38
kəməri nisbətən təhlükəsizdir və Xəzər regionu neftini ən qısa yolla Avropa
bazarına çıxarmağa imkan yaradır.
Azəri-Çıraq-Günəşli yataqlarından yaxın illərdə böyük həcmdə neftin hasil
olunacağını nəzərə alaraq 1999-cu ildə Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-
Tbilisi-Ceyhan marşurutu üzrə neft kəmərinin inşası haqda müqavilə imzaladılar.
2006-cı ildə işə salınmış bu neft kəmərinin uzunluğu 1730 km təşkil etmişdir.
Onun 468 km-i Azərbaycan ərazisindən, 225 km Gürcüstandan və 1037 km-i
Türkiyə ərazisindən keçərək, Aralıq dənizi sahilindəki Ceyhan limanına
Azərbaycan neftini dünya bazarına çıxarılması imkanı yaratmışdır. Dəyəri 3,9
mlrd. dollara çatan bu kəmər vasitəsilə ildə 50 mln. ton neft Aralıq dənizi
sahillərinə çatdırılacaq.
Azərbaycan tərərəfi Xəzər dənizinin şərq sahillərindən böyük həcmdə neft
qəbul edilməsi üçün mövcud infrastrukturda təkmilləşdirmə və yenidənqurma işləri
aparmaqdadır. Məlum olduğu kimi, idxal nefti qəbul etmək üçün Azərbaycan
sahilində üç Limandan istifadə olunur; bunlardan ikisi Səngəçalda, biri isə
Dübəndidə yerləşir.
Səngəçal terminalı Bakıdan 40 km cənub-qərbdə yerləşir. Terminala neft
Azəri-Çıraq-Günəşli yataqlarından uzunluğu 177 km olan sualtı neft borusu
vasitəsilə gətirilir. Hazırda terminalda 4 iri rezervuar (çən) istifadə olunur. Hər bir
rezervuarın həcmi 500 min barel neft təşkil edir.
Dəniz yatağının mənimsənilməsinin birinci mərhələsinə uyğun olaraq hərəsi
800 min barel tutan daha iki rezervuarın tikilməsi nəzərdə tutulmuşdur. Eyni
zamanda, Azəri yatağından Səngəçal terminalına qədər daha bir sualtı neft kəməri
salınacaqdır.
Səngəçal terminalı dənizdən çıxarılan nefti topladıqdan sonra onu
paylaşdıracaqdır. Terminala eyni zamanda Şahdəniz yatağından iki boru vasitəsilə
qaz və kondensatın ötürülməsi də nəzərdə tutulmuşdur. Səngəçal terminalında
böyük həcmdə karbohidrogen xammalı toplandığı üçün ətrat mühitin mühafizəsi
məsələlərinə xüsusi fikir verilir. İlk növbədə, əlbəttə, terminalın təhlükəsizliyi
39
təmin edilməlidir və bu iş daim diqqət mərkəzindədir.
Xəzər regionunda inşa edilən ən əhəmiyyətli boru xətlərindən biri Şahdəniz-
Ərzurum qaz kəməridir. Şahdənizdən karbohidrogen xammalının Türkiyəyə ixrac
edilməsi üçün 2001-ci ildə Azərbaycan və Türkiyə arasında müvafiq müqavilə
imzalanmışdır. Müqaviləyə əsasən, Şahdəniz yatağından 178 mlrd. m
3
qaz və 34
mln. ton qaz kondensatının hasili nəzərdə tutulmuşdur. Yəni yataqdan ildə 6,6
mlrd. m
3
təbii qaz 15 il ərzində Türkiyəyə ixrac olunacaq.
Şahdəniz layihəsinin həyata keçirilməsi üçün ilkin mərhələdə qoyulacaq 2,3
mlrd. ABŞ dolları investisiya bu yatağın tam gücdə istismar edilməsinə imkan
yaratmışdır. Qaz kəmərinin bu istiqamətdə istismara verilməsi 2006-cı ilin sonunda
baş tutulmuşdur.
Şahdəniz-Ərzurum qaz kəməri Azərbaycan və Gürcüstan ərazilərində inşa
edilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinə paralel tikilmişdir. Boru kəmərinin
uzunluğu Azərbaycanda 442 km olduğu halda, Gürcüstanda 248 km təşkil edir.
Boru kəmərinin diametri 42 düyümdür. Türkiyənin «Botaş» dövlət şirkəti
tərəfindən maliyyələşdirilən boru kəmərinin dəyəri 900 mln. ABŞ dollarıdır.
Maliyyələşdirmə vəsaitlərinin vaxtlı-vaxtında ayrılması qaz kəmərinin 2006-cı ilin
sonuna qədər istifadəyə verilməsinə imkan yaratmışdır.
Şahdəniz-Ərzurum qaz kəməri istismara verildikdən sonra yataqdan qaz
hasilatının tədricən artırılması mümkün olmuşdur. Əgər 2007-ci ildə qaz hasilatı 4
mlrd. m
3
, 2008-ci ildə 5,8 mlrd. m
3
və 2009-cu ildə 7,3 mlrd. m
3
-ə çatmışdır.
Layihənin birinci mərhələsinə uyğun olaraq qaz hasilatının həcmi yalnız 2011-ci
ildə 8,5 mlrd. m
3
-ə çatdırılmışdır. Ümumiyyətlə, Şahdəniz-Ərzurum qaz kəmərinin
tam gücü ilə istifadəsi ildə 16 mlrd. m
3
qazın nəqlini nəzərdə tutur.
Xəzər dənizində neft daşımaların gələcəkdə artmasını nəzərə alaraq
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Rusiyanın Nijni Novqorod şəhərindəki
«Krasnoye Sormovo» zavoduna 4 neftdaşıyan tankerin inşasına sifariş vermişdir.
Onlardan üçü («Heydər Əliyev», «Babək» və «Cəlil Məmmədquluzadə») artıq
40
istifadəyə verilmişdir. Orta hesabla hər bir tanker ildə 1 mln. ton neft daşımaq
imkanına malikdir.
Qazaxıstanın sahil ərazilərindən Rusiyaya uzanan əsas ixrac neft
kəmərlərdən birincisi Atırau-Samara kəməri olmuşdur. Bu kəmərlə ildə 10 mln.
tona çatdırılmışdır. Qazaxıstanda neft hasilatının intensiv inkişafı həm fəaliyyətdə
olan boru kəmərlərinin gücünün artırılmasına səbəb olmuşdur, həm də yeni
kəmərlərin inşasını zəruriləşdirmişdir.
Qazaxıstanda çoxvektorlu boru kəmərlərinin inşası siyasəti 1992-ci ildə
Xəzər boru kəməri konsorsiumunun yaradılması ilə başlandı. Bu müqavilə
Qazaxıstan neftinin Qara dənizi sahillərinə çıxarılması məqsədi ilə Qazaxıstan,
Rusiya və Oman hökumətləri arasında imzalanmışdır.
Qazaxıstanın Xəhər dənizi sahilindəki əsas
neft kəmərləri
İstiqamət
km
mln.ton
Uzen-Jetibay-Aktau
142
8
Uzen-Atırau-Samara
1300
15
Kalamkas-Karajanbaş-Aktau
62
15
Prorfa-Gülsarı
103
5
Tengiz-Atırau-Həştərxan Qroznı 678
30
2001-ci ildə istifadəyə verilmiş Tengiz-Novorossiysk marşrutu üzrə Xəzər
boru kəməri konsorsiumu 10 mln. tondan çox neft ixrac etmişdir. Bu boru
vasitəsilə 2003-cü ildə dünya bazarına 14,8 mln. ton neft ixrac edilmişdir. 2004-cü
ildə neft icracı bu istiqamətdə 22,5 mln. tona çatmış və 2006-cı ildə bu göstərici 32
mln. tona qədər artacaqdır.
Qazaxıstanın sahil ərazilərindən neft boru kəməri ilə yanaşı, dəniz nəqliyyatı
vasitəsilə də ixrac edilir. Bununla əlaqədar limanların fəaliyyətinə xüsusi