Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

 

47

Fəsil III. Xəzər dənizinin və sahil ərazilərinin  



mənimsənilməsinin ekoloji və hüquqi aspektlərinin  

qiymətləndirilməsi 

3.1. Xəzərin sahil ərazilərinin məskunlaşmasının ekocoğrafi  

xüsusiyyətləri və səhralaşma proseslərinin ekoloji nəticələri 

 

Ən  qədim  zamanlardan  Xəzər  dənizi  sahillərində  müxtəlif  qəbilələr  və 



xalqlar  yaşamış  və  burada  möhtəşəm  dövlətlər  yaratmışlar.  Aparılmış  arxeoloji 

qazıntılar  da  sahil  ərazilərində  qədim  sivilizasiya  ocaqlarının  olmasını  təsdiq 

etmişdir.  Belə  inkişaf  etmiş  mərkəzlərin  izlərinə  xüsusən  qərb  sahillərində  rast 

gəlmək  mümkündür.  Azərbaycanın  Şabran  rayonu  ərazilərində  tapılmış  qədim 

Şabran  şəhərini  (e.ə.  III  əsr)  və  Dağıstanın  Qarabudaqkənd  rayonunun  Vəlikənd 

kəndini (e.ə VI əsr) buna misal göstərmək olar. 

Xəzər  dənizinin  coğrafi  mövqeyi  və  onun  sahil  ərazilərində  təbii  şəraitin 

müxtəlif olması, əlbəttə, regionun etnogenez palitrasına da əsaslı təsir göstərmişdir. 

Bununla  bağlı  məşhur  rus  alimi  L.Qumilyovun  sözləri  yada  düşür.  O,  özünün 

«Xəzər ətrafı  min  il ərzində» əsərində  yazır:  «Antroposferanın  mozaikliyinin əsas 

səbəbi  landşaftların  müxtəlifliyindədir».  Bu  belə  bir  fikri  bir  daha  təsdiq  edir  ki, 

Xəzər  dənizində  və  sahil  ərazilərində  baş  verən  təbii  proseslər  ətraf  ərazilərdə 

məskunlaşmış insanların yaşayış tərzinə birbaşa təsir etmişdir. 

Qədim  dövrdə  Xəzər  dənizi  haqda  tam  və  hərtərəfli  coğrafi  biliklər  olmasa 

da,  bəzi  səyyahlar  öz  yazılarında  onun  haqqında  səthi  də  olsa,  bəzi  məlumatlar 

vermişlər.  Eramızdan əvvəl V  minillikdə  Herodot özünün  «Tarix» əsərində Xəzər 

dənizi  haqqında  belə  yazmışdır:  «Bu  dənizin  bir  sahilindən  digərinə,  məsələn, 

şimaldan-cənuba  avarlı  qayıqla  on  beş  günə  üzürlər.  Qərb  sahilləri  boyu  hündür 

Qafqaz sıra dağları yerləşir. Qafqazda çox sayda müxtəlif qəbilələr yayılmışdır». 

Xəzər  dənizini  əhatə  edən  bölgələrdə  tarix  boyu  müxtəlif  dövlətlər  mövcud 

olmuşdur.  Bu  dövlətlərdə  yaşamış  qəlim  qəbilələrin  və  xalqların  nümayəndələri 

əsrlər  keçdikcə  tədricən  assimilyasiyaya  məruz  qalaraq  yox  olmuşlar.  Onlar 




 

48

sonrakı  dövlətlərdə  yaranmış  nisbətən  cavan  xalqların  əsasını  qoymuşlar.  Yox 



olmuş  bu  xalqlardan  skifləri,  sarmatları,  sakları,  hunları,  massagetləri,  xəzəriləri, 

qıpçaqları,  peçeneqləri,  oğuzları  və  digərlərini  göstərmək  olar.  Xəzər  regionunda 

müasir  dövrdə  məskunlaşmış  türkdilli  xalqların    azərbaycanlıların,  türkmənlərin, 

qazaxların,  kumıkların,  tatarların  formalaşmasında  məhz  assimilyasiyaya  uğrayıb 

yoxa  çıxmış  həmin  xalqlar  başlıca  rol  oynamışlar.  Son  minillikdə  Xəzərətrafı 

bölgədərdə  türk  mənşəli  xalqların  məskunlaşması  üstünlük  təşkil  etmişdir.  Sahil 

ərazilərində təxminən 25-30% digər xalqların nümayəndələri- gilanlılar, kalmaklar, 

farslar və ruslar yaşamışlar. 

Xəzər  dənizinin  coğrafi  adına  gəlincə,  bu  ad  sabit  qalmamış,  zaman-zaman 

dəyişmişdir.  Hətta  eyni  zamanda  bu  dənizi  müxtəlif  cür  adlandırmışlar.  Hər  yeni 

qoyulan  ad  əsasən  regionda  yaşayan  xalqların  və  yaxud  ölkələrin  adına  uyğun 

olmuşdur. Tarix boyu ona gah da Gilan, Mazandaran, Fars, Avar və s. demişlər. 

 Xəzər  regionunda  əhalinin  müxtəlif  dövrlərdə  məskunlaşması  barədə,  baş 

verən  dəyişikliklər  haqqında  hələ  eramızın  əvvəllərinə  aid  bir  sıra  mənbələrdə 

geniş  məlumat  vardır.  Qədim  yunan  alimi  Strabon  özünün  «Coğrafiya»  əsərində 

qeyd  edirdi  ki,  onun  vaxtında  Şimali  və  Qərbi  Xəzərin  çox  hissəsində  artıq  kaspi 

qəbiləsi  yox  olmuş  və  onun  yerini  sarmatlar  qəbiləsinə  aid  aorslar  tutmuşlar.  Bu 

dövrdə  Xəzərin  şərq  sahilində  köçəri  skivlərə  yaxın  olan  saklar  və  massagetlər 

üstünlük  təşkil  edirdi.  Massagetlər,  eyni  zamanda,  indiki  Azərbaycanın  sahil 

ərazilərində də yaşayırdılar. 

Mərkəzi  Asiyadan  Xəzər  istiqamətində  irəliləyən  hunlar  sarmatları  məhv 

edərək  onların  yaşadıqları  sahil  ərazilərində  məskunlaşırlar.  Artıq  IV  əsrin 

ortalarında hunların Xəzəryanı çöllərdə məskən salmaları türk dilinin Aşağı Volqa 

və Şimali Qafqazda yayılmasına zəmin yaradır. 

VI-VII  əsrlərdə  Aşağı  Volqadan  Dərbəndə  qədər  olan  ərazidə  bölgənin  ən 

möhtəşəm  xalqlarından  biri  olan  xəzərlər  tərəfindən  Xəzər  xaqanlığı  yaradılır. 

Xaqanlığın  paytaxtı  müasir  Həştərxan  şəhərindən  120  km  şimalda  yerləşən  İtil 

şəhəri  imiş.  Xəzərlərin  bir  hissəsi  iudaizm  dininə,  digər  hissəsi  isə  islama  itaət 




 

49

etmişlər.  Xaqanlığın  şəhərlərində  xristianlar  da  yaşamışlar;  onların  bu  şəhərlərdə 



kilsələri də olmuşdur. 

VII  əsrin  ikinci  yarısında  Qafqazda  və  Xəzərin  şərq  sahillərində    Ərəb 

xilafətinin  yarımköçəri  qəbilələri  peyda  olurlar.  Xəzər  regionuna  yürüş  edən  bu 

ərəb qəbilələrinin əsas məqsədi islam dinini regionda yaymaq idi. 

IX-X  əsrlərdə  Böyük  Step  adlanan  ərazini  tutmuş  cəngavər  türk  xalqları   

qıpçaqlar  və  peçeneqlər  Dərbənd  keçidi  vasitəsilə  müasir  Azərbaycanın  sahil 

bölgələrinə  daxil  olurlar.  Nəticədə  bu  qəbilələr  az  bir  vaxtda,  demək  olar,  bütün 

sahil ərazilərində  məskunlaşır,  hətta çox keçmir,  üstünlük təşkil edirlər. Beləliklə, 

Xəzər xaqanlığı X əsrin sonunda tam süquta uğrayır. 

IX əsrin sonunda sonuncu türk xalqların nümayəndələri  oğuzlar və səlcuq 

türkləri  Xəzər  dənizi  sahillərində  məskunlaşırlar.  Onlar  bütövlükdə  Azərbaycan, 

Türkmənistan  və  İran  sahillərini  tədricən  mənimsəyərək  köçəri  maldarlıqdan 

əkinçiliyə  və  balıqçılıqla  məşğul  olmağa  keçirlər.  Sonrakı  dövrdə  Azərbaycan 

türkmən  və digər türk  xalqlarının  formalaşmasında  məhz elə oğuz türkləri başlıca 

rol oynayırlar. 

XII əsrin ikinci yarısında Xəzər dənizinin şərq sahillərinə cəngavər monqol-

tatar  qəbilələri  yürüş  edirlər.  Artıq  1120-ci  ildə  Çingiz,  xanın  rəhbərliyi  ilə 

monqol-tatarlar  Azərbaycanı  və  Şimali  İranı  qarət  edirlər.  XIII  əsrin  ortalarında 

Batı xan başda olmaqla monqol-tatarlar Krım yarımadası və Şimali Qafqazı da öz 

əsarətləri  altına  salırlar.  Beləliklə,  Batı  xan  tərəfindən  əsası  qoyulmuş  Qızıl  Orda 

monqol-tatar xanlığı yaranır. Xəzər dənizinin sahil ərazilərinin təkrarolunmaz təbii 

şəraitini  nəzərə  alaraq  Qızıl  Orda  müasir  Həştərxan  şəhərindən  bir  qədər  aralıda 

yerləşən Saray şəhərini özünə paytaxt seçir. 

Xəzər  dənizinin  şimal  və  şimal-şərq  sahillərində  Qızıl  Ordanın  yaxın 

müttəfiqi  Noqay  Ordası  məskən  salır,  Noqay  Ordasına  daxil  olan  qəbilələr  Volqa 

və  Ural  çayları  arasındakı  çöl  ərazilərində  köçəri  həyat  sürür,  heyvandarlıqla 

məşğul  olurdular.  Noqay  Ordası  parçalandıqdan  sonra  noqay  qəbilələrinin  əksər 

hissəsi müasir qazax millətinin formalaşmasına əsaslı təsir göstərmişdir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə