www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
198
məhv eləyəndə də amansızdır.Onunla oynamaq,
zarafat etmək olmaz.Ax, o bu ağılsız,dəhşətli,
amansız nəhrə necə də nifrət eləyirdi!
Özü öz hökmünü vermişdi.Heç vaxt
bitməyəcək, sonsuz əzabların, işgəncələrin önündə
aciz, əlacsiz, sakit idi.Beyni, ağlı, düşüncəsi, hissiyatı
heç vaxt,heç zaman bu qədər tezliklə,dəqiqliklə,
amansizliqla işləməmişdi.O başqalarının
bilmədiklərini bilirdi, görmədiklərini görürdü.Onun
itkisi təkcə bu günlə, indiki ömrü ilə, oğlu ilə bağlı
deyildi.O, gələcəyini, sonrakı ömrünü, ən vacibi, ən
ümdəsi ölümünü, öz gözəl ölümünü uduzmuşdu.O
ölümünü ki,sonrakı, şanlı, müqəddəs həyatının
başlanğıcı olmalı idi.
Aman Allah!Oğlu necə də xoşbəxt idi! Niyə,
niyə,niyə ona belə xoşbəxt, günahsız ölüm qismət
olmadı?O niyə başqasına qurban ola
bilmədi?Qurban olmaq, günahsız olmaq,şəhid
olmaq!Bədbəxt, bədbəxt...Hər şeyi görürdü.Günlərin
birində iztirablar içində canı çıxacaq, başqa
əzabları, başqa ağrıları çəkmək üçün bir vaxta
çevriləcək.Arvadı onun haqqında yazdığı xatirələri,
kitabları qapılar döyə-döyə çap elətdirəcək, nəvələri
dünyanın axırına qarışıb az sonra onu unudacaq,
xatirələrində daşa dönmüş günahsız bir abidə
daşıyacaqlar.
Gəlini hər gün oğlunun üstünə üzülə-üzülə
çiçək dəstələri aparacaq, saatlarla başdaşına yapışıb
qalacaq, bir gün də qəbiristanlıqdan qayıtmayacaq.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
199
Təkcə oğlu ona nifrət eləmirdi, sakit-sakit ona
baxaraq gülümsəyirdi.Təkcə oğlunun ona yazığı
gəlirdi.Çünkü oğlu günahsız idi.
OYUNUN ƏN VACĠB ġƏRTLƏRĠNDƏN
BĠRĠ DƏ NAXIġDIR
“Gərək adamın naxışı ola!”
NaxıĢ son sözdür,
Taleyin sözü,
Dövranın, zamanın,
Fələyin sözü.
O vaxtın sözüdür,
O baxtın gözü,
Onun üzündədir,
Hamının gözü.
Əgər sözün varsa,
De, öz sözünü,
Hünərin var isə,
Göstər özünü.
NaxıĢ üzə gülər,
Gözü aldadar,
Dilini yağlayar,
Sözü bal dadar.
NaxıĢ tük bitirər
Keçəl baĢında,
Ağardar üzünü
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
200
Qara daĢın da.
NaxıĢ yox yerdən də
Ruzi gətirər,
Çıngılın üstündə
Çəmən bitirər.
Uğurla açılar
Gələn səhərlər,
Uğurla keçilər
Bütün səfərlər.
Sən əkib-tökərsən
NaxıĢlı biçər.
Həyatın suyunu
NaxıĢlı içər.
Zəhmətin bəhrini
NaxıĢ götürər.
Onun hər oyunda
Əli gətirər.
NaxıĢ son sözüdür
Taleyin, baxtın.
ġıltaq övladıdır
Zamanın, vaxtın.
KÜTLƏVĠ OYUN
Hər bir dərdin
dərmanı,
Hər bir vaxtın
fərmanı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
201
Hökm verilmişdi.Bu gün bir şairi meydanda
dar ağacından asacaqdılar.Bu məmləkətdə doğulub
ömür sürən, çalışan əhalinin hər cür təbəqəsindən:
dilənçisindən, süpürgəçisindən, tələbəsindən,
qaçqınından tutmuş ali mənsəb sahiblərinə qədər,
kimi desən, burada tapmaq mümkün idi.Kimi şairin
dostu idi, kimi düşməni, kimi elə-belə, maraq
xatirinə, tamaşaya baxmaq üçün, kimi də belə kütləvi
tədbirlərdə özünün iştirakını vətəndaşlıq borcu
saydığı üçün gəlmişdi.Bir də ki, zarafat deyil, dar
ağacından şair asılacaq idi.Belə hadisə hər gün baş
vermir, hər nəslin qismətinə belə fövqəladə tamaşa
düşmür.Hər yüzilliyin, minilliyin payına belə edam
düşə, ya düşməyə.Nə vaxtsa, hansı məmləkətdəsə
birini tonqalda yandırıblar, birini padşahın və
Allahın üzünə ağ olduğu üçün diri-diri dərisini
soyublar, birinin gözlərini çıxarıb, dilini
kəsiblər.Olub, əvvəllər belə şeylər olub.Bir də ki
onlar cadugər kimi bir şey olublar.Dar ağacları,
edam kötükləri, ilgəklər, tonqallar tarixə bəzək kimi
bir şeydir, nədən desən daha çox yadda qalır və
sonrakı nəsillər: tədqiqatçılar, alimlər, filosoflar,
şairlər, rəssamlar, hətta bəstəkarlar üçün mövzu
obyekti olaraq bəşəriyyətə xidmət edir.Hər halda,
fürsəti əldən vermək olmaz, elə şair harda idi ki,
gündə meydana çəkib asalar, başqalarına görk
olsun.
Işarə verildi. Şairi gətirdilər. Meydan
həyəcanla dalğalandı. Adamlar bir-birinin
Dostları ilə paylaş: |