Magistratura məRKƏZİ Əlyazması hüququnda


Beynəlxalq qiymətli kağızlar bazarının Azərbaycan iqtisadiyyatında rolu



Yüklə 121,43 Kb.
səhifə12/17
tarix11.05.2022
ölçüsü121,43 Kb.
#86597
1   ...   9   10   11   12   13   14   15   16   17
Quliyeva-Leyla-El-in

Beynəlxalq qiymətli kağızlar bazarının Azərbaycan iqtisadiyyatında rolu


İqtisadiyyatın inkişaf etməsi üçün qiymətli kağızlar bazarının hər iki qolu, yəni həm pay, həm də borc qiymətli kağızlar bazarı mühüm rol oynamaqdadır. Pay qiymətli kağızlar bazarı səhm bazarıdır. Ölkə daxilində müasir şəraitdə səhm bazarının hüquqi qanunvericiliyinin möhkəmləndirilməsi və yaradılması onun müəssisələrə və şirkətlərə həm milli səviyyədə, həm də beynəlxalq iqtisadiyyatda öz payları ilə qloballaşmağa və çıxış etməyə imkan verməkdədir. Fimaların və şirkətlərin kapital bazarlarında maliyyə vəsaiti cəlb etməsinin nisbətən yeni və mühüm bir yolu da onların buraxdıqları səhmləri , yəni pay sənədlərini həmin bazarlara satışa çıxarmalarıdır. Bu üsulla vəsait cəlb olunması firmalara və müəssisələrə, ümumiyyətlə səhmdarlara bəzi üstünlüklər verir ki, bunlara göstərilənləri aid edə bilərik: pay sənədləri fondu sahəsində riskin bölüşdürülməsi

  • səhm sahibləri malik olduqları onlar üzrə səhmdarlara verilən hüquqlardan və səhm qiymətli kağızlarının növündən asılı olaraq səhmdar cəmiyyətinin fəaliyyətində məsuliyyət daşımaqdadırlar. Səhmdarlar əmlak və mənfəət bölgüsündə iştrak etmək hüququ ilə bərabər müəssisənin fəaliyyət risklərinin bir hissəsini də öz üzərinə götürür; səhm bazarlarında pay sənədlərinin satışı təzə səhmdarlar cəlb edərək cəmiyyətin səhmlərinə olan tələbatın və müvafiq olaraq onların qiymətlərinin artmasına səbəb olmaqdadır. Səhmdarlar sahib olduqları səhm qiymətli kağızlarının qapalı və açıq ya bazarda satışı vasitəsilə səhmdar cəmiyyətinə yeni şəriklər cəlb edə, eləcə də səhm paketini artırmaqla səhmdar cəmiyyətinin nizamnamə kapitalında dəyşiklik edə blərlər; pay sənədlərinin istər beynəlxalq, istərsə də milli səhm bazarlarında satılması müəssisənin həm beynəlxalq miqyasda, həm də ölkə daxilində tanınmasına şərait yaratmaqdadır.

Bazar iqtisadiyyatı sisteminə qədəm qoymuş respublikamızın iqtisadiyyatı üçün səhm bazarının inkişafı mühün əhəmiyyət kəsb etməkdədir. Hər şeydən əvvəl bu özünü özəlləşdirmə prosesinin daha qısa vaxt ərzində və məqsədəuyğun keçirilməsinə şərait yaratmasında göstərməkdədir.
İqtisadiyyat qarşısında duran əsas vəzifələrdən biri bazar iqtisadiyyatı və ona keçid şəraitində olan ölkələrdə müssisələr arasında ödəməmələr məsələsinin, həmçinin qarşılıqlı borc problemlərinin həll olunmasıdir. Ona görə ki, özuylə bərabər qarşılıqlı borc probleminin mövcudluğu yeni-yeni problemlər də doğurur. Firmalar vergiləri ödəyə bilmir, ona görə ki,aldıqları mala görə mal alıcıları borclarını ödəmirlər. Öz növbəsində dövlət isə vergi daxilolmalarının azlığından büdcə planını yerinə yrtirə bilmir və iqtisadiyyatın bəzi sahələrinə ümumiyyətlə yardım edilmir və ya gecikdirilir . Bütün bunlar isə ümumilikdə iqtisadi həyata öz effektini göstərməkdədir və dövlət istər siyasi, istər iqtisadi, istərsə də digər sahələr üzrə gücünü itirməkdədir.
Bu problemlərin həlli üçün müasir dövrdə dövlət borc bazarının inkişafını daha məqsədəuyğun hesab edir. Bu bazar müəssisənin dövriyyə və əsas vəsaitlərinə olan ehtiyacının qarşılanmasında böyük rol oynamaqdadır. Bazarda dövr edən borc qiymətli kağızları ehtiyacı olan sahələri qarşılayan qiymətli kağızlar qismində çıxış etməkdədir. Borc bazarının əsas elementi olan istiqrazların və veksellərin hərəkəti zamanı maliyyə resurslarının az effektli sahələrdən çox effektli sahələrə axını baş verməkdədir. Bu baxımdan borc bazarının inkişafı ölkədə bütövlükdə müəssisə daxilində olan bir çox problemlərin həllinə kömək etməkdə, resursların səmərəli paylanması təmin olunmaqdadır. Burada dövr edən əsas qiymətli kağızlar müxtəlif növ dövlət və korporasiya istiqrazları, veksellər, əmanət sertifikatları ,dövlətin xəzinə öhdəlikləri və s. qiymətli kağızlardan ibarətdir.

Qarşılqlı borcların ödənilməsində Veksel mühüm əhəmiyyət kəsb etməkdədir. Müxtəlif fiziki və hüquqi şəxslər veksel buraxmaqla aldığı malın və ya göstərilən xidmətin müqabilində veksellə hesablaşa bilər, özünə lazım olan vəsaiti cəlb edə bilər, qarşılıqlı borcları velsellə ödəyə bilər, və borclarını veksellə rəsmiləşdirə bilər. Veksel bazar münasibətləri şəraitində həm də təminatlı borcların verilməsində girov elementi kimi çıxış etməkdədir. Hal-


hazırda vekselin girov aləti olmasını qəbul edərək banklar ondan geniş istifadə etməkdədirlər. Girov üçün daşınmaz əmlaka və ya digər aktivlərə malik olmayan lakin müəyyən iqtisaqi fəaliyyətə başlamaq istəyən, hüquqi və fiziki şəxslər bankdan kredit götürərkən öz öhdəliklərinə veksel vasitsilə təminat vermələri həm borc alanlar üçün, həm də bank üçün əlverişli olmaqdadır. Qabaqcıl ölkələrin çoxunda banklar veksel dövriyyəsində daha fəal iştirak etməkdədir. Banklar veksellərin girov qoyulması müqabilində kredit vermək, vekselləri uçota götürmək, vekselə zamin durmaq və s. kimi əməliyyatları aparmaqla bir tərəfdən onların dövriyyəsini genişləndiməkdə, digər tərəfdən vəsaitlərini daha az riskli əməliyyatlara cəlb etməklə gəlir əldə etməkdədir.
Respublikamızda da veksel bazarının inkişaf etdirilməsinə mühüm əhəmiyyət verilir. Xüsusilə də ölkənin əsas sahəsi olan neft sektorunda emal və istehsalın çoxpilləliyi, bu sahədə maşınqayırma, hasilat, emal və s. üzrə ayrı-ayrı müəssisələrin fəaliyyəti onlar arasında qarşılıqlı hesablaşmaların da çoxalmasına gətirib çıxarır. Belə mühüm bir sahədə qarşılıqlı hesablaşmalar üzrə öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi əsas məsələlərdən biridir ki, bunun da aradan qaldırılmasının ən yaxşı yollarından biri veksel bazarının inkişaf etdirilməsidir. Bununla bağlı QKDK 2 fevral 2000-ci ildə “Azəbaycan respublikasında veksellərin dövriyyəsi haqqında” Əsasnaməni təsdiq etmişdir. Bunun qəbul edilməsini zəruri edən mühüm şərtlərdən biri ölkədə olan ödəməmələr probleminin uzun müddət inzibati yolla həll edilə bilməməsidir.

Borc bazarında dövr edən digər qiymətli kağız istiqrazlardır. Bu qiymətli kağızlar vəsait cəlb olunmasında hökumət, müxtəlif dövlət qurumları və bələdiyyələrin əsas alətidir. İstiqrazlar korporasiyalar və dövlət tərəfindən buraxılır. Dövlət istiqrazının sahibi kreditor, dövlət isə borc alan kimi çıxış edir. Borc bazarında hərəkət edən qiymətli kağızlar içərisində dövlət istiqrazları ən az riskli qiymətli kağızlara aiddir. Bu onunla bağlıdır ki, dövlət iqtsadi subyektlər arasında ən etibarlısı sayılır.


Qeyd etdiyimiz kimi respublikamızda qiymətli kağızlar bazarının rolu ilk növbədə onun bazar iqtisadiyyatı inkişaf yolunu seçməsi ilə müəyyən olunur. Bazar iqtisadiyyatı isə azad sahibkarlığa əsaslanır. Buna nail olmağın əsas üsulu isə dünya təcrübəsindən məlum olan özəlləşdirmə, yəni dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə keçilməsidir. Məhz belə bir şəraitdə, dövlətimizin xarici təcrübəyə əsaslanaraq seçdiyi özəlləşdirmənin həyata keçirilməsi prosesində qiymətli kağızlar bazarının mövcudluğu zəruriyyəti meydana çıxdı. Beləki, əvvəllərdə qeyd etdiyimiz kimi özəlləşdirmənin normativ-hüquqi bazasını təmin etmək məqsədilə 7 yanvar 1993-cü ildə “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu prosesin həyata keçirilməsi üçün prezidentin 23 iyun 1992-ci il Fərmanına uyğun olaraq Dövlət Əmlak Komitəsi (hazırda Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi) yaradıldı. Bu komitəyə dövlət əmlakının özəlləşdirilməsi haqqında proqram hazırlamaq tapşırıldı. Birinci proqramın həyata keçirilməsi istənilən nəticə vermədi və 29 sentyabr 1995-ci ildə 1995-98 illərdə Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Respublika Proqramı qəbul edildi. Məhz bu proqramın qəbulu ilə özlləşdirmə kimi mühüm problemin həllində fond bazarının iştirak etməsi zəruriliyi meydana çıxdı. Həmin proqramda özəlləşdirmənin müddəti və mərhələləri, məqsədləri, üzəlləşdirilən müəssisələrin təsnifatı, onların səhmdar cəmiyyətə çevrilməsi, səhmləşdirmənin konkret variantları, özəlləşdirmə çeklərinin verilmə şərtləri, miqdarı və onlardan istifadə qaydaları öz əksini tapırdı. Müəssisələrin özəlləşdirilməsi istehsal prosesinə rəqabət qabiliyyətli müəssisələrin cəlb edilməsi; bazar münasibətlərinin və bazarın formalaşdırılması; istehsalın idarə olunmasında çevikliyin yüksəldilməsi; fond bazarının və fond birjasının formalaşdırılması; xarici investisiyaların cəlb olunması; büdcə kəsirinin azaldılması və ləğv edilməsi və s. kimi problemlərin həlli ilə əlaqələndirilirdi.
Fond bazarının rolu Resbublikamızda digər tərəfdən də özəlləşdirilən kommersiya müəssisələrinin səhmdar cəmiyyətləri formasında təşkil olunması ilə sıx
əlaqəli olmaqda idi. Ona göre ki, bu prosesin həyata keçirilməsi ən azından ölkədə səhm bazarının mövcudluğunu şərtləndirməkdə idi. “Səhmdar Cəmiyyəti haqqında” Qanun 12 iyun 1994-ci ildə qəbul edildi. “Dövlət müəssisələrinin səhmdar cəmiy- yətlərinə çevrilməsi qaydaları haqqında Əsasnamə” 29 noyabr 1996-cı ildə təsdiq edildi. Daha sonra ildə bir-birinin ardınca 14 may 1997-ci “İxtisaslaşdırılmış çek investisiya fondları (ÇİF) haqqında”, “Dövlət özəlləşdirmə opsionları”, ,“Milli Depozit Sistemi” ,“Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış SC-nin və ixtisaslaşdırılmış ÇİF-un səhmdarlarının reyestrlərinin aparılması qaydaları haqqında Əsasnamə” qəbul olundu. Normativ-hüquqi aktların həyata keçirilməsi və onların qəbul olunması respublikamızda hərtərəfli şəkildə formalaşmış qiymətli kağızlar bazarının yaradılmasını şərtləndirməkdədir. Yeni proqrama uyğun olaraq özəlləşdirmə ilə əlaqədar opsion çek bazarının mövcudluğunu və səhmdar cəmiyyətlərinin yaradılması şərtləndirdi. 18 may 1997-ci il respublikada çek auksionunun başlanğıcı hesab olunmaqdadır. Həmin ildə satışa 724 səhmdar cəmiyyətinin səhmləri çıxarılmış və 14 çek auksionu keçirilmişdir.
Nazirlər Kabineti tərəfindən 1996-cı ildəilk dəfə olaraq həmin il Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazları buraxılmış,“DQİ-nin buraxılışı, yerləşdirilməsi və dövriyyəsi Qaydaları barədə Əsasnamə” qəbul edilmışdi ki, bu da ölkədə istiqraz bazarının yaranmasından ötrü ilkin şəraiti təmin etmiş oldu. “Qiymətli kağızlar haqqında” Qanun 14 iyul 1998-ci ildə qəbul olundu.
Fond bazarının yaranması respublikamızda korporativ idarə etmənin əsasını qoymuşdu. Bu idarəetmə ölkəmizdə səhmdar cəmiyyətləri formasında həyata keçiriməkdədir.
16 ilə yaxın bir müddətdə özəlləşdirmə prosesinin həyata keçirilməsinə baxmayaraq hələ də bir çox müəssisələr özəlləşdirilməmiş qalıb. Özəlləşdirmə prosesinə xarici investorların cəlb edilə bilməməsi bunun səbəblərindən biridir. Bunun üçün qiymətli kağızlar bazarı barədə informasiyanın daha çox verilməsi və
ölkədə mövcud olan investisiya şəraiti vacib şərtlərdən biridir. Digər bir tərəfdən heç də bütün şirkətlər özəlləşdirilməyə cəlb olunmurlar. Bu, həmin müəssisələrin dövlət üçün xüsusi strateji əhəmiyyət daşıması ilə əlaqədardır. Buna misal olaraq, Azərbaycan Dövlət Neft Şirkəti ilk dövrlərdə özəlləşdirilməyə çıxarılsa da, sonradan onun dövlət üçün vacibliyi nəzərə alınaraq bu prosesdən çıxarıldı. Bundan əlavə “AzərSu” ,“Azər Enerji” kimi səhmdar cəmiyyətləri dövlət mülkiyyətindədir.
Dünya təcrübəsindən gördüyünüz kimi, qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının əsas təməlidir. Buna görə də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaranması haqqında 1998-ci il dekabrın 30-da verdiyi 58 saylı Fərmanı xarici sərmayədarlar,dünya şirkətlər və maliyyə təşkilatları tərəfindən yüksək qiymətləndirilib. 26 iyul 1999-cu il tarixində «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» AR Prezidentinin Fərmanının imzalanması ilə ölkədə qiymətli kağızlar bazarının təməli qoyulmuşdur. 11 fevral 2004-cü il Fərmanına əsasən AR bildiyiniz kimi prezidentinin ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunub. Bu proqramda regionlar ilə mərkəz arasında bu sahələrdə tarazlığın bərpası və respublikamızın regionlarında müxtəlif iqtisadi və sosial təsərrüfat sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bunlarla əlaqədar olaraq proqramda müxtəlif icraçıları və onların məqsədi, tədbirlər müəyyən olunmuşdur. Proqramda müəssisələrin fəaliyyətinin bərpa edilməsi üçün iri və orta müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsi, yeni iş yerlərinin açılması , onların səhmlərinin satışı , və özəlləşdirmə prosesinin sürətləndirilməsi bəndi nəzərdə tutulmuşdur ki, bu da özəlləşdirmə ilə bağlı olaraq bu illər ərzində, bu cür irimiqyaslı dövlət proqramının həyata keçirilməsində qiymətli kağızlar bazarının nə qədər əhəmiyyətli rol oynamasından xəbər verir.


    1. Yüklə 121,43 Kb.

      Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə