|
MahirəNərimanqızı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
182
yada salmaq istəyir, amma get-gedə özündən daha
çox uzaqlaşırdı.Ağrıyan gözlərini özündən zorla
qopartdı, yan-yörəsinə baxdı.İndi burda çoxlu boş
qəbirlər var idi.Yenə də soruşdu: “Ölən kimdir?”
Adamın ucu-bucağı yox idi.İndi onlar ayrı-ayrı adam
kimi yox, bütöv bir şəkil kimi görünürdü.Üstünə
qara-sarı işıq düşən lövhə. Gördüyünü axıra qədər
dərk eləməyə macal tapmamış, möhkəm bir uğultu
qopdu.
Haradansa, uzaqlardan bir yığın adam sürətlə
təpənin üstünə gəldi, özləri ilə gətirdikləri uca bir
adamı ehmalca yerə qoydular. Bu adam o
birilərindən fərqlənirdi və yəqin ki, fərqləndiyi üçün
də danışmağa başladı. Onun üstünə qara-sarı işıq
daha çox düşdüyündən və bu rənglərin çalarlarının
itən yerini müəyyənləşdirə bilmədiyindən üzünü yaxşı
görə bilmirdi.Diqqətini çox çətinliklə cəmləşdirib
ona qulaq asmağa çalışdı.Fəhmlə hiss elədi ki, bu,
çox vacib andır, eşidəcəyi sözlərdən çox şey
asılıdır.Birdən anladı ki, bu adam danışsa da, səsi
ayrı yerdən gəlir və o bu adama yox, o səsə qulaq
asmalıdır.Səs isə reproduktordan qopurmuş kimi
bərkdən əks-səda verir və dalğa-dalğa onu
itələyirdi.O, qulaqlarında və beynində əmələ gələn
titrəmə və ağrıdan gözlərini yumdu.Bu an başının,
beyninin, huşunun qopuq-qopuq olub harasa
dağıldığını hiss elədi.Daha dağılmaq mümkün
olmadıqda gözlərini açdı.Hamı ağlayırdı. “Kimdir
ölən?”,- ixtiyarsız soruşdu.Qara-sarı şəkil ağlayırdı
və ağladıqca onların qara-sarı işığı artırdı.Bu qatı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
183
iniltinin,hönkürtünün, hıçqırtının içində tək-tənha
qalmışdı.
Uca adam da ağlayırdı, təkcə o ağlamırdı.
Qəbirlər boş idi.O, boş qəbirlərin arası ilə gəzib,
diqqətlə adamlara baxmağa başladı.Birdən gördü ki,
baş daşlarının üzərində yazılar var.Qara-sarı işıqda
bu yazıları oxumağa çalışdı, amma hərflər ona
qətiyyən tanış gəlmirdi.Hərflər gözünün qabağında
böyüsə də,o bu yazıları oxuya bilmədi.Əllərinə baxa-
baxa qaldı.
Qara-sarı lövhə ağlayıb-ağlayıb yoruldu. Adamlar
uzun iztirabdan sonra diriləşmişdilər. O da başındakı
darlığın az da olsun, genəldiyini duydu. Yenə də
möhkəm uğultu qopdu. İndi bu, qara-sarı şəklin
uğultusu idi: ehsan verirdilər.
Süfrə hər kəsin qarşısında peyda olur, adamlar
istədiyini götürəndən sonra qeyb olur, yoxa
çıxırdı.Adamlar itiləşmişdilər. Əvvəlki ağırlıq və
süstlük yoxa çıxmışdı.Birdən onu hər tərəfdən
dürtmələdilər.Onun növbəsi idi.Qabağında peyda
olan süfrənin itiliyindən diksindi.Adamlar çığırışır,
onu itələyir, tələsdirirdilər.O bu səs-küydən qorxdu
və çaşdı.İstəməsə də, əyilib bir tikə çörək
götürdü.Adamlar daha bərkdən çığırışıb, onu hər
tərəfdən itələməyə, vurmağa başladılar.O, ətrafında
minlərlə bərələ göz, çığıran ağız gördü.Səs-küydən
əlləri ilə qulaqlarını qapadı,gözlərini yumub
çömbəldi.Qara-sarı şəkil qışqırırdı: “Çox götür!Hər
şey götür!”Özünə çəkilib lap yumuldu və yazıq-yazıq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
184
zarıdı.Uca adam sütun kimi qarşısında dayanmışdı,
ona zillədiyi gözləri qaranlıq uçurum kimi dəhşətli
idi.
Yenə də vaxt tarımlanmış kimi gizildədi.Sonra
gizildəyən uğultu da,ağrıyan vaxt da ondan qopdu,
uçuruma düşürmüş kimi özündən asılı qaldı.Nə qədər
vaxt keçdi?Anmı?Əbədiyyətmi?
Hər şeyin sakitləşdiyini duyub gözlərini açdı, boş
qəbirlərə baxdı, yorğun-yorğun: “Ölən kimdir?” –
soruşdu.
Daha burda qalmaq istəmirdi.Adamlar nəyləsə
məşğul idi.Uca adam da yox idi.”O nə deyirdi?Nə
istəyirdi?Bu adamlar onu eşitdilərmi?Niyə onun ağlı
heç nə kəsmir?Gördüyünü,eşitdiyini dərk
eləmir?Bəlkə, ölən özüdür?Yox, əgər ölsəydi,qəbirlər
boş qalmazdı.Bəlkə, ölən bu qara-sarı şəkildir?”
Dönüb qara-sarı şəklə baxdı.Adamlar topa-topa
durub qızğın mübahisə edirdilər.Ürəyində onlara
qarşı bir yadlıq, laqeydlik duydu.Gözləri uca adamı
axtardı, tapa bilmədi.
Çıxıb getmək, buradan uzaqlaşmaq, açılıb qurtulmaq
istəyirdi.Qarışıq hay-küyün içindən bir səs aydınca
eşidilməyə başladı.Çalırdılar.”Bu nədir?Yoxsa,indi
oynayacaqlar? Axı, ölən kimdir? Uca adam
hanı?Bəlkə ölən odur?”
Çalğıçılar aydınca göründü. Zurnaçılar, dəfçilər,
sazəndələr dəstə-dəstə düzülmüşdülər, adamlar da
dəstə-dəstə oynayırdılar. Kimsə içdən oynaya-oynaya
gəlib onun qarşısında dayandı.Birdən onu tanıdı.
Uca adam idi. Diksinib heyrətlə geri çəkildi, ayaqları
Dostları ilə paylaş: |
|
|