Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

 

50

XIV  əsrin  ikinci  yarısında  qüdrətli  sərkərdə  Teymurləngin  ordusu  Xəzər 



dənizinin cənub-şərq, cənub və qərb sahillərinə yürüşlər edir. 

Xəzərin şimal-qərb sahillərində  məskunlaşmış qəbilələrdən  monqol  mənşəli 

köçəri  kalmıklar  Rusiyanın  cənubunda  öz  xalqlarını  yaradırlar.  Burada  yaşayan 

insanlar  lamaizmə  itaət  edirdilər.  Onlar  Avropanın  bu  tipli  yeganə  sivilizasiya 

ocağı idi. 

XVII əsrdən başlayaraq Cənubi Volqaboyunda rusların məskunlaşma sahəsi 

genişlənir.  Bunun  əsas  səbəbi  rusların  Xəzərsahili  ərazilərə  marağının  artması 

olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  rusların  bu  marağı  daha  qədim  dövrdə  də 

müşahidə  edilmişdir.  Məsələn,  ərəb  və  fars  səyyahlarının  əlyazmalarında  qeyd 

edilirdi  ki,  rus  drujinalarının  işğalçı  yürüsləri  hələ  IX-X  əsrlərdə  başlanmışdır. 

Bununla  bağlı  ingilis  səyyahı  Cons  Hanvey  özünün  «Britaniya  ticarəti  Xəzər 

dənizində  tarixi  oçerki»  əsərində  yazır  ki,  rusların  Qafqaza  yürüşləri  sanki  səlib 

yürüşlərinin Yaxın  Şərqə doğru  hərəkəti  idi  və  həmin ərazilərin daha  hazırlıqlı  və 

əsaslı  təşkil  olunmuş  işğalına  yönəlmişdi.  Rusların  Qafqaza  maraqlarının  əsas 

səbəblərindən  biri  də  bu  bölgənin  zəngin  təbii  sərvətləri  idi.  Məsələn,  Moskva 

hökumətinin  1637-ci  il  sənədlərindən  birində  «Top  ehtiyatla  yazılması»nda  belə 

bir qeyd var ki, Bakı Nefti yanan halda həddən artıq təhlükəli bu silah hesab edilə 

bilər. 


Cənub  və qərb sahillərinin  uzun  illər boyu İran  və Türk tayfaları tərəfindən 

mənimsənilməsinə  baxmayaraq,  I  Pyotr  şərq  sahilləri  ilə  yanaşı,  qərb  sahillərində 

yeni  mövqelərdə  möhkəmlənməkçün  bu  istiqamətdə  bir  neçə  ekspedisiya  təşkil 

etdirir. Bakı şəhərinə xüsusi diqqət verilir. Çünki Rusiya ilə Şərq ölkələri arasında 

aparılan  ticarət  əlaqələrinin  inkişaf  etdirilməsində  Bakının  çox  əlverişli  strateji 

mövqeyi var idi. Elə bu səbəbdən də I Pyotr sərəncamlarından birində belə yazırdı: 

«Bizimçün Xəzər dənizi sahillərini ələ keçirmək son dərəcə vacibdir; türklərin bura 

gəlmələrinə  gərək  imkan  verməyək».  Bu  rəsmi  əhval-ruhiyyə  ilə  ruslar  tədricən 

regionda özlərinin işğalçı siyasətlərini həyata keçirməyə başlayırlar. 



 

51

XIX  əsrin  əvvəlində  baş  verən  Rusiya-İran  müharibələri  nəticəsində  ruslar 



Xəzər  sahillərinin  təxminən  90%-nı  (cənub  sahili  istisna  olmaqla)  ələ  keçirirlər. 

Rusların  nəzarət  etdiyi  sahil  ərazilərində  təbii  sərvətlərin  aşkar  edilməsi, 

qiymətləndirilməsi  və  tədricən  mənimsənilməsi  istiqamətində  aparılan  işlər  ildən-

ilə artmağa başlayır. Bu baxımdan qərb sahilləri daha çox fərqlənirdi. Zəngin neft 

ehtiyatlarının  istismarı  və  onun  emalı  bölgənin,  xüsusən  Bakının  iqtisadiyyatına 

güclü təkan verir. 

Uzun  illər  Abşeron  yarımadasında  yerli  əhalinin  neftdən  gen-bol  istifadə 

etməsi burada böyük həcmdə yanacağın olması ehtimalını daha real şəkildə ortaya 

qoydu. 

XIX əsrin ikinci yarısından etibarən Abşeronda qazılan neft quyularının sayı 



ildən-ilə  artmağa  başlayır.  Nəticədə  neftlə  çirklənmiş  torpaqların  sahəsi  xeyli 

genişlənir.  Bundan  əlavə,  Bakı  buxtasında  sahil  boyunca  çoxlu  sayda  kiçik  neft 

emalı  müəssisələri  yaradılır.  Neft  sənayesinin  belə  ekstensiv  inkişafı  ətraf  mühitə 

mənfi  təsir  göstərməyə  başlayır.  Artıq  1870-ci  ildə  Bakının  ekoloji  vəziyyətinin 

yaxşılaşdırılması  məqsədi  ilə  şəhər  rəhbərliyi  sahildə  yerləşən  100-dən  çox  neft 

emalı  müəssisəsinin  ləğv  edilməsi  haqda  məsələ  qaldırır.  Demontaj  ediləcək 

istehsal müəssisələri üçün Bakının yaxınlığındakı Keşlə qəzəbəsinin otlaq sahələri 

ayrılır.  Belə  kompakt  ərazidə  neft  emalı  istehsal  sahələrinin  yerləşdirilməsi  çar 

Rusiyasının  şəhərsalma  təcrübəsində  ilk  dəfə  idi  həyata  keçirilirdi.  Çox  keçmir, 

burada  çoxlu  sayda  kiçik  neft  emalı  zavodları  yaradılır.  Nəticədə  hava  olmazın 

dərəcədə  çirklənir  və  bakılılar  şəhərin  bu  hissəsini  «Qara  şəhər»  adlandırırlar. 

«Qara şəhər»in zəhərli, tüstülü hava şəraiti fəhlələrin vəziyyətini ağırlaşdırır. Odur 

ki,  Bakının  digər  bölgəsində    Bayıl  deyilən  ərazidə  neftçi  fəhlələr  üçün  yeni 

yaşayış  qəsəbəsi  yaradılır.  Beləliklə,  neft  sənayesi  və  onunla  bağlı  digər  istehsal 

sahələrinin  Bakı  şəhərindən  ətraf  qəsəbələrə  çıxarılması  əhalisi  sürətlə  artan  neft 

paytaxtının ekoloji durumunu xeyli yaxşılaşdırır. 

XX  əsrdə  Azərbaycanda  neft  sənayesi  40-cı  ilə  qədər  ardıcıl  olaraq  inkişaf 

edir. Sonrakı illər quruda neft yataqlarının ehtiyatları tədricən tükənməyə başlayır. 




 

52

Elə təxminən bu vaxtlar Volqaboyunda, Qərbi Sibirlə, Türkmənistan və Qazaxıstan 



sahillərində  neftçilərə  tələbat  günü-gündən  artırdı.  Bu  səbəbdən  də  xeyli 

azərbaycanlı  mütəxəssis yeni neft rayonlarına köçür. Məsələn, 1942-cü ildə SSRİ-

nin  Dövlət  Müdafiə  Komitəsinin  qərarı  ilə  Bakıdan  Türkmənistana  1624  yüksək 

ixtisaslı neftçi köçürülmüşdür. 60-cı illərdə bu proses daha da güclənir. Mütəşəkkil 

olaraq  gənc  mütəxəssislər  göndərişlə  Qərbi  Sibirə  və  Manqışlağa  işə  yönəldilir. 

Yalnız  1960-88-ci  illər  ərzində  Azərbaycanda  işləyən  neftçilərin  sayı  42% 

azalmışdır. 

XIX  əsrin  ikinci  yarısında  Xəzərin  şərq  sahilində  Krasnovodsk  şəhərinin 

əsası  qoyulur  və  Zakaspiyski  dəmir  yolu  xəttinin  inşası  başlanır.  Sonrakı  illərdə 

neft, mirabilit və xörək duzu ehtiyatlarının mənimsənilməsi bu regionda yeni-yeni 

yaşayış  məntəqələrinin  yaranması  ilə  nəticələnir.  Bununla  bərabər,  Çələkən 

yarımadasında  təbii  şəkildə  yerin  üzərinə  çıxan  neft  torpaq  sahələrinin  uzun 

müddətə çirklənməsinə səbəb olur. 

Neft  hasilatının  tədricən  artması  Xəzərin  Türkmənistan  sahilində  əhalinin 

artımına  və  yeni  şəhərlərin  yaranmasına  birbaşa  təsir  göstərir.  Burada  

Krasnovodsk  şəhəri  ilə  yanaşı,  Çələkən  və  Nebitdağ  şəhərləri  inkişaf  etməyə 

başlayır. 

Türkmənistanın  sənaye  istehsalında  əsasən  gəlmə  işçilər  üstünlük  təşkil  

edirdilər.  Burada  azərbaycanlılarla  yanaşı,  ruslar  və  Şimali  Qafqaz  xalqları 

nümayəndələri  çalışırdılar.  Əgər  nəzərə  alsaq  ki,  Türkmənistan  ənənəvi  olaraq 

əhalinin  yüksək  təbii  artımı  ilə  fərqlənən  respublikalardan  biridir,  onda  yerli 

əhalinin  sənaye  istehsalına  cəlb  edilməsinin  bölgədə  olan  işsizliyin  aradan 

qaldırılmasında nə qədər böyük rol oynaya biləcəyi aydın olar. Xatırlatmaq yerinə 

düşərdi ki, keçən əsrin 80-ci illərində Türkmənistanda əhalinin artımı 34% idi. 

XX  əsrin  90-cı  illərində  respublikanın  iqtisadiyyatında  baş  verən  neqativ 

proseslər  əhalinin  miqrasiyasına  da  təsir  göstərdi.  Neftçilərin  fəhlə  qəsəbələrində 

əhalinin  sayı  azalmağa  başladı.  Qaraboğazqol  körfəzi  ətrafında  yaranmış  təbii 

ekoloji  gərginlik  Bektaş şəhərində əhalinin təxminən 25% azalmasına səbəb oldu. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə