Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

 

29

Lahican  şəhəri  gözəl  təbiəti  və  tarixi  abidələri  ilə  fərqlənir  və  bölgənin 



çayçılıq  mərkəzi  hesab  olunur.  Turistlər  üçün  burada  çay  muzeyi  yaradılıb.  İran 

sahilinin əlverişli təbii iqlim şəraitinə baxmayaraq, onun rekreasiya potensialından 

hələ ki, tam  istifadə olunmur. Digər bölgələrlə  müqayisədə burada  xarici turistlər, 

demək  olar,  olmurlar.  Bunun  əsas  səbəbi  isə  xarici  turistlər  üçün  Qərb  tələblərinə 

uyğun servis sahələrinin olmamasıdır. 

Xəzər  dənizinin  Rusiya  sahillərində  rekreasiya  təsərrüfatı  qeyri-bərabər 

inkişaf etmişdir. Ənənəvi olaraq rekreantları daha çox cəlb edən sahələr Dağıstanın 

Mahaçqala-Dərbənd  sahil  zolağı  və  Volqa  çayının  delta  hissəsidir.  Lakin  1900-cı 

illərin  ikinci  yarısında  Çeçenistanda  və  qonşu  ərzilərdə  baş  vermiş  hərbi 

münaqişələr əhalinin miqrasiyasına gətirib çıxarmışdır. 

Sahil  ərazilərinin  təbii  iqlim  şəraitinin  əlverişliliyinə  uyğun  olaraq  əhalinin 

daha  çıx  məskunlaşdığı  sahələr  Həştərxan-Kamızyak  və  Mahaçqala-İzberbaş-

Dərbənd bölgələrində əsas istehsal və qeyri-istehsal sahələri yerləşdirilmişdir. 

Xəzər  dənizinin  Dağıstan  sahilində  dörd  istirahət  rayonu  var:  Mahaçqala, 

Manas,  Qayakənd  və  Dərbənd.  Bu  istirahət  rayonlarının  hər  birində  kurort 

mərkəzləri inkişaf etməkdədir. Onlardan ən əsasları  Mahaçqala rayonu sahilində 

Yeni  Qayakənd,  Acı,  Uluçay,  İnçxe  və  Darvaqçay;  Dərbənd  rayonu  sahilində 

Şimali  Dərbənd,  Cənubi  Dərbənd  və  Rubasdır.  Qeyd  etdiyimiz  bu  kurort 

mərkəzləri  DSSağıstanın  əsas  iri  şəhərləri  Mahaçqala,  Kaspiysk,  İzberbaş  və 

Dərbənd ətrafındakı ərazilərdə  yerləşmişdir.  Hər  bir  istirahət rayonu  üçün  istifadə 

olunacaq  sahil zolağının orta uzunluğu 4 km-dən 10 km-ə qədərdir. 

Digər bölgələrdə olduğu kimi Dağıstan sahilində də rekreasiya təsərrüfatının 

inkişafı  üçün  təbii  iqlim  və  tarixi-mədəni  amillər  əlverişli  sayıla  bilər.  Dağıstan 

Torpaq Komitəsinin  məlumatına görə, 2003-cü ilin əvvəlindən respublikanın sahil 

ərazilərin  881,5  hektarı  rekreasiya  məqsədi  ilə  istifadə  edilir.  Rekreasiya 

əhəmiyyətli  sahələr  həm  də  hüquqi  şəxslər  tərəfindən  özəlləşdirilir.  Eyni  proses 

Kaspiyskdə Qarabudaqkənddə və başqa yerlərdə də gedir. 



 

30

Dağıstanda  mövcud  olan  rekreasiya  obyektlərinin  81%-i  sahil  ərazilərində 



yerləşir.  İstirahət  mərkəzləri  ildə  20,1  min  nəfər  rekreant  qəbul  etmək  gücünə 

malikdir. 

Burada 

rekreasiya 



obyektləri 

əsasən 


istirahət 

bazalarında, 

sanatoriyalardan,  pansionatlardan,  müalicə  düşərgələrindən,  turist  bazalarından, 

uşaq düşərgələrindən və kempinqlərdən ibarətdir. 

Rekreasiya  şəbəkələrinin  sıxlığı  kifayət  qədər  yüksək  olaraq  bir  istirahət 

mərkəzində təxminən 110 nəfərdir. Hər istirahət mərkəzinin sahəsi orta hesabla 4,8 

hektara  çatır.  Sahil  ərazilərində  istirahət  edənlərin  payına  düşən  sahə  də  olduqca 

sıxdır. Belə ki, 1 hektara 23 nəfərlik istirahət yeri düşür. 

Son  illər  regionda  gedən qarşıdurma  və hərbi əməliyyatlar  nəticəsində sahil 

ərazilərindəki  istirahət  mərkəzləri  öz  cazibədarlığını  itirmişdir.  Vaxtilə  çox-saylı 

turist  qəbul  edən  istirahət  mərkəzləri  və  kempinqlərdən  indi  artıq  təyinatı  üzrə 

istifadə olunmur. Bu obyektlərin bir hissəsi uşaq düşərgələrinə çevrilmiş, digərləri 

isə  qaçqınlara  verilmişdir.  Bununla  bərabər,  bəzi  istirahət  obyektləri 

özəlləşdirilərək  şəxsi  mülkiyyətə  çevrilmişdir.  Sahil  ərazilərindəki  kurort-müalicə 

obyektlərinin bir neçəsi dəniz səviyyəsinin qalxması nəticəsində yararsız vəziyyətə 

düşmüşdür. 

Regionda turizm inkişafı üçün ekskursiya obyektlərindən baş Sulak kanyonu 

və  Sarı  qum  barxanı  xüsusi  maraq  doğurur.  Bu  yerlərlə  bərabər,  «Daş  tısbağalar» 

qayalıqları, Turki-Tam Samur çayı deltasındakı meşə də təbiət abidələri kimi turist 

marşurutlarına daxil edilir. 

 

Dağıstanın sahil zonasında kurort əhəmiyyətli  

rekreasiya şəbəkəsi 

 

Əsas istirahət yerləri 

İstirahət 

müəssisələrinin 

sayı 

Ümumi çarpayı 

yeri 

Ümumi torpaq 

sahəsi, ha 

Mahaçqala 

şəhərinin 

46 

2970 

166,5 




 

31

Kirov rayonu 



Mahaçqala 

şəhərinin 

Lenin rayonu 

5 

2300 

121,5 

Kaspiysk şəhəri 

9 

3215 

16,2 

Qarabudaqkənd 

rayonu 

68 

6205 

317,4 

İzberbaş şəhəri 

19 

1275 

52,9 

Qayakənd rayonu 

18 

1305 

75,2 

Dərbənd şəhəri 

18 

2850 

131,8 

Cəmi sahil zonası üzrə 

183 

20,120 

881,5 

 

Turistlərin  diqqətini  cəlb  edən  tarixi  abidələr  əsasən  Dərbənd  şəhərindədir. 



VI  əsrdə  tikilmiş  Narınqala,  dənizə  uzanan  qədim  qala  divarları,  Dərbənd  xanları 

movzoleyi,  qədim  məscid  və  digər  tarixi  abidələr  turistləri  bu  məkana  yönəldir. 

Belə ki, bütövlükdə sahil ərazilərində yerləşən ekskursiya obyektlərinin 1/3-i məhz 

Dərbənddə cəmləşmişdir. 

Rekreasiya  təsərrüfatının  təşkilində  ərzaq  məsəllərinin  həlli  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Respublikadakı  üzümlüklərin  yarıdan  çoxu  sahilboyu 

ərazilərdə  salınmışdır.  Əsasən  də  Dərbənddə.  Tərəvəz  məhsulları  da  həmçinin 

Dərbənd  rayonunda  istehsal  olunur.  Sahil  ərazilərinin  ən  cənub  bölgəsi  olan 

Məhərrəmkənd  rayonunda  giləmeyvə  məhsulu  istehsalının  xüsusi  çəkisi  90%-ə 

çatır.  Heyvandarlığın  əsas  sahələrindən  biri  olan  quşçuluq  da  bu  bölgədə  inkişaf 

edir.  Quşçuluq  məhsulunun  1/3-i  Mahaçqala  şəhəryanı  zonasında  istehsal  edildiyi 

halda,  təxminən  50%-i  Qarabudaqkənddə  olur.  Lakin  bütövlükdə  heyvandarlıq 

sahilyanı  ərazilərdə  istənilən  dərəcədə  inkişaf  etməyib.  Burada  ət  istehsalının 

xüsusi çəkisi respublika üzrə 12%-dir. 

Dağıstanın sahil ərazilərində rekreasiyanın inkişafında mühüm rol oyanayan 

nəqliyyat  infrastrukturu  lazımi  coğrafi  əlaqələrə  malikdir.  Sahil  boyunca  salınmış 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə