68
ümumi olmasına can atırdı. Bu halda təklif olunurdu ki, dənizdə hər hansı bir neft
şirkətinin fəaliyyəti üçün yalnız yeni yaradılacaq kollektiv orqan razılıq verməli və
dənizdəki neft yataqlarında hər bir Xəzəryanı dövlətin eyni dərəcədə payı
olmalıdır. Belə absurd və buna bənzər təşəbbüslər Rusiya tərəfindən irəli sürülürdü
və İran tərəfi özünün siyasi və iqtisadi maraqlarına uyğun olaraq bu ideyaları
məmnuniyyətlə dəstəkləyirdi.
Xəzərin hüquqi statusu məsələsində rusiyanın 1991-98-ci illərdə qeyri-
konstruktiv təkliflərinə və regionda apardığı uğursuz siyasətinə baxmayaraq,
Azərbaycanın bu məsələdə beynəlxalq hüquqlara əsaslanan düzgün və ardıcıl
siyasəti çox keçmədən öz bəhrələrini verdi.
Xəzər dənizində perspektivli neft-qaş yataqlarının mənimsənilməsi, bioloji
sərvətlərdən istifadə, nəqliyyatın inkişafı və getdikcə kəskinləşən ekoloji
problemlər Xəzər dənizinin hüquqi statusu haqqında ümumi konvensiyanın tərtibi
zəruriyyətini region dövlətləri qarşısında bütün aktuallığı ilə irəli sürürdü. Belə
konvensiyanın tərtib edilməsi üçün Xəzəryanı dövlətlərin nümayəndələrinin
iştirakı ilə xüsusi işçi qrupu yaradılmışdır. Bu isə Xəzəryanı ölkələr üçün haqqında
söhbət gedən məsələnin əhəmiyyətini əks etdirir. İşçi qrupunun Xəzəryanı
ölkələrin hər birində çoxsaylı iclaslarının keçirilməsi mövqelərin yaxınlaşmasına
səbəb olmuşsa da, lakin bu, hələ ki tam anlaşmaya gətirib çıxarmamışdır.
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üçün ilk öncə bu su
hövzəsinin «Dəniz» yoxsa «göl» olması barədə ümumi razılıq əldə olunmalıdır.
Çox əfsuslar ki, bəzi Xəzəryanı ölkələr öz geosiyasi və iqtisadi maraqlarını əsas
tutaraq beynəlxalq hüquq normalarına hələ də məhəl qoymur və statusun onlara
sərf edən şəkildə qəbul olunması üçün region ölkələrinə müxtəlif təzyiqlər
göstərirlər. Xəzəryanı dövlətlər arasında aparılan danışıqlarda ölkələrin mövqeləri
tədricən dəyişməkdədir. Pozitiv istiqamətdə dəyişiklik ilk öncə Rusiyanın
mövqeyində özünü büruzə verir.
1998-ci ildə Rusiya tərəfi Volqa nəqliyyat xətlərinin Azərbaycan
istiqamətində 4 ildən bəri davam edən blokadasına son qoydu. Rusiyanın irəli
69
sürdüyü və İranın dəstəklədiyi dəniz sahilinin 10, 15 və hətta 45 millik ərazi su
zonalarına ayrılması təklifləri digər Xəzəryanı dövlətlər tərəfindən qəbul
olunmamışdır. Əks təqdirdə aydındır ki, qalan su akvatoriyası və oradakı təbii
sərvətlər ümumi sayılacaqdı. Nəzərə alsaq ki, neft-qaz ehtiyatları Azərbaycan,
Qazaxıstan və Türkmənistanın şelf zonalarında yayılmışdır, onda Rusiya və İranın
bu məsələdə maraqlarının üst-üstə düşməsi təəcüb doğurmur.
Xəzərin statusu ilə bağlı Rusiyanın siyasətinin zahirən dəyişməsinə
baxmayaraq, mahiyyətcə onlar real vəziyyəti düzgün qiymətləndirərək öz
maraqlarını qorumağa nail olmuşlar. Bu, ilk növbədə Xəzər dənizinin təkinin
bölünməsi haqqında 1998-ci ildə Qazaxıstanla və 2002-ci ildə Azərbaycanla
müvafiq razılaşmaların imzalanmasıdır. Razılaşmaya əsasən, Xəzər dənizinin dibi
orta xətt prinsipinə uyğun olaraq bölünmüşdür .
2004-cü ilin sonuna Rusiyanın Xəzərin statusuna dair siyasətində bir neçə
məqam çox aydın şəkildə nəzərə çarpır:
— dənizin təki orta xətt prinsipinə uyğun bölünməli, lakin su hövzəsi ümumi
olaraq qalmalıdır. İmzalanmış sazişlər əsasında Rusiya Azərbaycanla və
Qazaxıstanla dənizin dibini özlərinə aid hissələrdə bölüşdürmüşlər. Su hövzəsi isə
hələ ki de-fakto ümumi olaraq qalır. Digər Xəzəryanı ölkələr arasında bu məsələdə
yaranmış anlaşılmazlıqları isə Rusiya sanki müşahidə edir;
— Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsində və
dövlətlərarası əlaqələrin inkişafını dəstəkləyən Rusiya hələ ki, nəticə etibarilə
tədbirlər həyata keçirə bilmir;
— Rusiya özünün siyasi və iqtisali maraqları naminə Xəzərdə sualtı
boruların inşasının əleyhinə çıxış edir.
Azərbaycan Xəzəryanı regionda yeganə dövlətdir ki, Xəzər dənizinin hüquqi
statusu ilə bağlı 1993-cü ildən etibarən beynəlxalq hüquq normalarına uyğun
ardıcıl siyasət həyata keçirməkdədir.
Dənizin hüquqi statusu onun göl olmasının Xəzəryanı dövlətlər tərəfindən
rəsmi təsdiqini tələb edir. Coğrafiya aləmində qəbul olunmuş elmi təsnifata görə,
70
«Dünya okeanına təbii çıxışı olmayan su hövzəsi» göl adlandırılır. Təəccüblü də
olsa, bəzi Xəzəryanı dövlətlər belə danılmaz faktı inkar edərək Xəzərə qapalı
dəniz, daxili su hövzəsi və digər adlar verməklə onun hüquqi statusunu öz
mənafelərinə uyğun formalaşdırmaq niyyətində idilər. Baş verən sonrakı proseslər
göstərdi ki, bu cəhdlər uğursuz olmuşdur.
Qonşu dövlətlərin siyasi təzyiqlərinin artdığı bir məqamda Azərbaycan
mütəxəssislərinin müxtəlif səviyyəli müşavirələrdə bu məsələ ilə bağlı
mövqeyimizi lazım gələrsə, Beynəlxalq Məhkəmə səviyyəsində müdafiə etməyə
hazır olmağımız haqda bəyanatları öz bəhrəsini verdi. Belə ki, Rusiya və İran
tərəfləri bu məsələnin yalnız Xəzəryanı dövlətlər arasında müzakirə edilməsi
təklifini irəli sürməyə başladılar. Rusiya və İran yaxşı bilirlər ki, Xəzərin hüquqi
statusunun beynəlxalq səviyyədə həll olunması onlara sərfəli deyil. Ona görə də
sözügedən dövlətlər digər xarici ölkələrin bu məsələnin həlli prosesinə
qarışmasının əleyhinədirlər.
2002-ci ildə Azərbaycanla Rusiya arasında Xəzərin dibinin orta xətt
prinsipinə uyğun olaraq sektorlara bölünməsi razılaşdırıldı. Bu razılaşma Xəzərin
sektorlara bölünməsi kimi çox mühüm və mürəkkəb bir problemin həlli
istiqamətində atılmış ilk uğurlu addım sayılmalıdır. Lakin, bununla belə, bağlanmış
müqavilədə dənizin su akvatoriyasının bölünməsi məsələsi həll edilməmişdir. Bu
məsələdə tərəflər arasında fikir ayrılığı vardır. Belə ki, Azərbaycan tərəfinin
fikrincə, Xəzərin dibi sektorlara bölündüyü kimi, su hövzəsi də eyni dərəcədə orta
xətt üzrə bölünməlidir. Ölkələraarası danışıqlarda qarşılıqlı kompromislər
müqavilələrin müvəffəqiyyətlə həyata keçirilməsinə şərait yaradır. Odur ki,
zənnimizcə, Azərbaycan tərəfi müəyyən kompromisə gedərək su hövzəsinin
ümumi olması prinsipi ilə gələcəkdə razılaşacaq
Azərbaycan dənizdə hər dörd Xəzəryanı dövlətlə həmsərhəd olduğu üçün
Xəzərin hüquqi statusunun kompromis əsasında qəbul edilməsi xüsusi əhəmiyyət
kəsb edir. Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycan dənizdə hər
bir
həmsərhəd
ölkə
ilə
öz
mövqeyini
ayrı-ayrılıqda
razılaşdırmaq
Dostları ilə paylaş: |