Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

 

44

Qazaxıstan  həmçinin  Xəzər  dənizinin  şərq  sahili  boyunca  Türkmənistan 



ərazisindən  keçərək  İrana  neft  kəmərinin  salınması  ilə  bağlı  layihəni  də  müzakirə 

edir.  Xəzər  dənizinin  şərq  sahili  çox  az  mənimsənilib  və  belə  ki,  hətta  iki  qonşu 

ölkəni  Qazaxıstanla  Türkmənistanı  birləşdirən  neft  kəməri  hələ  ki,  yoxdur.  Lakin 

Qazaxıstan  öz  coğrafi  mövqeyindən  istifadə  edərək  müxtəlif  istiqamətlərdə  neft 

kəmərələrinin inşası siyasətini həyətə keçirir. 

Məlum  olduğu  kimi,  Xəzər  dənizinin  qərb  sahilində  dəmiryol  xətləri 

Həştərxandan  Astaraya  qədər  uzanmışdır.  Bu  xəttin  səmərəli  istifadəsi  üçün  onun 

İranın dəmiryol  xətlərinə birləşdirilməsi  məqsədəuyğun  hesab edilir. Şimal-Cənub 

layihəsi  əsasında  İranda  Qəzvin-Rəşt  dəmiryol  xətti  Astara  şəhərinə  qədər 

uzadılmalıdır. Yeni inşa ediləcək dəmiryol xəttinin uzunluğu 175 km-ə çatacaq və 

onun  həyata  keçirilməsi  üçün  125  mln.  ABŞ  dolları  vəsait  ayrılacaq.  Bunun 

nəticəsində  Rusiya-Azərbaycan-İran  dəmiryol  sistemlərin  Xəzərin  qərb  sahili 

boyunca  birləşməsi  imkanı  əldə  olunacaqdır.Hazırda  bu  işlər  sürətlə  davam 

etdirilir. 

Rusiya  sahilində  nəqliyyatın  inkişafı  başlıca  olaraq  limanların  fəaliyyəti  ilə 

bağlıdır.  Nisbətən  inkişaf  etmiş  Həştərxan  və  Mahaçqala  limanları  ilə  yanaşı, 

yükdaşımalarda  perspektiv  artım  Olya  limanı  ilə  bağlıdır.  Olya  limanı  artıq 

Türkmənbaşı və Ənzəli limanları ilə əlaqə yaratmışdır. Yaxın vaxtlarda Olya-Bakı 

və Olya-Aktau bərə əlaqələri də yaradılacaq. 

Olya limanı Həştərxandan 100 km cənubda yerləşir. Dərinliyi 5,2 metr olan 

liman  il  ərzində  540  min  ton  yükvurma  qabiliyyətinə  malikdir.  1997-ci  ildə 

istifadəyə verilən Olya limanında ildə 45 min ədəd konteyner qəbuletmə imkanına 

malik terminalın inşası tamamlanmışdır. 

Olya  limanından  aralı  sahildə  İlyinka  qəsəbəsində  iri  neft  terminalı 

istifadəyə  veriləcəkdir.  Bu,  Rusiyanın  Xəzər  sahilində  Mahaçqaladan  sonra  ikinci 

neft  terminalıdır.  Eyni  zamanda,  Həştərxandan  şimalda,  çayın  dibi  ilə  Tengiz-

Novorossiysk  neft  kəməri  keçir.  Almaniyanın  «FAB»  şirkəti  tərəfindən  həyata 

keçirilmiş  bu  layihə  «Ginnesin  rektordlar  kitabı»na  dünyanın  ən  uzun  (1,5  km) 




 

45

sualtı  keçidi  kimi  düşmüşdür.  1  mln.  ton  neft  qəbul  etmə  gücünə  malik    İlyinka 



neft  terminalı  və  Novorossiyskə  gedən  neft  kəməri  Şimali  Xəzərdə  ətraf  mühitin 

neftlə  çirklənmə  təhlükəsini  artırır.  Bunun  qarşısını  almaq  üçün  vaxtında  lazımi 

tədbirlər  kompleksi  həyat  keçirilməlidir.  Belə  ki,  yaxın  gələcəkdə  Rusiya  İlyinka 

dimanından  İrana  Böyük  həcmdə  neft  göndərməyi  nəzərdə  tutur  .  Bu  istiqamətdə 

hələ  ki  Mahaçqala  terminalı  Rusiyadan    İrana  böyük  həcmdə  neft  göndərməyi 

nəzərdə tutur.  

Mahaçqala limanı Rusiyanın Xəzər dənizində əsas neft limanı hesab olunur. 

Liman  layihə  üzrə  ildə  10  mln.  ton  həcmində  neft  və  məhsullarının  daşınması 

gücünə malikdir. Lakin limandan hələ ki, ildə yalnız 3 mln. tona yaxın neft daşınır. 

Bura  neft  əsasən  Xəzər  dənizinin  şərq  sahilindən  (Aktau  və  Türkmənbaşı 

limanlarından) gətirilir. Tranzit neft tam gücündə istifadə olunmayan Mahaçaqala-

Novorossiysk neft borusuna doldurulur. 

İran  sahilində  fəaliyyət  göstərən  limanlar  arasından  yük  dövriyyəsinə  görə 

Ənzəli  limanı  ən  iri  hesab  olunur.  Ənzəli  limanından  ildə  3,5  mln.  tondan  çox 

müxtəlif  yüklər  daşınılır.  Bu  limanda  tranzit  yüklər  daşınması  ildən  ilə 

artmaqdadır.  Belə  ki,  2005-ci  il  ərzində  yalnız  Türkmənistandan  daşınan  tranzit 

yüklərinin  həcmi  230  min.  ton  olmuşdur.  Bu  əsasən  neft  məhsulları  (ağ  neft  və 

dizel  yanacağı) olmuşdur. Ənzəli  limanına tankerlərlə daşınan  yanacaq  məhsulları 

sonradan avtomobil vasitəsi ilə əsasən İraqa göndərilirdi. İran sahilində nəqliyyatın 

gələcək  inkişafı  Ənzəli  və  Nouşəhr  limanlarının  fəaliyyəti  ilə  yanaşı,  Neka 

terminalının  istismarı  və  Neka-Tehran  neft  kəmərinin  istifadəsi  ilə  bağlıdır. 

Xəzərin  İran  sahili  nisbətən  təmiz  olduğu  üçün  burada  neft  tullantıları  müşahidə 

edilmir.  Lakin  Neka  terminalına  neftdaşımaların  artması  və  terminalın 

genişlənməsi sahil ərazilərində ekoloji təhlükə yaradır. 

Azərbaycanla  həmsərhəd  olduğu  üçün  İranın  şimal  qonşularla  iqtisadi 

əlaqələrində Gülüstan ostanı xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yalnız, 2003-cü il 

ərzində Gülüstan ostanı xüsusi ərazisindən dəyəri 83 mln. dollar həcmində 214 min 

ton tranzit yüklər daşınmışdır. 




 

46

Neft hasil edən digər Xəzəryanı ölkələrdən fərqli olaraq Tükmənistanda neft 



və qaz kəmərlərinin coğrafiyası əsasən yerli əhəmiyyət daşıyır və bunlar Çələkən-

Nebitdağ  və  Barsagəlməz-Okərəm  sahələrini  əhatə  edir.  Sahil  boyunca  isə  İrana 

Körpəcə  Qurdquyu  qaz  kəməri  uzanır.  Ətraf  mühit  üçün  ən  çox  təhlükə  yaradan 

boru kəmərləri isə dəniz yatağından sahilə uzanan kəmərlərdir. 

Xəzər  regionunda  bir-birinin  ardınca  yeni  neft  və  qaz  kəmərlərinin  inşası, 

karbohidrogen  ehtiyatlarının  hasilatı  və  daşınması  həcminin  günü-gündən  artması 

dəniz  mühitinə  və  onu  əhatə  edən  ərazilərə  texnogen  təsiri  gücləndirir.  Odur  ki, 

Xəzəryanı ölkələr bir gün belə itirmədən ekoloji məsələlərin həllində əməkdaşlığın 

dərinləşməsinə xüsusi fikir verməlidirlər. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə