərbaycan  ərazisində  xristianlıq  və  musəvilik  kimi  dünya  dinləri  də  paralel  olaraq  mövcud  idi  və  bu 

dinlərin daşıyıcıları öz inanclarını sərbəst həyata keçirə bilirdilər. 



 

MÜSTƏQİLLİYİN İLK İLLƏRİNDƏ AZƏRBAYCANDA DİNİ DURUM 

 

Həsənli M.H. 

Sumqayıt Dövlət Universiteti 

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ 

başladı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik 

aktları  beynəlxalq  hüquq  normalarına  uyğunlaşdırıldı.  Uzun  illər  ibadət  ocaqlarının,  dini  icmaların 

fəaliyyətinə,  dini  ayinlərin  icrasına,  dini  təyinatlı  ədəbiyyatın  nəşrinə  və  yayılmasına  qoyulmuş  qadağalar 

aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqı öz milli 

və  dini  bayramlarını  azad,  sərbəst  qeyt  etmək  hüququ  əldə  etdi,  ölkə  vətəndaşlarının  müqəddəs  yerlərə 

ziyarətinin  təşkili  üçün  şərait  yaradıldı.  İllər  boyu  baxımsızlıqdan  uçub  dağılmış  pir  və  ziyarətgahlar 

fəaliyyətini  yenidən  bərpa  etdi,  gənc  nəslin  sağlam  ruhda,  milli-mənəvi  dəyərlərə  sadiq  yetişməsi 

istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Qeyd olunan müsbət dəyişikliklərlə yanaşı 

dini  durumda  narahatlıq  doğura  biləcək  məqamlar  da  müşahidə  olundu.  Dövlətin  dini  etiqad  və  vicdan 

azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə 

cəhd  edən  qüvvələr  meydana  çıxdı.  Onlar  bütün  imkanlarını  səfərbər  edərək  qeyri-ənənəvi  dini  təlimləri 

təbliğ  edir,  dini  durumun  gərginləşdirilməsinə,  radikal  dini  təriqətlərin  Azərbaycanda  yayılmasına 

çalışırdılar.  Belə  bir  ağır  şəraitdə  Azərbaycan  hökumətinin  üzərinə  ciddi  vəzifələr  düşürdü.  Dövlət 

nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı, 

dözümlülük  ənənələrini  qorumalı,  dini  fəaliyyət  sahəsində  cərəyan  edən  hadisələri  təhlil  etməli  və  dini 

durumu  nəzarətdə  saxlamalı  idi.  Ancaq  həmin  dövrdə  cərəyan  edən  hadisələr,  iqtisadi  və  siyasi  durum  bu 

vəzifələrin uğurla həyata keçirilməsinin bir o qədər də asan olmadığını söyləməyə əsas verirdi. 

Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dövlət-

din  münasibətlərinin  hüquqi  müstəvidə  tənzimlənməsi,  radikal  təriqətlərin  və  missioner  təşkilatların 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə