Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   16   17   18   19   20   21   22   23   24

 

62

burada  şoranlaşmaya  səbəb  olur.  Odur  ki,  vaxtilə  münbit  olan  torpaqlar  kənd 



təsərrüfatı  baxımından  yararsız  vəziyyəyə  düşmüşdür.  İran  sahilinin  təxminən  7-

8%-ni şoranlaşmış ərazilər təşkil edir. 

Türkmənistanın  sahilyanı  ərazilərində  səhralaşmış  sahələr  də  eynilə 

Qazaxıstandakı  kimidir.  Hətta  daha  çoxdur.  Burada  səhralaşmış  ərazilər  bölgənin 

ümumi  sahəsinin  60%-dən  çoxunu  təşkil  edir.  Sahilyanı  ərazilərdə  bir  tərəfdən 

subasma  və  bataqlaşma,  digər  tərəfdənsə  torpaqların  şoranlaşması  baş  verir.  Belə 

proseslər  ən  çox  sahilə  yaxın  çökəkliklərdə,  habelə  Türkmənbaşı  və  Balxan 

körfəzləri ətrafında gedir. 

Türkmənistanın  sahilyanı  ərazilərində  uzun  illər  boyu  neft  yataqlarının 

istismarı ətraf mühitə texnogen təsirin artmasına səbəb olmaqla yanaşı, antropogen 

səhralaşma  prosesinin  inkişafına  da  gətirib  çıxarmışdır.  Bu,  xüsusilə  iri  neft 

yataqları  sahələrində  (Nebitdağ,  Qumdağ,  Ökərəm,  Çələkən)  və  sənaye  şəhərləri 

ətrafında  (Türkmənbaşı,  Türkmənabad,  Nebitdağ)  müşahidə  olunur.  Neftlə 

çirklənmiş torpaqlar və buruq suları olan gölməçələr kifayət qədər geniş sahələrdə 

onsuz  da  son  dərəcə  seyrək  olan  bitki  örtüyünün  az  qala  yox  olmasına  gətirib 

çıxarmışdır.  Sosial  iqtisadi  amillər  sahilyanı  ərazilərin  səhralaşmasına  getdikcə 

daha artıq dərəcədə təsir edir. 

Türkmənistan  sahillərində  yeni  nəqliyyat  şəbəkələrinin,  xüsusilə  boru 

kəmərləri  və  avtomobil  yollarının  yaradılması  və  onsuz  da  seyrək  olan  otlaqlarda 

getdikcə  daha  çox  qoyun  otarılması,  əlbəttə,  təbii  tarazlığı  pozaraq  səhralaşma 

prosesinin intensivləşməsinə birbaşa təsir göstərir. 

Xəzərin  Türkmənistan  sahillərinin  qeyri-bərabər  səviyyədə  mənimsənilməsi 

müvafiq  olaraq  antropogen  səhralaşmanın  yayılmasında  da  öz  əksini  tapır.  Belə 

səhralaşma  lokal  xüsusiyyət  daşıyaraq  əsasən  Türkmənbaşı-Çələkən  sənaye 

zonasında  və  həmçinin  Bekdaş-Qaraboğazqol sahəsində daha aydın  nəzərə çarpır. 

Belə ki, Bekdaş-Qaraboğazqol istiqamətində dəniz səviyyəsinin tərəddüdü körfəzin 

ətraf sahələrində duzla örtülmüş geniş ərazilər yaratmışdır. Bu duz örtüyünü güclü 



 

63

küləklər  uzaq  məsafələr  daşıyaraq  yeni  səhralaşan  arealların  əmələ  gəlməsinə 



səbəb olur. 

Xəzərin  sahilyanı  ərazilərində  səhralaşma  prosesi  mütəmadi  olaraq 

genişlənməkdədir.  Nəzərə  almaq  lazımdır  ki,  sahilyanı  ərazilərin  60%-dən  çoxu 

yarımsəhra  və  səhralardır.  Lakin  hətta  subtropik  zonaların  belə  səhralaşması 

dəhşətdir. Odur ki elə günü bu gündən insan fəaliyyətində tənzimləyici üsullardan 

istifadə  olunmazsa  və  bu  sahədə  Xəzəryanı  dövlətlər  arasında  əməkdaşlıq  yeni 

mərhələdə  inkişaf  etməzsə,  yaxın  gələcəkdə  sahilyanı  ərazilərdə  səhra 

landşaftlarının  daha  da  artacağına  heç  bir  şübhə  yoxdur.  Yaranmış  vəziyyət 

Xəzəryanı  dövlətlərin  bu  sahədə  əməkdaşlığını,  özü  də  əməli  əməkdaşlığını  tələb 

edir. 


3.2. Xəzərin ekoloji durumunun sağlamlaşdırılmasında onun 

hüquqi statusunun razılaşdırılmasının əhəmiyyəti 

 

Xəzər  dənizi  qapalı  su  hövzəsi  olduğu  üçün  sənayenin  inkişafı,  təbii 



sərvətlərinin  mənimsənilməsi  və  sahilyanı  ərazilərində  məhsuldar  qüvvələrin 

yerləşdirilməsi  bütövlükdə  Xəzəryanı  regionda  ekoloji  vəziyyəti  müəyyən  edir. 

Təbii şəraitin fərqli olması, təbii sərvətlərin qeyri bərabər paylanması və sahilboyu 

ayrı-ayrı  ərazilərdə  əhalinin  sıxlıq  dərəcəsi  «ekologi  cəhətdən  gərgin»  zonaların 

yaranmasına  səbəb  olmuşdur.  Lakin  Xəzərin  dəniz  cərəyanları  çirkab  maddələri 

bütün  su  hövzəsinə  yaydığı  üçün  burada  yalnız  nisbətən  təmiz  zonaların  qalması 

haqqında mülahizə irəli sürmək mümkündür. 

Xəzər  dənizinin  ətrafında  beş  müstəqil  dövlətdən  hər  biri  dənizin  təbii 

sərvətlərinin  mənimsənilməsini və ətraf  mühitin mühafizəsini ilk növbədə öz milli 

maraqlarına  uyğun  başa  düşür  və  fəaliyyətlərini  də  buna  uyğun  qurur.  Lakin 

şübhəsiz  ki,  hər  iki  məsələnin  həllində  müvəffəqiyyət  əldə  etmək  üçün 

dövlətlərarası  əməkdaşlıq  tələb  olunur.  Bu  istiqamətdə  son  onillikdə  müəyyən 

irəliləyiş vardır. 



 

64

Məlum  olduğu  kimi,  uzun  illər  Xəzər  dənizinə  dair  məsələlər  SSRİ-İran 



danışıqları çərçivəsində müzakirə olunurdu.  Danışıqlar əsasən dənizdə gəmiçiliyin 

inkişafı  və  dənizlə  ticarət  əlaqələrinin  genişləndirilməsi  ətrafında  gedirdi.  Bu 

danışıqlarda  ekoloji  problemlərə  aid  qarşılıqlı  maraq  doğuran  məsələlər  də 

müzakirə  olunurdu.  Yeni  yaranmış  şəraitdə,  yəni  Xəzəryanı  dövlətlərin  təbii 

sərvətlərdən müxtəlif səviyyədə istifadə etdiyi bir vaxtda, təbii ki, ətraf mühitə təsir 

də müxtəlif dərəcədədir. 

İllər  boyu  küllü  miqdarda  sənaye  tullantıları  Xəzərdə  artmışdır  ki,  bu  da 

dənizin ekologiyasına əhəmiyyətli zərər vurmuşdur. Həmçinin, Xəzəryanı dövlətlər 

imkanı  daxilində  təbii  sərvətlərdən  istifadə  etmiş  və  ətraf  mühitin  mühafizəsi 

məsələlərinin  həllinə  lazımi dərəcədə diqqət yetirilməmişdir. Nə qədər paradoksal 

olsa  da,  Xəzər  dənizində  və  onu  əhatə  edən  ərazilərdə  sənaye  istehsalının  kəskin 

surətdə  aşağı  düşməsi  bölgədə  ekoloji  vəziyyəti  mürəkkəbləşdirmişdir.  Xəzər 

dənizinin ekoloji problemlərinin həlli ilə bağlı Xəzəryanı dövlətlər arasında bir çox 

görüşlər  və  müzakirələr keçirilmişdir. Bunun  ilk  nəticəsi kimi 2003-cü  il  noyabrır 

4-də Tehranda beş Xəzəryanı dövlətin nümayəndələri tərəfindən «Xəzər dənizinin 

dəniz 


mühitinin 

mühafizəsi 

haqqında 

ÇƏRÇİVƏ 


KONVENSİYASI» 

imzalanmışlar. Əldə edilmiş dövlətlərarası  razılaşmanın əsas  müddəalarından olan 

«Çirklənmənin  qarşısının  alınması,  azaldılması  və  ona  nəzarət»  və  «Dəniz 

mühitinin  mühafizəsi,  qorunuö-saxlanması  və  bərpası»  bölmələri  tərəflərin  öz 

aralarında  konstruktiv  əməkdaşlıq  üçün  yeni  imkanlar  yaratmışdır.  «Cərçivə 

konvensiyası»nda  diqqəti  cəlb  edən  maddələrdən  biri  də  «Dənizin  yaxınlığının 

təsiri altında olan qurunun idarə edilməsi» bəndidir. Həmin bənddə qeyd edilir ki, 

«Razılığa  gələn  tərəflər  dənizin  yaxınlığının  təsiri  altında  olan  quru  hissənin 

planlaşdırılması  və  idarə  edilməsi  istiqamətində  milli  strategiyaların  və  planların 

hazırlanması  və  yerinə  yetirilməsi  üzrə  zəruri  tədbirlərin  görülməsinə  cəhd 

göstərirlər».  Xəzər  dənizinin  mühafihəsi  ilə  bağlı  sahil  ərazilərinin  strateji  inkişaf 

planlarının  tərtib  edilməsinin  vacibliyinin  ayrıca  maddədə  göstərilməsi  sahil 

ərazilərinin idarə edilməsinin əhəmiyyətini qabarıq şəkildə əks etdirir. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə