Magistratura məRKƏzi əlyazması hüququnda



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix23.01.2018
ölçüsü0,57 Mb.
#22339
1   ...   16   17   18   19   20   21   22   23   24

 

56

mühafizə  edəcək  tədbirlər  həyata  keçirməklə  həddən  artıq  həssas  olan  sahil 



ərazilərində ekoloji tarazlığı təmin etmək mümkündür. 

Xəzərin sahilyanı ərazilərinin çox hissəsini səhra, yarımsəhra və quru çöllər 

tutur.  Bu  ərazilərdə  atmosfer  yağıntıları  az  olduğundan  bitki  örtüyü  qıtdır.  Yalnız 

subtropik  qurşağı  aid  olan  cənub  sahil  sonası  bitki  örtüyünün  zənginliyi  ilə 

fərqlənir. 

Sahilyanı  ərazilərdə  səhraların  sahəsinin  dəyişməsi  (artması)  bir  tərəfdən 

təbii  proseslər,  digər  tərəfdənsə  insanın  təsərrüfat  fəaliyyətinin  təsiri  altında  baş 

verir.  Təbii  amillər  dedikdə  burada  əsasən  qlobal  iqlim  dəyişiklikləri  və  dənizin 

səviyyəsinin  tərəddüdü  nəzərdə  tutulur.  Dəniz  səviyyəsinin  aşağı  düşməsi 

nəticəsində  sahilyanı  ərazilərdə  eroziya  prosesləri  güclənir  və  eol  tipli  səhralaşma 

gedir. Çünki suyun çəkildiyi sahilyanı bölgələrdə torpaqların duzlaşması müşahidə 

olunur.  Ümumiyyətlə,  dəniz  səviyyəsinin  tərəddüdü  nəticəsində  sahilyanı 

ərazilərdə subasma, qrunt sularının  qalxması və bitki örtüyünün deqradasiyası baş 

verir  və  beləliklə  də  sahilyanı  bölgələrin  ekoloji  vəziyyəti  ağırlaşır,  təbii  mühitdə 

gərginlik artır. 

Xəzərin  şərq  sahilinə  dənizin  səviyyə  tərəddüdü  ilə  yanaşı,  yarımsəhra  

landşaftı hesab olunan geniş Turan düzənliyi də təsir edir. Bitki qıtlığı ilə fərqlənən 

oazis  və  kəhrizli  ərazilərdə  çoxsaylı  mal-qaranın  nəzarətsiz  otarılması  tədricən 

bitki  örtüyünün  deqradasiyasına  səbəb  olur.  Üstəlik,  bu  azmış  kimi  kolluqları 

qırılması  burada  bitki  örtüyünün  tamamilə  yox  olmasına  gətirib  çıxarmışdır.  Belə 

vəziyyət xüsusilə dənizin şərq sahilinin şimalda Elba çayından, cənubdan isə Atrek 

çayına  qədər  olan  hissəsi  üçün  daha  xarakterikdir.  Dənizin  qərb  sahilində 

səhralaşma  Kalmıkiyanın  sahilyanı  sahəsində  (Çyornıye  Zemli)  və  Abşeron 

yarımadasında daha intensiv müşahidə edilir. Əgər Kalmıkiyada bu proses çoxsaylı 

mal-qaranın  otarılması  ilə  bağlıdırsa,  Abşeron  yarımadasında  buruq  sularından 

əmələ  gəlmiş çoxsaylı  gölməçələrin  yaranmasına  gətirib çıxarmışdır. Nəticədə  isə 

burada  neftlə  çirklənmiş  və  yararsız  vəziyyətə  düşmüş  torpaqlar  ildən-ilə 

çoxalmışdır. Beləliklə də bu ərazilərdə torpaq və bitki örtüyü deqradasiyaya məruz 




 

57

qalaraq antropogen  səhralaşmaya səbəb olmuşdur. 



Xəzərin  sahilyanı  ərazilərinin  təxminən  130  min  km

2

  sahəsi  səhra  və 



səhralaşmış landşaftlardır. Təbii səhralardan fərqli olaraq səhralaşmış landşaftların 

formalaşması  müxtəlif  proseslərin  təsiri  altında  baş  vermişdir.  Bununla  əlaqədar 

belə ərazilərdə  müxtəlif tipdə səhralaşmış sahələr üstünlük təşkil edir: külək və su 

erroziyası;  torpaqların  su  altında  qalması  və  duzlaşması  və  texnogen  səhralaşma. 

Texnogen səhralaşma bura üçün daha səciyyəvidir. 

Səhralaşma prosesi Xəzərin şimal, şimal-şərq, xüsusilə şərq və qismən qərb 

sahillərində  daha  intensiv  baş  verir.  Bu  bölgələrdə  bir  çox  hallarda  həm  təbii 

proseslər,  həm  də  antropogen  təsir  üst-üstə  düşərək  səhralaşmanın  sürətlənməsinə 

səbəb  olmuşdur.  Qeyd  etdiyimiz  sahil  bölgələri  əsasən  yarımquraq  və  quraqlıq 

zonalarında yerləşdiyindən hər hansı bir təsərrüfat fəaliyyəti səhralaşma prosesinin 

yayılmasında təkanverici rol oynayır. 

Xəzər sahilinin  yalnız cənub-qərb  və cənub sahələrində səhralaşma prosesi, 

demək  olar,  çox  zəif  şəkildədir.  Burada  yalnız  antropogen  səhralaşma,  özü  də 

qismən, məhəlli səviyyəsində yayılmışdır. 

Xəzərin  sahilyanı  ərazilərindəki  ölkələr  üzrə  səhralaşma  prosesi  müxtəlif 

səviyyədə  gedir.  Səhralaşmaya  məruz  qalan  ən  geniş  sahə  Qazaxıstan 

bölgəsindədir.  Ən  uzun  sahil  xəttinə  malik  olan  bu  bölgədə  yalnız  quru  çöl, 

yarımsəhra  və  səhra  landşaftları  mövcuddur.  Xəzər  dənizi  sahillərində  yayılmış 

səhralaşmış  ərazilərin  40%-dən  çoxu  məhz  Qazaxıstanın  payına  düşür.  Sahilyanı 

ərazilərdə  bir  neçə  dayaz  körfəzin  olması  (Kaydak,  Komsomolets,  Myortviy 

Kultuk) şoran torpaq sahələrinin genişlənməsinə təsir göstərir. Burada su və külək 

eroziyası  eyni  dərəcədə  səhralaşma  prosesini  sürətləndirir.  Bundan  əlavə,  yalnız 

subasma  nəticəsində  hər  il  10-12  min  km

2

  ərazi  mütəmadi  yararsız  vəziyyətə 



düşür.  Sübasma  kənd  təsərrüfatı  üçün  yararlı  torpaqlara,  suvarma  sisteminə, 

otlaqlara,  boru  kəmərinə  və  nəqliyyat  şəbəkəsinə  böyük  ziyan  vurur.  Myortvıy 

Kultuk  körfəzinin  sahəsinin  dəyişməsi  nəticəsinlə  sahil  bölgələrində  daim 

gölməçələr əmələ gəlməkdədir. 




 

58

 Mütəmadi  küləklər  nəticəsində  qumla  örtülü  Narınkum  sahəsində  yeni 



relyef formaları əmələ gəlir və beləliklə, onsuz da bitki örtüyü məhdud olan sahələr 

getdikcə  azalır.  Lakin  qeyd  etmək  lazımdır  ki,  otluqlarda  çoxsaylı  mal-qaranın 

otarılması,  müxtəlif  tikinti  işlərinin  aparılması  və  torpağın  zəhərli  maddələrlə 

çirklənməsi də bitki örtüyünün seyrəlməsinə birbaşa təsir göstərir. 

Qazaxıstanın  sahilyanı  ərazilərinin  təxminən  45%-ni  güclü  səhralaşmaya 

məruz qalan sahələr təşkil edir. Onların daxilində antropogen səhralaşmış ərazilər 

getdikcə  genişlənməkdədir.  Belə  ərazilər  əsasən  təbii  sərvətlərin  intensiv 

mənimsənildiyi  bölgələrdə  daha  çoxdur.  Çoxsaylı  neft  mədənləri  ərazilərində 

səhralaşma  daha  aydın  nəzərə  çarpır.  Bu,  ilk  növbədə  Karajanbas,  Tengiz, 

Kalamkas, Uzen və digər neft yataqları sahələrinə aiddir. 

Rusiyanın sahilyanı ərazilərinin əsas sahələri olan Xəzərsahili düzənliyində, 

Çyornıye  Zemli  bölgəsində  və  Terek  çökəkliyində  antropogen  səhralaşma 

nəzərəçarpacaq dərəcədə özünü büruzə verir. 

Böyük bir sahəni əhatə edən Xəzərsahili düzənliyi  bütünlükdə Şimali Xəzər 

ərazisini  tutur.  Şimali  Xəzər  sahillərinin  həddən  ziyadə  girintili-çıxıntılı  olması 

burada akkumulyativ  relyef  formalarının  yayılmasına səbəb olmuşdur. Volqa çayı 

deltasının  sağ  sahilində  qum  küləklər  vasitəsilə  sovrularaq  kiçik  təpəciklər 

yaratmışdır. Bura, demək olar, başdan-başa quru  çöllərdən ibarətdir. 

Volqa  çayının  sol  sahilində,  dənizdən  təxminən  80  km  aralıda  yerləşən 

Həştərxan  qaz-kondensat  kompleksinin  fəaliyyəti  nəticəsində  antropogen 

səhralaşmış ərazilər yaranmışdır. Külək eroziyası texnogen təsir sahəsinin daha da 

artmasına səbəb olmuşdur. 

Xəzərin şimal sahilində ərazilərin artmasına əsasən neft-qaz obyektləri təsir 

göstərirsə,  şimal-qərb  və  qərb  sahillərinin  düzənlik  yerlərində  kənd  təsərrüfatının 

təsiri üstünlük təşkil edir. 

Xəzərin  şimal-qərb  bölgəsinin  əsas  düzən  sahələri  olan  Çyornıye  Zemli  və 

Kizlər  otlaqları  Kalmıkiya  və  Dağıstan  sahilləri  boyunca  uzanıb  gedir.  Bu  təbii 

ekosistemlərdə  fasiləsiz  olaraq,  bəzən  isə  həddən  artıq  dərəcədə  mal-qara 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə