Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 

53

Bu  müddət  ərzində  Türkmənistanın  sahil  ərazilərindən  köçüb  gedənlərin  xüsusi 



çəkisi 4-5% təşkil edirdi. 

Rusiyanın  Xəzər  sahilində  əhalinin  məskunlaşması  Həştərxan  vilayəti, 

Kalmıkiya  və  Dağıstan  bölgələrində  təbii  iqlim  şəraitinin  fərqli  olmasından, 

ərazilərinin  tarixi  keçmişindən,  iqtisadi  və  coğrafi-siyasi  mövqelərinin 

müxtəlifliyindən bilavasitə asılıdır. 

Volqa  çayının  aşağı  hissəsini  əhatə  edən  Həştərxan  vilayəti  bütövlükdə 

əlveriqşli təbii iqlim şəraitinə malikdir. Burada illər boyu ənənəvi olaraq balıqçılıq 

təsərrüfatı  kifayət  qədər  inkişaf  etmişdir.  Təbii  ki,  bu  ərazidə  məskunlaşmış  əhali 

əsasən  balıqçılıqla  məşğuldur.  Məhz  buna  görə  də  Volqa  çayının  delta  sahəsində 

çoxlu sayda kiçik balıqçı qəsəbələri yayılmışdır. 

Həştərxan  vilayətində  son  illər  əhalinin  mexaniki  artımı  Şimali  Qafqazda 

baş  verən  proseslərlə  birbaşa  bağlıdır.  Belə  ki,  Çeçenistan  və  onu  əhatə  edən 

ərazilərdə hələ də davam edən etnik münaqişələr və terror aktları rusların və digər 

rusdilli  xalqların  buradan  köçməsinə  təsir  göstərmişdir.  Köçənlərin  əksəriyyəti 

Həştərxana üz tutmuşdur. Vilayətdə gəlmələrin sayının artması işsizlik problemini 

daha  da  mürəkkəbləşdirmiş  və  bu  da  öz  növbəsində  kriminogen  vəziyyəti  xeyli 

gərginləşdirmişdir. Belə ki, qeyri qanuni balıq ovu günü gündən artır. Başqa sözlə, 

Şimali  Xəzərin  bioloji  ehtyatları    vəhşicəsinə  istismar  olunur  və  bölgənin  ekoloji 

tarazlığına bərpa olunmayacaq dərəcədə zərbə vurulur. 

Rusiyanın  Xəzər  sahilində  yerləşən  üçüncü  inzibati  bölgəsi  Dağıstandır. 

Sahil  rayonları  Dağıstan  ərazisinin  yalnız  1/10-i  qədər  olsa  da,  respublika 

əhalisinin  1/3-i  burada  məskunlaşıb.  Üstəlik,  Dağıstanın  əsas  sənaye  müəssisələri 

də  burada  yerləşdirilmişdir.  Beləliklə,  respublikanın  şəhər  əhalisinin  təxminən 

80%-i  sahil  ərazilərində  yaşayır.  Respublikanın  ən  iri  şəhərləri  hesab  olunan 

Maşaçqala, İzberbaş, Dərbənd, Kaspiysk və Daqıstanskiye Oqni burada yerləşir. 

Dağıstan  Şimali  Qafqazda  siyasi  və  sosial-iqtisadi  baxımdan  qeyri-stabil 

region  olaraq  qalmaqdadır.  Həştərxan  vilayətinə  xas  olan  işsizlik  və  kriminogen 

vəziyyət burada daha qabarıq şəkildədir. Burada brakonyer balıq ovu xeyli «vəsait 




 

54

almışdır». 



Xəzərin  şərq  sahilləri  landşaft  tipinə  görə  əsasən  səhra  və  yarımsəhradır. 

Əhalinin  dispers  şəkildə  məskunlaşmasını  şərtləndirən  də  məhz  mövcud    təbii 

iqlim  şəraitidir.  Uzun  illər  köçəri  həyat  tərzi  sürən  yerli  tayfalar  tədricən  kiçik 

yaşayış  qəsəbələri  yaradaraq  oturaq  həyata  üstünlük  verməyə  başlamışlar.  Burada 

yaşayan  əhali  əsasən  maldarlıqla  (atçılıq,  qoyunçuluq  və  dəvəçilik)  və  qismən 

balıqçılıqla məşğul idilər. 

Neft  sənayesinin  60-cı  illərdən  başlayan  intensiv  inkişafı  Qazaxıstanın 

Xəzərboyu  sahilində  əhali  artımına  güclü  təkan  verir.  Manqışlaq  yarımadasında 

kəskin  iqlim  şəraitinə  baxmayaraq,  zəngin  neft  yataqlarının  istismarı  bura  çoxlu 

sayda ixtisaslı mütəxəssislərin gətirilməsini tələb edirdi.  

Xəzərin  cənub  sahili  əsasən  subtropik  landşaftların  üstünlüyü  ilə  İrana  aid 

bölgələrdən ibarətdir. Digər sahil ərazilərindən fərqli olaraq bu bölgə daha əlverişli 

təbii  iqlim  şəraitinə  malikdir.  Elə  buna  görə  də  burada  əhali  daha  çox 

məskunlaşmışdır.  Həm  əhalinin  sayına,  həm  də  əhalinin  sıxlığına  görə  İran  sahili 

Xəzər regionunda aparıcı yer tutur. 

Xəzərin İran sahilində əhalinin yayılma strukturu göstərir ki, Xəzər sahilində 

yaşayan əhalinin 52%-i cənub sahilinin payına düşür. 2013-cü ildə burada 6,9 mln. 

nəfər məskunlaşmışdır. Xəzərin İran sahilində əhali təxminən bərabər yayılmışdır. 

Bütün  sahilboyu  saysız-hesabsız  azsaylı  yaşayış  məntəqələri  bir-birini  əvəz  edir. 

Bu regionun ən iri şəhərləri Rəşt, Ənzəli, Babol və Sarıdır. Sahilboyu əhalinin orta 

sıxlığı 1 km

2

-də 70-100 nəfər arasında dəyişir. 



Bunun əksinə olaraq əhalinin ən seyrək yaşadığı bölgə dənizin şərq sahilidir. 

Burada  əhali  bir-birində  çox  aralı  məsafədə  yerləşən  yaşayış  məntəqələrində 

məskunlaşmışdır.  Nisbətən  iri  şəhərlər  sırasında  Atırau,  Aktau  və  Krasnovodskı 

göstərmək  olar.  1500  km  dən  çox  uzanan  Xəzər  sahilində  əhalinin  orta  sıxlığı  1 

km

2

-də 1-5 nəfərdir. 



Xəzərin  qərb  sahilində  regionun  ən  iri  çoxsaylı  Bakı  şəhəri  yerləşir. 

Azərbaycanın  paytaxtı  olan  bu  şəhərin  əhalisinin  sayı  3  mln.  nəfəri  keçmişdir. 




 

55

Bütövlükdə  Azərbaycanın  sahil  ərazilərində  təxminən  3,8  mln.  nəfər  yaşayır. 



Onlardan  təxminən  78%-i  Abşeron  yarımdasında  məskunlaşmışdır.  Burada 

əhalinin  orta  sıxlığı  1  km

2

-də  500  nəfərə  çatır.  Respublikanın  digər  sahil 



bölgələrində orta sıxlıq 70-100 nəfər arasında tərəddüd edir. 

Azərbaycanın sahilboyu zonası 5-20 km arasında dəyişir. Sahilboyu inzibati 

rayonların  coğrafi  şəraitindən  asılı  olaraq,  ərazinin  mənimsənilməsi  və  əhalinin 

məskunlaşması  xeyli  fərqlənir. 850 km-dən  uzun olan sahilboyu sahədə  yalnız bir 

neçə  iri  yaşayış  məntəqəsi  yerləşmişdir  (Bakı,  Sumqayıt,  Primorsk,  Lənkəran  və 

Astara).  İnzibati  rayonların  bəzilərində  sahilboyu  üzrə  hətta  hər  hansı  bir 

əhəmiyyət  daşıyan  yaşayış  yeri  yoxdur  (Siyəzən,  Xızı  və  Dəvəçi).  Yalnız  cənub 

sahilyanı bölgədə kiçik yaşayış məntəqələrinin yayılması gözə çarpır. 

Bütövlükdə  respublikada  olduğu  kimi,  burada  da  son  illərdə  sosial-iqtisadi 

vəziyyətdə  müsbət  dəyişikliklər  baş  vermişdir.  Bunun  əsas  səbəblərindən  biri 

ölkədə  yeni  iş  yerlərinin  açılması  və  işsizliyin  aradan  qaldırılması  strategiyasının 

həyata keçirilməsi ilə bağlıdır. 2003-2005-ci illər ərzində respublikada 260 mindən 

çox, sonrakı illərdə isə 600 min yeni iş yerləri açılmışdır.  

Yeni  istehsal  müəssisələrin  açılması  və  sahilyanı  rayonlarda  təbii 

ehtiyatlarının  daha  intensiv  mənimsənilməsi  burada  sosial-iqtisadi  irəliləyişlərin 

əldə olunması üçün şərait yaratmışdır. 

Sahilyanı  ərazilərdə  əsas  təsərrüfat  sahələri  kimi  neft  sənayesi,  rekreasiya, 

liman  təsərrüfatı  və  balıqçılıq  inkişaf  etmişdir.  Bu  sahələrin  hər  biri  Abşeron 

rayonunda  inkişaf  etdiyi  halda,  respublikamızın  digər  sahilyanı  rayonlarında  belə 

inkişaf gözə çarpmır. Bununla  yanaşı, neft sənayesinin  inkişafı  xidmət sahələrinin 

yaranmasına səbəb olaraq, yeni iş yerlərinin açılmasına təkan vermişdir. 

Xəzər  dənizinin  sahil  ərazilərində  əhalinin  mütləq  sayının  və  sıxlığının 

ildən-ilə artması, əlbəttə, ətraf mühitə antropogen təsirin güclənməsinə səbəb olur. 

Yaranmış  şəraitdə  dənizə  axıdılan  çirkab  sularının  təmizlənməsi  və  məişət 

tullantılarının  utilizə  edilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Yalnız  ətraf  mühiti 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə