www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
185
dolaşa-dolaşa, yıxıla-yıxıla qaçmağa başladı.
Burdan uzaqlaşa bilmirdi, qaçmaq istədikcə daha
çox yıxılırdı.
Boş qəbirlərin yanında idi: ağlayırdı. Göz yaşları
əllərinə, ayaqlarına tökülürdü. Ağladıqca daha
içdən, daha bərkdən hönkürürdü. Göz yaşları torpağı
isladırdı, iz qoya-qoya axıb boş qəbirlərə tökülürdü.
Get-gedə bütün səslər ondan uzaqlaşdı.Gərginlik,
darlıq azaldıqca sakitləşirdi, içi boşalırdı.Əllərinin,
ayaqlarının böyüdüyünü hiss elədi, elə bil bədəni
iriləşdi, uzandı.O, yazığı gələ-gələ boş qəbirlərə, göz
yaşlarına,işığı azalan qara-sarı şəklə baxdı,
baxdı...sonra da ayağa durub boşalmış içi, böyüyüb-
iriləşmiş bədəni ilə qara-sarı şəklin arxasınca getdi.
OYUN
YA DA...
OYUNDA “YA” DA VAR
Ya mən varam dünyada,
Ya...dünya var yalandan.
Ya mən varam, dünya var,
Ya oyun var, yalan var.
Ya mən,
ya o.
Seç götür,
Ya dünyanı yalan ye,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
186
Ya yağlı, ya yavan ye,
ÇeynənmiĢ oyunları,
ÇeynənmiĢ yalanları,
Ya ye, ya dala ötür.
Ya hakim ol, ya məhkum,
Ya asi ol, ya məsum,
Ya aqil ol, ya cahil,
Ya nadan ol, ya kamil.
Oyunun gözlərində
Fərqi yox, sən yalansan.
Sən həqiqətə zəncir,
Sən özünə palansan.
Nədir yalan?
Nədir, nə?
Sənin arzuladığın,
Ömrünə yamadığın,
Özünə, özgəsinə
uydurduğun həqiqət.
Fikrində tamlanmayan,
Əməlində çatmayan,
Xəyalından getməyən,
Bu dünyaya yetməyən
Gözlədiyin həqiqət.
Sənin haqdan umduğun,
Ġçində göz yumduğun,
Andıqca inandığın,
Vədinə aldandığın
Gözlədiyin həqiqət.
Ürəyində çat olan,
Çəkilməyən ah olan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
187
Ya cəfəng,ya haqq olan,
Mat qaldığı həqiqət.
Yalan yoxdur dünyada,
Yalnız qavranılmayan,
Sözlə dərk olunmayan,
Ġdrakla anılmayan
Həqiqət var dünyada.
ġübhəsi günah olan,
Gümanlardan haqq olan,
Varlıqlarda yox olan,
Ürəklərdə ah olan,
Göylərdə Allah olan,
Həqiqət var dünyada.
QAYDASIZ OYUN
Gördü ki, hamının öz əksi var və hamı öz əksi
ilə o qədər bərkdən danışır ki, başqasının nə dediyini
eşitmir.Əslində, onların hamısı eyni bir şeyi deyir,
sözləri uzadıb-qısaltmaqla bir-birini yamsılayırdılar.
“Bunların başı nə yaman qarışıqdır?”- deyə
ah çəkdi.”Heç ona fikir verən də yoxdur”.
Darıxdığından ayaqarını havada yellədi.”Yəni burda
maraqlı bir adam yoxdur?Bəs mənim əksim hanı?
Madam ki, hamının əksi var, deməli, mənim də
olmalıdır.Ey, bəs mənim əksim hanı?”
Bir o yaxşıdır ki, ona heç kim mane olmur.Bu
əkizlərin biri o birinə heç oxşamır da! Sonra başa
düşdü ki, iş onlarda deyil, o dayandığı yerdən asılı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
188
olaraq, bu üzləri başqa-başqa ölçüdə görür.Gah
yuxarı qalxdı, gah aşağı düşdü.Hər şey yuxarıdan
başqa cür, aşagıdan isə tamam başqa cür görünürdü.
-Ey, axmaqcığaz, əl-ayağa dolaşma, nə
veyillənirsən? –kimsə onun ətəyindən dartdı.
-Mən axmaq deyiləm, - o incidi, - mən
ağıllıyam, sənədimdə də belə yazılır, budur, bax!
-Sənə necə ağıllı olduğunu göstərərlər!Ağıllıya
bir bax! – yaxınlıqdakı cütlər gülüşüb onu məsxərəyə
qoydular.
-Ss...s, nəzarətçilər!
Özünü toplamağa macal tapmamış, əli uzun
nizəli, başi şiş papaqlı, dəmir geyimli bir neçə adam
yanından yel kimi ötüb keçdi.Qarışıq səslərin içindən
kiminsə fəryadı aydınca eşidildi.Onun əti gizildədi,
tükləri biz-biz oldu.Sonra bir qocanı sürüyüb
apardılar.
-Bu yazıq kimdir belə? – qorxa-qorxa, pıçıltı
ilə soruşdu.
Böyrünə dəyən dürtmədən nəfəsi içində
tıxandı, qıc olub qaldı.
-Yavaş, yaramaz, sən bizi qana salacaqsan,
yanındakı cütlər hirsləndi.Onlar getməyincə heç
kəslə danışma.
-Mən nə bilim?Onlar kimdir axı? – tamam
ehtiyatlandı.
-Havaya qulaq as, hava gərginləşəndə bil
ki,onlar zonadadırlar. Onların gəlməyi heç bir saniyə
də çəkmir.
O biri cütlər söhbətə qarışdılar:
Dostları ilə paylaş: |