Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 121,43 Kb.
səhifə16/17
tarix11.05.2022
ölçüsü121,43 Kb.
#86597
1   ...   9   10   11   12   13   14   15   16   17
Quliyeva-Leyla-El-in

Referat


Mövzunun aktuallığı: Maliyyə sisteminin tərkib hissəsi olan qiymətli kağızlar

bazarı - siyasi və sosial-iqtisadi funksiyalarının yerinə yetirilməsi üçün xidmət edən əsas sahəsilərindən biridir. Xüsusilə də müasir dövrdə ölkəmizin iqtisadi gücünün, sosial-iqtisadi vəziyyətinin xeyli yaxşılaşması, maliyyə sisteminin səmərəliliyinin artmasının başlıca meyarına çevrilir. Hal-hazırki dövrdə iqtisadi rifahdakı dövlətin rolu böyükdür. Beynəlxalq qiymətli kağızlar bazarının məzmunu və iqtisadi mahiyyəti onun tərkibi və strukturunda hər biri spesifik vəzifələri icra edən xüsusiləşmiş həlqələrlə fərqləndirilməkdədir. Yəni ki, qiymətli kağızlar bazarı dövlətin maliyyə sisteminin aparıcı həlqələrindən birini təşkil etməkdədir.

İqtisadi islahatlar şəraitində həyata keçirilən əsaslı struktur dəyişiklikləri

Azərbaycan Respublikasının iqtisadi həyatında qiymətli kağızlar bazarının səmərəliliyinin yüksəldilməsi tələbini qarşıya qoymaqdadır. İqtisadiyyatın dövlət tənzimlənməsi mexanizmində bütün bunlar, bu bazarın diqqətlə öyrənilməsini, onun bazar iqtisadiyyatı şəraitinə uyğun qurulmasını əsas problem kimi ortaya qoymaqdadır. Müasir şəraitdə bu problemin aktuallığı həm də onunla izah olunur ki, nəzəri-metodoloji məsələlərin həlli Azərbaycanda aparılan islahatların səmərəli şəkildə həyata keçirilməsi üçün hələ də aktual məsələ olaraq qalır. Bu problemlərin həlli inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq təhlil edilməli, uyğun və səmərəli cəhətlər götürülməklə tətbiq edilməlidir.



Tədqiqatın_predmeti'>Tədqiqatın predmeti: Dissertasiya işinin predmeti Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının səmərəliliyinin artırılması, inkişafı və onun fəaliyyət mexanizminin İEÖ-in təcrübəsinə uyğunlaşdırılmasının təhlili təkmilləşdirilməsinin nəzəri-metodoloji aspektlərindən ibarətdir.

Tədqiqatın obyekti: Dissertasiya işinin obyekti kimi beynəlxalq qiymətli

kağızlar bazarı, müasir vəziyyətinin qiymətləndirilməsi və inkişaf perspektivlər



,onun fəaliyyət mexanizmi seçilmişdir.

Tədqiqatın əsas məqsəd vəzifələri: Dissertasiya işinin əsas məqsədi beynəlxalq qiymətli kağızlar bazarının öyrənilməsi və təhlili,onun gələcəkdə inkişaf
perspektivlərini araşdırmaq,iqtisadiyyatımız üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq respublikamızda qiymətli kağızlar bazarının formalaşması xüsusuiyyətlərinin tədqiqi,onun iqtisadiyyatda rolunun açıqlamasıdır.Bununla belə beynəlxalq qiymətli kağızlar bazarının təcrübəsindən yararlanmaq,tətbiq etdikləri üsullardan daxili bazarın inkişafı üçün istifadə etməyin yollarını öyrənməkdir.

Bu məqsədlə dissertasiya işinin vəzifələri aşağıdakılardır:

-Beynəlxalq qiymətli kağızlar bazarını təhlil etmək ,ilkin və təkrar bazarın işləmə mexanizmini öyrənmək.



  • Beynəlxalq qiymətli kağızlar bazarının problemlərinin öyrənilməsi və

təhlili,onların aradan qaldırma yollarının araşdırılması.

  • Beynəlxalq qiymətli kağızlar bazarının inkişaf yollarının araşdırılması

-Beynəlxalq bazarın təcrübələrindən yararlanmaq və bu təcrübələri qiymətli kağızlar bazarında tətbiq etmək

Tədqiqatın nəzəri-metodoloji əsasları: Dissertasiya işinin nəzəri əsasını müasir iqtisadi nəzəriyyənin, tanınmış iqtisadçı alimlərin dünya iqtisadiyyatı və beynəlxalq investisiya problemləri üzrə əsər və tədqiqatları, makroiqtisad elminin müddəaları, sistemli və kompleks yanaşma müddəaları ,metodoloji əsasını dialektik məntiq təşkil edir. İşdə təhlil və sintez, elmi abstraksiya, müqayisə və qruplaşdırma metodlarından istifadə edimişdir.

Tədqiqatın informasiya bazası işlənməsi metodları: Dissertasiya işində

tədiqat işinin dolğun olması məqsədilə geniş informasiya əldə edərək müvafiq dövlət strukturlarının veb səhifələrindən həmçinin Azərbaycan Respublikası Statistika Komitəsinin statistik məcmuələrindən, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Vergilər Nazirliklərinin hesabatlarından, İqtisadi İnkişaf Nazirliyinin və digər rəsmi məlumatlardan,Qiymətli Kagızlar üzrə Dövlət Komitəsi Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin rəsmi statistik materiallarından istifadə olunmuşdur.

Tədqiqatın aparılması müddətində iqtisadi-riyazi modelləşdirmə statistik qruplaşdırma, monoqrafik tədqiqat,riyazi-statistik, müqayisəli təhlil metodlardan istifadə olunmuşdur.


Yüklə 121,43 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə